2
“Azərbaycan Sənaye Korporasiyası” Açıq
Səhmdar Cəmiyyətinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol
xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının
tətbiqi ilə əlaqədar dövlət əmlakının idarə edilməsinin səmərəliliyini
artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq
və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr
arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal
potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq
məqsədilə Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyev
tərəfindən 2017-ci il 6 noyabr tarixli Fərmana əsasən səhmləri dövlətə
məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar
Cəmiyyəti yaradılmışdır.
Ölkədə iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli
və dayanıqlı inkişafını təmin etmək dövlətin
iqtisadi siyasətinin prioritetlərindəndir. Aparılan
davamlı iqtisadi islahatlar və iqtisadiyyatın
diversifikasiyası
siyasəti
nəticəsində
iqtisadiyyatın bütün sahələrində olduğu
kimi, sənayenin inkişafında da böyük uğurlar
qazanılmış, sənaye məhsulları istehsalının
həcmi xeyli artmışdır.
Uğurlu inkişafın təmin edilməsi üçün
növbəti dövrlərdə də, müasir çağırışlar və
yeni təşəbbüslər nəzərə alınmaqla, iqtisadi
islahatların əsas strateji hədəflərinə uyğun
bir sıra tədbirlərin həyata keçirilməsi, o
cümlədən mövcud təbii və iqtisadi resursların
təsərrüfat dövriyyəsinə cəlb edilməsi, dövlət
mülkiyyətində olan və paylarının (səhmlərinin)
nəzarət zərfi dövlətə məxsus olan hüquqi
şəxslərin balansına götürülmüş əmlakın daha
səmərəli idarə olunması zəruridir.
Bu məqsədlə və eyni zamanda, “Milli iqtisadiyyat
və iqtisadiyyatın əsas sektorları üzrə strateji
yol xəritələrinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2016-cı
il 6 dekabr
tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə
əlaqədar dövlət əmlakının idarə edilməsinin
səmərəliliyini artırmaq, korporativ idarəetmə
prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət
sistemini formalaşdırmaq, dövlətə məxsus
müəssisələr arasında əlverişli kooperasiya
əlaqələrinin
yaradılmasına
və
istehsal
potensialının dəyər zəncirinin həlqələri üzrə
artırılmasına nail olmaq məqsədilə Azərbaycan
Respublikası Prezidenti tərəfindən 2017-ci
il 6 noyabr tarixli Fərmana əsasən səhmləri
dövlətə məxsus olan “Azərbaycan Sənaye
Korporasiyası” (ASK) Açıq Səhmdar Cəmiyyəti
yaradılmışdır..
Fərman çərçivəsində, eyni zamanda, aşağıdakı
müddəaların tətbiqi öz əksini tapmışdır:
· “ASK” ASC-də 5 üzvdən ibarət Müşahidə
Şurası yaradılması;
· “ASK” ASC-nin fəaliyyətinə cari rəhbərliyin
Baş direktor tərəfindən həyata keçirilməsi;
· “ASK” ASC-də Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə ümumi yığıncağın müstəsna
səlahiyyətlərinə aid edilmiş məsələlərin
Azərbaycan
Respublikasının
Prezidenti
tərəfindən həll edilməsi;
· “ASK” ASC-nin strukturunun təsdiqini, işçilərinin
əməkhaqlarının müəyyənləşdirilməsini və
nizamnaməsi ilə Müşahidə Şurasına həvalə
edilmiş digər səlahiyyətlərin “ASK” ASC-nin
Müşahidə Şurası tərəfindən həyata keçirilməsi;
· “ASK” ASC-nin nizamnamə kapitalı və fəaliyyəti
üçün digər aktivlər, əsasən, “Aqrarkredit” Qapalı
Səhmdar Cəmiyyətinin “Azərbaycan Beynəlxalq
Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı
problemli aktivlərin (borcların) əvəzində əldə
edilmiş, onun mülkiyyətində (balansında) olan
və “ASK” ASC-nin mülkiyyətinə (balansına)
veriləcək əmlak hesabına formalaşması.
Fərman
çərçivəsində
qarşıya
qoyulan
məqsədlər arasında, eyni zamanda, Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası
tərəfindən bir ay müddətində aşağıdakılarla
bağlı təkliflərin hazırlanaraq Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilməsi
nəzərdə tutulmuşdur:
· “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar
Cəmiyyətindən aldığı problemli aktivlərin
(borcların) əvəzində əldə edilmiş, onun
mülkiyyətində (balansında) olan və “ASK” ASC-
nin mülkiyyətinə (balansına) veriləcək dövlət
əmlakının siyahısı və həmin əmlakın ötürülməsi
mexanizmləri;
· “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar
Cəmiyyətindən aldığı problemli aktivlərin
(borcların) əvəzində əldə edilmiş, onun
idarəetməsində olan və “ASK” ASC-nin
idarəetməsinə veriləcək problemli aktivlərin
(borcların) siyahısı və həmin əmlakın
idarəetməyə verilməsi mexanizmləri.
3
Fərmana
uyğun
olaraq,
Azərbaycan
Respublikasının
Nazirlər
Kabinetinin
Azərbaycan
Respublikası
Prezidentinin
aktlarının, Nazirlər Kabineti və mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılması və
eyni zamanda “ASK” ASC-nin fəaliyyətinin
təmin edilməsi məqsədilə onun müvafiq
inzibati bina ilə təmin olunması ilə bağlı
təkliflərini
hazırlayaraq
Azərbaycan
Respublikasının Prezidentinə təqdim etməsi
nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
də öz növbəsində mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat
verməsi Fərman çərçivəsində öz əksini tapan
məqamlar arasında yer almaqdadır.
4