Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

İkinci hissənin şərhi:

II. MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT

Dövlət məlumatlı və fəal mülkiyyətçi qismində çıxış etməli və DMM-lərin, tələb olunan peşəkarlıq 

və effektivlik səviyyəsi qorunmaqla, şəffaf və hesabatlı şəkildə idarə edilməsini təmin edən aydın 

və yekdil mülkiyyət siyasətini müəyyən etməlidir.

 

Hökumət öz mülkiyyət funksiyasını daşımaq üçün özəl və dövlət sektorunun idarəetmə 



standartlarına,  xüsusən  həmçinin  DMM-lərə  şamil  edilə  bilən  İƏİT-in  Korporativ  İdarəetmə 

Prinsiplərinə  müraciət  etməlidir.  İƏİT-in  Korporativ  İdarəetmə  Prinsiplərinə  əlavə  olaraq 

DMM-lərin idarə edilməsinin səciyyəvi aspektləri mövcuddur ki, onlar xüsusi diqqətə layiqdir 

və ya bu müəssisələrin şura üzvlərini, menecmentini və dövlətin mülkiyyət hüquqlarının həyata 

keçirilməsinə görə məsuliyyət daşıyan dövlət şirkətini öz müvafiq vəzifələrini effektiv şəkildə 

yerinə yetirməyə doğru istiqamətləndirmək üçün daha ətraflı sənədləşdirilməlidirlər. 



A. Hökumət dövlət mülkiyyətçiliyinin ümumi məqsədlərini, DMM-lərin korporativ idarəetməsində 

dövlətin rolunu və həmin siyasətin necə tətbiq ediləcəyini müəyyən edən mülkiyyət siyasətini 

hazırlamalı və dərc etməlidir.   

 

Məhz dövlət mülkiyyətçiliyinin çoxsaylı və bir-birinə zidd olan məqsədləri səbəbindən 



dövlət tərəfindən mülkiyyət funksiyaları ya çox passiv şəkildə həyata keçirilir, ya da əksinə,  şirkət 

və onun idarəetmə orqanları tərəfindən həll edilməli olan məsələlərə və ya qərarlara dövlət hədsiz 

dərəcədə müdaxilə edir. 

 

Dövlətə  mülkiyyətçi  kimi  yerini  tutmaq  üçün  öz  məqsədlərini  aydınlaşdırmaq  və 



prioritetləşdirmək lazımdır. Gəlirlilik norması və dividend siyasəti kimi xüsusi hədəflər formasında 

ifadə olunmuş gəlirin əldə olunması və bazarın təhrif edilməsindən çəkinmə məqsədlərə daxil edilə 

bilərlər.  Məqsədlərin  müəyyən  edilməsinə  kompromislər  daxil  edilə  bilər,  məsələn  səhmdarlar 

üçün müəssisənin dəyəri, ictimai xidmət və hətda məşğulluğun təmin olunması arasında kom-

promisin  tapılması.  Bu  səbəbdən  dövlət  mülkiyyətçi  kimi  öz  məqsədlərini  müəyyən  etməklə 

kifayətlənməməli, həmçinin prioritetləri müəyyən etməli və qaçılmaz kompromislərlə necə rəftar 

ediləcəyini aydınlaşdırmalıdır. Bunları etdikdə dövlət əməliyyat məsələlərinə müdaxilə etməkdən 

çəkinməli və beləliklə şuranın müstəqilliyini tanımalı və qorumalıdır. Aydın mülkiyyət siyasəti 

DMM-lərə öz məqsədlərinin və ya ictimai xidmətlərlə bağlı öhdəliklərinin xüsusiyyətlərinin və 

həddinin müəyyən edilməsində hədsiz müstəqilliyin verilməsi hallarının qarşısını almağa kömək 

edəcəkdir. 

 

Bundan əlavə, dövlət öz mülkiyyət siyasətinə sadiq olmağa çalışmalı və ümumi məqsədləri 



tez-tez dəyişməkdən çəkinməlidir. Aydın, yekdil və dəqiq mülkiyyət siyasəti DMM-lərə, bazarlara 

və geniş ictimaiyyətə dövlətin mülkiyyətçi kimi məqsədlərinin, o cümlədən onun uzunmüddətli 

öhdəliklərinin aydın izahını verir və onlar barəsində qabaqcadan təsəvvürün yaranmasına imkan 

verir. 


 

Dövlətin mülkiyyət siyasətinin hazırlanmasında və yeniləşdirilməsində, hökumətlər ictimai 

22

İkinci hissənin şərhi: II. MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT



rəydən müvafiq olaraq istifadə etməlidir. Mülkiyyət siyasəti və onunla bağlı şirkətin məqsədləri 

geniş ictimaiyyət tərəfindən əldə oluna bilən və müvafiq nazirliklər, agentliklər, DMM-lərin şuraları, 

menecment və qanunvericilik orqanları arasında geniş yayılan ictimai sənədlər olmalıdırlar.       

 

Həmçinin müvafiq dövlət qulluqçuları tərəfindən mülkiyyət siyasətinin dəstəklənməsi və 



DMM-lərin  səhmdarlarının  ümumi  yığıncağı,  şurası  və  top-menecmenti  tərəfindən  korporativ 

məqsədlər bəyannaməsinin təsdiq olunması vacibdir. 



B.  Hökumət  DMM-lərin  gündəlik  idarə  edilməsinə  müdaxilə  etməməli  və  onlara  müəyyən 

edilmiş məqsədlərə nail olmaq üçün tam əməliyyat sərbəstliyini verməlidir.

 

Dövlətin  fəal  və  məlumatlı  mülkiyyətçi  kimi  fəaliyyət  göstərməsi  üçün  əsas  vasitələrə 



aydın və yekdil mülkiyyət strategiyası, strukturlaşdırılmış “şuranı təyin etmə” prosesi və müəyyən 

edilmiş mülkiyyət hüquqlarının effektiv həyata keçirilməsi aiddir. DMM-lərin gündəlik fəaliyyətinə 

hər hansı bir müdaxiləyə yol verilməməlidir. 

 

Sahiblik  və  ya  koordinasiya  edən  təşkilatın  dövlət  müəssisəsinə  və  ya  onun  şurasına 



istiqamət  vermək  imkanı  strateji  məsələlərlə  və  siyasətlərlə  məhdudlaşmalıdır.  Sahiblik  və  ya 

koordinasiya edən təşkilatın hansı sahələrdə göstərişlər vermək və hansı növ qərarlar qəbul etmək 

üçün səriştəyə malik olduğu müəyyənləşdirilməli və ictimaiyyətə açıqlanmalıdır.

 

Həmin istiqamətdə, hər hansı digər dövlət orqanlarının DMM-lərin gündəlik fəaliyyətinə 



müdaxilə etmək imkanlarına ciddi məhdudiyyətlər qoyulmalıdır.

C.  Dövlət  özünə  məxsus  müəssisələrin  şuralarına  öz  vəzifələrini  yerinə  yetirmək  imkanını 

verməli və onların müstəqilliyinə hörmətlə yanaşmalıdır.

 

Şura  uzlüyünə  namizədləri  təklif  etdikdə  və  onları  seçdikdə  sahiblik  edən  təşkilat  əsas 



diqqəti DMM-lərin şuralarının öz vəzifələrinin peşəkar və müstəqil şəkildə yerinə yetirilməsinə 

olan  ehtiyacına  verməlidir.  İƏİT-in  Prinsiplərində  göstərildiyi  kimi,  fərdi  şura  üzvlərinin  öz 

vəzifələrini yerinə yetirərkən müxtəlif seçicilər qruplarının təmsilçisi kimi hərəkət etməməsi vaci-

bdir. Müstəqillik tələb edir ki, şura üzvlərinin hər biri bütün səhmdarlara eyni yanaşmanı təmin 

etməklə öz vəzifələrini yerinə yetirsinlər. Şirkətin nizamnaməsi və ya onun xüsusi məqsədləri ilə 

uyğun olduğu hallar istisna olmaqla, bu, şura üzvlərinin öz vəzifələrini yerinə yetirərkən heç bir 

siyasi maraqlara qulluq etməməsini nəzərdə tutur. 

 

Dövlət  nəzarət  paketinin  sahibi  olduqda  digər  səhmdarların  razılığı  olmadan  şuraya 



namizədləri təklif etmək və seçmək hüququna malikdir. Qanunvericiliklə verilmiş bu hüquq şuraya 

üzv olmaq üçün namizədlərin müəyyən edilməsi, onların təyin edilməsi və seçilməsi ilə bağlı dövlətin 

üzərinə böyük məsuliyyət qoyur. Bu prosesdə,  mümkün olan mənafelərin toqquşması hallarını 

minimum  səviyyəyə  endirmək  üçün,  sahiblik  edən  şirkət  şura  üzvlərinin  böyük  əksəriyyətini 

hökumət nümayyəndələri arasından seçməkdən çəkinməlidir. Bu xüsusilə qismən dövlətə məxsus 

olan və yüksək rəqabətli sahələrdə fəaliyyət göstərən  DMM-lərə aiddir. Bəzi ölkələr DMM-lərin 

şuralarına sahiblik edən təşkilatlardan və ya dövlətin digər vəzifəli şəxslərindən heç bir şəxsin təyin 

olunmamasına və ya seçilməməsinə qərar vermişdirlər. Bu, hökuməti DMM-lərin fəaliyyətinə və 

ya idarəedilməsinə müdaxilə etmək imkanından aşkar məhrum etmək və DMM-lərin şuraların 

qərarlarına görə dövlətin məsuliyyətini məhdudlaşdırmaq məqsədini daşıyır. 

23

İkinci hissənin şərhi: II. MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə