BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2009
ERKƏN ORTA ÇAĞ MİSİRİNDƏ SOSİAL-İQTİSADİ DURUMA DAİR
R.İSMAYILOV
Bakı Dövlət Universiteti
r-ismail@yahoo.com
Məqalədə tədqiqatçıların erkən orta çağ Misirin sosial-iqtisadi durumuna münasi-
bətləri təhlil edilir.
Erkən orta çağda Misirin sosial-iqtisadi durumundan bəhs edərkən, fikrimizcə,
bəzi məqamları xüsusi vurğulamaq lazımdır:
Birincisi, ərəb tədqiqatçıları bir qayda olaraq orta çağ müəlliflərinin qənimət,
zəkat, ərəb işğalları dövründə bağlanmış müqavilələrin şərtlərinə əsasən torpağa olan
mülkiyyət hüququnun kimlərə məxsusluğu, vergi-maliyyə sistemi, müxtəlif əhali
kateqoriyalarının hüquqi statusu və s. haqqında yazdıqlarının təkrarından o yana
getmir. Hətta sosial-iqtisadi problemlərə həsr olunmuş məxsusi tədqiqatlarda [5;11]
belə, – onlar da lap çox azdır, - ən yaxşı halda torpaq mülkiyyəti formaları haqqında
ümumi xarakterli məlumatlar verilir.
Həm də onların problemə yanaşma tərzinin kökündə dünyada mövcud olan hər
şeyin Allaha məxsusluğu haqqında islam dininin məlum müddəaları dayanır. Bu
baxımdan «Quran»ın bir sıra ayələrini xatırlatmaq istərdik. «Taha» surəsində deyilir:
«Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa,
hamısı Onundur» [20, 20(6)]. Əlbəttə, bu, hüquqi anlamda o demək deyildir ki, Allah
yaratdığı hər şeyin mülkiyyətçisidir. Sadəcə, «əl-Maida» surəsində deyildiyi kimi,
Allah bütün dünya nemətlərinin ən ali sahibidir: «Göylərin, yerin və onlarda olan hər
şeyin hökmü Allaha məxsusdur» [20, 5(20)]. «Yer üzündə nə varsa, hamısını yaradan
Allah» [20, 2(29)], hər şeydən kimə, nə qədər və hansı tərzdə pay düşəcəyinə də özü
hökm verir. İnsanlara «çatan hər bir nemət Allahdandır» [20, 16(53)]. İnsanlar da
Allah hökmlərini doğrultmalıdırlar. «Quran»da bu barədə xüsusi xəbərdarlıq da var.
Belə ki, «Yunus» surəsinin 13-cü ayəsində «zülm etdikləri və iman gətirmədikləri
üçün neçə-neçə qövmlərin cəzalandırıldığı» [20, 10(13)] bildirildikdən sonra 14-cü
ayədə deyilir: «Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü
necə aparırsınız» [20, 10(14)].
Bütün bu deyilənləri belə yekunlaşdırmaq olar ki, islama, daha doğrusu, onun
müqəddəs kitabı «Quran»a görə, insanlara hər şeyi verən də, ondan istifadə tərzini
müəyyən edən də və həmin tərzin gerçəkləşməsinə nəzarət edən də Allahdır. Ma-
raqlıdır ki, yer üzündə, - cəmiyyətdə, -mülkiyyət mənası daşıyan «hər şey» də, ondan
konkret istifadə qaydalarını müəyyənləşdirən «dövlət» də və həmin qaydaların doğru-
düzgün icrasına nəzarət edən «hökmdar» da ərəb dilində eyni köklü və üç hərfli bir
sözlə ifadə olunur: mlk 1) mülk, 2) mülk, 3) məlik;
117
İkincisi, islam və Xilafət tarixinin L.Kaetani [17], K.Brokelman [8], İ.Vell-
hauzen [35], B.Luis [22], A.Müller [25], H.Torney [34] və digər görkəmli batılı
tədqiqatçıları daha çox siyasi proseslərin öyrənilməsinə önəm vermiş, sosial-iqtisadi
məsələlərə, başqa sözlə desək, bölgədə təşəkkül tapan feodal quruluşunun ümumi və
xüsusi cəhətlərinə, ən yaxşı halda, az diqqət yetirmişlər. Ümumiyyətlə isə, batılı
tədqiqatçıların böyük əksəriyyəti təkcə sözügedən bölgədə deyil, bütünlüklə Doğu
ölkələrində feodalizmin mövcudluğunu inkar edir [4, 249]. Bunu da belə əsaslandı-
rırlar ki, feodalizm bir termin kimi, - nə vaxtdan elmi dövriyyəyə girməsindən asılı
olmayaraq, -orta çağ Avropasında, -həm də yalnız onun batısında - hakim olmuş: 1)
peşəkar hərbçilər təbəqəsi çərçivəsində vassallıq; 2) hərbçilərin mülkiyyətində asılı
kəndlilərlə birlikdə torpaq payının, -lenin, -mövcudluğu və 3) ictimai hakimiyyətin
dünyəvi və dini şəxslər arasında bölüşdürülməsi kimi prinsipləri, eləcə də onların
ətrafında baş verən münasibətləri özündə ehtiva edən təsisatların cəmini bildirir və
həmin ilkin şərtlər Doğu ölkələri üçün xarakterik deyildir [9, 3]. Problemə bu
kriteriyadan yanaşan tədqiqatçılar Doğunun bütün ölkələrindən yalnız Yaponiyanın
Batı Avropa ilə bir sıraya qoyulmasını mümkün sayırlar [3, 167]. Orta çağ tarixinin
görkəmli tədqiqatçılarından M.Blok bir qədər də irəliyə gedərək, sözügedən dövrdə
Batı Avropa və Yaponiyanın butun dünyaya «təbii mədəni və sosial inkişaf»
nümunəsi göstərdiyini yazır [7, 435].
Problemə bu cür yanaşma həmişə ciddi elmi mübahisə və müzakirələr predmeti
olmuş, «Asiya istehsal üsulu» ifadəsindən başlayaraq bir sıra elmi,- bəzi hallarda
ideoloji konyuktura zəminində, - mülahizələrin irəli sürülməsi ilə müşayiət edilmşidir.
Bütün bunların sonunda Bizansın təsirilə Doğu slavyan ölkələrində, eləcə də Bizans
və Sasanilərin təsirilə islam dünyasında təşəkkül tapmış sosial-iqtisadi münasibətlər
sistemini də Batı Avropa feodalizmi kateqoriyasına aid etmək olar, - düşüncəsi elmi
dövriyyəyə gətirilmişdir. Lakin o da xüsusi nəzərə çarpdırılır ki, həmin ölkələrdəki
feodalizm quruluşu Batı Avropa feodalizmi üçün xarakter olan üç kriteriyaya tam
uyğun gəlmədiyindən onu «xalis» feodalizm nümunəsi saymaq olmaz.
Təbiidir ki, sözügedən bu elmi və bəzən də ideoloji xarakterli fikir və mülahi-
zələr haqqında istənilən qədər yazmaq da olar, eləcə də onlar haqqında istənilən qədər
tərif və ya da tənqidi fikirlər də söyləmək olar. Lakin düşünürük ki, bu məsələ ayrıca
bir tədqiqatın predmetidir və yalnız bircə məqamı xatırlatmaqla deyilənlərə müna-
sibətimizi bildirmək istərdik: Doğu slavyan ölkələrində və islam dünyasında olduğu
kimi Batı Avropada da feodal münasibətləri, feodalizm Roma-Bizans mirası və
təcrübəsinə söykənərək təşəkkül tapmışdır, Roma-Bizans və Sasanilər isə qarşılıqlı
təsir və qarşılıqlı zənginləşmə, - çoxsaylı ziddiyyətləri və münaqişələri də unutmuruq,
- atmosferində yaşamışlar.
Belə olan halda, yəni başlanğıcı vahid və eyni olan bir proses, yəni, feodalizm,
təbiidir ki, yayıldığı coğrafiyaya da eyni təməl prinsipləri ilə daxil olmuşdur. Deməli,
bu təməl prinsipləri bütünlükdə yayılma coğrafiyası üçün və yaxud ayrılıqda onun
ehtiva etdiyi hər bir məkan üçün eynidir, yəni hamı üçün eyni dərəcədə məqbuldur.
Təbiidir ki, hər bir məkan da məxsusi cəhətlərə malikdir və onlar yeni təşəkkül
tapmaqda olan hər hansı təzahürə, bizim halda, feodalizmə öz təsirini göstərməyə
bilməzdi. Məxsusi cəhətlərə gəlincə, onlar təbiətlə də bağlı ola bilərdi, cəmiyyətlə də.
Deməli, feodalizm bir sosial-iqtisadi münasibətlər sistemi kimi həm Batı
Avropada, həm də ona yaxın və uzaq qonşu ölkələrdə, - bizim halda Xilafətdə və
tədqiqat obyektimiz olan Misirdə, - təməl prinsipləri baxımından, daha doğrusu,
118
ehtiva etdiyi məzmun baxımından eynidir. Ancaq bu münasibətlərin məxsusi cəhət-
lərə malik konkret ölkədə gerçəkləşməsi formalarının fərqli ola bilməsi də müm-
kündür. Lakin bu fərqlilik feodalizm quruluşunun ümumi mahiyyətini dəyişdirmir və
yaxud dəyişdirmək gücündə deyildir.
Bu məntiqlə belə düşünmək olar ki, Batı tarixçilərinin Doğuya qarşı belə kəs-
kin mövqe tutması, təbiidir ki, bəşəri sivilizasiyanın tərkib hissələri olan lokal sivili-
zasiyalar arasında əbədi davam edən məxsusiləşmə prosesindən və onun məhsulu
kimi özünü göstərən «fərqli, mükəmməl və üstün» Batı Avropa düşüncəsindən
qaynaqlanmışdır.
Bütün bunlarla yanaşı onu da qeyd etmək istərdik ki, irəlidə deyildiyi kimi, orta
çağ islam dünyasında mövcud olan sosial-iqtisadi münasibətlər sistemini də Batı
Avropa feodalizminə aid etmək olar, -düşüncəsinin tərəfində duran Batı və eləcə də
sözügedən bölgədə feodalizmin, –fərqli cəhətləri olsa da, -varlığını birmənalı tərzdə
qəbul edən rus-sovet tədqiqatçıları orta çağ Doğu ölkələrinin və onların sırasında da
Xilafətin tarixini öyrənərkən burada mövcud olmuş feodalizm quruluşunun forma-
laşması, inkişafı və süqutu prosesini ardıcıllıqla və hərtərəfli tədqiq etmək məqsədilə
ayrı-ayrı dövrlərdəki sosial-iqtisadi problemlərin araşdırılmasına daim xüsusi diqqət
vermişlər.
Tədqiqat Xilafətlə bağlı olduqda, fikrimizcə, bu zaman belə bir məqam ciddi
şəkildə nəzərə alınmalıdır ki, həmin problemlərin istər tam və bütünlüklə, istərsə də
bu və ya digər tərəfinin ümumxilafət kontekstində öyrənilməsi onun ehtiva etdiyi
ölkələrin hamısı üçün mütləq şəkildə eyni və məqbul olmaya da bilər. Ən azı ona görə
ki, həmin ölkələr vahid bir dövlət-Xilafət hüdudları çərçivəsində birləşənə qədər ayrı-
ayrı, həm də fərqli sivilizasiyalara, eləcə də sosial-iqtisadi inkişaf sistemi və səviy-
yəsinə malik dövlətlər daxilində mövcud idilər. Təbiidir ki, onları öz içərisinə alan
ərəb-müsəlman cəmiyyətinin də formalaşmış və ya formalaşmaqda olan xüsusi və
fərqli cəhətləri də yox deyildi. Bu səbəbdən düşünmək olar ki, sözugedən fərqlilik-
lərin bir siyasi coğrafiyada birləşməsi zamanı baş verən assimilyasiya və metofor-
mozalar hər yerdə eyni şəkildə gedə bilməzdi. Ona görə də, şübhəsiz ki, sözugedən
problemlərin Xilafətin tərkibinə daxil olan konkret bir ölkənin özünəməxsusluğu və
fərqli cəhətləri nəzərə alınmaqla araşdırılması daha uğurlu və düzgün olardı, ümum-
xilafət kontekstində aparılmış tədqiqatların nəticələrinin daha da dəqiqləşdirilməsinə,
dərinləşməsinə və zənginləşməsinə xidmət edərdi. Həm də bu zaman, yuxarıda ötəri
deyildiyi kimi, xüsusi önəm verilməlidir, birincisi, Xilafət yaranarkən onun tərkibinə
daxil olan ölkələrdə, -ərəb işğalından öncə, -sosial-iqtisadi durum hansı xarakter
daşıyırdı və nə səviyyədə idi; ikincisi, həmin dövrdə, -Xilafətin yarandığı ərəfədə, -
ərəb cəmiyyətinn öz durumu necə idi; və üçüncü, ərəblər tutduqları ölkələrə nə ye-
niliklər gətirdilər və yaxud əskinə, ərəblərin özləri hansı dəyişikliklərə məruz qaldılar.
Başqa sözlə, iki fərqli, -ən azı etnik kökən baxımından, - cəmiyyətin birliyi və bü-
tövlüyü həm Xilafət, həm də konkret ölkə miqyasında hansı ümumi və hansı xüsusi
cəhətlərə gətirdi, bu xüsusi cəhətlər özünü nə vaxta qədər qoruya bildi?
Deyilənlər baxımından tədqiqat obyektimiz olan VIII-X əsrlər Misir təcrübəsi-
nin araşdırılması xüsusi maraq doğurur, -söyləsək, inanıram ki, haqlı olardıq.
İlk öncədən deyək ki, haqqında danışılan dövrdə Misirdə feodal münasibət-
lərinin mövcudluğu, - problemin mahiyyətinə və zamanına fərqli yanaşmalar olsa da,
- çağdaş tarix elminin etiraf etdiyi faktdır. Başqa bir fakt da ondan ibarətdir ki, orta
əsrlər probleminə yanaşmada iqtisadi amilə önəm verən tarixçilərə, - onlar əsasən rus-
119
sovet tədqiqatçılarıdır, - görə feodalizm üçün xarakter xüsusiyyət iri torpaq mülkiy-
yəti sahibliyinin üstün mövqe tutması və bu zəmində torpaq sahiblərindən –
feodallardan ibarət olan hakim sinfin torpaq üzərində inhisarının yaranmasıdır. Sosial
və siyasi amillərə önəm verən tarixçilərə, – onlar da əsasən Batı tədqiqatçılarıdır, –
görə isə feodalizm hakim sinfin daxilindəki müəyyən siyasi əlaqələr sistemidir və
onun da başlıca əlaməti vassallıq - asılılıq müqaviləsinin mövcudluğu və yaxud dövlət
funksiyasının xüsusi şəxslərə - torpaq sahiblərinə keçməsidir. Problemə belə yanaşıl-
dıqda Misirdə feodalizmin ən yaxşı halda Əyyubilər (1171-1250) və Məmluklər
(1250-1516) dövründə mövcudluğunu söyləmək olardı. Çünki məhz həmin dövr-də
ölkədə hərbi-len ierarxiyası formalaşır və möhkəmlənirdi [21, 98].
Bu məsələdə islama məxsusi bir sivilizsiya kimi baxılması da az rol oyna-
mamışdır. Bəzi tarixçilər hesab edirlər ki, müsəlman ölkələrində feodalizmin for-
malaşması prosesi nəinki Avropa ölkələrindən fərqlidir, həm də onların hər birində
özünəməxsus formada getmişdir və bu ölkələrdə mövcud olmuş feodalizmə məxsus
prinsipləri ümumiləşdirməyin özü belə çətinlik yaradır [13, 104; 19,2]. Həmin ide-
yanın tərəfdarları orta çağ tarixini, başqa sözlə, feodalizmi mərhələlərə də bir qayda
olaraq hakim sülaləyə görə bölürlər [33, 60-89].
Feodalizmə belə fərqli yanaşılsa da, lakin hər iki tərəfə görə bu cəmiyyətdə iri
torpaq sahibliyi kəndlinin kiçik (xırda) torpaqdan istifadəsi ilə uzlaşır. Həm də
kəndlilər istifadə etdikləri feodal torpaqlarının hər hansı formada mülkiyyətçisi de-
yildirlər, sadəcə müxtəlif şərtlər əsasında onu becərənlərdir. Bununla yanaşı onlar
həmin torpaq sahələrində müstəqil və fərdi təsərrüfat qurmaq hüququna malikdirlər.
Təbiidir ki, bu münasibətlərin, başqa sözlə, feodal istehsal sisteminin meydana
gəlməsi, onun formalaşması və inkişafı əsasən ümumi təməllərə söykənsə də, xüsusi
amillərin təsirindən də kənarda qalmamışdır. Bizim tədqiqatımızın obyekti kimi
Misirə gəldikdə, qeyd etmək istərdik ki, ərəb işğalına qədərki dövrdə bu ölkə Suriya,
Quzey Mesopotamiya və Quzey Afrikanın müəyyən hissəsi ilə birlikdə Doğu Roma
və yaxud Bizans imperiyasının tərkibində idi. Həmin dövrdə Bizansda və onun bir
parçası olan Misirdə feodal münasibətlərinin mövcudluğu və bu zəmində cəmiyyətin
sosial-iqtisadi quruluşunda keyfiyyət dəyişikliklərinin baş verməsi fikri tarixçilər
arasında heç bir mübahisə doğurmur[15, II,15]. Mübahisəli qalan məsələ bu prosesin
nə vaxtdan başlaması ətrafındadır. Bir qrup tarixçilər həmin vaxtın IV əsrə, digərləri
isə VII əsrə düşdüyünü yazırlar. Hətta qədim Misirdə də feodal münasibətlərinin
mövcudluğunu iddia edənlər var. Lakin biz, qədim Misirdə quldarlıq münasibətlərinin
hakim olması haqqında tədqiqatların nəticələri daha elmi və daha doğrudur, - fikrini
söyləyənlərin tərəfindəyik [28, 242-247; 15, I, 222-225]. Lakin bütün tədqiqatçılar bu
fikirdə yekdildirlər ki, Bizans imperiyasının Asiya və Afrikadakı əyalətləri ərəb
işğalına qədərki dövrdə erkən feodalizm mərhələsini yaşayırdı. Heç kim də inkar
etmir ki, həmin ərəfədə Misirdə rumlu əyanların əlində iri torpaq sahələri-malikanələr
vardı və onlar kilsə və imperator torpaqlarını arxa plana sıxışdırmış, daha çox isə qibti
əhaliyə məxsus orta və kiçik torpaq sahələrini öz daxilində əritmişdi [12, 7-62].
Misirdəki rumlu torpaq sahibləri dövlət hakimiyyəti ünsürlərinə malik idilər:
malikanələrin idarə edilməsi, prinsipcə imperiyanın mərkəzi idarəçiliyini xatırladırdı
və bu, onların - Batı Avropadakı torpaq mülkiyyəti formalarına yaxınlığının
göstəricisi sayılmalıdır [12, 7-62].
Həmin dövrdə kəndlinin əməyinin nəticəsini mənimsəməyin başlıca forması isə
haqqında feodalizmə keçid və ya tamamilə feodal dövrünün təsisatı kimi danışılan
120
kolonat idi [2, 92; 23, 101; 14,78].
Bəs Ərəb Xilafətinin tərkibinə qatılan və həmin dövrdə erkən feodalizm mərhə-
ləsini yaşayan Misirdə feodal istehsal üsulunun sonrakı inkişafına ərəb işğallarının
təsiri necə oldu?
Təbiidir ki, bu suala doğru və tutarlı cavab vermək üçün hər şeydən öncə qonşu
ölkələri işğal edənə qədərki dövrdə ərəb cəmiyyətində mövcud olan sosial-iqtisadi
münasibətlərin xarakteri və səviyyəsinə nəzər salmaq lazımdır.
Qeyd edək ki, həmin problemləri tədqiqatçılar, daha çox da rus-sovet tarixçiləri
müəyyən qədər araşdırmışlar. Onlardan N.V.Piqulevskaya [32, 403], İ.P.Petruşevski
[30, 6] və digərləri [6, 165-166; 16, 179; 10, 181-2-5] ilkin mənbələrə əsaslanaraq
islamın meydana gəlməsi və ərəb-müsəlman dövlətinin - Xilafətin yaranması ilə bağlı
müxtəlif məsələləri dərindən araşdırmış və VI əsrin sonu - VII əsrin əvvəllərində Ərə-
bistan yarımadasında gedən iqtisadi prosesləri və siyasi qüvvələrin vəziyyətini dərk
etmək baxımından güclü bir elmi bazanın əsasını qoymuşlar. Sonralar isə bilavasitə
haqqında danışılan dövrdə ərəb cəmiyyətinin sosial-iqtisadi quruluşu ilə bağlı prob-
lemlərin tədqiqi L.İ.Nadiradze [26, 29], L.V.Neqrya [27] və s. kimi tarixçilərin
başlıca fəaliyyət sahəsi olmuşdur.
Onlardan hər biri bu problemə müxtəlif rekurslardan yanaşaraq bu və ya digər
məqamı fərqli formada qabartsa da, biz kimin haqlı, kimin haqsız olmasına
toxunmadan qeyd etmək istərdik ki, həmin tədqiqatçılar bir nəticədə yekdildirlər:
sözügedən dövrdə ərəb cəmiyyəti feodalizmə keçid dövrünü yaşayırdı.
Sosial-iqtisadi inkişaf baxımından bu səviyyədə, daha dəqiq desək, işğal
etdikləri ölkələrdən, konkret halda Misirdən aşağıda dayanan ərəblər həmin ölkələrə
nə yeniliklər gətirə bilərdilər? Formal məntiqə görə inkişaf gətirmək iqtidarında
deyildilər. Ancaq hər hansı formada və səviyyədə dəyişikliklər gətirməsi isə qaçılmaz
idi. Bunlardan ən birincisi və ən önəmlisi işğal olunmuş ölkələrə gələn köçəri ərəb-
lərin «böyük ölçüdə oturaq həyata keçməsi» idi. Bu baxımdan Misirin təcrübəsi
böyük maraq doğurur. Belə ki, işğaldan sonra buraya axışan köçəri ərəb qəbilələrinə
torpaq sahələri verilməsi haqqında məlumatlar kifayət qədərdir[1, 153-163]. Halbuki,
bir çox orta çağ müəllifləri yazırlar ki, xəlifə Ömər (634-644) tərəfindən ərəblərə işğal
olunmuş ölkələrdə torpaq almaq və becərmək qadağan olunmuşdu. Lakin Misirin
təcrübəsi göstərir ki, Xəlifənin qadağasına faktik olaraq əməl edilmirdi. Bu ölkədə
nəinki köçəri qəbilələr, həm də ayrı-ayrı şəxslər torpaq sahələrinə yiyələndilər [1,
119; 18, 263-272].
Bununla yanaşı qeyd etmək istərdik ki, ərəblər ölkədə mövcud olan sosial-
iqtisadi münasibətlərin xarakterinə toxunmadılar, onu bir müddət, ən azı Əməvi
xəlifəsi Əbd ül - Məlikin (685 - 705) islahatlarına qədər qoruyub saxladılar. Daha
doğrusu, ərəblərə müqavimət göstərilməyən ərazilərdə hər şey köhnədə olduğu kimi
qalırdı, lakin müqavimət göstərilən ərazilər isə dövlət mülkiyyətinə çevrilirdi. Bu
müddəa istər orta əsr müəllifləri, istərsə də son dövrlərin tədqiqatçıları tərəfindən bir
mənalı şəkildə qəbul olunur və sonuncular bir qayda olaraq XI əsrin görkəmli alimi
əl-Mavərdiyə istinad edirlər [26, 151-206]. Əl-Mavərdiyə görə dövlət torpaqlarına
daxil idi: «1. ərəblər tərəfindən işğal olunan, lakin onların öz aralarında bölüşdürül-
məyən torpaqlar; 2. sülh müqaviləsi əsasında bəzi torpaqlar və bu iki halda olurdu:
birinci halda həmin torpaqlarının mülkiyyətçiləri ölkəni tərk edirdilər və ikinci halda
həmin torpaqların mülkiyyətçiləri işğalçıların xeyrinə öz hüquqlarından imtina
edirdilər» [24, 256].
121
Deyilənləri belə yekunlaşdırmaq olar ki, Misirin ərəblər tərəfindən işğalı,
birincisi, torpağın daha çox dövlətin və yaxud hakimiyyətin mülkiyyətinə çevrilmə-
sinə, ikincisi isə, bu, hakimiyyətin təmsilçiləri rolunda çıxış edən ərəblərin həmin
mülkiyyətdən öz paylarını götürməsinə gətirdi. Başqa sözlə, ərəb hakimiyyəti öz
mülkiyyətini doğurdu, hakimiyyət-mülkiyyət fenomeni yarandı və nəticədə mülkiyyət
hakimiyyətin funksiyası oldu.
ƏDƏBİYYAT
1.
Ибн Абд ал-Хакам Абд ар-Рахман. Завоевание Египта, ал-Магриба и ал-Андалуса.
Перевод с арабского, предисловие и примечания С.Б.Певзнера. М.: Наука, 1985,
440с.
2.
Ангелов Д. О некоторых вопросах социально-экономической истории Византии, -
«Вопросы истории», М.: 1960, №2, с.86-110
3.
I.P.Arnason. Social Theory and Japanese Experience. The Dual Sivilization. London,
1997, 352с.
4.
Ацамба Ф.М., Надирадзе Л.И. Развитие феодализма в Арабском Халифате, -Исто-
риография стран Востока (проблемы феодализма). МГУ, 1977, сс.242-278
5.
Ял-Барави Рашид. Щалят Мыср ял-игтисадиййя фи ящд ял-Фатимиййин. Ял-
Гащира, 1969, 336с.
6.
Беляев Е.А. Арабы, ислам и арабский халифат в раннее средневековье (далее:
Арабы, ислам и арабский халифат), М.: 1965, 278с.
7.
Блок М. Феодальное общество. Перевод с французского. М.: Наука, 2003, 566с.
8.
Brokelman K. Тарих яш-шцуб ял-исламиййя. Бейрут, 1954, 286 с.
9.
Coulbron R. Feodalism in History. Princeton University Press, 1956, 348p.
10.
Смирнов Н.А. Очерки истории изучения ислама в СССР. М.: Наука, 1954, 386с.
11.
Əd-Duri Əbd əl-Aziz. Tarix əl-İraq əl-iqtisadiyyə fi-l-qarn ər-rabi-l-hicri. Bağdad, 1948,
284s.
12.
Фихман И.Ф. Ремесло и крупное имение в византийском Египте (по данным
греческих папирусов). –«Палестинский сборник», М.-Л., 1962, №7(70), сс.7-62
13.
Goitein S.D. Aplea for the periordisation of Islamic History. –“Journal of the American
Oriental Society”. New Haven, 1968, v.88, №21, pp. 98-121
14.
История Византии, т.I, М.: Наука, 1967, 320 с.
15.
История Востока, т.I (Восток в древности), т.II (Восток в средине века). М.: РАН,
2000, 688с; 716с.
16.
Якубовский А.Ю. Об испольных арендах в Ираке в VIII в (далее: Об испольных
арендах). – «Советское востоковедение», т.IV, М.-Л., АН СССР, 1947, с.161-182
17.
Kaetani. Annali dell’ islam, vol. I-VI. Milano, 1905-1913, 1320 p.
18.
İ.Kaşif. Mısr fi fəcri-l-islam. Əl-Qahira, 1994, 386 s.
19.
Колесников И.Ф. Некоторые итоги дискуссии по проблемам раннеклассовых об-
ществ. Типология феодализма. «Труды Университета дружбы народов». Вып. 4,
т.69. История. М.: 1974, с.4-18
20.
Quran. Ərəb dilindən tərcümə edənlər Ziya Bünyadov və Vasim Məmmədəliyev. Bakı:
Azərnəşr, 1991, 714 s.
21.
Lewis A.R. The Midi Buwayhid Iraq and Japan: Some Aspects of Comparative Feu-
dalism, a.d.946-1055. – “Comparative Studies in Society and History”. Ann Arbor, 1969,
v.11, №2, pp.92-116
22.
Lewis B. The Middle East. London, 1995
23.
Липшиц Е.Э. Об основных вопросах истории ранневизантийского феодализма //
Вопросы истории. М.: 1961, №6, с.96-112
24.
Maverdii. Maverdii Constitiones politicae Ex recensione M.Engeri, Bonnae, 1953, 384 p.
25.
Мюллер А. История ислама. Т.I. М.: АИСТ, 2004 , 911с.
122
26.
Надирадзе Л.П. Проблемы государственной собственности на землю в Халифате в
VII-VIII вв., - Арабские страны. История и экономика. М.: Наука, 1970, с.32-64
27.
Негря Л.В. Общественный строй Северной и Центральной Аравии в V-VII вв. М.:
Наука, 1981, 124 с.
28.
Никифоров В.Н. Восток и всемирная история. М.: Наука, 1972, 360 с.
29.
Надирадзе Л.П. К вопросу о рабстве в Аравии в VII веке, - Вопросы истории и
литературы стран Зарубежного Востока. М.: Наука, 1960, с.102-118
30.
Петрушевский И.П. Ислам в Иране в VII-XV веках. Л.: ЛГУ, 1966, 460с.
31.
Пигулевская Н.В., Якубовский А.Ю., Петрушевский И.П., Строева Л.В., Белениц-
кий А.М. Истории Ирана с древнейших времен до конца XVIII века (далее: история
Ирана). Л.: ЛГУ, 1958, 390 с.
32.
Пигулевская Н.В. Византия на пути в Индию. М.-Л.: Наука, 1961, 468 с.
33.
Poliak A.N. Feudalism in Egypt, Suria, Palestina and the Lebanon, 1250-1900. L.1939,
240 p.
34.
Тюрней Г. О праве собственности по мусульманскому законодательству. СПб:
1882, 230 с.
35.
Wellhauzen I. The Arabs Kingdom and its Fall. London, 1973, 320p.
ВЗГЛЯДЫ НА СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКИЕ ОТНОШЕНИЯ В
РАННЕСРЕДНЕВЕКОВОМ ЕГИПТЕ
Р.И.ИСМАЙЛОВ
РЕЗЮМЕ
В статье рассматриваются взгляды исследователей на социально-экономические
отношения в средневековом Египте и отмечается, что мнения арабских, западных и
русско-советских историков по данному вопросу значительно отличаются друг от
друга. Наряду с этим указывается, что все исследователи признают факт существования
в Египте феодальных отношений до арабских завоеваний, в отличии от самого
арабского общества, находившегося на пути перехода к феодализму. В то же время
отмечается, что после арабских завоеваний основные изменения в этой сфере включали:
во-первых, превращение земли в еще больших размерах в собственность государства
или власти; во-вторых, приобретение представителями этой власти – арабами своей
доли с этой собственности.
OPINIONS ON SOCIO-ECONOMIC RELATIONS IN EARLY MEDIEVAL EGYPT
R.I.ISMAYLOV
SUMMARY
Opinions of researchers on socio-economic relations in Medieval Egypt are viewed in
this article and it is noted that,positions of Arabic, European, Soviet-Russian historians
significantly differ from each other. Along side with this it is mentioned, that all researchers
admit the fact, that there were feudal relations in Egypt before Arabic invasion, unlike Arabic
society itself, which was on the transition to feudalism. It is also noted, that the main
transformations in this sphere after Arabic invasion included firstly, transformation of lands
into the property of the state or authorities; secondly, representatives of this authority – Arabs
getting their own share from this property.
123
Dostları ilə paylaş: |