Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə18/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   18

hazılanmalı  və  kənar  auditorlara  təqdim  edilməlidir.  Direktorların  Hesabatı  təşkilatı  məsələlər, 

maliyyə fəaliyyəti, mühüm risk faktorları, mühüm hadisələr, maraqlı tərəflərlə əlaqələr və koordi-

nasiya və ya sahiblik edən təşkilat tərəfindən verilən göstərişlərin təsiri barədə məlumat verməli 

və onları şərh etməlidir.



B. DMM-lərin şuraları menecmentin fəaliyyətinin monitorinqi və strateji idarəetmə funksiyalarını 

hökumət və sahiblik edən təşkilat tərəfindən müəyyən edilmiş məqsədlərə uyğun aparmalıdır. 

Onlar Baş İcraçı Direktoru təyin etmək və işdən azad etmək səlahiyyətinə malik olmalıdırlar.

 

Bir  çox  hallarda,  DMM-lərin  şuralarına  strateji  rəhbərlik,  menecmentə  monitorinq  və 



açıqlamaya  nəzarət  üçün  tələb  olunan  tam  məsuliyyət  və  səlahiyyətlər  verilmir.  DMM-lərin 

şuraları onların rollarına və vəzifələrinə iki tərəfdən, yəni sahiblik edən təşkilatlar və menecment 

tərəfindən müdaxilə edilməsini görə bilərlər. Koordinasiya və ya sahiblik edən təşkilat, və ya hətda 

hökumətin özü, şirkətin ümumi məqsədlərini müəyyən etmək onun vəzifəsi olsa da, və xüsusilə 

də  məqsədlərin  müəyyən  edilməsi  ilə  strategiyanın  müəyyən  edilməsi  arasında  fərqin  aydın 

olmamasını nəzərə alsaq belə, strateji məsələlərə müdaxilə etməyə olduqca meyilli ola bilərlər. 

DMM-lərin şuraları menecmenti monitorinq edilməsinə nə hüquqları nə də hətta səlahiyyətləri 

olmadığına  görə,  həmçinin  çətinliklərlə  üzləşə  bilərlər.  Bundan  əlavə,  müəyyən  ölkələrdə 

menecmentlə mülkiyyət funksiyasını yerinə yetirən orqan və ya birbaşa hökumət arasında möhkəm 

əlaqə mövcuddur. DMM-lərin baş  menecmenti birbaşa mülkiyyət funksiyasına və hökumətə he-

sabat verməyə və beləliklə şuradan yayınmağa çalışırlar.

 

Öz  rollarını  yerinə  yetirmək  üçün  DMM-lərin  şuraları  fəal  olaraq  1)  ümumi  korpora-



tiv  məqsədlər  çərçivəsində  korporativ  strategiyanı  müəyyən  etməli,  monitorinqini  aparmalı  və 

nəzərdən keçirməli, 2) fəaliyyəti qiymətləndirmək üçün müvafiq meyarlar yaratmalı və əsas riskləri 

müəyyən  etməli,  3)  maliyyə  hesabatlarının  dövlət  müəssisəsinin  cari  fəaliyyətini  və  əlaqədar 

riskləri düzgün əks etdirdiyini təmin etməklə, açıqlama və məlumatın çatdırılması prosesini moni-

torinq etməli, 4) menecmentin fəaliyyətini qiymətləndirməli və ona nəzarət etməli, 5) əsas rəhbər 

işçilərin effektiv əvəz edilməsi planını hazırlamalıdır. 

 

DMM-lərin  şuralarının  əsas  funkisyalarından  biri  Baş  İcraçı  Direktorun  təyin  edilməsi 



və işdən azad edilməsidir. Bu səlahiyyət olmadan DMM-lərin şuraları üçün monitorinqlə bağlı 

funksiyalarını  tam  yerinə  yetirmək  və  dövlət  müəssisəsinin  fəaliyyətinin  nəticələrinə  görə 

məsuliyyət  hiss  etmək  çətindir.  Bəzi  hallarda  buna,  sahiblik  edən  təşkilatla  razılaşmalar  əldə 

etməklə və ya məsləhətləşmələr aparmaqla nail olmaq olar. Bəzi ölkələrdə yeganə mülkiyyətçi Baş 

İcraçı Direktoru birbaşa təyin edə bilər və bu imkan DMM-lərə də verilir. Bu həmçinin mühüm ic-

timai xidmətlərin göstərilməsi həvalə edilən DMM-lərdə dövlətin əsas səhmdar olduğu təqdirdə də 

yarana bilər. Şuranın bütövlüyünün qorunub saxlanmasını təmin etmək üçün, qabaqcıl təcrübələr 

onunla məsləhətləşməyi tələb edir. Prosedurdan asılı olmayaraq, vəzifəyə təyin etmələr peşəkarlıq 

meyarlarına əsaslanmalıdır. Baş İcraçı Direktorun təyin edilməsi qaydaları və prosedurları şəffaf 

olmalı və Baş İnzibatçı (Baş İcraçı Direktor), şura və sahiblik edən təşkilat arasında hesabatlıq 

xəttlərini gözləməlidir. Baş İcraçı Direktorun təyin edilməsi ilə əlaqədar səhmdarlar arasında hər 

hansı sazişlər açıqlanmalıdır. 

Menecmentin fəaliyyətinin nəticələrini qiymətləndirmək və ona nəzarət etmək öhdəliyindən irəli 

42

Altıncı hissənin şərhi: VI. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİ ŞURALARININ VƏZİFƏLƏRİ




gəlir ki, DMM-lərin şuraları həmçinin Baş İcraçı Direktorun mükafatlandırılmasına dair həlledici 

təsirə malik olmalıdır. Onlar Baş İcraçı Direktorun mükafatlandırılmasının fəaliyyətin nəticələrinə 

əsaslanmasını və açıqlanmasını təmin etməlidirlər.

C.  DMM-lərin  şuraları  o  qaydada  təşkil  olunmalıdır  ki,  onlar  obyektiv  və  müstəqil  qərar 

verməyə qadir olsunlar. Qabaqcıl təcrübələr Sədr vəzifəsinin Baş İcraçı Direktor vəzifəsindən 

ayrı olmasını tələb edir.

 

DMM-lərin  şuralarının  effektiv  şəkildə  obyektiv  və  müstəqil  qərarlar  qəbul  etmək,  top 



menecmenti monitorinq etmək və strateji qərarlar qəbul etmək imkanında olması üçün müvafiq 

olaraq strukturlaşdırılması onların səlahiyyətləndirilməsi üçün əsas şərtdir. İƏİT Prinsiplərində 

qeyd  olunduğu  kimi,  “şura  menecmentin  fəaliyyətinə  nəzarətin  həyata  keçirilməsi,  maraqlar 

ziddiyyətinin  aradan  qaldırılması  və  şirkətə  qarşı  iddiaların  tarazlaşdırılması  ilə  bağlı  öz 

vəzifələrini yerinə yetirmək üçün obyektiv qərarlar qəbul etmək imkanına malik olmalıdır”. Bütün 

şura üzvləri şəffaf proseslər vasitəsilə təyin edilməli və şirkətin ümumi maraqlarına qulluq etmək 

onların vəzifələrinə aid olması aydın müəyyən edilməlidir. Şura üzvləri onları təyin edən müxtəlif 

seçiciləri təmsil edən fərdi nümayəndələr kimi hərəkət etməməlidir. DMM-lərin şuraları hökumət 

və  sahiblik  edən  təşkilatla  razılaşdırılmış  məqsədlərə  nail  olmağa  yönətdiyi  diqqəti  yayındıra 

biləcək yersiz və birbaşa siyasi müdaxilədən qorunmalıdırlar.

 

DMM-lərin  şuralarının  obyektivliyini  artırmaq  üçün  əsas  tələb  müstəqil  qərarlar  qəbul 



etməyə qadir olan lazımi sayda qeyri-icraçı şura üzvlərinin  təyin edilməsidir. Bu şura üzvləri 

müvafiq səriştəyə və təcrübəyə malik olmalı və onların özəl sektordan cəlb edilməsi məsləhətdir. 

Bu, xüsusilə də rəqabətli bazarlarda fəaliyyət göstərən DMM-lərə, şuraları daha biznes-yönümlü 

etməyə kömək edəcəkdir. Onların təcrübəsinə həmçinin dövlət müəssisəsinin xüsusi öhdəliklərinə 

və siyasi məqsədlərinə aid bacarıqlar daxil edilə bilər. Bəzi ölkələrdə, şura tərkibinin müxtəlifliyi, 

o cümlədən gender müxtəliflik məsələləri gündəmdədir. Bütün şura üzvləri hər hansı mənafelərin 

toqquşması hallarını şuraya açıqlamalı və şura onların necə həll ediləcəyinə dair qərar verməlidir. 

 

Şuranın  fəaliyyətinin  effektivliyini  və  müstəqilliyinin  qiymətləndirilməsi  və  qorunub 



saxlanması  mexanizmləri  yaradılmalıdır.  Məsələn,  buraya  mümkün  olan  vəzifəyə  təkrar  təyin 

olunmaların sayına məhdudiyyətlərin qoyulması və müstəqil məlumatın əldə olunması və müstəqil 

qiymətləndirmənin aparılması üçün şuraya verilmiş resurslar (vəsaitlər) daxil ola bilər. 

 

Şuranın müstəqilliyinin artırılması üçün, İƏİT-in Korporativ İdarəetmə Prinsipləri bir pilləli 



şura strukturunda şura sədri ilə Baş İcraçı Direktor arasında rolların bölünməsinin yaxşı təcrübə 

sayıla biləcəyini hesab edir. Sədrin və Baş İcraçı Direktorun vəzifələrinin bölünməsi “hüquqların 

tarazlaşdırılmasına nail olmağa, hesabatlılığı artırmağa və şuranın menecmentdən müstəqil olaraq 

qərarlar qəbul etmək imkanlarını genişləndirməyə kömək edə bilər”. Şuranın və onun Sədrinin 

vəzifələrinin aydın müəyyən edilməsi rolların bölünməsi nəticəsində şirkətin iki rəhbər işçiləri 

arasında lazımsız qarşıdurmanın yaranmasına gətirib çıxara biləcək halların qarşısını alacaqdır. 

İki pilləli şurası olan sistemlərdə, aşağı pillənin şurası (idarə heyətinin) sədrinin təqaüdə çıxdıqda 

Müşahidə Şurasının Sədri vəzifəsinə keçməməsi həmçinin qabaqcıl təcrübə hesab edilir.

 

Sədrin  rolunun  Baş  İcraçı  Direktor  vəzifəsindən  ayrılması  şuranın  menecmentdən 



müstəqilliyini artırmaq zərurətində olan DMM-lər üçün xüsusi əhamiyyət kəsb edir. Sədr şuranın 

43

Altıncı hissənin şərhi: VI. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİ ŞURALARININ VƏZİFƏLƏRİ




istiqamətləndirilməsində, onun effektiv işləməsinin təmin edilməsində və dövlət müəssisəsinin 

strateji idarəetməsində şura üzvlərinin fəal iştirakının təşviq edilməsində əsas rol oynayır. Sədr 

və Baş İcraçı Direktorun rolları ayrıldıqda, Sədr həmçinin şuranın effektiv fəaliyyəti üçün tələb 

olunan bacarıq və təcrübənin sahiblik edən təşkilatla razılaşdırılmasında rol oynayır. Beləliklə, 

Sədrin və Baş İcraçı Direktorun rollarının ayrılması DMM-lərdə effektiv şuraların yaradılmasında 

fundamental addım sayılmalıdır.



D. İşçilərin şurada təmsil olunması tələb olunursa, bu təmsilçiliyin effektiv olacağına və şuranın 

bacarıqlarının,  məlumatlılığının  və  müstəqilliyinin  artırılmasına  kömək  edəcəyinə  təminat 

verən mexanizmlər yaradılmalıdır.

 

İşçilərin şurada təmsil olunması qanunvericiliklə və ya kollektiv sazişlərlə tələb olunur-



sa, bu təmsilçilik şuranın müstəqilliyinin, səriştəliyinin və məlumatlılığının artırılmasına kömək 

edəcəyinə təminat verən şəkildə həyata keçirilməlidir. İşçilərin nümayəndələri bütün digər şura 

üzvləri  ilə  eyni  vəzifələrə  və  məsuliyyətə  malik  olmalı,  şirkətin  maraqlarından  hərəkət  etməli 

və  bütün  səhmdarlara  bərabər  münasibət  bəsləməlidirlər.  DMM-lərin  şuralarında  işçilərin 

təmsil  olunması  özü-özlüyündə  şuranın  müstəqilliyinə  təhlükə  yaradan  bir  amil  kimi  qəbul 

edilməməlidir. 

 

İşçiləri təmsil edən şura üzvlərinin peşəkarlığına və həqiqi müstəqilliyinə kömək edəcək 



və  onların  məxfiliyin  qorunması  ilə  əlaqədar  öz  vəzifələrini  yerinə  yetirməsini  təmin  edəcək 

prosedurlar  yaradılmalıdır.  Bu  prosedurlara  adekvat,  şəffaf  və  demokratik  seçki  prosedurları, 

təlimlər və mənafelər toqquşmasını idarə etmək üçün prosedurlar daxil edilməlidir. Şuranın işinə 

müsbət təsir bütün şura üzvlərinin, o cümlədən dövlət müəssisəsinin menecmentinin dəstəyini və 

əməkdaşlığını tələb edir. 

E.  Lazım  olduqda,  DMM-lərin  şuraları  öz  funksiyalarını,  o  cümlədən  audit,  risklərin 

idarəedilməsi və mükafatlandırma məsələlərinə dair vəzifələrini yerinə yetirməyə onlara kömək 

edən xüsusi komitələr yarada bilərlər.

 

DMM-lərdə  xüsusi  şura  komitələrdən  istifadə  etmə  özəl  sektorun  təcrübələrinə  uyğun 



olaraq artmışdır. Şuraların istifadə etdiyi xüsusi komitələrin növləri şirkətlərdən və sahələrdən 

asılı  olaraq  dəyişir  və  aşağıdakıları  daxil  edir:  audit  komitələri,  mükafatlandırma  komitələri, 

strateji komitələri, etika komitələri, və bəzi hallarda risk və təchizat komitələri. Bəzi ölkələrdə, 

audit komitəsinə ekvivalent olan orqan oxşar funksiyalar daşıyır. 

 

Xüsusi  şura  komitələrinin  yaradılması  DMM-lərin  şuralarının  bacarıqlarının 



təkmilləşdirilməsində və onların risklərin idarəedilməsi və audit kimi məsələlərə dair məsuliyyətinin 

dəstəklənməsində  mühüm  rol  oynaya  bilər.  Onların  həmçinin  şuranın  mədəniyyətinin 

dəyişdirilməsində  və  təchizat,  əlaqədar  şəxslərlə  əməliyyatlar  və  mükafatlandırma  məsələləri 

kimi potensial mənafelər toqquşması olan sahələrdə şuranın müstəqilliyinin və qanunvericiliyə 

uyğunluğunun artırılmasında effektiv ola bilərlər. 

 

Şura  komitələri  qanunvericiliklə  tələb  olunmadıqda,  koordinasiya  və  ya  sahiblik  edən 



təşkilat xüsusi şura komitələrinin hansı hallarda yaradılacağını göstərən siyasəti müəyyən etməlidir. 

Bu siyasət bir sıra meyarlara, o cümlədən dövlət müəssisəsinin böyüklüyünə və onun qarşılaşdığı 

44

Altıncı hissənin şərhi: VI. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİ ŞURALARININ VƏZİFƏLƏRİ



xüsusi risklərə və ya DMM-lərin şuraları tərkibində təkmilləşdiriləcək bacarıqlara əsaslanmalıdır. 

İri DMM-lərdən şirkətin hər hansı bir vəzifəli şəxsi ilə görüşmək ixtiyarında olan audit komitəsinin 

və ya ekvivalent orqanın mövcud olması tələb olunmalıdır.

 

Xüsusi şura komitələrinə qeyri-icraçı direktor tərəfindən sədrlik edilməsi və bu komitələrə 



kifayət  sayda  müstəqil  üzvlərin  daxil  edilməsi  mühümdür.  Müstəqil  üzvlərin  nisbəti  sayı,  o 

cümlədən  tələb  olunan  (məsələn  menecmentdən  və  ya  əsas  mülkiyyətçidən)  müstəqillik  növü 

komitənin növündən, məsələnin mənafelər toqquşmasına həssaslığından və dövlət sektorundan asılı 

olacaqdır. Məsələn, audit komitəsi yalnız müstəqil və maliyyə cəhətdən savadlı şura üzvlərindən 

təşkil olunmalıdır.

 

Xüsusi şura komitələrinin mövcudluğu şuranı bütün məsələlərə dair kollektiv məsuliyyətdən 



azad etməməlidir. Xüsusi şura komitələri onların vəzifələrini, səlahiyyətlərini və tərkibini müəyyən 

edən yazılı vəzifə təlimatlarına malik olmalıdırlar. Xüsusi şura komitələri ümumilikdə şuraya he-

sabat verməli və onların iclaslarının protokolları bütün şura üzvlərinə təqdim edilməlidir.

 

DMM-lərin şuraları şuranı təyin etmə proseslərinə dair sahiblik edən təşkilatla əməkdaşlıq 



etmək üçün həmçinin təyin etmə komitəsini yarada bilər. Bəzi ölkələrdə bir neçə əsas səhmdarlar 

daxil  edilməklə  təyin  etmə  komitələrinin  şura  strukturundan  kənarda  yaradılması  təcrübədə 

istifadə  edilir. Təyin  etmə  komitəsinin  kim  tərəfindən  yaradılmasından  asılı  olmayaraq,  şuranı 

seçki prosesində iştirak etməsi və məsləhətlər vermək qabiliyəti vasitəsilə öz tərkibi və üzvlərinin 

əvəz  edilməsi  prosesinin  planlaşdırılması  haqqında  düşünməyə  cəlb    etmək  vacibdir.  Bu  təyin 

etmə prosesində diqqətin səriştəliyə yönəldilməsinə kömək edə bilər.



F. DMM-lərin şuraları öz fəaliyyətlərinin illik qiymətləndirilməsini aparmalıdırlar.

 

Sistematik  qiymətləndirmə  prosesi  dövlət  müəssisəsinin  şurasının  məsuliyyətini  və 



üzvlərinin  vəzifələrini  işıqlandırdığına  görə  şuranın  peşəkarlığının  artırılmasında  vacib  bir 

alətdir.  Bu  həmçinin  tələb  olunan  bacarıqları  və  şura  üzvlərinin  iş  fəaliyyətinin  istiqamətini 

müəyyənləşdirmək üçün mühümdür. Nəhayət, bu şura üzvlərinin öz üzvlük vəzifələrinə kifayət 

qədər vaxt sərf etməsi və səy göstərməsi üçün onlara faydalı bir stimuldur. 

 

Qiymətləndirmə  zamanı  həm  şuranın  ümumi  fəaliyyəti  təhlil  edilməli,  həm  də  şura 



üzvlərinin ayrılıqda səmərəliliyinə və səylərinə qiymət verilə bilər. Lakin, fərdi şura üzvlərinin 

qiymətləndirilməsi şuranın nəzərdə tutulan və tələb olunan kollektiv işinə mane olmamalıdır. 

 

Şuranın qiymətləndirilməsi Sədrin məsuliyyəti altında və inkişaf edən qabaqcıl təcrübələrə 



uyğun  aparılmalıdır.  Şuranın  qiymətləndirilməsi  şuranın  üzvlərinin  sayı,  tərkibi  və  üzvlərinin 

mükafatlandırılması  kimi  məsələlərin  nəzərdən  keçirilməsinə  öz  köməyini  göstərməlidir. 

Qiymətləndirmə  həmçinin  yeni  və  mövcud  şura  üzvləri  üçün  effektiv  və  müvafıq  tanışlıq  və 

təlim proqramlarının hazırlanmasında mühüm ola bilər. Qiymətləndirməni apararkən, DMM-lərin 

şuraları məsləhət üçün kənar və müstəqil ekspertlərə, o cümlədən sahiblik edən təşkilata müraciət 

edə bilərlər. 

45

Altıncı hissənin şərhi: VI. DÖVLƏT MÜƏSSİSƏLƏRİNİ ŞURALARININ VƏZİFƏLƏRİ



Dövlətə Məxsus Müəssisələrin Korporativ İdarəetmə Təcrübələrinə dair İƏİT-in 

yeni Qaydaları hökumətlərə dövlət müəssisələrinə qarşı mülkiyyət hüquqlarından 

istifadə etmək qaydasını qiymətləndirməyə və təkmilləşdirməyə kömək edən 

beynəlxalq standartdır. İƏİT-in üzvü olan və olmayan bir çox ölkələrin geniş 

təcrübələrinə əsaslanan bu Qaydalar müəssisələrin dövlətə məxsus olduğu halda 

həll olunmalı korporativ idarəetmə məsələlərinə dair konkret tövsiyyələr verir.

Bir çox ölkələrin islahatlarında dövlətə məxsus müəssisələrin korporativ idarəetmə 

təcrübələrinin yaxşılaşdırılması prioritet məsələyə çevrilməkdədir. Dövlət sekto-

runda səmərəliliyin və şəffaflığın artması, xüsusilə də dövlət mülkiyyətinin mühüm 

olduğu ölkələrdə, iqtisadi cəhətdən böyük fayda gətirəcəkdir. Bundan əlavə, dövlət 

və özəl şirkətlərin rəqabət apara bilməsi üçün bazarda bərabər şəraitin yaradılması 

biznes sektorunun sağlam və rəqabətli olmasına kömək edəcəkdir. Beləliklə, bu 

Qaydalar yerli və beynəlxalq səviyyədə dövlətə məxsus müəssisələrin korporativ 

idarəetmə təcrübələrini təkmilləşdirmək üçün bir alətdir.

Dövlətə Məxsus Müəssisələrin Korporativ İdarəetmə Təcrübələrinə dair İƏİT-

in Qaydalarına dair hər hansı sualınız və ya məlumata ehtiyacınız yarandıqda, 

aşağıdakı elektron ünvandan istifadə edərək İƏİT-in Korporativ Əlaqələr şöbəsi 

ilə əlaqə saxlaya bilərsiniz: corporate.affairs@oecd.org. dövlət aktivlərinin 

özəlləşdirilməsi və korporativ idarəetməsi sahəsində İƏİT-in apardığı iş haqqında 

və hazırkı Qaydalar əlavə məlumat əldə etmək üçün www.oecd.org/daf/corproate-



affairs/soe/ internet saytına müraciət edə bilərsiniz. 

Dövlətə Məxsus Müəssisələrin Korporativ İdarəetmə Təcrübələrinə 

dair İƏİT-in Qaydaları

www.oecd.org

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə