Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları


seçilməsi kimi əsas korporativ qərarların qəbulunda iştirak edə bilsinlər



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   18

seçilməsi kimi əsas korporativ qərarların qəbulunda iştirak edə bilsinlər.

 

Minoritar  səhmdarlar  şirkətin  şəhmdarlarınin  ümumi  yığıncaqlarından  və  ya  şura 



iclaslarından kənar qəbul edilmiş qeyri-rəsmi qərarlar barədə narahat ola bilərlər. Mühüm və ya 

nəzarət paketinə malik səhmdarı olan listinqdən keçmiş şirkətlər üçün bu narahatçılıq əsaslıdır, 

lakin həmin narahatçılıqlar dövlətin əsas səhmdar olduğu şirkətlərdə də yarana bilər. Mülkiyyətçi 

olaraq  dövlətin  minoritar  səhmdarlarda  onların  hüquqlarının  qorunacağına  əmin  yaratması 

məqsədəuyğun ola bilərdi. 

 

İƏİT-in Korporativ İdarəetmə Prinsiplərində qeyd olunduğu kimi, səhmdarlarin ümumi 



yığıncağında iştirak etmək səhmdarların əsas hüquqlarındandır. Minoritar səhmdarların ümumi 

yığıncaqlarda  fəal  iştirak  etməsini  təşviq  etmək  və  öz  hüquqlarından  istifadə  etməsinə  kömək 

etmək məqsədilə DMM-lər İƏİT Prinsiplərində listinqdən keçmiş şirkətlər üçün tövsiyyə edildiyi 

kimi xüsusi mexanizmlərdən istifadə edə bilər. Buraya səhmdarlar tərəfindən müəyyən qərarların 

qəbulu üçün 2/3 və ya daha artıq səs çoxluğundan istifadə etmə, və vəziyyətdən asılı olaraq müvafiq 

hesab edildikdə, kumulyativ səsvermə kimi xüsusi seçki qaydalarından istifadə etmək imkanı daxil 

edilə bilər. Əlavə measures yiğincaqda iştirak etmədən səsvermə və ya istirak xərclərini azaltmaq 

üçün elektron vasitələrdən istifadə etməni daxil etməlidir. Bundan əlavə, işçi-səhmdarların ümumi 

yığıncaqda  iştirak  etməsinə,  məsələn,  işçi-səhmdarlardan  etibarnamə  əsasında  verilən  səslərin 

toplanması kömək edə bilər. 

 

Minoritar  səhmdarların  qoruması  üçün  nəzərdə  tutulmuş  hər  hansı  mexanizmin 



tarazlaşdırılması da vacibdir. Bu mexanizmlər bütün minoritar səhmdarlara aid edilməli və heç 

bir halda eyni yanaşma konsepsiyasını pozmamalıdır. Onlar nə dövlətin majoritar səhmdar kimi 

qərarlara dair öz qanuni təsirini həyata keçirməyə mane olmalı, nə də minoritar səhmdarlara qərar 

qəbulu prosesini ləngitməyə imkan verməlidir.

32

Üçüncü hissənin şərhi: III.SƏHMDARLARA EYNİ YANAŞMA



Dördüncü hissənin şərhi:

IV.  MARAQLI TƏRƏFLƏRLƏ ƏLAQƏLƏR

Dövlət mülkiyyəti siyasəti DMM-lərin maraqlı tərəflərə qarşı məsuliyyətlərini tam tanımalı və 

onlardan maraqlı tərəflərlə münasibətləri barədə hesabat vermələrini tələb etməlidir. 

 

Bəzi İƏİT ölkələrində, hüquqi status, qaydalar və ya ikitərəfli sazişlər/müqavilələr dövlət 



müəssisəsində müəyyən maraqlı tərəflərə xüsusi hüquqlar verir. Bəzi DMM-lər maraqlı tərəflərə 

verilmiş hüquqlar baxımından fərqli idarəetmə strukturları ilə seçilirlər, əsasən də işçilərə şurada 

təmsil olunma hüququnun verilməsinə və ya məsləhətçi şuralar vasitəsilə işçilərin nümayəndələrinə 

və istehlakçı təşkilatlara məsləhət vermək/qərar qəbul etmək hüququnun verilməsinə görə. 

 

DMM-lər  davamlı  və  maliyyə  cəhətdən  güclü  müəssisələrin  yaradılması  üçün  maraqlı 



tərəflərlə  əlaqələrin  əhəmiyyətini  dərk  etməlidirlər.  Maraqlı  tərəflərlə  əlaqələr  xüsusilə  DMM-

lər  üçün  əhəmiyyətlidir,  çünki  bu  əlaqələr,  dövlət  müəssisəsinin  xidmətlərin  göstərilməsinə 

dair ümumi öhdəlikləri olduqda, onların yerinə yetirilməsi üçün mühüm ola bilər və DMM-lər, 

xüsusilə  bəzi  infrastruktur  sektorlarında  işləyən  müəssisələr,  iqtisadi  inkişaf  potensialına  və 

fəaliyyət göstərdikləri cəmiyyətlərə mühüm təsir göstərmək imkanına malik ola bilərlər. Bundan 

əlavə, bəzi investorlar investisiya barədə qərar qəbul etdikdə maraqlı tərəflərlə əlaqələrə xüsusi 

diqqət  yetirir  və  maraqlı  tərəflərə  aid  məsələlərlə  bağlı  potensial  məhkəmə  çəkişmələrinə  dair 

riskləri nəzərə alırlar. Beləliklə, maraqlı tərəflərə dair işlək siyasətin şirkətin uzunmüddətli strateji 

məqsədlərinə və reputasiyaya göstərə biləcək təsirin koordinasiya və ya sahiblik edən təşkilat və 

dövlət müəssisəsi tərəfindən dərk edilməsi vacibdir. Bu səbəbdən onlar maraqlı tərəflərə dair aydın 

siyasəti müəyyən etməli və adekvat şəkildə açıqlamalıdırlar. 

 

Lakin, hər hansı formada kompensasiyasının verildiyi hallar istisna olmaqla, hökumət özəl 



sektorun  məqsədlərindən  fərqli  olan  məqsədlər    üçün  DMM-ləri  istifadə  etməməlidir.  Maraqlı 

tərəflərə  verilmiş  hər  hansı  hüquqlar  və  ya  qərar  qəbulu  prosesinə  olan  təsir  aydın  müəyyən 

edilməlidir. Maraqlı tərəflərə qanunverciliklə verilmiş hər hansı hüquqlara və ya dövlət müəssisəsi 

tərəfindən  yerinə  yetirilməli  olan  hər  hansı  xüsusi  öhdəliklərə  baxmayaraq,  şirkətin  idarəetmə 

orqanları, onun səhmdarların ümumi yığıncağı və şura, qərar qəbul etmək səlahiyyətini özündə 

saxlamalıdır. 



A. Hökumətlər, koordinasiya və ya sahiblik edən təşkilat və DMM-lər maraqlı tərəflərin qa-

nunla və ya ikitərəfli sazişlərlə müəyyən edilmiş hüquqlarını tanımalı və qəbul etməlidir, və bu 

məsələ ilə bağlı İƏİT-in Korporativ İdarəetmə Prinsiplərinə müraciət etməlidirlər.

 

Əsas  səhmdar  olaraq,  dövlət  korporativ  qərarların  qəbulunu  nəzarət  altında  saxlamaq 



və  maraqlı  tərəflərin  zərərinə  qərarlar  qəbul  etmək  imkanında  ola  bilər.  Bu  səbəbdən,  maraqlı 

tərəflərin hüquqlarını qorumaq  üçün  mexanizm və  prosedurların yaradılması vacibdir.  Koordi-

nasiya və ya sahiblik edən təşkilatın bu məsələyə dair aydın siyasəti olmalıdır. DMM-lər maraqlı 

tərəflərin  qanunvericiliklə,  qaydalarla  və  ikitərəfli  sazişlərlə  müəyyən  edilmiş  hüquqlarını  tam 

qəbul  etməlidir.  Onlar  özəl  sektorun  listinqdən  keçmiş  şirkətləri  kimi  hərəkət  etməli  və  İƏİT-

33

Dördüncü hissənin şərhi:IV. MARAQLI TƏRƏFLƏRLƏ ƏLAQƏLƏR




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə