Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

 

Sahiblik  edən  təşkilatın  işçiləri,  digər  inzibati  orqanlardan  və  ya  dövlət  qurumlarından 

peşəkarlar DMM-lərinin şuralarına yalnız bütün digər üzvlərdən tələb olunan şəriştəlik səviyyəsinə 

cavab verdikdə və qəbul olunmaz siyasi təsirin göstərilməsi üçün alət rolunu oynamayacaqları hal-

da seçilməlidirlər. Onların digər şura üzvləri ilə eyni vəzifələri və məsuliyyətləri olmalı və  dövlətə 

məxsus  müəssisənin  və  onun  bütün  səhmdarlarının  maraqlarına  qulluq  etməlidirlər. Vəzifədən 

kənar etmənin şərtləri və mənafelərin toqquşması  halları diqqətlə təhlil edilməli və onların həll 

edilməsi  üsulları  təklif  edilməlidir.  Müvafiq  peşəkarlarda  mövcud  və  ya  güman  edilən  hədsiz 

mənafelər toqquşması olmamalıdır. Xüsusilə bu deməkdir ki, onlar nə DMM-lərə dair tənzimləyici 

qərarların  qəbul  edilməsində  iştirak  etməli,  nə  də  onları  şirkətin  maraqlarına  qulluq  etməkdən 

çəkindirən xüsusi öhdəliklərlə və ya qadağalarla məhdudlaşdırmamalıdırlar. Ümumi şəkildə, hər 

hansı şura üzvünə aid bütün potensial mənafelər toqquşmaları barədə şuraya hesabat verilməli və 

sonradan şura həmin mənafelər toqquşmalarını onların necə idarə olunacaqları barədə məlumatla 

birgə açıqlamalıdır. 

 

Dövlət nümayyəndələri DMM-lərin şuralarında təmsil olunduqda müvafiq fərdi və dövlət 



məsuliyətlərinin aydınlaşdırılması xüsusilə əhəmiyyətlidir. Dövlət nümayyəndələrindən DMM-

də  olan  hər  hansı  fərdi  mülkiyyətçiliklərinin  açıqlanması  və  müvafiq  insayder  sövdələşməsi 

qaydalarına riayət etmələri tələb oluna bilər. Koordinasiya və ya sahiblik edən təşkilat tərəfindən 

sahiblik edən təşkilatın üzvləri və DMM-lər şuralarında təmsil olunan digər dövlət nümayyəndələri 

üçün rəhbərliklər və ya etika məcəllələri hazırlana bilər. Bu rəhbərliklər və ya etika məcəllələri 

həmin  şura  üzvləri  tərəfindən  dövlətə  məxfi  məlumat  ötürüldükdə  hansı  tədbirlərin  görülməsi 

göstərilə bilər.

 

Göstərişlər,  geniş  siyasi  məqsədlər  baxımından,  birbaşa  şuranın  verdikləri  göstərişlər 



əvəzinə koordinasiya və ya sahiblik edən təşkilat vasitəsilə verilməli və müəssisənin məqsədləri 

kimi təqdim edilməlidir. DMM-lərin şuraları siyasətlə bağlı dəyişikliklərə Parlamentin icazəsi ol-

madan və ya xüsusi prosedurlar təsdiqlənmədən reaksiya verməməlidirlər.  

D. Dövlət idarəçiliyi çərçivəsində mülkiyyət hüquqlarından istifadə etmə aydın şəkildə müəyyən 

edilməlidir. Buna nail olmağa koordinasiya edən təşkilatın yaradılması və ya, daha münasib, 

mülkiyyətçi funksiyasının mərkəzləşdirilməsi kömək edə bilər.

 

Dövlət  idarəçiliyi  çərçivəsində  mülkiyyət  funksiyasının    maliyyə  və  ya  iqtisadiyyat 



nazirlikləri kimi mərkəzi nazirliklərdə, və ya ayrıca inzibati qurumlarda, və ya xüsusi sahə üzrə 

nazirlikdə yerləşməsindən asılı olmayaraq aydın şəkildə müəyyən edilməsi vacibdir. 

 

Mülkiyyətçi funksiyasının aydın şəkildə müəyyən edilməsinə nail olmaq üçün, bu funksi-



ya müstəqil və ya bir nazirliyə tabe olan ayrıca bir təşkilatda mərkəzləşdirilə bilər. Bu cür yanaşma 

mülkiyyət siyasətinin və onun istiqamətinin aydınlaşdırılmasında kömək edəcək və həmçinin onun 

daha  ardıcıl  tətbiq  edilməsini  təmin  edəcəkdir.  Mülkiyyətçi  funksiyasının  mərkəzləşdirilməsi 

həmçinin maliyyə hesabatlığı və ya şuranın təyin edilməsi kimi əsas məsələlərə dair ekspertlər 

“qrupunu” təşkil etməklə müvafiq bacarıqların gücləndirilməsinə və bir yerə toplanmasına imkan 

yarada  bilər.  Bu  baxımdan,  mərkəzləşdirmə  dövlət  mülkiyyətçiliyinə  dair  məcmu  hesabatlığın 

yaradılmasında əsas rol oynaya bilər. Nəhayət, mərkəzləşdirmə mülkiyyətçi funksiyasının dövlətin 

həyata keçirdiyi digər fəaliyyətlərindən, o cümlədən yuxarıda I.A bəndində göstərilmiş bazarın 

24

İkinci hissənin şərhi: II. MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT



tənzimlənməsi və səha siyasətinin müəyyənləşdirilməsi funksiyalarından aydın şəkildə ayrılması 

üçün effektiv bir vasitədir.  

 

Mülkiyyətçi  funksiyasınn  mərkəzləşdirilmədikdə,  minimum  tələb  müvafiq  inzibati 



departamentlərin arasında güclü koordinasiya edən təşkilatın yaradılmasıdır. Bu hər bir DMM-yə 

aydın göstərişlərin və strateji rəhbərlik və ya hesabatlıq tələbləri baxımından dəqiq tapşırıqların 

verilməsini  təmin  etməyə  kömək  edəcəkdir.  Koordinasiya  edən  təşkilat  müxtəlif  nazirliklərdə 

mülkiyyət məsələri ilə məşğul olan departamentlərinin həyata keçirdiyi fəaliyyətləri və siyasətləri 

uzlaşdıracaq və koordinasiya edəcəkdir. Koordinasiya edən təşkilat həmçinin ümumi mülkiyyət 

siyasətinin  müəyyən  edilməsi,  strateji  rəhbərliyin  hazılanması  və  müxtəlif  nazirliklər  arasında 

təcrübələrin birləşdirilməsi ilə məşğul olmalıdır.  

 

Mülkiyyətçi funksiyasının ayrıca bir təşkilatda mərkəzləşdirilməsi daha çox rəqabətli sek-



torda fəaliyyət göstərən DMM-lər üçün  vacibdir və, əsasən ictimai məqsədlərə qulluq edən DMM-

lər üçün mütləq deyil. Belə DMM-lər bu Rəhbərliyin əsas istifadəçiləri deyil, onlar üçün sahə üzrə 

nazirliklər siyasi məqsədlərdən az seçilə biləcək mülkiyyət hüquqlarından istifadə etmək üçün ən 

münasib və səriştəli təşkilatlar olaraq qala bilərlər.  

 

Mülkiyyətçi  funksiyasının  mərkəzləşdirilməsi  nəzərdə  tutulubsa,  bu  yeni  və  hədsiz 



dərəcədə güclü bürokratik təbəqənin yaradılması ilə nəticələnməməlidir.

 

Mülkiyyətçi funksiyası ayrıca bir təşkilat tərəfindən həyata keçirilə bilmədikdə, hər halda 



bəzi əsas funksiyalar xüsusi bacarıqlardan istifadə etmək üçün və müəyyən sahə nazirliyindən 

müstəqilliyi təmin etmək məqsədilə mərkəzləşdirilməlidir. Belə hissəvi mərkəzləşdirmənin nə cür 

faydalı ola biləcəyinə dair bir nümumə şura üzvlərinin təyin  edilməsidir.

 

Mülkiyyətçi  funksiyasının  aydın  şəkildə  müəyyən  edilməsi  mülkiyyətin  (müəssisənin) 



harada, məsələn milli, regional, federal və ya sub-federal səviyyəsində yerləşməsindən asılı olaraq 

müxtəlif hökumət səviyyəsində aparılmalıdır. Bu Qaydalar dövlət və ya federasiya çərçivəsində 

DMM-lərin  bu  baxımdan  idarə  edilməsinin  lazımi  səviyyəsini  müəyyən  etmək  üçün  istiqamət 

vermir. Hazırkı sənəd sadəcə göstərir ki, səlahiyyətlərin səviyyəsindən asılı olmayaraq, mülkiyyət 

funksiyasının ayrıca bir təşkilatda mərkəzləşməsi və ya bu təşlilat tərəfindən koordinasiya edilməsi 

daha məqsədəuyğun olardı. Bundan əlavə, mülkiyyətçiliyin müxtəlif inzibati səviyyələri olduqda, 

mülkiyyət təcrübələrinin uzlaşdırılması yolları axtarılmalıdır. Nəhayət, mülkiyyət funksiyasının 

mərkəzləşdirilməsi hüquqi mülkiyyətçiliyin mərkəzləşdirilməsi demək deyil. 



E.  Koordinasiya  və  ya  sahiblik  edən  təşkilat  Parlament  kimi  nümayyəndələr  (təmsilçi) 

orqanlarına hesabat verməli və dövlət ali audit institutları daxil olmaqla, müvafiq dövlət 

orqanları ilə aydın şəkildə müəyyən edilmiş əlaqələr qurmalıdır.

 

Koordinasiya  və  ya  sahiblik  edən  təşkilatın  digər  dövlət  orqanları  ilə  əlaqələri  aydın 



müəyyən  edilməlidir.  Bir  sıra  dövlət  orqanlarının,  nazirliklərin  və  ya  inzibati  qurumların  eyni 

DMM-lərə dair müxtəlif rolları vardır. İctimaiyyətin DMM-lərin mülkiyyətinin dövlət tərəfindən 

necə idarə edilməsinə dair etibarını artırmaq üçün, bu müxtəlif rolların aydınlaşdırılması və geniş 

ictimaiyyətə izah edilməsi vacibdir.

 

Xüsusilə, sahiblik edən təşkilat DMM-lərin auditinin aparılmasına görə cavabdeh olan ali 



25

İkinci hissənin şərhi: II. MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə