Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   18

DMM-lərin hüquqi formalarının dəyişdirilməsi həddindən artıq mürəkkəbdirsə, alternativ olaraq 

müəyyən spesifik qaydaların daha geniş tətbiq edilməsi vasitəsilə, məsələn onların xüsusi for-

malara  malik  DMM-lərə  şamil  edilməsi  və  ya  həmin  müəssisələri  bu  cür  spesifik  qaydaların 

müddəalarına,  xüsusən  də  açıqlamaya  dair  tələblərə  könüllü  olaraq  riayət  etməyə  çağırmaqla, 

onların əməliyyat təcrübələri təkmilləşdirilə bilər.

C.  DMM-lərin  ictimai  xidmətlərlə  bağlı  ümumi  qəbul  olunmuş  normalardan  artıq  üzərinə 

götürməli  olduğu  öhdəliklər  və  vəzifələr  qanunlar  və  ya  qaydalarla  aydın  şəkildə  müəyyən 

edilməlidir.  Bu cür öhdəliklər və vəzifələr həmçinin geniş ictimaiyyətə açıqlanmalı və müvafiq 

xərclər şəffaf qaydada ödənilməlidir.

 

Bəzi  hallarda  DMM-lərdən  ictimai  məqsədlər  üçün  xüsusi  vəzifələrin  və  öhdəliklərin 



yerinə yetirilməsi gözlənilir. Bir sıra ölkələrdə buraya DMM-lərin məhsul və xidmətlərinin satış 

qiymətinin tənzimlənməsi daxil edilir. Bu cür xüsusi vəzifələr və öhdəliklər kommersiya fəaliyyəti 

üçün ümumi qəbul olunmuş normadan artıq ola bilərlər və qanun və qaydalarla açıq şəkildə tələb və 

izah olunmalıdırlar. Onların həmçinin şirkətin əsasnamələrinə daxil edilməsi daha yaxşı olardı.

 

Bazar iştirakçıları və geniş ictimaiyyət bu öhdəliklərin mahiyyəti və dərəcəsi, o cümlədən 



onların DMM-lərin resurslarına və iqtisadi fəaliyyətinin nəticələrinə ümumi təsiri barədə aydın 

şəkildə məlumatlandırılmalıdır. 

 

Bundan əlavə, müvafiq məsrəflərin aydın müəyyən edilməsi, açıqlanması və qanunvericili-



yin xüsusi müddəaları və/və ya müəssisənin idarə edilməsinə və ya xidmətlərin göstərilməsinə dair 

müqavilələr kimi müqavilə mexanizmləri əsasında dövlət büdcəsindən adekvat şəkildə ödənilməsi 

həmçinin  vacibdir.  Ödənişlər  bazar  münasibətlərinin  pozulmaması  şərti  ilə  aparılmalıdır.  Bu 

xüsusilə iqtisadiyyatın rəqabətli sektorunda fəaliyyət göstərən müəssisələrə aiddir.



D. Ümumi qanunların və qaydaların tətbiqində DMM-lər üçün istisnalar müəyyən edilməməlidir. 

Maraqlı tərəflər, o cümlədən rəqiblər, öz hüquqlarının pozulduğunu hesab etdikdə onları effek-

tiv üsullarla bərpa etmək və qərəzsiz məhkəmə qərarının çıxarılmasına nail olmaq imkanına 

malik olmalıdırlar.

 

Təcrübə göstərir ki, bəzi ölkələrdə bir çox qanun və qaydalar, o cümlədən anti-inhisar qa-



nunvericiliyi DMM-lərə tətbiq edilmir. Adətən DMM-lərə iflas qanunvericiliyi şamil edilmir və 

kreditorlar bəzi hallarda öz müqavilələrini qüvvəyə mindirməkdə və ödənişləri almaqda çətinlik 

çəkirlər. Bazar münasibətlərinin pozulmaması və menecmentin cavabdehliyinin (məsuliyyətinin) 

azalmaması üçün qanunvericiliyin ümumi müddəalarından azad olma praktikası mümkün olaraq 

tam aradan götürülməlidir. DMM-lər, o cümlədən səhmdar qismində çıxış edən dövlət, qanun-

vericiliyin tələblərini pozduğu halda toxunulmazlıq hüququna malik olmamalı və məhkəmə və 

ya tənzimləyici orqanlar vasitəsilə məsuliyyətə cəlb olunmaqdan kənar qalmamalıdırlar. Maraqlı 

tərəflər məhkəmədə mülkiyyətçi kimi dövlətə qarşı iddialar irəli sürmək imkanına malik olmalı və 

belə olan təqdirdə məhkəmə sistemi tərəfindən onlara ədalətli və qərəzsiz yanaşılmalıdır.

E. Hüquqi və tənzimləyici struktur DMM-lərə şirkətin məqsədlərinə nail olunması məqsədilə 

kapitalın strukturunda tələb olunan dəyişikliklərin edilməsi üçün kifayət qədər çevik olmağa 

imkan verməlidir. 

Kapitalın strukturunun qeyri-çevik olması bəzi vaxt DMM-lər üçün məqsədləri müəyyən etməyi 

20

Birinci hissənin şərhi: I. DÖVLƏTƏ MƏXSUS MÜƏSSİSƏLƏR ÜÇÜN EFFEKTİV HÜQUQİ VƏ TƏNZİMLƏYİCİ STRUKTURUN YARADILMASI



və onlara nail olmağı çətinləşdirir. Dövlət mülkiyyətçi olaraq DMM-lərin kapitalının strukturu-

na  müvafiq  dəyişikliklər  etməyə  imkan  verən  ümumi  mexanizmlər  yaratmalı  və  siyasət  qəbul 

etməlidir. 

 

Bu  mexanizmlərə  mülkiyyətçilərə  DMM-lərin  kapitalının  strukturunu  asanlıqla,  lakin 



aydın  həddlər  çərçivəsində  dəyişdirmək  imkanın  verilməsi  daxil  edilə  bilər.  Müəyyən  həddlər 

çərçivəsində  bu,  məsələn,  alınmış  dividendlərin  yenidən  investisiya  edilməsi  və  ya  rəqabətli 

bazar şərtlərilə kapitalın artırılması vasitəsi ilə kapitalın bir dövlət müəssisəsindən digər dövlət 

müəssisəsinə birbaşa köçürülməsinə kömək edəcəkdir. Bu mexanizmlər Parlamentin büdcəyə və ya 

dövlət mülkiyyətçiliyinin müvafiq səviyyəsinə dair qərarlar qəbul etmək səlahiyyətini, o cümlədən 

büdcə sisteminin ümumi şəffaflığını qorumalıdır. DMM-lərin kapitalının strukturunda hər hansı 

bir dəyişiklik dövlət mülkiyyətçiliyinin məqsədlərinə və DMM-lərin xüsusi vəziyyətinə uyğun 

olmalıdır. Auditin aparılması və ya Parlament tərəfindən təhlilin edilməsi vasitəsilə effektiv cavab-

dehliyi təmin etmək üçün qərarlar adekvat şəkildə sənədləşdirilməlidir. Nəhayət, bu mexanizmlər 

kapitalın köçürülməsi vasitəsi ilə hər hansı bir müəssisənin digər müəssisəni maliyyələşdirməsi 

formalarının (çarpaz-subsidiya/cross-subsidization bir məhsulun istehsalında baş vermiş itkilərin 

digər məhsulun istehsalından əldə olunan yüksək gəlirlər hesabına ödənilməsi; daha geniş mənada 

– gəlirli fəaliyyətlər hesabına gəlirsiz fəaliyyət növlərinin maliyyələşdirilməsi. Tərcüməçinin qey-

di) qarşısını almaq üçün məhdudlaşdırılmalı və ciddi nəzarət altında saxlanılmalıdırlar.



F. DMM-lərin maliyyə resurslarına çıxışı rəqabətlilik prinsipi əsasında qurulmalıdır. Onların 

dövlət bankları, dövlət maliyyə institutları və digər dövlət şirkətləri ilə əlaqələri sırf komersiya 

əsaslarında qurulmalıdır. 

 

Kreditorlar və şuralar çox zaman güman edirlər ki, DMM-lərin borclarına dair dövlət şərtsiz 



zəmanət verir. Bu cür vəziyyət bir çox hallarda kreditorların və vergi ödəyicilərin zərərinə olan 

hədsiz borclara, israf edilmiş resurslara və pozulmuş bazar münasibətlərinə gətirib çıxarmışdır. 

Bundan əlavə, bəzi ölkələrdə dövlət bankları və digər maliyyə institutları DMM-lərin ən mühüm və 

hətda ən əsas kreditorları olmağa çalışırlar. Bu cür mühit mənafelər toqquşması üçün münbit şərait 

yaradır.  Bu  dövlət  bankları  tərəfindən  verilmiş  qeyri-qənaətbəxş  kreditlərə  gətirib  çıxara  bilər, 

çünki müəssisələr kreditləri qaytarmaq üçün heç bir öhdəlik daşımadıqlarını hesab edə bilərlər. Bu 

DMM-ləri bazar nəzarətinin və təzyiqinin mühüm mənbəyindən qoruyub, onların stimuluna mənfi 

təsir göstərə bilər. 

 

Dövlətin  və  DMM-lərin  kreditorlara  dair  müvafiq  məsuliyyətləri  aydın  bölünməlidir. 



Dövlət çox vaxt DMM-ləri səhmdar kapitalı ilə təmin edə bilmədiyinə görə alternativ olaraq on-

lara zəmanətlər verir, lakin bu imkandan geniş sui-istifadə edilir. Ümumi qayda olaraq, dövlət 

DMM-lərin öhdəliklərinə dair avtomatik zəmanət verməməlidir. Həmçinin dövlət zəmanətlərinin 

açıqlanmasına və ödənilməsinə dair düzgün təcrübələr hazırlanmalı və DMM-lər kapital bazar-

lardan maliyyə vəsaitlərini cəlb etməyə təşviq edilməlidirlər.

 

Mənafelərin toqquşması hallarını idarə etmək üçün mexanizmlər hazırlanmalı və DMM-



lərin dövlət bankları, digər maliyyə institutları, o cümlədən digər DMM-lər ilə münasibətlərinin 

kommersiya maraqları əsasında qurulması təmin edilməlidir. Dövlət bankları DMM-lərə kreditləri 

özəl şirkətlər üçün tətbiq edilən eyni şərtlərlə verməlidirlər. Bu mexanizmlərə dövlət banklarının 

şuralarında təmsil olunan DMM-lərin şura üzvlərinə dair məhdudiyyətlərin və ciddi təhlilin tədbiq 

edilməsi daxil edilə bilər.

21

Birinci hissənin şərhi: I. DÖVLƏTƏ MƏXSUS MÜƏSSİSƏLƏR ÜÇÜN EFFEKTİV HÜQUQİ VƏ TƏNZİMLƏYİCİ STRUKTURUN YARADILMASI




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə