2
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası tərəfindən nəşr edilmişdir.
Buraxılışa məsul:
Adil Vəliyev
siyasi elmlər namizədi
Tərtibçi:
Səadət Yusifova
hüquq elmləri namizədi
Rəyçi:
Ruslan İsmayılov
filologiya elmləri namizədi
Azərbaycan və Avropa Şurası
Bakı, "Avrasiya Press" 2009, 240 səh.
Kitabda Avropa Surasının 60 il ərzində formalaşdırdığı dəyərlər sistemi,
Azərbaycan Respublikasının bu nüfuzlu beynəlxalq qurumla əməkdaşlığının
dinamikası, ölkəmizin götürdüyü öhdəliklər və onların yerinə yetirilməsi kimi
məsələlər əhatə olunur.
İSBN 978-9952-442-26-7
© "Avrasiya Press", 2009
5
ÖN SÖZ
Dövlət müstəqilliyi bərpa edildikdən sonra Ümummilli liderimiz Heydər
Əliyevin rəhbərliyi altında Azərbaycanda hüquqi demokratik dövlət quruculuğu
istiqamətində fundamental islahatlar həyata keçirilmişdir. İnsan hüquq və
azadlıqlarının qorunması və hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin
olunması dövlətin ali məqsədi elan olunmuşdur. Bu məqsədlə yeni məhkəmə
sistemi, hüquq müdafiə mexanizmləri yaradılmış, liberal bazar iqtisadiyyatı və
sosial dövlət prinsiplərini rəhbər tutan iqtisadi münasibətlərə keçid təmin
olunmuşdur.
Hazırda hüquqi dövlət quruculuğu prosesi Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün fəaliyyət
istiqamətlərində aparılan islahatlar daha da dərinləşdirilir, ən qabaqcıl dünya
təcrübəsi, texnologiyalar Azərbaycana gətirilir.
Bu məqsədlə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq həyata keçirilir. Belə
təşkilatlardan biri də Avropa Şurasıdır. İnsan hüquqları, plüralistik demokratiya və
qanunun aliliyini müdafiə etmək, Avropanın mədəni özünəməxsusluğunu və
müxtəlifliyi qorumaq və inkişaf etdirmək, onun qarşısında duran məsələlərin
ümumi həllini tapmaq, siyasi, hüquqi və konstitusional islahatları dəstəkləməklə
demokratik sabitliyi təmin etmək Avropa Şurasının prioritetləridir. Bu dəyərləri
bölüşən, daim yenilənmə iddiasında olan hər bir ölkə Avropa Şurasının üzvü ola
bilər. Şuranın uzun illər ərzində ideoloji cəhətdən bölünmüş qitədə sülhün bərqərar
olmasına, üzv-ölkələrdə aparılan islahatlara, o cümlədən mədəniyyətlərarası
dialoqa verdiyi töhfə onun 60 illik tarixinin ən böyük nailiyyətidir.
Avropa Şurasının 60 illiyinə həsr olunmuş bu nəşr həmin təşkilatın
yaranmasını doğuran tarixi şərtlər, onun strukturu və fəaliyyət xüsusiyyətləri, yeni
üzvlərin qəbul olunması siyasəti, Azərbaycan Respublikası ilə Avropa Şurası
arasında əməkdaşlığın inkişaf dinamikası, ölkəmizin götürdüyü öhdəliklər və
onların yerinə yetirilməsi kimi məsələləri əhatə edir və mövzu ilə bağlı
ictimaiyyətin məlumatlandırılması məqsədini daşıyır.
Bu baxımdan təqdim olunan kitabın ictimaiyyətin diqqətini cəlb edəcəyinə,
eyni zamanda ölkəmizin Avropa Şurası ilə əməkdaşlığı ilə bağlı məlumatlılığın
artmasına səbəb olacağına inanıram.
Nəşri ərsəyə gətirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına gələcək fəaliyyətində uğurlar arzu
edirəm.
Fuad Ələsgərov,
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Hüquq mühafizə
orqanları ilə iş şöbəsinin müdiri