1
2017-2018-ci tədris ili
Fənn: Klinik psixologiya
Müəllim: Dos.N.Z.Çələbiyev
İxtisas: Təhsildə sosial psixoloji xidmət
Kurs: III kurs
Mövzu 5. Psixi fəaliyyətin pozulmasının patopsixoloji tədqiqi-duyma və
qavrama pozuntusu
Plan:
1.
Psixi xəstəliklərin ümumi simptomatik.
2.
Duyğu prosesinin pozulması. Aqnoziya.
3.
Qavrayış pozuntuları. İllüziya və hallüsinasiyalar
.
Ədəbiyyat.
1.
Şəfiyeva E.İ.Klinik psixologiya. B,2002
2.
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri, Bakı, 1981.
3.
Bayramov Ə.S., Əlizadə Ə.Ə.,Seyidov İ.Ə. Məhkəmə psixologiyası məsələləri, ADU,
1985.
4.
İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif” nəşriyyatı,
Bakı, 2002.
5.
İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya (dərslik) 2-ci nəşr,
Bakı, 2008.
6.
İsmayılov N.V. Psixiatriya, Bakı, 1998.
7.
Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997.
8.
Метделевич В.Д. Клиническая и медицинская психология. Практическое
руководство.M., 1998
Psixi xəstəliklər,insan orqanizminin müxtəlif sistemlərinin
fəaliyyətinin mürəkkəb və cürbəcür pozulması, başlıca olaraq, baş beyinin,
xüsusən onun ali sahələrinin zədələnmələri nəticəsində baş verən xəstəliklərdir.
Sovet psixiatriyasının banilərindən olan P.B.Qannuşkin yazır: “Ruhixəstəlik
orqanizmin bütün vəziyyəti, fərdin anadangəlmə konstitusiyası (quruluşu) onun
2
maddələr mübadiləsinin vəziyyəti, endokrin sisteminin funksiyası və nəhayət, əsəb
sisteminin fəaliyyəti ilə əlaqəli olur. Baş beyin yalnız bütün bu işlərin açılma və
oynanılması arasındadır.” (Qannuşki kimi, psixi xəstəliklərin səbəbini öyrənərkən
insan orqanizminin vəziyyəti bütünlüklə nəzərə alınmalıdır)
Psixi xəstəliklərin səbəbləri. Bir sıra psixi xəstəliklərin baş verməsində
irsiyyətin böyük əhəmiyyəti vardır. Hazırda dəqiq öyrənilmiş irsi xəstəliklərdə
pataloji əlamətlərin konkret kliniki təzahürünün bir başa nəslə verilməsi yalnız
psixi xəstəliklərin az bir hissəsinin təşkil edir və əsas etibarı ilə oliqofreniya
qrupuna aid olur.
Müxtəlif əlavə mənfi faktorların təsiri altında xəstəliyin baş verməsinə səbəb
olan irsi meylliyə daha çox təsadüf edilir. Burada yaxın qohumlarda xəstələnmə
riski başqaları ilə müqayisədə artıq olur.Bununla belə xəstələnmə qorxusu
qaçılmaz deyildir. Pataloji irsiyyət hər iki valideyn olarsa, nəsldə xəstələnmə riski
artır.
Kliniki təcrübələr və xüsusi tədqiqatlar irsi faktorların şizofreniya xəstəliyi
üçün əhəmiyyətli olduğunu göstərir.müəyyən edilmişdir ki, valideynlərdən biri
xəstə olduqda uşaqların 15-16%, hər ikisi xəstə olduqda isə bundan iki dəfə artıq
şizofreniya xəstəliyinə tutula bilərlər.
Psixi pozulmalar bəzi hallarda döl ana bətnində olarkən, ona müxtəlif zərərli
amillərin təsiri nəticəsində əmələ gəlir.Psixi xəstəliklər kəskin və ya xroniki
zəhərlənmə və infeksion xəstəliklər nəticəsində də əmələ gəlir.Bu zəhərlənmələrin
içərisində sıxlıq etibarı ilə birinci yeri alkoqol tutur və ondan sui-istifadə edilməsi
alkoqol psixozlarının baş verməsinə səbəb ola bilər. Psixi pozulmaların, o
cümlədən psixozların narkotik vasitələrdən sui-istifadə ilə əlaqəli ola bilər.
Psixi xəstəliklər həmçinin sənayə zəhərlərinin (çivə, pestisitlər, insektisidlər,
teatra-etil qurğuşun və.s), eləcə də bəzi dərman maddələrindən (atropin, akrixin
və.s) düzgün istifadə etmədikdə inkişaf edə bilər.
Psixi xəstəliyin əmələ gəlməsinə səbəb olan infeksiya bir halda əvvəlcədən
bilavasitə beyinə təsir edir.( ensefalitlərin bəzi formaları),digər hallarda ümumi
adlanan infeksiyalarda (tif, qızılca və s.) Sonuncu faktor ikinci olmaqla beyin
maddəsində təsir edərək onu zəhərləyir.
Psixi xəstəliklər bəzən orqanizmin öz-özünü, pozulmuş mübadilənin
məhsulları ilə zəhərlədiyi ( autointoksikasiya) hallarda baş verir. Belə hallara səbəb
daxili üzvlərin və sistemlərin fəaliyyətinin xəstəlik nəticəsində pozulması ilə
əlaqədar olur. Məsələn: diabet xəstəliyi.Bəzi alimlər belə hesab edirlər ki,
şizofreniyanın əmələ gəlməsində autosintoksikasiyanın əhəmiyyəti vardır.
3
Psixi pozulmaların törənməsinin birsəbəbi də kəllə-beyin travmalarıdır. (baş
beyinin zədələnməsi və ya yaralanması, beyin sirkələnməsi), Beyin qan
dövranınıın pozulmasına səbəb olan baş beyinin damarlarının sklerozu, beyinə
qanaxma və ya qansızma və digər hallarda psixi xəstəliyin inkişafına şərait yarana
bilər.
Psixi xəstəlik çox vaxt ağır ruhi sarsıntılar (psixi taravmalar) nəticəsində baş
verir. Belə travmalar qəflətən, kəskin, şok vəziyyətində, uzunmüddətli və xroniki
ola bilər. Adətən uzun sürən psixi travmalara məruz qalma şəxsin daha ağır
keçirdiyi təəsüratlarla bağlı olur (ismətin, ləyaqətin, şərəfin, ictimai nüfuzun və s.
əxlaqi keyfiyyətlərin, tapdanması.) Kəskin travma isə daha çox sarsıntıya məruz
qalan şəxsin, onun yaxın adamlarının sağlamlığına, yaxud həyatına təhlükə
törəndiyi vaxt baş verə bilər.
Psixi xəstəliklərin əmələ gəlməsi və inkişafı üçün müəyyən şəraitin varlığı
lazımdır. Məsəslən: orqanizmin somatik və ya infeksion xəstəliklər nəticəsində
zəifləməsi, zəhərlənmələr, çarəsiz yuxusuzluq və ruhi sarsıntı. Bu şərait həm də
baş vermiş xəstəliyin kliniki təzahürünə və gedişinə təsir edir.
Xarici aləm haqqında bütün məlumatları insan duyğu orqanları vasitəsilə
əldə edir. Duyğu orqanlarına və ya analizatorlara görmə, eşitmə, qoxu, dad
orqanizmin xaricində və daxilində yerləşən ümumi hissiyat reseptorları aiddir.
Cisim və hadisələrin duyğu orqanlarına təsiri nəticəsində əmələ gələn və bu cisim,
yaxud hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan ən sadə psixi proses
duyğu adlanır.
Duyğu vasitəsilə insan soyuğu, istini, işığı, qaranlığı, acını, şirini, ağrını və s.-
ni hiss edir. Duyğu bizi əhatə edən varlığın, ümumiyyətlə, bütün biliklərimizin
başlanğıcı, ilkin mərhələsidir.
Duyğu prosesininn pozulması nəticəsində senestopatiyalar baş verir. Bunlara
göynəmə, dartılma, təzyiq, qıdıqlanma, sancma, soyuqluq və bir sıra digər
xoşagəlməyən hisslər aiddir. Senestopatiyalar əksər hallarda əzabverici və davamlı
olur. Onlar bədənin bütün sahələrində müşahidə oluna bilər.
Senestopatiyalar bir sıra hallarda ipoxondrik şikayətlərlə birlikdə təsadüf edilir.
Bu əlamətlər həm somatik, həm də psixi xəstəliklərdə, travmatik
ensefalopatiyalarda, beynin damar xəstəliklərində, nevrozlarda və s. xəstəliklərdə
rast gəlinir. Reseptor duyğu prosesinin pozuntularına sadə psixopatoloji əlamətlər
kimi təzahür edən hipersteziyalar və hiposteziyalar da aid edilməlidir.
Hipersteziya qıcıqların kəskinləşmiş (güclü) qavranılmasıdır. Adi lampa işığı
gözqamışdırıcı projektor, ətrafdakı əşyaların rəngi olduqca əlvan, səslər gurultu
kimi və s. qavranılır. Hipersteziyalar əksər hallarda somatik xəstəliklərdə,
4
yorğunluqla əlaqədar və nevrozlarda rast gəlinir. Bir sıra hallarda psixi
xəstəliklərin başlanğıc mərhələsində meydana çıxır.
Hiposteziya – qıcıqların zəif qavranmasıdır. Belə pozuntu zamanı mühitdən
əşya və hadisələr solğun, məzmunsuz, səslər zəif, qoxular kütləşmiş qavranılır,
depressiv hallar da tez-tez rast gəlinir.
Daxili orqanlarda gedən bir sıra patoloji proseslərlə əlaqədar yaranan
parasteziyalardan senestopatiyaları fərqləndirmək lazımdır. Parasteziyalar
senestopatiyalardan fərqli olaraq müxtəlif daxili orqanlarda meydana çıxan patoloji
proseslər nəticəsində müşahidə olunur.
Duyğular əsasında yaranan mürəkkəb proseslər qavramadır. Qavrama zamanı
əşyaların həcmi, rəngi və digər xüsusiyyətləri bütövlükdə dərk olunur. Duyğu
orqanları vasitəsilə obyektiv varlığın mərkəzi sinir sistemində əks olunmasına
qavrama deyilir. Qavrama aktiv proses olub digər psixi funksiyalarla sıx
əlaqədardır. Məsələn, insanın əhvali-ruhiyyəsi, maraq dairəsi və intellektual
səviyyəsindən asılı olaraq əşya və hadisələr müxtəlif cür qavranıla bilər. Rəssam
təbiət mənzərəsini, yaşıllıqlar arasında axan çayı yüksək bədii vüsətlə, başqa birisi
həmin mənzərəni sönük, məzmunsuz qavraya bilər və ya da istirahət zamanı, yaxşı
əhvali-ruhiyyədə hər hansı bir musiqini dinləyərək ondan yüksək zövq alan şəxs
ovqatı pis, yorğun olarkən həmin musiqini qıcıqlandırıcı bi səs kimi qavraya bilər.
Qavrama prespektiv fəaliyyət olub.ümumiləşmiş xarakter daşıyır və şəxsiyyətin
motivlərindən asılı olaraq formalaşır. Bəzi müəlliflər qavrama prosesinin insanın
emosional və şəxsiyyət xüsusiyyətlərindən asılı olduğunu qeyd edirlər.
Qavramanın pozulması zamanı əsasən səhv qavrama, səhv hisslər, səhv
tanıma və s. baş verir.
Səslərin, obyekt və əşyaların qavranılmasında və tanınmasında olan
pozulmalara aqnoziyalar deyilir.
Görmə aqnoziyaları zamanı: obyekt və əşyaların tanınmasında pozulmalar
“əşya aqnoziyaları”, “simultan aqnoziyaları”, yəni ayrı-ayrı əşyaları tanıyan
xəstə.şəkildə təsvir olunan hadisəni, situasiyanı tanəya bilmir. Müşahidə olunur.
Tanıma zamanı xəstə əşyanın gah bir, gah da digər əlamətini söylədiyi halda
onları sintez edib. Hansı əşya olduğunu tanıya bilmirdi. Beyinin təpə-ənsə payında
zədəsi olan xəstələrlə bu tipli aqnoziyalar müşahidə olunur.
Digər halda əşyanı tanımayan xəstə onun formaını düzgün tapırdı.
Aqnoziyaların eşitmə, hissetmə növləri də mövcuddur. Bu tipli aqnoziyalar
qavramanın ümumiləşdirmə funksiyasının pozulması ilə əlaqədardır.
Üzvi demensiya zamanı psevdoaqnoziyalar müşahidə olunur. Üzvi xarakterli
ağıl şatışmamazlığı zamanı xəstələr siluet və qırıq xətlərlə verilən əşyaların
5
şəkillərini tanımır, həmçinin qavrama diffuz xarakter daşıyır. Sujet şəkillər
göstərdikdə, belə xəstələr orada olan əşyaları, tanıdıqları halda ümumi şəklin nədən
bəhs etdiyini deyə bilmir. Bəzən göstərilən şəklin hansı hissəsində diqqət
cəmlənirsə onu nəyəsə oxşadıb, tanıya bilirlər.Məsələn “ göbələyin” baş hissəsinə
diqqət cəmlənsə, onu “pomidor” adlandırılan aşağı hissəsinə diqqət yönəlirsə, onu
“xiyara” bənzədirlər.bəzən əşyanın formasını qavrayırlar, lakin o dəqiqə də onun
strukturu pozulur. Bu fenomenə “optik diqqətin” pozulması deyilir. Tərsinə
çevrilmiş şəkili tanımırlar: yəni ortoskopik qavrama pozulur,rəngli şəkillər
göstərdikdə onun hissələrinin rəngli elementlərində ilişib qalırlar və tanıma prosesi
pozulur.
Qavramanın pozuntuları 4 qrupa bölünür: 1)aqioziyalar; 2) illüziyalar; 3)
hallüsinasiyalar; 4) psixosensor pozuntular.
Aqnoziya. Qnozis – yunan sözü olub, tanımaq (idrak), a- isə inkar
mənasındadır, yəni tanımanın pozulması deməkdir. Bu duyğu orqanlarının
anatomik və fizioloji pozuntusu ilə deyil, beyin qabığının ali inteqrativ şöbələrinin
zədələnməsi nəticəsində əmələ gəlir. Aqnoziyalar bütün duyğu orqanlarına aid ola
bilər.
Görmə (optik) aqnoziyası nisbətən tez-tez rast gəlinir. Buna “ruhi korluq” da
deyilir. Belə pozuntu zamanı xəstə hər hansı bir əşyanı baxmaqla tanıya bilmir,
lakin əli ilə toxunduqda düzgün qavraya bilir. Görmə aqnoziyası bəzən əşyalara
deyil, onların məzmununa aid ola bilər. Məsələn, xəstə hər hansı bir şəklə baxarkən
orada təsvir olunan hadisənin məzmununu başa düşə bilmir. Bəzi hərfləri tanıya
bilmədiyi üçün yazını oxuya bilmir (alepsiya). Bəzən not yazılarını (optik
amuziya), rəqəmləri, rəngləri, bir sıra hallarda isə xəstə ona yaxşı məlum olan
əşyaları sanki ilk dəfə görür.
Eşitmə aqnoziyası (buna “ruhi karlıq” da deyilir) zamanı xəstə ona tanış
olan səsləri, sözləri, musiqi melodiyalarını başa düşmür. Aqnoziyalar başlıca
olaraq beyinin orqanik pozuntularında, travmalar, şişlər, damar xəstəlikləri və s. də
rast gəlinir.
İllüziya (illusio) fransızca aldadıcı təsəvvür, yanılma deməkdir. Başqa sözlə
təhrif olunmuş qavramadır. Duyğu orqanlarına müvafiq olaraq illüziyalar beş
formaya bölünür: görmə, eşitmə, qoxu, dad və taktil illüziyalar. Bəzən illüziyalar
psixi cəhətdən sağlam adamlarda da müşahidə olunur. Belə hallarda xəstəlik
əlaməti haqqında deyil, qavramanın bu və ya başqa səbəbdən çətinləşməsi
nəticəsində və ya fiziki hadisələrdən yaranan qeyri-pataloji illüziyalar haqqında
düşünülməlidir. Məsələn, qulağı ağır eşidən və ya gözü zəif görən adamın səs və
əşyaları düzgün qavramaması, yaxud içərisində maye olan stəkana salınmış qaşığın
6
sınmış görünməsi və s. İllüziyalar bəzən fiziki və mənəvi yorğunluq nəticəsində də
meydana çıxa bilər.
Psixi pozuntu nəticəsində yaranan illüziyalar zamanı xəstə öz səhvini
düzəltmək iqtidarında olmur.Yanlış qavrama xəstəliyin ağırlıq dərəcəsindən və
davametmə müddətindən asılı olaraq uzunmüddətli olur. İllüziyalar düşüncə
pozuntuları ilə müşayiət olunan xəstəliklər zamanı (məsələn, yüksək temperaturla
davam edən yolxucu xəstəliklərdə, intoksikasiyalarda) daha tez-tez təsadüf olunur.
Belə hallarda illüzion pozuntu eyni zamanda bir neçə duyğu orqanını əhatə edir.
Məsələn, xəstə xəstəxana işçilərinin öz qohumlarına, müxtəlif alət və cihazları
əcayib heyvanlara bənzədir. Xəstələrin və ya tibb işçilərinin bir-biri ilə etdiyi
söhbəti onun haqqında danışıq kimi, mətbəxdən gələn qoxunu insan ətinin
bişirilməsindən yaranan qoxuya bənzədir və s. Duyğu orqanına məxsus illüziyalara
əlavə daha üç növ illüziyalar aid edilir: affektiv, verbal və pareydolik.
Affektiv (affektogen) illüziyalar hissiyatın güclənməsi fonunda – qorxu,
vahimə, gərgin gözləmə zamanı təsadüf olunur. Xəstə güncdə, divardan asılmış
paltonu evə girmiş oğruya, ağacın əyri budağını ona hücum etməyə hazırlaşan
zəhərli ilana, pəncərə şüşəsindən düşən kölgəni caniyə bənzədir.
Verbal (latınca verbalis –nitq, söz deməkdir) illüziyalar zamanı xəstə ətrafdakı
adamların adi söhbətlərini onun ünvanına deyilmiş təhqir, söyüş və s. kimi
qavrayır.
Pareydolik illüziyalarda ətrafdakı obrazlar, məsələn, divandan asılmış
xalçanın naxışları, müxtəlif cizgilər, səmadakı buludlar fantastik səhnələri
xatırladan hadisələr kimi qavranılır. Bu növ illüziyalar deliriyoz halın (alkoqol
psixozu) başlanğıc fazasında rast gəlinir.
Hallüsinasiya (“Hallusinatio” –latın sözü olub, qarabasma, sərsəmləmə
deməkdir). Hazırda xəstənin qavrama sferasında olmayan əşyaların, hadisələrin
yalançı qavrama obrazlarının yaranmasıdır. Yəni obyektsiz qavramadır. İllüziyalar
kimi hallüsinasiyalar da duyğu orqanlarına müvafiq olaraq beş formada təsadüf
edir (görmə, eşitmə, qorxu, dad və taktil hallüsinasiyalar).Hallüsinasiyalar bəzən
bir neçə hiss orqanını əhatə edə bilər. Məsələn, xəstə qoluna ilan sarındığını görür,
onun nəfəsini eşidir və soyuqluğunu hiss edir.
Eşitmə hallüsinasiyalarında xəstə kiminsə onu çağırdığını, təhqir etdiyini və ya
hansı mülahizələr söyləməsini eşidir. Bəzi xəstələr heç bir məna ifadə etməyən
səslər (küylər) eşidir.Akoazm adlanan belə hallüsinasiyalara sadə (elementar)
eşitmə hallüsinasiyaları deyilir.
Verbal (danışıq) hallüsinasiyalar məzmunu etibarilə müxtəlif formada rast
gəlinə bilər: ayrı-ayrı sözlər, uzun-uzadı söylənən nitq və s. Xəstənin özü və
7
ətrafdakı adamlar üçün təhlükəli olan imperativ hallüsinasiyalardır. Bunlar
əmredici xarakterli olub, xəstələri cinyət hərəkətləri etməyə sövq edə bilər. Belə
hallüsinasiyanın təsiri altında bir xəstə qadın öz uşağını balta ilə öldürmüşdür.
Başqa bir xəstə iş yerində yanğın törətmiş, idarənin bütün lazımi sənədlərini
yandırmışdır. Belə xəstələri təcili xəstəxanaya yerləşdirməli və onların üzərində
nəzarət qoyulmalıdır.
Görmə hallüsinasiyaları bəzən sadə (məsələn, qığılcım, parıltı, tüstü, cizgi və
s. görünməsi) bunlara fotopsiya deyilir, bəzən isə mürəkkəb məzmunlu ola bilər.
Sonuncu halda xəstələr obyektiv mövcud olmayan heyvanlar, müxtəlif adamlar,
hadisələr (məsələn, döyüş meydanının xatırladan səhnələr və s.) göründüyünü
söyləyirlər. Xəstələr bəzən qarşılarında özlərini görə bilərlər. Ağır psixi xəstəliyə
tutulmuş bir xəstə belə demişdir: qarşımda üç nəfər adam dayanıb, birinin əlində
nizə, o birində tapança, üçüncüsündə isə balta vardır. Onların üçüdə mən özüməm.
Qoxu hallüsinasiyaları olan xəstələr əksərən burunlarına pis qoxunun
gəlməsini (iylənmiş ət, kəskin qoxulu dərman, benzin və s.) bildirirlər. Bir sıra
hallarda isə xəstələr günlərlə yeməkdən imtina edir, oraya zəhərli maddələr
qatıldığını və xörəyin meyid ətindən bişirildiyindən söyləyirlər.
Taktil hallüsinasiyalarda xəstələr bədənin müxtəlif nahiyələrində göynəmə,
soyuqluq, dartılma və s. kimi hissiyatın olması, bədənlərində cücülərin və
qarışqaların gəzdiyini deyirlər. Bir sıra hallarda bu böcəklər onları sanki dişləyir,
cırmaqlayır və digər formada narahat edir.
Taktil hallüsinasiyaların visseral formasında xəstələr daxili orqanlarında
(yemək borusu, mədə və bağırsaqlarda, oynaqlarında və s.) tikan, bıçaq və ya
canlıların (arı, qarışqa, böcək, ilan və s.) olmasını bildirirlər.
Hallüsinasiyalar hansı duyğu orqanına aid olmasından asılı olmayaraq həqiqi və
yalançı olmaqla iki yerə bölünür:
Həqiqi hallüsinasiyaların obyekti orqanizmdən kənar mühitdə yerləşmiş olur.
Məsələn, “səs” divarın arxasından, küçədən, qoxu o biri otaqdan gəlir və s.
Yalançı hallüsinasiyalar (psevdohallüsinasiyalar) daha mürəkkəb xarakterli
olub, təkcə qavramanı deyil, eyni zamanda təfəkkür sferasını da əhatə edir. Bu
zaman hallüsinator obraz orqanizmin özündə yerləşir. Belə ki, xəstə səsi, qoxunu,
əcayib heyvanı bədəninin daxilində hiss edir. Söhbət zamanı o qeyd edir ki,
“səslər” beynimin içindədir, qoxu mədəmdən gəlir, vəhşi heyvanları “beynimin
gözü” ilə görürəm. Psevdohallüsinasiyalar, adətən, mürəkkəb psixopatoloji
sindrom, psixi avtomatizm və ya Kandinski – Klerambo sindromunun tərkib
hissəsini təşkil edir və şizofreniya xəstəliyinin inkişaf mərhələlərində rast gəlinir.
Psevdohallüsinasiyalar zamanı xəstələr qeyd edirlər ki, səslər onları təqib edir, öz
8
arzusundan asılı olmadan sani qəlbinə sirayət edir. Eyni zamanda xəstə qavranılan
hadisələrin ona məcburi (iradəsindən asılı olmadan) təlqin olunmasını qeyd edir.
Hipnohagik hallüsinasiyalar yuxu ilə ayıqlıq arasında, yəni mürgüləmə
fazasında rast gəlinən görmə hallüsinasiyalarına deyilir. Bu növ hallüsinasiyalar
bəzi mürəkkəb səhnələri xatırladan məzmunda olur (xəstələr sanki “televiziya
verlişlərinə baxıram” söyləyirlər). Bəzən qeyri-adi adamlar onları qorxudur, hücum
edir və ya lağa qoyur. Xəstə gözünü açdıqda bütün bu səhnələr yox olur, bir neçə
müddətdən sonra yenidən təzahür edir. Bir sıra hallarda hipnohagik
hallüsinasiyalar yuxudan oyananda (ayılmağa az qalmış, səhərə yaxın) baş verir.
Funksional hallüsinasiyalar yuxarıda qeyd olunan hallüsinasiyalardan fərqli
olaraq real qıcıqlandırıcılar əsasında yaranır və yalnız qıcıq mənbəyi yox olduqdan
sonra, o da yox olur. Məsələn, qatarda gedən şəxs təkərlərin ahəngdar səsini sözlər,
onun ünvanına deyilən müxtəlif söyüşlər kimi eşidir. Bu növ hallüsinasiyaları
illüziyalara bənzətmək olar, lakin illüziyalardan fərqli olaraq burada xəstə həm
təkərlərin tıqqıltısını, həm də onun ünvanına deyilən sözləri eşidir. Təkərlərin
tıqqıltısı dayanan kimi səslər də kəsilir. Beləliklə, funksional hallüsinasiyalar öz
xüsusiyyətinə görə illüziyalardan və yuxarıda qeyd olunan hallüsinasiyalardan
fərqlənir.
Psixosensor pozuntular. Psixosensor pozuntular mərkəzi sinir sistemində
sensor sintez prosesinin pozulması nəticəsində meydana çıxır. Metomorfopsiya adı
altında təsvir olunan bu pozuntular əsasən üç formada rast gəlinir.
1) makropsiya - ətrafdakı əşyaların, ölçüsündən böyük (məsələn, küçələr,
binalar, ağaclar, avtomobillər və s.) qavranılması;
2) mikropsiya - əşyaların ölşüsündən kiçik qavranılması;
3)
dismeqalopsiya
– cisimlər həcmdə deyil, formaca dəyişilmiş
(məsələn,üçbucaq çevrə şəklində, çevrə dördbucaq, düz xərr əyri-üyrü və s.)
qavranılır.
Psixosensor pozuntular ətrafındakı cisimlərə aid olarsa bunlar: derealizasiya,
orqanizmin öz hissələrinə aid olarsa, depersonalizasiya (person – şəxs deməkdir)
deyilir. Derealizasiya zamanı “kiçilmiş”, “böyümüş” və ya “öz formasını
dəyişmiş” əşya orqanizmdən kənar mühitdə yerləşir. Depersonalzasiyada isə
pozuntu bədənin hissələrinə aid olur. Xəstəyə elə gəlir ki, onun bütün bədəni və ya
ayrı-ayrı orqanları (məsələn, qolu, başı, ayaqları) mütənasib və ya qeyri-mütənasib
şəkildə böyümüşdür və ya kiçilmişdir. Bir çox hallarda bədən quruluşunun parsial
pozuntuları qeyd edilir. Xəstə hiss edir ki, başı həddindən artıq böyümüşdür, onu
çiyinləri üzərində saxlaya bilmir və ya qolu o qədər böyümüşdür ki, hətta yorğanın
9
altına belə sığmır. Bəzən xəstəyə elə gəlir ki, qolu, ayağı və ya başı bədənindən
ayrılıb sanki havada dayanıb, yaxud da başı bir çiyin üzərindədir.
Psixosensor pozuntular əksər təsadüflərdə qısamüddətlidir, xəstəlik halı
keçdikdən sonra patoloji qavrama da yox olur. Mərkəzi sinir sisteminin orqanik
xəstəliklərində və şizofreniyada rast gəlinən psixosensor pozuntular xeyli müddət
davam edə bilər.
Qavrama
pozuntularının
patofizioloji
mexanizmi.
İllüziyaların,
hallüsinasiyaların və psixosensor pozuntuların ayrı-ayrılıqda və birlikdə
patofizioloji mexanizmini izah edən müxtəlif nəzəriyyələr yaranmışdır. Lakin bu
nəzəriyyələrin heç biri klinik psixiatriyanı qane edən səviyyədə deyildir.
Uzun illər alimlər hesab edirdilər ki, hallüsinasiyaların səbəbi mühiti sinir
sistemində (reseptor aparatda) yaranan pozuntulardır. Sonralar psixiatriya
klinikalarında aparılan tədqiqatlar göstərdi ki, hallüsinasiyaları olan xəstələrdə
mühiti sinir sistemində heç bir patoloji hal yaranmırr. Bu mülahizəni qulağı
eşitməyən (kar) və kor adamların psixi xəstəliyə tutularkən onlarda eşitmə və
görmə hallüsinasiyalarının olması tamamilə sübut etdi.
Mühiti sinir nəzəriyyəsi inkar edildikdən sonra mərkəzi nəzəriyyə tərəfdarları
hallüsinasiyaların meydana gəlməsini beyin qabığı və qabıqaltı nahiyələrdə gedən
pozuntularla izah edirdilər (Kandinski, Benkin və s.).
Neyrofizioloji biliklərin zənginləşməsi ilə əlaqədar olaraq sovet psixiatrı
B.A.Gilyarovski (1940) belə bir fikir irəli sürdü ki, sensor yolun bu və ya digər
hissələrinin zədələnməsi hallüsinasiyaların əmələ gəlməsinə, xarakterinə təsir edən
amillərdən olub həm də yeganə amil deyildir.
İ.P.Pavlov və onun şagirdləri tərəfindən ali sinir fəaliyyətinin fizioloji
mexanizmlərinin tədqiqi qavrama pozuntularına yaranma səbəblərinin
öyrənilməsinə böyük təkan verdi. İ.P.Pavlov belə bir nəzəriyyə irəli sürdü ki, yuxu
zamanı beyin qabığının bütün hüceyrələri ləngimə prosesinə uğramır, onun bəzi
sahələrində “gözətçi məntəqələr” qalır. Həmin məntəqələrdə oyanma, ləngimə
nisbətən üstünlük təşkil edir, yuxugörmə və hallüsinasiyalar həmin “məntəqələrin”
fəaliyyəti ilə əlaqədardır (A.V.İvanov –Smolenski).
Hallüsinasiyaların kliniki və eksperimental tədqiqatlarının müəllifi sovet
psixiatrı Y.A.Popov, İ.P.Pavlov məktəbinin elmi mülahizələrindən istifadə edərək
izah etdi ki, hallüsinasiyalar beyin qabığında baş verən hipnotik fazaların
(paradoksal) nəticəsində yaranır. Bu zaman zəif qıcıqlar güclü, güclü qıcıqlar isə
zəif reaksiyalarla təzahür edir. Y.A.Popovun fikrincə əvvəllər qavranılan hadisə və
əşyaların izləri real olaraq təsir edən obyektlərə nisbətən zəif qıcıqlandırıcı rolunu
oynayır. Patoloji proses nəticəsində xəstə şəxsin beyin qabığında paradoksal
10
vəziyyət yaranarkən, bu zəif qıcıqlar güclü qıcıq mənbəyinə çevrilir və
hallüsinasiyalar baş verir, digər hallarda isə hallüsinator obraz mühitə proyeksiya
olunmur və psevdohallüsinasiyalar baş verir. Beləliklə, “gözətçi məntəqə” və
“hipnotik fazalar” haqqında İ.P.Pavlov təlimi qavrama pozuntularının patofizioloji
məzmununu dərk etməyə imkan verən elmi nəzəriyyə sayıla bilər.
Dostları ilə paylaş: |