“Dövlət və Din”.-2015.-№ 2(31).-S.21-33.
ERMƏNİ TƏCAVÜZÜ VƏ DİNİ ABİDƏLƏRİMİZ
Əliheydər Zülfüqarov,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil
şöbəsinin müdir müavini.
AÇAR SÖZLƏR:
monoetnik, multietnik, tarixi-dini abidələr, məscid, məbəd, ziyarətgah, təcavüz, erməniləşdirmə.
КЛЮЧЕВЫЕ СЛОВА
: моноэтнический, мультиэтнический, историкорелигиозные памятники, мечеть,
храм, святилище, агрессия, арменизация.
KEY WORDS
: monoethnic, multiethnic, historical and religious monuments, mosque, temple, sanctuary,
aggression, armenization.
Bu gün müasir dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli olduğundan etnomədəni, multikultural
dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində beynəlxalq ictimaiyyət həmrəylik nümayiş etdirir
və bu sahədə geniş müzakirələr aparır. Bu baxımdan dünya dövlətləri istər beynəlxalq, istərsə də lokal siyasi
kurslarmı multietnik münasibətlərin inkişafı və qorunması istiqamətində formalaşdırır və Azərbaycan da bu
platformada uğurla irəliləməkdədir.
Lakin Qafqaz regionunda monoetnik dövlət yaradan və irqçi siyasət aparan Ermənistan bu dəyərlərdən nəinki
uzaqdır, hətta qlobal kulturoloji anlamda dünya mədəniyyəti irsinin qorunması sahəsində ciddi təhlükədir. Belə ki,
Ermənistan bir tərəfdən həm Qərbi Azərbaycan torpaqlarında, həm də işğal etdiyi Dağlıq Qarabağ ərazilərində
genişmiqyaslı etnik təmizləmə siyasəti həyata keçirməklə yanaşı, digər tərəfdən də azərbaycanlılara məxsus tarixi-
mədəni, xüsusilə dini abidələrə təcavüz etmişdir.
Məlumdur ki, dini abidələr həm bir xalqın milli-mənəvi dəyərlərinin tərkib hissəsidir, həm də milli kimliyin
formalaşmasında əhəmiyyətli rol oynayan əsas amillərdəndir. Dolayısı ilə dini abidələr xalqın milli-mənəvi
dəyərlərinin daşlaşmış tarixidir. Ona görə də əsarət altında olan digər mədəni-tarixi irsimizlə yanaşı, dini
abidələrimizi tanımağımız, bilməyimiz və bu sahədə gənclərlimizin maarifləndirilməsi olduqca vacibdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş
“Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”, “Ölkə əhəmiyyətli daşınmaz tarix və
mədəniyyət abidələrinin siyahısı” və “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidlərinin siyahısı”na
əsasən, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən
çoxdur. Bunlardan 347-si tarixi-dini abidələrimizdir:
[səh. 21-22]
Məscidlər-67;
Məbədlər (Alban irsinə aid kilsələr, sovməələr və monastırlar) -140;
Ziyarətgahlar (Pirlər, türbələr, ocaqlar, məqbərələr) -140.
Tarixi-dini abidələrimizin işğal olunmuş rayonlar üzrə bölgüsü aşağıdakı cədvəldə göstərilmişdir.
№
Şəhər və rayonların
adı
İşğal tarixi
Məscidlərin
sayı
Məbədlərin
sayı
Ziyarətgahların
sayı
Cəmi
1
Xocalı rayonu
26.02.1992
-
9
1
10
2
Şuşa şəhəri
08.05.1992
16
6
3
25
3
Laçın rayonu
18.05.1992
3
14
8
25
4
Xocavənd rayonu
02.10.1992
1
63
19
83
5
Kəlbəcər rayonu
02.04.1993
3
34
5
42
6
Ağdam rayonu
23.07.1993
4
7
12
23
7
Cəbrayıl rayonu
23.08.1993
8
-
46
54
8
Füzuli rayonu
23.08.1993
19
-
7
26
9
Qubadlı rayonu
31.08.1993
8
5
19
32
10
Zəngilan rayonu
29.10.1993
5
2
20
27
YEKUN
67
140
140
347
Qeyd edək ki, dini abidələrimizə qarşı erməni təcavüzü təkcə siyahıda göstərilən işğal olunmuş ərazilərlə
məhdudlaşmır. Bura indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan torpaqları da daxildir. Ermənilər hələ Dağlıq
Qarabağ münaqişəsi başlamamışdan əvvəl, sovetlər dönəmində belə, dini abidələrimizə qarşı aşkar, yaxud gizli
formada təcavüz həyata keçirmişlər.
Ümumiyyətlə, ermənilər tarixi-dini abidələrimizə qarşı təcavüzü əsasən dörd istiqamətdə aparmışlar və həmin
“ənənəni” bu gün də davam etdirirlər: 1) Abidələr tamamilə uçurulur; 2) Özgələşdirilərək dəyişdirilir. Yəni
Azərbaycanın deyil, başqa mədəniyyətlərin nümunəsi kimi təqdim edilir; 3) Dağıdılaraq təhqir olunur; 4)
Erməniləşdirilir.
Qeyd olunan dörd istiqamət üzrə erməni təcavüzünə məruz qalmış istər İslam, istərsə də Alban irsinə aid tarixi-
dini abidələrdən nümunələr təqdim etməklə, əsir abidələrimizin taleyinə diqqət çəkmək istərdik.
[səh. 22-23]
1) İrəvan Şah Abbas məscidi
Məscid Səfəvi hökmdarı I Şah Abbas tərəfindən 1604-cü ildə Sərdar sarayının şərq hissəsində inşa edilmişdir.
Memarı gəncəli Şeyx Bəhaəddin Məhəmməd Amulidir. İki il ərzində (1606-cı ildə) inşa olunmuş məscid ümumi
memarlıq baxımın- dan Gəncədəki Şah Abbas məscidinə bənzəyir. Məscid kompleksində mədrəsə, kitabxana,
mehmanxana və böyük həyətlə birgə hovuz da inşa edilmişdir.
Tarix boyu erməni təcavüzkarları bütün fürsətlərdən istifadə edərək məscidi korlamaqla onu məhv etməyə
çalışmış və sonunda istəklərinə nail olmuşlar. Hələ 1918-ci ilədək məscid və ətrafındakı binalar kompleksi
yarıuçuq halda idi. Lakin sonradan onu tamamilə məhv etmişlər. Hazırda məscidin yerləşdiyi ərazidə yüksək
mərtəbəli binalar inşa olunmuşdur.
2) Buğakar ziyarətgahı
Ziyarətgah Zəngəzur mahalının Mığrı rayonunun Buğakar kəndi ərazisində (rayon mərkəzindən 12 km şimal-
şərqdə), Ələngəz dağının ətəklərində yerləşmişdir. Xalq arasında Sultan Seyid Əhməd məqbərəsi kimi də
tanınmışdır. Bəzi müəlliflər bu məqbərədə əslində ərəb sərkərdəsi Əhməd ibn əl-Xəlil ibn Hişamın məzarının
yerləşdiyini və məqbərənin də ona aid olduğunu qeyd edirlər [1, 355].
“Buğakar” sözü IX əsr ərəb sərkərdəsi Buğa əl-Kəbirin adından alınmışdır. Tarixdən məlumdur ki, Babək Buğa
əl-Kəbiri mühasirəyə alıb, bu kənddə məğlub etmişdir. Faktı akademik Ziya Bünyadov da təsdiqləyir [1, 355].
Buğakar kəndində qədimdən azərbaycanlılar yaşasalar da, 1939-cu ildə kənd ermənilər tərəfindən ləğv edilmiş,
əhalisi isə digər kəndlərə köçürülmüşdür. Buna baxmayaraq, pir bölgənin azərbaycanlı əhalisi üçün daim ziyarətgah
olaraq qalmış və bura təkcə mığrılılar deyil, Zəngilan, Ordubad, Culfa, Qafan və s. rayonlardan da axın-axın
zəvvarlar gəlmişlər.
1988-ci ildə bölgədəki azərbaycanlılar zorla deportasiya olunduqdan sonra Buğakar piri təcavüzkarlar tərəfindən
tamamilə dağıdılmışdır.
[səh. 23-24]
3) Ağadədə ziyarətgahı
Ağadədə ziyarətgahı Zəngibasar mahalının Uluxanlı, Həbilkənd, Seyidkənd və Sarvanlar kəndlərinin
əhatəsində, Qulucan kəndinin yaxınlığında, Qarasu çayının kənarında yerləşirdi. Bu ziyarətgah ötən əsrin 50-80-ci
illərində bölgənin ən mötəbər ziyarətgahlarından olmuşdur. Bura müsəlmanlarla yanaşı, bəzən xristianlar da
ziyarətə gəlirmişlər.
Keçən əsrin 50-ci illərinədək burada ancaq bir qəbir olmuş, insanlar onu pir kimi ziyarət etmişlər. Daha sonra
üzərində tikili ucaldılmışdır. Get-gedə ətraf kəndlərdən, hətta İrəvan şəhərindən imkanı olan adamlar öz əzizlərini
bu ocağın ətrafında yaranmış qəbiristanda dəfn etmişlər. Qərbi azərbaycanlılar 1988-ci ildə buradan didərgin
salındıqdan sonra bu ziyarətgah da ermənilər tərəfindən tamamilə dağıdılmışdır.
Özgələşdirilərək dəyişdirilmişdir:
1)
İrəvan Göy məscidi
Məscid Qərbi Azərbaycan ərazisində mövcud möhtəşəm dini abidələrimizdən biridir. Onun inşasına 1760-cı
ildə başlanılsa da, 1764-cı ildə İrəvan xanı Hüseynəli xan Qacar (1762-1783) tərəfindən tamamlanmışdır. Bu
səbəbdən də məscid xalq arasında daha çox Hüseynəli xan məscidi kimi tanınmışdır.
Azərbaycan memarlığı nümunələrindən sayılan Göy məscid İrəvan məbədləri arasında ölçüsünə görə ən böyüyü
imiş. Ümumiyyətlə, bu ibadət ocağı tarixən İrəvanda
[səh. 24-25]
mərkəzi məscid rolunu oynamışdır, bu baxımdan
digər məscidlərə din xadimi buradan göndərilirmiş.
Göy məscid də tarixi dövr ərzində erməni vandalizminə məruz qalmışdır. XX əsrdə bu abidə ermənilər
tərəfindən iki dəfə - 1918-ci və 1955-ci ildə yandırılmışdır. Sonralar məscid binasının bir hissəsi planetari, bir
hissəsi isə tarix muzeyi kimi fəaliyyət göstərmişdir.
1995-2006-cı illərdə məscid İran tikinti şirkətinin köməyi ilə bərpa olunmuş və İranın Ermənistandakı
mədəniyyət mərkəzindən birinə çevrilmişdir.
Təmirdən sonra məscidin giriş hissəsində farsca yazılmışdır: “Məscid İran Islam İnqilabının Yoxsullar və
Fədakarlar Fondunun köməyi ilə yenidən qurulmuş və təmir edilmişdir”.
Məscid hazırda ermənilər tərəfindən dünyaya “Fars məscidi” kimi təqdim olunur.
2) Cəfərabad türbəsi
Qaraqoyunlu əmirlərinin sərdabəsi üzərində inşa olunmuş bu möhtəşəm türbə Azərbaycanın qədim diyarı
Zəngibasar mahalının, Zəngibasar rayonunun mərkəzi - Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri
yaxınlığındakı (8 km) Cəfərabad (indiki Arqavanq) kəndindədir. 1928-ci ilədək ancaq azərbaycanlıların yaşadığı bu
kənddə sonralar İrandan köçürülmüş ermənilər məskunlaşmağa başlamışlar.
Türbə qırmızı tuf daşdan tikilmiş və hündürlüyü günbəzsiz 12 metr olmuşdur. Yuxarıdan türbəni kəmərvari
şəkildə 22 metr uzunluğunda ərəbdilli kitabə əhatə etmişdir. Kitabədə Çuxursəd vilayətinin Saatlu (Saqatlı)
tayfasından olan iki əmirin
[səh. 25-26]
- Pir Hüseynin və atası Əmir Sədin adlan çəkilmişdir. Elə buna görə də
türbə xalq arasında Pir Hüseyn türbəsi kimi də tanınmışdır.
Ermənilərin özgələşdirmək istədikləri Azərbaycan abidələri arasında bu türbə də vardır. Belə ki, məkrli
ermənilər türkmən alimlərini dəvət edərək türbənin bünövrəsində qazıntı işləri aparıb belə “qənaətə” gəlmişlər ki,
guya Qaraqoyunlu dövləti İran dövləti olmuş, onun başında isə türkmən (müasir türkmənlər nəzərdə tutulur)
əmirləri durmuşlar. Bu, heç bir elmi əsası olmayan fikirdir.
Cəfərabad türbəsi erməni maddi-mədəniyyət abidəsi kimi təqdim edilsə də, həqiqət bundan ibarətdir ki,
memarlıq quruluşuna görə, bu dini-tarixi abidə Naxçıvandakı Möminəxatun və Yusif ibn Kəbir türbələri ilə eynidir.
Bu isə abidənin Əcəmi ibn Əbu Bəkr Naxçıvani memarlıq məktəbinin nümunəsi olduğunu göstərir və Azərbaycana
məxsusluğunu təsdiqləyir.
Nəzərə alınmalıdır ki, həmin yerdə bir neçə türbə və azərbaycanlılara aid böyük qəbiristan olmuş, lakin hamısı
ermənilər tərəfindən dağıdılmışdır.
Dağıdılaraq təhqir olunanlar:
1) Ağdam Cümə məscidi
İki minarəli və ikimərtəbəli olan məscid 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa
edilmişdir. Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və Azərbaycan
memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin
minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuşdur.
2008-ci ildə ABŞ vətəndaşı Frank Noe tərəfindən çəkilmiş şəkillərdən də görünür ki, məscid ermənilər
tərəfindən təhqir obyektinə çevrilərək, içində donuz və
[səh. 26-27]
mal-qara saxlanılır [2]. Bu vandalizm aktı
erməni xislətinin dünya ictimaiyyətinə əyani sübutudur.
2) Yuxarı Gövhər ağa məscidi
Məbəd 1768-69-cu illərdə Şuşada Qarabağ hakimi İbrahimxəlil xan tərəfindən inşa edilmiş, 1866-1867-ci
illərdə isə onun qızı Gövhər ağanın tapşırığı və vəsaiti ilə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən
mükəmməl şəkildə təmir olunmuşdur. Səxavəti və xeyriyyəçiliyi ilə ad çıxaran xan qızı məscidin bir hücrəsini
mədrəsə etmiş, bura ibadətə gələn və ehtiyacı olanlara həftədə bir dəfə yardım, məsciddə Quran oxuyan və azan
verən vaizlərə məvacib ayırmışdı. Gövhər ağa vəfat edəndən sonra məscid həyətində dəfn edilmiş, az sonra isə nəşi
Məkkəyə aparılaraq orada torpağa tapşırılmışdır [3, 149].
1992-ci ildən bu günədək gözəl Şuşanın digər tarixi-mədəni abidələri kimi, Yuxarı Gövhər ağa məscidi də
erməni işğalı altındadır. Məscid 2007-ci ildə ermənilər tərəfindən guya “bərpa” edilmişdir. Tarixiliyi qorunmamış
məscidin “təmir” zamanı mərkəzi günbəzi uçurulmuşdur [4].
3) Aşağı Gövhər ağa məscidi (Şuşa)
Şuşa şəhərinin aşağı məhəlləsində yerləşən bu dini-tarixi abıdə 1874-187Ş-Cİ illərdə Gövhər ağa tərəfindən inşa
etdirilmişdir. Bu məscid də memar Kərbəlayi Səfixan Qarabağinın əsəridir.
[səh. 27-28]
1992-ci ilin mayında Şuşanın işğalı zamanı məscidin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz
qalaraq ciddi zədələnmişdir. Abidənin divarlarındakı yazılar pozularaq, əvəzinə erməni və rus dillərində
azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılmışdır.
4) Saatlı məscidi
Məscid 1883-cüildə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir. Şuşa şəhərinin tarixini tədqiq
edən Çingiz Qacarın yazdığına görə, Saatlı məscidinin yerində 1759-cu ildə Pənahəli xanın tikdirdiyi məscid və
mədrəsə olmuş, məhz bu mədrəsədə böyük Azərbaycan şairi Molla Pənah Vaqif dərs demişdir [3, 150].
[səh. 28-
29]
Məscid Şuşanın Saatlı məhəlləsində tikildiyi üçün belə adlanır. İbadət evi məhəllə məscidi olmasına
baxmayaraq, şəhərin digər məhəllə məbədlərindən həm həcmi, həm memarlıq quruluşu, həm də dekorativ tərtibatı
ilə seçilirdi. Tədqiqatçı Rizvan Qarabağinin yazdığına görə, bu, Kərbəlayi Səfixan Qarabağinin tikdiyi son minarəli
məscid olmuşdur.
Saatlı məscidi 2007-ci ildə ermənilər tərəfindən məscid memarlığından kənar formada, adi iaşə obyekti kimi
“təmir” edilmiş, tarixiliyi qorunmamışdır. Məscidin minarəsi yarıuçuq formada qalmışdır.
Erməniləşdirilənlər:
1) Ağoğlan məbədi
V-VI əsrlərə aid Alban məbədi (monastırı) olan Ağoğlan məbədi Laçın rayonu ərazisində, Ağoğlan çayının
sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olmuş, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından, IX
əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınmışdır.
1992-ci ildə erməni qəsbkarları ərazini işğal etdikdən sonra Ağoğlan məbədini erməniləşdirməyə başlamışlar.
Onlar məbədi təmir etmək adı altında abidənin divarları üzərində bir neçə daş yazıları, həmçinin xeyli sayda alban
dövrünə aid ornament və rəmzləri tamamilə silmiş, formalarmı dəyişdirmişlər. Məbədin guya erməni qriqoryan
kilsəsinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkitmişlər [1,388].
Saxtakarlıqlarında daha da irəli gedən ermənilər kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş
xaçdaşlar basdırmış, binanın fasadını söküb kirəmit və dəmirlə əvəzləmişlər.
2007-ci ildə İrəvan şəhərində Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə
erməni qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı
təcavüz siyasəti yürütdüklərini bir daha təsdiq etdilər.
2) Xudavəng məbədi (Kəlbəcər rayonu)
Qafqaz Alban memarlığının möhtəşəm nümunələrindən olan Xudavəng məbədi (monastır kompleksi) Ağdərə-
Kəlbəcər magistral yolunun üstündəki Bağlıpəyə kəndindən aşağı, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşir.
Bu qədim Alban monastır kompleksi VI-VII əsrlərdə inşa olunmuşdur. Məbədin ilkin tikintisinin məhz bu dövrə
aid olması buradakı qazıntılar zamanı aşkara çıxarılmış saxsı məmulatların öyrənilməsi nəticəsində aşkarlanmışdır.
Sonrakı dönəmlərdə məbəd bir neçə dəfə təmir edilərək ona əlavələr olunmuş, nəhayət Xaçın knyazı Həsən Cəlal
(1215-1261) tərəfindən məbəddə
[səh. 29-30]
əsaslı bərpa işləri həyata keçirilmişdir. Bəzi məlumatlara görə, Həsən
Cəlalın həyat yoldaşı Minə Xatun burada dəfn olunmuşdur.
Ümumilikdə, kompleksə doqquz tikili daxildir: 1. Qədim kilsə; 2. Kiçik birnefli Müqəddəs Məryəm ana
bazilikası; 3. Arzu Xatun məbədi; 4. Həsən Cəlal məbədi; 5. Müqəddəs Qriqoris məbədi; 6. Arzu Xatun məbədinə
əlavə edilmiş zal; 7. Zəng qülləsi; 8. Məktəb binası; 9. Qalereya.
Xudavəng məbədi də dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Düşmən abidədəki Alban kilsəsinə aid
xaç və yazıları balta ilə çaparaq yox etmiş, beləliklə, tarixi saxtalaşdırmağa çalışmışdır. Onlar öz təbliğatlarında
ustalıqla bu məbədi erməni kilsəsi kimi təqdim edir, xalqımızın maddi-mədəni irsini özününküləşdirirlər.
3) Tatev məbədi
Alban monastırı olan bu abidə Qərbi Azərbaycanın Zəngəzur mahalının Gorus rayonunda, Tatev kəndi
yaxınlığında yerləşir. Rəvayətə görə, məbəd ərazisindəki ilk kilsəni həvari Faddeyin şagirdi Yevstafey inşa
etdirmişdir. Sonrakı dönəmlərdə burada müxtəlif dini təyinatlı digər binalar ucaldılmaqla monastır kompleksinə
çevrilmiş məbəd VII-IX əsrlərdə Sünik arxiyepiskopunun kafedrası olmuşdur.
Tatev monastırı 1837-ci ildə Eçmiədzin sinodunun qərarı ilə İrəvan yepiskopuna tabe edilsə də, onun Alban
məbədi olduğu unudulmamışdır. Bunu məbəddə yerləşən məzarlar da tarixin yaddaş salnamələri kimi
göstərməkdədir. Məsələn, Əziz Ələkbərli “Qərbi Azərbaycan abidələri” kitabında yazır ki, Tatev monastırının əsas
məbəd binasının
[səh. 30-31]
girişində müsəlman Sasunun (İslamı qəbul etmiş alban zadəganlarından biri) qızı,
Sünik hakimi Darsaicanın xanımı Aruz Xatunun məzarı yerləşir [5, 54].
Məbəd tarixi dövr ərzində təbiət hadisələrinə də sinə gərmişdir. 1931-ci il zəlzələsi zamanı ciddi zədələr alsa da,
tamamilə uçmamışdır. Lakin ermənilər tərəfindən bərpa edilərkən erməniləşdirilmiş və dünya ictimaiyyətinə
erməni monastırı kimi təqdim olunmuşdu.
4) Gəncəsər məbədi
Məbəd Ağdərə rayonunun Vəngli kəndində, Xaçın çayının sol sahilində yerləşən XIII əsr xristian Alban
monastırıdır. Orta əsrlərdə Alban Kilsəsinin mərkəzi iqamətgahı olan monastır Gəncədağ dağında tikilmiş və adını
da buradan almışdır.
İbadət evi Xaçın knyazı Həsən Cəlal və oğlu tərəfindən 1216-1265-ci illərdə inşa olunmuşdur. Monastırın
özündə saxlanan epiqrafikanın köməyilə məlum olur ki, məbədin tikintisinə Həsənin atası Vaxtanqın vəsiyyəti ilə
1216-cı ildə başlanmışdır. 1261-ci ildə monqollar tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal
Dövləni oğlu knyaz Atabəy gətirib Gəncəsər məbədində dəfn etmişdir. Bu məbəd 1511-ci ildən 1836-cı ilədək,
yəni Rusiya Pravoslav Kilsəsi Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının
iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimləri bu məbəd kompleksinin ərazisində
dəfn edilmişlər [1, 394].
Gəncəsər və onun camaatının XIII əsr Alban kilsəsinin sonrakı tarixini öyrənmək üçün çox mühüm sənəddir.
Abidədə bir çox diofizit elementləri var ki, bunlar da XIII əsrdə Alban katolikosluğunun başqa kilsələrə tabe olmaq
istəməməsini təsdiq edir.
[səh. 31-32]
Politoloq Fuad Axundov erməni əsilli müəllif, sovet alimi İyosif Orbelinin XX əsrin 20-ci illərində yazdığı
“Gəncəsər və Avotsptuk kitabələri” kitabı haqqında ermənilərin susduğunu, bu kitabı məhv etməyə çalışdıqlarını
deyir. F. Axundov vurğulayır ki, həmin kitabda Gəncəsər məbədi üzərindəki divar yazılarında sonradan ermənilərin
məbədi qriqoryanlaşdırmaq məqsədi ilə necə saxtakarlıqlar etdiklərini elə erməni müəllifi özü sübutlarla göstərir
[6].
Beləliklə, ermənilərin Azərbaycanın tarixi-dini abidələrinə etdikləri təcavüz heç bir beynəlxalq hüquqa sığmır.
Göstərilənlər sübut edir ki, təcavüzkar Ermənistan “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması
haqqında” 1954-cü il Haaqa Konvensiyasını, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-
nun 1972-ci il konvensiyasını, 1972-ci ildə qəbul edilmiş UNESCO-nun Ali Konvensiyası tərkibinə daxil olan
ölkələrə mədəni tarixi dəyərlərin qorunması haqqında tövsiyələrini, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci
il Avropa Konvensiyasını kobud şəkildə pozmuşdur.
Erməni təcavüzkarları bu əməlləri ilə təkcə beynəlxalq hüququ deyil, mənsub olduqları xristian ehkamlarını da
pozmuşlar. Ümumiyyətlə, səmavi dinlərdə məbədləri, yəni Tanrı evlərini məhv etmək, dağıtmaq böyük günah kimi
səciyyələndirilir. Məsələn, İncildə deyilir: “Kim Allahın məbədini məhv edərsə, onu Allah məhv edəcəkdir. Zira
Allahın məbədi müqəddəsdir;...” [7, Korinflilərə I məktub, 3/17,].
Müqəddəs kitabımız Qurani-Kərimdə də analoji ayələr mövcuddur: “Allahın məscidlərində Onun (Allahın)
adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha
zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada
rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!” [8, Bəqərə, 114].
ƏDƏBİYYAT
1.
Orucov Hidayət. “Azərbaycanda din: ən qədim dövrdən bu günədək”, Bakı: CBS, 2012.
2.
https://www.youtube.com/watch?v=lYTJ5FIWZwM
(İşğalda olan Ağdam şəhərinin Cümə məscidində ABŞ
vətəndaşı Frank Noe azan səsləndirdi.29/09/2008).
3.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq uğrunda İslam
Konfransı Gənclər Forumu. Azərbaycan - Islam mədəniyyətinin incisi, Istanbul: Mega basım: 2013.
4.
http://az.wikipedia.org/wiki/G%C3%B6vh%C9%99r_a%C4%9Fa
(“Gövhər Ağa” maddəsi).
5.
Ələkbərli Əziz. Qərbi Azərbaycan abidələri, Bakı: 2007.
6.
http://echo.az/article.php?aid=65704
(«Еревану не удалось уничтожить труд академика Орбели»).
[səh. 32-
33]
7.
İncil (Əhdi Cədid). Bakı: Bibliya tərcümə institutu, 1993.
8.
Qurani-Kərim (ərəb dılındən tərcümə edənlər: Z.M. Bünyadov, V.M. Məmmədəliyev). Bakı: İpək yolu nəşriyyatı,
2007.
9.
İsmayılov Faiq. Tarix və mədəniyyət abidələri; qoruması, istifadəsi və bərpası barədə təlimatlar, Bakı: Nurlar,
2013.
10.
İsmayılov Faiq. Məcburən erməniləşdirilmə, Bakı: Nurlar, 2009.
11.
Göyüşov Rəşid. Azərbaycanda xristıan abıdələri, Bakı: 1988.
12.
Azərbaycan Respublikası: Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş
“Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abıdələrinin sıyahısı , Ölkə əhəmiyyətli daşınmaz tarix və
mədəniyyət abidələrinin siyahısı” və “Yerlı əhəmıyyətlı daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı.
[səh.
33-34]
Алигейдар Зульфугаров
АРМЯНСКАЯ ОККУПАЦИЯ И НАШИ РЕЛИГИОЗНЫЕ ПАМЯТНИКИ
РЕЗЮМЕ
В статье говорится об агрессивной политике, осуществляемой Арменией в отношении религиозных памятников,
относящихся к историко-культурному наследию нашей страны, которые находятся на землях Западного
Азербайджана и оккупированных территориях Нагорного Карабаха.
Также, систематически определены направления агрессивной политики армян в отношении религиозных
памятников и даны примеры по каждому из направлений. В статье представлены статистические данные религиозных
памятников, которые находятся на оккупированных территориях.
Aliheydar Zulfugarov
ARMENIAN AGGRESSION AND OUR RELIGIOUS MONUMENTS
SUMMARY
The article deals with aggression perpetrated by Armenia against religious monuments inherent to Azerbaijani cultural and
historical heritage in Western Azerbaijani territories and occupied Nagorno-Karabakh. Directions of aggressive policy of
Armenia were systematically defined and examples of such policies were cited respectively. In the article statistics of religious
monuments in the occupied territories were presented.
Dostları ilə paylaş: |