Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   18

in  Korporativ  İdarəetmə  Prinsiplərinin  maraqlı  tərəflərlə  əlaqələrə  dair  müddəalarına  müraciət 

etməlidirlər.

 

İƏİT-in Korporativ İdarəetmə Prinsiplərinin tətbiqi müxtəlif maraqlı tərəflərin rolunun tam 



qəbul edilməsini nəzərdə tutur və onlarla fəal və faydalı əməkdaşlığı təşviq edir.  Bu baxımdan, 

DMM-lər maraqlı tərəflərin öz hüquqlarını həyata keçirmək üçün vaxtı-vaxtında və müntəzəm 

surətdə müvafiq, dolğun və etibarlı məlumat almaq imkanına malik olmasını təmin etməlidirlər. 

Maraqlı tərəflər hüquqları pozulduğu halda onları bərpa etmək imkanına malik olmalıdırlar. İşçilər 

həmçinin qeyri-qanuni və qeyri-etik təcrübələrə qarşı etirazlarını şuraya sərbəst şəkildə bildirmək 

imkanında olmalı və bunu etdiklərinə görə onların hüquqları məhdudlaşdırılmamalıdır. 

 

Bəzi müəssisələrdə maraqlı tərəflərlə əlaqələr üçün əhəmiyyətli hesab edildikdə, fəaliyyətin 



effektivliyinin yaxşılaşdırılması üçün işçilərin iştirakını artıran  mexanizmlərin yaradılmasına icazə 

verilməlidir. Lakin, bu cür mexanizmlərin müvafiqliyi və yaradılması haqda düşünərkən, dövlət 

onların  fəaliyyətin  effektivliyinin  yaxşılaşdırılması  üçün  mexanizmlərə  çevrilməsi  ilə  əlaqədar 

çətinlikləri nəzərə almalıdır.



B. Listinqdən keçmiş və ya iri DMM-lər, o cümlədən mühüm ictimai məqsədlərə qulluq edən 

DMM-lər maraqlı tərəflərlə əlaqələr barədə hesabat verməlidirlər.

 

Qabaqcıl  təcrübələr  listinqdən  keçmiş  şirkətlərdən  maraqlı  tərəflərlə  bağlı  məsələlərin 



açıqlanmasını tələb edir. Bunu etməklə DMM-lər daha şəffaf fəaliyyət göstərməyə və maraqlı 

tərəflərlə  əməkdaşlıq  etməyə  meylli  olduqlarını  nümayiş  etdirəcəklər.  Bu  da  öz  növbəsində 

etibarı  artıracaq  və  onların  reputasiyasını  yaxşılaşdıracaqdır.  Bu  səbəbdən,  listinqdən  keçmiş 

və ya iri DMM-lər investorlara, maraqlı tərəflərə və geniş ictimaiyyətə maraqlı tərəflərə dair öz 

siyasəti və onun effektiv tətbiqi barədə məlumat verməlidir. Bu həmçinin mühüm ictimai siyasət  

məqsədlərinə qulluq edən və ya, həcmindən asılı olaraq müvafiq xərcləri nəzərə almaqla xidmətlərin 

göstərilməsinə dair ümumi öhdəliklər daşıyan bütün DMM-lərə aiddir. Maraqlı tərəflərlə əlaqələr 

barədə hesabata dövlət müəssisəsinin sosial siyasəti və ətraf mühitin qorunması siyasəti barədə 

məlumat, DMM-lərin bu məsələlərlə bağlı xüsusi məqsədləri olduqda daxil edilməlidir. 

 

Bu baxımdan, DMM-lər qabaqcıl təcrübələrə müraciət edə bilər və son illərdə hazırlanmış 



sosial  və  ətraf  mühitin  qorunması  ilə  bağlı  məsuliyyətin  açıqlanmasına  dair  rəhbərliklərin 

tələblərinə riayət edə bilərlər.

 

DMM-lərə həmçinin öz maraqlı tərəflərlə əlaqələri barədə hesabatının etibarlığını artırmaq 



üçün, bu hesabatı müstəqil təhlildən keçirmək tövsiyyə edilə bilər.

 

Koordinasiya  və  ya  sahiblik  edən  təşkilat  öz  növbəsində  aydın  siyasət  qurmaqla  və 



geniş ictimaiyyətə məcmu məlumatı açıqlamaqla maraqlı tərəflərlə bağlı açıqlama məsələlərini 

təkmilləşdirə bilərlər. 



C. DMM-lərin şuralarından daxili etika məcəllələrinə riayət etmə proqramlarının hazırlanması, 

tətbiq edilməsi və çatdırılması tələb edilməlidir. Bu etika məcəllələri ölkə normalarına əsaslanmalı, 

beynəlxalq öhdəliklərə uyğun olmalı, və şirkət və onun törəmələrinə şamil edilməlidir.

 

İƏİT-in Korporativ İdarəetmə Prinsipləri Şuraya yüksək etik standartların tətbiqini tövsiyyə 



edir. Bu şirkətin gündəlik fəaliyyəti və uzunmüddətli öhdəlikləri baxımından etibarlılığını artırmaq 

34

Dördüncü hissənin şərhi:IV. MARAQLI TƏRƏFLƏRLƏ ƏLAQƏLƏR




vasitəsi kimi şirkətin uzunmüddətli maraqlarına qulluq edir. DMM-lərə gəldikdə, burada, biznes 

maraqlarının siyasi və ictimai siyasət maraqları ilə daimi kəsişməsini nəzərə alsaq, yüksək etik 

standartlardan uzaqlaşmaq təhlükəsi daha böyük ola bilər. Bundan əlavə, DMM-lər ölkənin ümu-

mi biznes mədəniyyətinin yaradılmasında mühüm rol oynaya bildiyinə görə, onların yüksək etik 

standartlara riayət etməsi vacibdir. 

 

DMM-lər və onların vəzifəli şəxsləri özlərini yüksək etik standartlara uyğun aparmalıdırlar. 



DMM-lər  ölkə  normalarına  və  daha  geniş  davranış  qaydalarına  riayət  etməyə  çalışaraq  daxili 

etika  məcəllələrini  qəbul  etməlidirlər.  Buraya  bütün  İƏİT  ölkələri  tərəfindən  qəbul  olunan  və 

İLO-nun Fundamental Prinsiplər və Əmək Hüquqları Deklarasiyasının dörd prinsipini hamısını 

əks etdirən İƏİT-in Çoxmillətli Müəssisələrə dair Rəhbərliyinə və İƏİT-in Rüşvətxorluğa qarşı 

Konvensiyasına  uyğunlaşmaq  öhdəliyi  də  daxil  edilməlidir.  Etika  məcəlləsi  bütünlüklə  dövlət 

müəssisəsinə və onun törəmələrinə şamil edilməlidir.

 

Etika məcəlləsi bütün işçilərdən tələb olunan davranışın aydın və ətraflı izahını verməli 



və uyğunlaşma proqramları yaradılmalıdır. Bu cür məcəllələrin bütün işçiləri və aidiyyatı olan 

maraqlı  tərəfləri  cəlb  etmək  üçün    birgə  hazırlanması  qabaqcıl  təcrübə  sayılır.  Bu  məcəllələr 

həmçinin şuralar və baş menecment tərəfindən tam dəstəklənməli və tətbiq edilməlidir.

 

Etika  məcəlləsi  təchizat  proseslərinə  dair  rəhbərlikləri,  o  cümlədən  şirkətin  vəzifəli 



şəxslərinin qeyri-qanuni və qeyri-etik davranışı barədə məlumat vermələri üçün maraqlı tərəflərin, 

xüsusilə işçilərin qorunması və təşviq edilməsi mexanizmlərinin yaradılmasını daxil etməlidir. Bu 

baxımdan, sahiblik edən təşkilatlar işçilər tərəfindən, şəxsən və ya onları təmsil edən orqanların 

vasitəsilə, və şirkətdən kənardan edilən şikayətlər üçün onların nəzarəti altında olan DMM-lərin 

effektiv “təhlükəsiz sığınacaqlar” yaratmasını təmin etməlidirlər. DMM-lərin şuraları işçilərə və 

ya onların nümayəndələrinə şurada müstəqil olan bir şəxslə, və ya şirkət daxilindəki ombuds-

man ilə birbaşa məxfi əlaqə yaratmaq üçün imkan verə bilər. Etika məcəllələri həmçinin, şikayyət 

ərizələri əsassız olduqda və ya düzgün, ciddi olmadıqda və ya qərəzli olaraq verildikdə, inzibati 

tədbirlərin görülməsini daxil etməlidir.

35

Dördüncü hissənin şərhi:IV. MARAQLI TƏRƏFLƏRLƏ ƏLAQƏLƏR




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə