Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   18

III. SƏHMDARLARA EYNİ YANAŞMA

Dövlət və DMM-lər bütün səhmdarların hüquqlarını tanımalı və İƏİT-in Korpo-

rativ İdarəetmə Prinsiplərinə uyğun olaraq onlara eyni yanaşmanı təmin etməli və 

korporativ məlumatı əldə etmək imkanını verməlidirlər. 

A. Dövlətin koordinasiya və ya sahiblik edən təşkilatı və DMM-lər bütün səhmdarlara 

eyni yanaşmanı təmin etməlidirlər.



B.  DMM-lər  bütün  səhmdarlara  münasibətdə  yüksək  dərəcədə  şəffaflığa  riayət 

etməlidir.



C.  DMM-lər  bütün  səhmdarlarla  əlaqələrin  yaradılması  və  məsləhətləşmələrin 

aparılması siyasətini müəyyən etməlidir.



D. Şuranın seçilməsi kimi əsas korporativ qərarların qəbulunda iştirak edə bilməsi 

üçün minoritar səhmdarların ümumi yığıncaqda iştirak etməsi asanlaşdırılmalıdır.

14

SƏHMDARLARA EYNİ YANAŞMA



IV. MARAQLI TƏRƏFLƏRLƏ ƏLAQƏLƏR

Dövlət mülkiyyəti siyasəti DMM-lərin maraqlı tərəflərə qarşı məsuliyyətlərini tam 

tanımalı və onlardan maraqlı tərəflərlə münasibətləri barədə hesabat vermələrini 

tələb etməlidir. 

A.  Hökumətlər,  koordinasiya  və  ya  sahiblik  edən  təşkilat  və  DMM-lər  maraqlı 

tərəflərin qanunla və ya ikitərəfli sazişlərlə müəyyən edilmiş hüquqlarını tanımalı və 

qəbul etməlidir, və bu məsələ ilə bağlı İƏİT-in Korporativ İdarəetmə Prinsiplərinə 

müraciət etməlidirlər.



B. Listinqdən keçmiş və ya iri DMM-lər, o cümlədən mühüm ictimai məqsədlərə qul-

luq edən DMM-lər maraqlı tərəflərlə əlaqələr barədə hesabat verməlidirlər.



C.  DMM-lərin  şuralarından  daxili  etika  məcəllələrinə  riayət  etmə  proqramlarının 

hazırlanması, tətbiq edilməsi və çatdırılması tələb edilməlidir. Bu etika məcəllələri 

ölkə normalarına əsaslanmalı, beynəlxalq öhdəliklərə uyğun olmalı, və şirkət və onun 

törəmələrinə şamil edilməlidir.

15

MARAQLI TƏRƏFLƏRLƏ ƏLAQƏLƏR



V. AÇIQLAMA VƏ ŞƏFFAFLIQ

DMM-lər  İƏİT-in  Korporativ  İdarəetmə  Prinsiplərinə  uyğun  olaraq  şəffaflığın 

yüksək standartlarına riayət etməlidir.

A.  Koordinasiya  və  ya  sahiblik  edən  təşkilat  DMM-lərə  dair  yekdil  və  məcmu 

hesabatlıq  sistemini  hazırlamalı  və  hər  il  dövlətə  məxsus  müəssisələr  haqqında 

məcmu hesabatı dərc etməlidir.

B. DMM-lər effektiv daxili audit prosedurlarını hazırlamalı və şura və audit komitəsi 

və ya şirkətin ekvivalent orqanı tərəfindən monitorinq edilən və bu orqanlara birbaşa 

hesabat verən daxili audit struktur bölməsini yaratmalıdır.

C.  DMM-lər,  xüsusilə  iri  müəssisələr,  beynəlxalq  standartlara  uyğun  olaraq  il-

lik  müstəqil  kənar  auditdən  keçməlidir.  Xüsusi  dövlət  nəzarəti  prosedurlarının 

mövcudluğu müstəqil kənar auditi əvəz etmir.

D. DMM-lər listinqdən keçmiş şirkətlərlə eyni yüksək keyfiyyətli mühasibat və au-

dit standartlarına riayət etməlidirlər. İri və ya listinqdən keçmiş DMM-lər maliyyə 

və  qeyri-maliyyə  məlumatlarını  yüksək  keyfiyyətli  beynəlxalq  səviyyədə  qəbul 

olunmuş standartlara uyğun olaraq açıqlamalıdırlar.



E.  DMM-lər  İƏİT-in  Korporativ  İdarəetmə  Prinsiplərində  təsvir  edilmiş  bütün 

məsələlərə dair mühüm məlumatı açıqlamalı, o cümlədən mülkiyyətçi kimi dövlətin 

və geniş ictimaiyyətin diqqəti əhəmiyyətli sahələrə yönəltməlidir.

Bu cür məlumata aşağıdakılar daxildir:

1. İctimaiyyət üçün şirkətin məqsədləri və onların yerinə yetirilməsi barədə aydın 

bəyanat.


2. Şirkətin mülkiyyət və səsvermə strukturu.

3.  Hər  hansı  mühüm  risk  faktorları  və  bu  riskləri  idarə  etmək  üçün  görülmüş 

tədbirlər.

4. Hər hansı maliyyə yardımı, o cümlədən dövlətdən alınmış təminatlar və dövlətə 

məxsus müəssisə adından götürülmüş öhdəliklər. 

5. Əlaqədar təşkilatlarla hər hansı mühüm əməliyyatlar.

16

AÇIQLAMA VƏ ŞƏFFAFLIQ



VI. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN ŞURALARININ VƏZİFƏLƏRİ

DMM-lərin şuraları strateji idarəetmə funksiyasını yerinə yetirmək və menecmen-

tin fəaliyyətinin monitorinqini aparmaq üçün lazım olan səlahiyyətlərə, səriştəyə və 

obyektivliyə malik olmalıdır. Onlar düzgün hərəkət etməli və öz hərəkətlərinə görə 

cavabdeh olmalıdırlar.  

A.  DMM-lərin  şuralarının  səlahiyyətləri  aydın  şəkildə  müəyyən  edilməli  və  onlar 

şirkətin fəaliyyətinə görə əsas məsuliyyət daşımalıdırlar. Şura şirkət sahibləri qarşısında 

tam cavabdeh olmalı, şirkətin maraqlarına qulluq etməli və bütün səhmdarlara eyni 

yanaşmalıdır. 



B. DMM-lərin şuraları menecmentin fəaliyyətinin monitorinqi və strateji idarəetmə 

funksiyalarını  hökumət  və  sahiblik  edən  təşkilat  tərəfindən  müəyyən  edilmiş 

məqsədlərə uyğun aparmalıdır. Onlar Baş İcraçı Direktoru təyin etmək və işdən azad 

etmək səlahiyyətinə malik olmalıdırlar.



C. DMM-lərin şuraları o qaydada təşkil olunmalıdır ki, onlar obyektiv və müstəqil 

qərar verməyə qadir olsunlar. Qabaqcıl təcrübələr Sədr vəzifəsinin Baş İcraçı Direktor 

vəzifəsindən ayrı olmasını tələb edir.

D. İşçilərin şurada təmsil olunması tələb olunursa, bu təmsilçiliyin effektiv olacağına 

və  şuranın  bacarıqlarının,  məlumatlılığının  və  müstəqilliyinin  artırılmasına  kömək 

edəcəyinə təminat verən mexanizmlər yaradılmalıdır. 

E. Lazım olduqda, DMM-lərin şuraları öz funksiyalarını, o cümlədən audit, risklərin 

idarəedilməsi və mükafatlandırma məsələlərinə dair vəzifələrini yerinə yetirməyə on-

lara kömək edən xüsusi komitələr yarada bilərlər. 

F. DMM-lərin şuraları öz fəaliyyətlərinin illik qiymətləndirilməsini aparmalıdırlar.

17

DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN ŞURALARININ VƏZİFƏLƏRİ




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə