Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

dövlət audit institutları ilə əməkdaşlıq etməli və daimi dialoq aparmalıdır. Sahiblik edən təşkilat 

dövlət  audit  institutlarının  işini  dəstəkləməli  və  audit  zamanı  aşkar  olunmuş  faktlar  barəsində 

Beynəlxalq Ali Audit İnstitutlarının Audit Prinsiplərinə dair Rəhbərliklərinin Lima Bəyannaməsinə 

uyğun olaraq müvafiq tədbirlər görməlidir. 

 

Koordinasiya  və  ya  sahiblik  edən  təşkilat  həmçinin  dövlət  mülkiyyətçiliyin  necə  idarə 



edilməsi barədə aydın şəkildə hesabat verməlidir. O, Parlament kimi geniş ictimaiyyətin maraqlarını 

təmsil edən orqanlar qarşısında birbaşa və ya dolayısıla hesabat verməlidir. Bu təşkilatın qanu-

vericilik orqanlarına hesabat verməsi aydın müəyyən edilməlidir; eyni zamanda DMM-lərin öz 

hesabatlığı aydın müəyyən edilməlidir və koordinasiya və ya sahiblik edən təşkilatın və DMM-

lərin arasında hesabatlıq münasibətlərinin olması səbəbindən zəifləməməlidir.

 

Bu  hesabatlıq  mülkiyyət  hüquqlarından  istifadə  etdikdə  qanunvericilik  orqanlarının 



müstəsna hüququ olan büdcə siyasətinə müdaxilə olunmasını təmin etməklə məhdudlaşmamalıdır. 

Sahiblik edən təşkilat dövlət mülkiyyətcçliyini həyata keçirməkdə və dövlət məqsədlərinə nail 

olmaqda  öz  fəaliyyətinin  nəticələri  barədə  hesabat  verməlidır.  O,  DMM-lərin  öz  sahiblərinin 

maraqlarına uyğun olaraq necə idarə edilməsinə dair ictimaiyyəti və ictimaiyyət nümayəndələrini 

kəmiyyətli və etibarlı məlumatla təmin etməlidir. Koordinasiya və ya sahiblik edən təşkilatla qa-

nunvericilik orqanları arasında dialoq yaratmaq üçün müvəqqəti və ya daimi komissiyalar kimi 

xüsusi mexanizmlər yaradıla bilər. Parlament dinləmələri zamanı məxfilik məsələləri məxfi və ya 

bağlı iclasların keçirilməsi kimi xüsusi prosedurlarla müşahidə olunmalıdır. Ümumi olaraq faydalı 

prosedur kimi qəbul olunsa da, bu dialoqun forması, keçirilməsi tezliyi və məzmunu konstitusiya 

hüququndan və müxtəlif parlament ənənələrindən və rollarından asılı olaraq fərqlənə bilər. 

 

Hesabatlıq  tələbləri  koordinasiya  və  ya  sahiblik  edən  təşkilatın  öz  vəzifələrini  yerinə 



yetirməkdə müstəqilliyini hədsiz məhdudlaşdırmamalıdır. Məsələn koordinasiya və ya sahiblik edən 

təşkilatın qanuvericilik orqanlarının əvvəlcədən icazəsini almalı olacaq hallar məhdudlaşdırılmalı 

və ümumi mülkiyyət siyasətində mühüm dəyişiklikləri, dövlət sektorunun miqyasında dəyişiklikləri 

və mühüm əqdləri (investisiyaların edilməsini və ya geri götürülməsini) daxil etməlidir.

 

Ümumiyyətlə, sahiblik edən təşkilat öz işlərinin təşkilində və prosedurlara və proseslərə 



dair  qərar  qəbul  etdikdə  cavabdeh  olduğu  nazirlik  qarşısında  müəyyən  dərəcədə  çevikliyə 

malik  olmalıdır.  Sahiblik  edən  təşkilat  həmçinin  özəl  sektordan  peşəkarları  dəvət  etməyə, 

mükafatlandırmağa və saxlamağa imkan verən müəyyən dərəcədə büdcə müstəqilliyinə də malik 

olmalıdır.



F. Dövlət fəal mülkiyyətçi olaraq hər bir şirkətin hüquqi strukturuna uyğun olaraq öz mülkiyyət 

hüquqlarından istifadə etməlidir.

 

Yersiz siyasi müdaxilənin və ya passiv dövlət mülkiyyətçiliyinin qarşısını almaq üçün, 



koordinasiya  və  ya  sahiblik  edən  təşkilat  tərəfindən  mülkiyyət  hüquqlarının  effektiv  istifadə 

edilməsinə diqqətin yetirilməsi vacibdir. Dövlət mülkiyyətçi olaraq şirkətə mühüm təsir göstərə 

biləcək vəziyyətdə olduqda, iri səhmdar(lar) kimi hərəkət etməli və ya minoritar vəziyyətdə oldu-

qda, məlumatlı və fəal səhmdar olmalıdır. Dövlətə, öz mülkiyyətini qorumaq və dəyərini artırmaq 

üçün öz hüquqlarından istifadə etməsi tövsiyyə edilir.

26

İkinci hissənin şərhi: II. MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT




 

İƏİT-in  korporativ  idarəetmə  prinsiplərinə  əsasən  səhmdarların  aşağıdaki  dörd  əsas 

hüquqları  vardır:  1)  səhmdarların  ümumi  yığıncağında  iştirak  etmək  və  səs  vermək;  2)  şirkət 

haqqında  mühüm  və  aidiyyəti  məlumatı  vaxtında  və  müntəzəm  surətdə  almaq;  3)  müşahidə 

şurasının üzvlərini seçmək və kənarlaşdırmaq; və 4) qeyri-adi əqdləri təsdiq etmək. Koordinasiya 

və ya sahiblik edən təşkilat bu hüquqlardan tam və ehtiyatla istifadə etməlidir, çünki bu hüquqlar 

gündəlik idarəetməyə müdaxilə etmədən dövlət müəssisəsinə  lazım olan təsiredici qüvvəyə ma-

lik olmağa imkan verir. Dövlət müəssisəsinin idarəedilməsinin və ona nəzarətin effektivliyi və 

etibarlığı əsasən sahiblik edən təşkilatın öz səhmdar hüquqlarından məlumatlı qaydada istifadə 

etmək və dövlət müəssisəsində öz mülkiyyət funksiyasını səmərəli həyata keçirmək bacarığından 

asılıdır. 

 

Sahiblik  edən  təşkilata  xüsusi  bacarıqlar  və  fidusiar  vəzifələrini  yerinə  yetirmək 



təcrübəsinə malik olan hüquq, maliyyə, iqtisadiyyat və idarəetmə sahələrində peşəkarlar lazımdır. 

Bu peşəkarlar həmçinin dövlət qulluqçuları kimi DMM-lərə dair öz rollarını və vəzifələrini aydın 

şəkildə  anlamalıdırlar.  Əlavə  olaraq,  sahiblik  edən  təşkilat  onun  nəzarəti  altında  bəzi  DMM-

lərin ictimai xidmətlərin göstərilməsi çərçivəsində yerinə yetirməli olduqları xüsusi öhəliklərlə 

bağlı bacarıqları da daxil etməlidir. Koordinasiya və ya sahiblik edən təşkilat həmçinin dövlətin 

mülkiyyət  hüquqlarından  daha  effektiv  istifadə  etmək  üçün,  kənar  məsləhətlər  əldə  etmək  və 

mülkiyyətçi  funksiyasının  bəzi  aspektlərini  müqavilə  əsasında  üçüncü  tərəfə  həvalə  etmək 

imkanına malik olmalıdır. Məsələn, həmin təşkilat tələb olunan hallarda və müvafiq qaydada onun 

adından qiymətləndirmə işlərini aparmaq, monitorinq etmək və ya etibarnamə ilə səs vermək üçün 

kənar mütəxəssislərdən istifadə edə bilərlər.



Onun əsas vəzifələrinə aşağıdakılar daxildir:

1. Səhmdarların Ümumi Yığıncağında təmsil olunmaq və dövlətə məxsus olan səhmlərlə səs 

vermək.

 

Dövlət mülkiyyətçi olaraq səsvermə hüquqlarından istifadə etdikdə öz fidusiar vəzifələrini 



yerinə  yetirməlidir,  və  ya  onlardan  istifadə  etmədikdə  bunun  səbəbini  izah  etməlidir.  Dövlət  

DMM-nin səhmdarların ümumi yığıncağı qarşısında qoyulmuş təklifləri həll etməyə çalışmayan 

səhmdar  olmamalıdır. 

 

Dövlətin təsdiq üçün ümumi yığıncağa təqdim olunmuş məsələlərə dair öz fikirini ifadə 



edə bilməsi üçün, koordinasiya və ya sahiblik edən təşkilat öz işini elə tərzdə qurmalıdır ki, həmin 

məsələlərə dair məlumatlı fikir söyləmək və onu səhmdarların ümumi yığıncağı vasitəsilə DMM-

lərin şuralarına çatdırmaq imkanı olsun.

 

Dövlətin səhmdarların ümumi yığıncağında təmsil olunması üçün müvafiq prosedurların 



müəyyən edilməsi vacibdir. Buna, misal üçün koordinasiya və ya sahiblik edən təşkilatının dövlət 

payının təmsilçisi kimi aydın müəyyən edilməsi vasitəsilə nail olmaq olar.



2.  Bütünlüklə  və  ya  əsas  hissəsi  dövlətə  məxsus  olan  müəssisələrdə  şura  üzvlərinin 

namizədliklərinin  düzgün və şəffaf qaydada irəli sürülməsi proseslərini qurmaq və bütün 

DMM-lərin şuralarının təyin edilməsində fəal iştirak etmək.

Koordinasiya və ya sahiblik edən təşkilat DMM-lərdə öz vəzifələrini yerinə yetirmək üçün tələb 

27

İkinci hissənin şərhi: II. MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə