Dövlətə məxsus müəssisələrin
korporativ idarəetmə təcrübələrinə
dair İƏİT-in Qaydaları
İQTİSADİ ƏMƏKDAŞLIQ VƏ İNKİŞAF TƏŞKİLATI
İƏİT, 30 demokratik ölkənin hökumətlərinin qloballaşma ilə bağlı iqtisadi, icti-
mai və ətraf mühitin qorunması istiqamətlərində səylərini birləşdirən nadir forum-
dur. İƏİT həmçinin hökumətlərə korporativ idarəetmə, məlumatların ötürülməsi və
əhalinin qocalması (orta yaşının çox olması) kimi yeni problemləri anlamaq üçün
imkanın yaradılması və həll etmək üçün köməyin göstərilməsi məsələlərində əsas rol
oynayır. Təşkilat, hökumətlərə müxtəlif siyasətlərlə bağlı təcrübələri ilə bölüşməyə,
ümumi problemlərə cavab tapmağa, qabaqcıl təcrübələri müəyyən etməyə və yerli
və beynəlxalq siyasətləri əlaqələndirmək üçün birgə işlər görməyə imkan verən bir
mühit yaradır.
İƏİT-in üzvü olan ölkələr: Avstraliya, Avstriya, Belçika, Kanada, Çex Respublikası,
Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya,
İrlandiya, İtaliya, Yaponiya, Koreya, Lüksemburq, Meksika, Hollandiya, Yeni Ze-
landiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya Respublikası, İspaniya, İsveç, İsveçrə,
Türkiyə, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarıdır. İƏİT-in işində Avropa
İqtisadi Birliyinin Komissiyası iştirak edir.
İƏİT-in dərc etdiyi sənədlər Təşkilatın iqtisadi, sosial və ətraf mühitin qorunması
məsələlərinə dair statistik məlumatlarını və tədqiqatlarını və üzv ölkələrin qəbul
etdikləri razılaşmaları, tövsiyələri və standartları geniş yayır.
Fransız dilində aşağıdakı başlıq altında mövcuddur:
Lignes directrices de l’OCDE sur le gouvernement d’entreprise des entreprises publiques
Sənədin orijinal mətni İƏİT tərəfindən ingilis dilində aşağıdakı başlıq altında dərc
edilmişdir:
OECD Guidelines in Corporate Governance of State-Owned Enterprises
Copyright 2005, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Paris.
Bütün hüquqlar qorunur
Copyright 2007, bu Azərbaycan variantı Beynəlxalq Maliyyə Korporasiyasına
məxsusdur.
Paris, İƏİT-lə razılaşmaya əsasən dərc edilmişdir.
Azərbaycan dilinə tərcümənin keyfiyyəti və onun orijinal mətni ilə uyğunluğu
Beynəlxalq Maliyyə Korporasiyasının məsuliyyətidir.
İQTİSADİ ƏMƏKDAŞLIQ VƏ İNKİŞAF TƏŞKİLATI