Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə17/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   18

passivləri açıqlamalıdır. Lazım olduqda, bu cür hesabat risklərin idarəedilməsi strategiyalarını, 

o cümlədən onların tətbiq edilməsi üçün yaradılmış sistemləri əhatə edə bilər. Hasilat sahəsində 

işləyən şirkətlər qabaqcıl təcrübələrə uyğun olaraq öz ehtiyatlarını açıqlamalıdırlar, ki bu ehtiyat-

lar onların dəyərinin və üzləşdiyi risklərin əsas elementidir.

 

Dövlətin Özəl Şektorla Birgə Layihələri (Public Private Partnership) həmçinin adekvat 



açıqlanmalıdırlar. Bu cür iş təşəbüsləri adətən ictimai xidmətlərin göstərilməsinə və ya ictimai 

infrastrukturun  yaradılmasına  görə  ictimai  və  özəl  partnyorlar  arasında  risklərin,  vəsaitlərin 

(resursların) ötürülməsi ilə və mükafatlandırmalarla səciyyələnir və bu səbəbdən yeni və xüsusi 

mühüm risklər məruz qala bilərlər.



4.  Hər  hansı  maliyyə  yardımı,  o  cümlədən  dövlətdən  alınmış  qarantiyalar  və  DMM-lər 

adından götürülmüş öhdəliklər. 

 

Dövlət müəssisəsinin maliyyə durumu haqqında düzgün və bütöv təsəvvürün yaradılması 



üçün dövlətlə dövlət müəssisəsi arasında qarşılıqlı öhdəliklərin, maliyyə yardımının və risklərin 

bölüşdürülməsi  mexanizmlərinin  müvafiq  qaydada  açıqlanması  vacibdir.  Açıqlamaya  dövlət 

müəssisəsi  tərəfindən  dövlətdən  alınan  har  hansı  qrantlar  və  ya  subsidiyalar,  dövlət  tərəfindən 

dövlət müəssisəsinə əməliyyatların aparılması üçün verilən hər hansı qarantiyalar, o cümlədən 

dövlət  tərəfindən  dövlət  müəssisəsi  adından  götürülən  hər  hansı  öhdəliklər  daxil  olmalıdır. 

Qarantiyaların açıqlanması dövlət müəssisəsinin özü və ya dövlət tərəfindən edilə bilər. Parlamen-

tin büdcə proseslərini pozmamaq üçün dövlət qarantiyalarını monitorinq etməsi qabaqcıl təcrübə 

hesab edilir.



5. Əlaqədar təşkilatlarla hər hansı mühüm əməliyyatlar.

Əlaqədar təşkilatlarla dövlət müəssisəsi arasında əməliyyatlar, məsələn bir dövlət müəssisəsinin 

digər  dövlət  müəssisəsinin  səhmdar  kapitalına  investisiya,  potensial  sui-istifadə  mənbəyinə 

çevrilə biləcəyinə görə açıqlanmalıdır. Əlaqədar təşkilatlarla əməliyyatlar haqqında hesabatlara bu 

əməliyyatların düzgünlüyünü və məqsədəuyğunluğunu qiymətləndirmək üçün lazım olan bütün 

məlumatlar daxil edilməlidir. 

40

Beşinci hissənin şərhi: V. AÇIQLAMA VƏ ŞƏFFAFLIQ



Altıncı hissənin şərhi:

VI. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİ ŞURALARININ VƏZİFƏLƏRİ

DMM-lərin şuraları strateji idarəetmə funksiyasını yerinə yetirmək və menecmentin fəaliyyətinin 

monitorinqini aparmaq üçün lazım olan səlahiyyətlərə, səriştəyə və obyektivliyə malik olmalıdır. 

Onlar düzgün hərəkət etməli və öz hərəkətlərinə görə cavabdeh olmalıdırlar.  

 

Bir sıra ölkələrdə DMM-lərin şuraları çox böyük olur və biznes baxışına və müstəqil fikirə 



malik olmurlar. Onların tərkibinə həmçinin dövlət idarəetmə orqanlarından həddindən artıq sayda 

üzvlər daxil edilir. Bundan əlavə, onlara şuranın məsuliyyətinə aid olan vəzifələrın hamısı verilmir 

və beləliklə onlar baş menecmentin və sahiblik edən təşkilatın hökmranlığına məruz qala bilərlər. 

Bundan əlavə, onların funksiyaları bəzi sahələrdə xüsusi dövlət tənzimləyici orqanları tərəfindən 

təkrarlana bilər.

 

DMM-lərin şuralarının gücləndirilməsi və keyfiyyətinin artırılması dövlət müəssisəsələrinin 



korporativ  idarəetmə  təcrübələrinin  təkmilləşdirilməsində  fundamental  addımdır.  DMM-lərdə 

şirkətin maraqlarından hərəkət edən və qəbul olunmaz siyasi müdaxilə etmədən menecmenti effektiv 

monitorinq etməyə qadir olan güclü şuraların olması vacibdir. Bu baxımdan, suraların səriştəliyinin 

təmin edilməsi, onların müstəqilliyinin artırılması və onların fəaliyyətinin təkmilləşdirilməsi tələb 

olunur. Eyni zamanda onlara öz funksiyalarını yerinə yetirmək üçün aydın və tam məsuliyyətin 

verilməsi və onların düzgün hərəkət etməsinin təmin edilməsi mühümdür.



A.  DMM-lərin  şuralarının  səlahiyyətləri  aydın  şəkildə  müəyyən  edilməli  və  onlar  şirkətin 

fəaliyyətinə görə əsas məsuliyyət daşımalıdırlar. Şura şirkət sahibləri qarşısında tam cavabdeh 

olmalı, şirkətin maraqlarına qulluq etməli və bütün səhmdarlara eyni yanaşmalıdır.

 

Prinsip  etibarıla,  DMM-lərin  şuraları  şirkət  qanunvericiliyində  müəyyən  edilmiş  eyni 



vəzifələr və öhdəliklər daşımalıdırlar. Lakin, təcrübədə şura üzvləri, xüsusən də dövlət tərəfindən 

təyin edilmiş üzvlər daha məhdud məsuliyyət daşıya bilərlər.

 

DMM-lərin şuralarının vəzifələri müvafiq qanuvericikdə, qaydalarda, dövlətin mülkiyyət 



siyasətində və şirkətlərin nizamnamələrində müəyyən edilməlidir. Bütün şura üzvlərinin şirkətin 

maraqlarına qulluq etməsi və bütün səhmdarlara eyni yanaşması üçün qanuni öhdəliyin olması 

mühümdür  və  xüsusi  vurğulanmalıdır.  Şura  üzvlərinin  kollektiv  və  fərdi  məsuliyyəti  aydın 

müəyyən edilməlidir. Müxtəlif şura üzvlərinin məsuliyyətləri arasında, bu üzvlərin dövlət və ya hər 

hansı digər səhmdarlar və ya maraqlı şəxslər tərəfindən təyin edilməsindən asılı olmayaraq heç bir 

fərq olmamalıdır. DMM-lərin şura üzvlərini öz vəzifələri və öhdəlikləri barədə məlumatlandırmaq 

üçün təlimlərin keçirilməsi tələb olunmalıdır.

 

Şuranın məsuliyyətli olmasını təşviq etmək üçün və şuranın effektiv fəaliyyət göstərməsi 



üçün,  onlar  özəl  sektorun  riayət  etdiyi  qabaqcıl  təcrübələrə  uyğun  olmalı  və  üzvlərin  sayını 

məhdudlaşdırmalıdırlar.  Təcrübə  göstərir  ki,  daha  kiçik  şuralar  həqiqi  strateji  müzakirələrin 

aparılmasına imkan verir və formal orqana çevrilməyə daha az meyllidirlər. 

 

Şuranın  məsuliyyətini  artırmaq  üçün,  Direktorların  Hesabatı  illik  hesabatlarla  birgə 



41

Altıncı hissənin şərhi: VI. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİ ŞURALARININ VƏZİFƏLƏRİ


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə