Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   18

məhdudiyyətlərin qoyulması, o cümlədən ortaqların (audit partnyorların) və ya audit şirkətlərinin 

vaxtaşırı dəyişilməsi daxildir.



D.  DMM-lər  listinqdən  keçmiş  şirkətlərlə  eyni  yüksək  keyfiyyətli  mühasibat  və  audit 

standartlarına riayət etməlidirlər. İri və ya listinqdən keçmiş DMM-lər maliyyə və qeyri-maliyyə 

məlumatlarını yüksək keyfiyyətli beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun olaraq 

açıqlamalıdırlar.

 

DMM-lərin səhmləri qiymətli kağızlar bazarında alınıb-satılan şirkətlər qədər şəffaf olması 



geniş  ictimaiyyətin  marağındadır.  Hüquqi  statuslarından  asılı  olmayaraq  və  hətda  listinqdən 

keçməməsinə  baxmayaraq,  bütün  DMM-lər  qabaqcıl  mühasibat  uçotu  və  audit  standartlarına 

uyğun olaraq hesabat verməlidirlər. 

 

Bütün DMM-lər maliyyə və qeyri-maliyyə məlumatlarını açıqlamalı və iri və listinqdən 



keçmiş DMM-lər bunu yüksək keyfiyyətli beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun 

şəkildə  etməlidir.  Bununla  maliyyə  hesabatlarının  dövlət  müəssisəsinin  şura  üzvləri  tərəfindən 

imzalanması  və  bu  hesabatların  dövlət  müəssisəsinin  fəaliyyətini  və  maliyyə  durumunu  bütün 

mühüm məsələlər üzrə düzgün və ədalətli əks etdirməsinin Baş İcraçı Direktorun və Baş Maliyyə 

Direktoru tərəfindən təsdiqlənməsi nəzərdə tutulur.

 

Hansı  DMM-lərin  yüksək  keyfiyyətli  beynəlxalq  səviyyədə  qəbul  olunmuş  standartlara 



riayət  etməli  olduğunu  müəyyənləşdirmək  üçün,  mümkün  qədər  məsrəflərin  və  üstünlüklərin 

təhlili aparılmalıdır. Bu təhlil zamanı tələb olunan açıqlama şərtlərinin şura və menecment üçün 

öz vəzifələrini peşəkar səviyyədə yerinə yetirmək üçün həm stimul həm də vasitə olması nəzərə 

alınmalıdır. Müəyyən həcmli DMM-lər mühüm ictimai məqsədlər daşımadıqda, istisna edilə bilər. 

Bu cür istisnalara praktiki nöqteyi nəzərdən qərar verilir və ölkələr, sənaye sektorları və dövlət 

sektorunun həcmi üzrə fərqlənir.

 

Yüksək  dərəcəli  açıqlama  həmçinin  mühüm  ictimai  məqsədlər  daşıyan  DMM-lər  üçün 



faydalıdır. Bu cür açıqlama dövlət müəssisəsinin dövlətin büdcəsinə, dövlətin daşıdığı risklərə 

mühüm təsir göstərdiyi və ya daha qlobal ictimi təsiri olduğu təqdirdə xüsusilə vacibdir. Məsələn, 

Avropa Birliyində ictimai əhəmiyyətli xidmətlər göstərdiyinə görə dövlət subsidiyalarını almaq 

hüququna malik olan şirkətlərdən bu xidmətlərə görə ayrı hesabatların aparılması tələb olunur. 



E. DMM-lər İƏİT-in Korporativ İdarəetmə Prinsiplərində təsvir edilmiş bütün məsələlərə dair 

mühüm məlumatı açıqlamalı, habelə mülkiyyətçi kimi dövlətin və geniş ictimaiyyətin diqqətini  

əhəmiyyətli sahələrə yönəltməlidir.

 

İƏİT-in  Korporativ  İdarəetmə  Prinsiplərində  səhmləri  fond  bazarlarında  alınıb-satılan 



şirkətlər üçün açıqlamanın hansı əsas elementlərdən ibarət olması göstərilir. DMM-lər ən azı bu 

tələblərə, o cümlədən maliyyə və əməliyyat nəticələrinə, mükafatlandırma siyasətinə, əlaqədar 

şəxslərlə  əməliyyatlara,  idarəetmə  strukturlarına  və  idarəetmə  siyasətinə  dair  tələblərə  uyğun 

olmalıdırlar.  DMM-lər  hər  hansı  korporativ  idarəetmə  məcəlləsinə  riayət  etdiyi  halda  bunu 

açıqlamalı  və  onun  hansı  məcəllə  olduğunu  bildirməlidirlər.  Şura  üzvlərinin  və  əsas  rəhbər 

işçilərinin  mükafatlandırılmasına  gəldikdə  isə,  bunun  fərdi  şəkildə  edilməsi  qabaqcıl  təcrübə 

sayılır. Bu məlumata işdən azad edilmə və ya təqayüdə çıxma ilə əlaqədar müddəalar, və həmçinin 

38

Beşinci hissənin şərhi: V. AÇIQLAMA VƏ ŞƏFFAFLIQ




şura üzvlərinə xüsusi əmlakla və ya digər bu kimi vasitələrlə verilən mükafatlar daxil edilməlidir. 

DMM-lər aşağıdakı sahələrdə xüsusilə diqqətli olmalı və şəffaflığı artırmalıdırlar.



Bu cür məlumata aşağıdakılar daxildir:

1. İctimaiyyət üçün şirkətin məqsədləri və onların yerinə yetirilməsi barədə aydın bəyanat.

 

Hər bir dövlət müəssisəsinin öz ümumi məqsədlərini aydın anlaması vacibdir. Mövcud olan 



fəaliyyətin monitorinqi sistemindən asılı olmayaraq, müəssisənin toqquşan məqsədlər arasında 

kompromisi necə əldə etməyə çalışması barədə məlumat əlavə olmaqla əsas ümumi məqsədlərin 

məhdud siyahısı müəyyən edilməlidir.

 

Dövlət  majoritar  səhmdar  olduqda  və  ya  dövlət  müəssisəsinə  effektiv  nəzarət  etdikdə, 



şirkətin  məqsədləri  bütün  digər  investorlara,  bazar  iştirakçılarına  və  geniş  ictimaiyyətə 

açıqlanmalıdır. Bu cür açıqlama öhdəlikləri şirkətin rəhbər işçilərini şirkətin məqsədlərini özləri 

üçün aydınlaşdırmağa təşviq edir və menecmentin bu məqsədlərə nail olmaq üçün səylərini artıra 

bilər. Bütün səhmdarlar, bazar və geniş ictimaiyyət müəyyən edilmiş strategiyanı və menecment 

tərəfindən qəbul edilmiş qərarları qiymətləndirmək üçün bu öhdəliklərdən orientir kimi istifadə 

edə biləcəklər. 

 

DMM-lər  əsas  fəaliyyət  nəticələrini  açıqlamaqla  öz  məqsədlərini  nə  dərəcədə  yerinə 



yetirdikləri  haqqında  hesabat  verməlidirlər.  Dövlət  müəssisəsi  həmçinin  ümumi  xidmətlərin 

göstərilməsinə dair öhdəliklər kimi ictimai məqsədlər daşıdıqda, o, bu məqsədlərin nail olunması 

üçün hansı addımların atıldığı barədə də hesabat verməlidir. 

2. Şirkətin mülkiyyət və səsvermə strukturu.

 

DMM-lərin mülkiyyət və səsvermə strukturunun şəffaf olması bütün səhmdarlarda nağd 



pulların  hərəkətində  olan  payları  və  səsvermə  hüquqları  barədə  aydın  təsəvvürün  yaradılması 

üçün  vacibdir.  Dövlət  payının  qanuni  mülkiyyətçisi(nin)  kim  olduğu  və  dövlətin  mülkiyyət 

hüquqlarının istifadə edilməsinə görə məsuliyyətin harada cəmləşdiyi həmçinin aydın olmalıdır. 

Dövlət müəssisəsinin mülkiyyət və ya nəzarət strukturunu dəyişə biləcək gızıl səhm və ya veto 

hüququ kimi hər hansı xüsusi hüquqlar və ya sazişlər açıqlanmalıdır. 

3. Hər hansı mühüm risk faktorları və bu riskləri idarə etmək üçün görülmüş tədbirlər.

 

Ən böyük çətinliklər DMM-lər tərəfindən müvafiq risklər aydın müəyyən etməmiş, on-



lar qiymətləndirməmiş və onlar haqqında lazımi hesabat verilməmiş heysiyətli strategiyalar qur-

duqda  yaranır.  Mühüm  risk  faktorların  açıqlanması  siyasi,  əməliyyat  və  ya  valyuta  məzənnəsi 

riskləri kimi yeni risklərlə üzləşən dövlət tənzimlənməsindən azad olmuş və çoxmillətli təsərrüfat 

sektorlarında fəaliyyət göstərən DMM-lər üçün xüsusilə vacibdir. Mühüm risk faktorları haqqında 

hesabat verilməsə, DMM-lər öz maliyyə durumları və ümumi fəaliyyəti barədə yanlış təsəvvür 

yarada bilərlər. Bu da öz növbəsində düzgün olmayan strateji qərarlara və gözlənilməz maliyyə 

itkilərinə gətirib çıxara bilər. 

 

Aparılan əməliyyatlarla bağlı risklərin xüsusiyyətinin və dərəcəsinin DMM-lər tərəfindən 



lazımi qaydada açıqlanması, riskləri müəyyən etmək, idarə etmək, nəzarət etmək və onlara dair he-

sabat vermək üçün etibarlı daxili risklərin idarəedilməsi sisteminin yaradılmasını tələb edir. DMM-

lər yeni və təkmilləşən standartlara uyğun hesabat verməli və bütün balansdan kənar aktivləri və 

39

Beşinci hissənin şərhi: V. AÇIQLAMA VƏ ŞƏFFAFLIQ




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə