Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   18

müəssisələrin  listinqdən  keçib-keçməməsindən  asılı  olmayaraq,  onların  törəmə 

müəssisələrinə də tətbiq edilə bilər. 

 

Hazırkı Qaydaların əsasən mərkəzi və federal hökumətin mülkiyyətində olan 



kommersiya  müəssisələri  üçün  nəzərdə  tutulduğuna  baxmayaraq,  hökumətlər  bu 

qaydaların həmçinin müəssisələrə sahib olan yerli hökumət orqanları tərəfindən istifadə 

edilməsini təşviq edə bilərlər. Onlar həmçinin korporativ formada olub-olmamasına 

baxmayaraq, xüsusilə mühüm ictimayi məqsədləri həyata keçirən qeyri-kommersiya 

DMM-lər  üçün  faydalı  ola  bilərlər.  Bütün  bu  kateqoriyalara  aid  olan  DMM-lərin 

peşəkar idarə olunması və qabaqcıl korporativ idarəetmə təcrübələrini tətbiq etməsi 

dövlətin və ictimaiyyətin marağındadır.

 

Bu  Qaydalarda  “DMM”  anlayışı  tam,  majoritar  və  ya  mühüm  minoritar 



mülkiyyət vasitəsilə üzərində dövlətin mühüm nəzarəti olan müəssisələrə aid edilir. 

Lakin,  Qaydaların  bir  çox  hissələri  dövlətin  nisbətən  kiçik  paya  malik  olmasına 

baxmayaraq məsuliyyətli və məlumatlı səhmdar qismində çıxış etdiyi şirkətlər üçün 

həmçinin  faydalıdır.  Həmin  qaydada,  “sahiblik  edən  təşkilat”  dövlətin  mülkiyyət 

hüquqlarının həyata keçirilməsinə görə məsuliyyət daşıyan dövlət müəssisəsini bildirir, 

istər Nazirliyin xüsusi Departamenti, istərsə də avtonom agentlik və ya digəri olsun. 

Nəhayət, İƏİT Prinsiplərində olduğu kimi, bu sənəddə də “şura” anlayışı İƏİT-in üzvü 

olan  və  olmayan  ölkələrdə  istifadə  olunan  şura  strukturunun  müxtəlif  modellərini 

bildirir. Bir çox ölkələrdə tətbiq olunan ənənəvi iki pilləli sistemdə, “şura” anlayışı 

“müşahidə şurasını”, “əsas vəzifəli şəxslər” isə “idarə heyətini” bildirir.

 

Hazırkı  sənəd  iki  hissəyə  bölünmüşdür.  Sənədin  birinci  hissəsində  təqdim 



olunan Qaydalar aşağıdakı sahələri əhatə edir: I) Dövlətə məxsus müəssisələr üçün 

effektiv  hüquqi  və  tənzimləyici  strukturun  (özülün)  yaradılması;  II)  Mülkiyyətçi 

qismində  çıxış  edən  dövlət;  III)  Səhmdarlara  eyni  yanaşma;  IV)  Maraqlı  tərəflərlə 

əlaqələr; V) Açıqlama və şəffaflıq; VI) DMM-lərin şuralarının vəzifələri. Bu bəndlərin 

hər biri yağlı kursiv şriftlə yazılmış bir Qayda ilə başlayır və bir sıra köməkçi sub-

qaydalarla müşahiyət olunur. Sənədin ikinci hissəsi, oxucuya Qaydaların məntiqini 

başa düşməyə kömək edən şərhlərdən ibarətdir. Bu şərhlərdə hazırkı Qaydaların təcrübi 

istifadəsi  üçün  faydalı  ola  bilən  əsas  tendensiyalar  təsvir  edilir  və  digər  alternativ 

tətbiqi üsullar və misallar təklif olunur. 

11

PREAMBULA



1

 

İƏİT-in Korporativ İdarəetmə Prinsipləri 2004



2

 

“Dövlətə məxsus müəssisələrdə Korporativ İdarəetmə: İƏİT ölkələrində aparılmış tədqiqat”, İƏİT 2005 və “Dövlətə məxsus 



müəssisələrin özəlləşdirilməsi” İƏİT 2003


I.  DÖVLƏTƏ  MƏXSUS  MÜƏSSİSƏLƏR  ÜÇÜN  EFFEKTİV  HÜQUQİ VƏ 

TƏNZİMLƏYİCİ STRUKTURUN YARADILMASI

DMM-lər üçün hüquqi və tənzimləyici struktur bazar iqtisadiyyatı münasibətlərinin 

pozulmaması məqsədilə dövlət və özəl şirkətlərinin rəqabət apara biləcəyi bazarda  

hamı üçün bərabər  şəraitin yaradılmasını təmin etməlidir. Bu struktur İƏİT-in 

Korporativ İdarəetmə Prinsipləri əsasında qurulmalı və onlara uyğun olmalıdır.

A. DMM-lər üçün müəyyən edilmiş şərtlərə təsir göstərə biləcək dövlətin mülkiyyət 

funksiyası  və  bazara  təsir  göstərə  biləcək  digər  dövlət  funksiyaları,  xüsusilə  də 

bazarın tənzimlənməsi ilə bağlı funksiyaları arasında aydın bölgü aparılmalıdır.

B. Hökumətlər DMM-lərin əməliyyat təcrübələrini və hüquqi formanı sadələşdirməli 

və təkmilləşdirməlidir. Onların hüquqi forması kreditorlara iddialar irəli sürməyə və 

müflisləşmə prosedurlarına başlamağa imkan verməlidir.

C. DMM-lərin ictimai xidmətlərlə bağlı ümumi qəbul olunmuş normalardan artıq 

üzərinə götürməli olduğu öhdəliklər və vəzifələr qanunlar və ya qaydalarla aydın 

şəkildə  müəyyən  edilməlidir.    Bu  cür  öhdəliklər  və  vəzifələr  həmçinin  geniş 

ictimaiyyətə açıqlanmalı və müvafiq xərclər şəffaf qaydada ödənilməlidir.



D. Ümumi qanunların və qaydaların tətbiqində DMM-lər üçün istisnalar müəyyən 

edilməməlidir. Maraqlı tərəflər, o cümlədən rəqiblər, öz hüquqlarının pozulduğunu 

hesab etdikdə onları effektiv üsullarla bərpa etmək və qərəzsiz məhkəmə qərarının 

çıxarılmasına nail olmaq imkanına malik olmalıdırlar.



E. Hüquqi və tənzimləyici struktur DMM-lərə şirkətin məqsədlərinə nail olunması 

məqsədilə kapitalın strukturunda tələb olunan dəyişikliklərin edilməsi üçün kifayət 

qədər çevik olmağa imkan verməlidir. 

F. DMM-lərin maliyyə resurslarına çıxışı rəqabətlilik prinsipi əsasında qurulmalıdır. 

Onların  dövlət  bankları,  dövlət  maliyyə  institutları  və  digər  dövlət  şirkətləri  ilə 

əlaqələri sırf komersiya əsaslarında qurulmalıdır. 

12

DÖVLƏTƏ MƏXSUS MÜƏSSİSƏLƏR ÜÇÜN EFFEKTİV HÜQUQİ VƏ TƏNZİMLƏYİCİ STRUKTURUN YARADILMASI




II. MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT

Dövlət məlumatlı və fəal mülkiyyətçi qismində çıxış etməli və DMM-lərin, tələb olu-

nan peşəkarlıq və effektivlik səviyyəsi qorunmaqla, şəffaf və hesabatlı şəkildə idarə 

edilməsini təmin edən aydın və yekdil mülkiyyət siyasətini müəyyən etməlidir.

A. Hökumət dövlət mülkiyyətçiliyinin ümumi məqsədlərini, DMM-lərin korporativ 

idarəetməsində dövlətin rolunu və həmin siyasətin necə tətbiq ediləcəyini müəyyən 

edən mülkiyyət siyasətini hazırlamalı və dərc etməlidir.   

B.  Hökumət  DMM-lərin  gündəlik  idarə  edilməsinə  müdaxilə  etməməli  və  onlara 

müəyyən edilmiş məqsədlərə nail olmaq üçün tam əməliyyat sərbəstliyini verməlidir. 



C. Dövlət ona məxsus müəssisələrin şuralarına öz vəzifələrini yerinə yetirmək imkanını 

verməli və onların müstəqilliyinə hörmətlə yanaşmalıdır.



D. Dövlət idarəciliyi çərçivəsində mülkiyyət hüquqlarından istifadə etmə aydın şəkildə 

müəyyən edilməlidir. Buna nail olmağa koordinasiya edən təşkilatın yaradılması və 

ya, daha münasib, mülkiyyət funksiyasının mərkəzləşdirilməsi kömək edə bilər. 

E. Koordinasiya və ya sahiblik edən təşkilat Parlament kimi təmsiledici seçkili orqan-

lara  hesabat  verməli  və  dövlət  ali  audit  institutları  daxil  olmaqla,  müvafiq  dövlət 

orqanları ilə aydın şəkildə müəyyən edilmiş əlaqələr qurmalıdır. 

F. Dövlət fəal mülkiyyətçi olaraq hər bir şirkətin hüquqi strukturuna uyğun olaraq 

öz  mülkiyyət  hüquqlarından  istifadə  etməlidir.  Onun  əsas  vəzifələrinə  aşağıdakılar 

daxildir:

1.  Səhmdarların  Ümumi  Yığıncağında  təmsil  olunmaq  və  dövlətə  məxsus  olan 

səhmlərlə səs vermək.

2. Bütünlüklə və ya əsas hissəsi dövlətə məxsus olan müəssisələrdə şura üzvlərinin 

namizədliklərinin    düzgün  və  şəffaf  qaydada  irəli  sürülməsi  prosedurlarını  tətbiq 

etmək və bütün DMM-lərin şuralarının təyin edilməsində fəal iştirak etmək. 

3. DMM-lərin fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan 

verən hesabatlıq sisteminin yaradılması.

4. Hüquq sistem və dövlətin mülkiyyətçilik səviyyəsi imkan verdikdə, kənar auditor-

larla və xüsusi dövlət nəzarəti orqanları ilə daimi dialoqun aparılması.

5. DMM-lərin şura üzvlərinin mükafatlandırılması sisteminin şirkətin uzun-müddətli 

maraqlarına  qulluq  etməsini  və  peşəkar  mütəxəssisləri  cəlb  etməyə  və  motivasiya 

etməyə qadir olduğunu təmin etmək.

13

MÜLKİYYƏTÇİ QİSMİNDƏ ÇIXIŞ EDƏN DÖVLƏT




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə