2
Elmi məsləhətçi: AMEA-nın müxbir üzvü Y.Mahmudov
Redaktoru:
Q.H.Məmmədov
Rəyçilər:
H.C.Əlibəyli
tarix elmləri doktoru, professor
P.Q.Darabadi
tarix elmləri doktoru, professor
Abbasbəyli A.N., Yusifzadə S.Z. Beynəlxalq münasibətlər tarixi (ən qədim dövrlərdən
XIX yüzilliyin 70-ci illərinin sonuna qədər). Dərslik. Bakı, BDU nəşriyyatı, 2009, 309
səh.
Dərs vəsaiti beynəlxalq münasibətlər tarixinin ən qədim zamanlardan (şərq, yunan və Roma
diplomatiyası) Vyana konqresi, Krım müharibəsi və Almaniyanın birləşdirilməsi də daxil olmaqla XIX
yüzilliyin 70-ci illərinin sonuna qədərki dövrünü əhatə edir.
Dərslik beynəlxalq münasibətlər, beynəlxalq hüquq,
gömrük hüququ, iqtisadi mədəni əlaqələr
sahələri üzrə ixtisaslaşan ali məktəb tələbələri, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.
A
2009
700122
0033179 −
©A.N.Abbasbəyli, S.Z.Yusifzadə
3
MÜNDƏRİCAT
Giriş
I Mövzu:
Qədim Şərqdə dövlətlərarası münasibətlər və diplomatiya işi
II Mövzu:
Misir və Mesopotamiyanın beynəlxalq əlaqələri.
2.1. Yeni şahlıq dövründə Misirin yüksəlişi. Misir fironlarının
işğalçı yürüşləri
2.2.
Misir-Babilistan münasibətləri yeni şahlıq dövründə
III Mövzu:
Mesopotamiya şəhər-dövlətlərinin qədim Misirlə diplomatik -siyasi
əlaqələrinin spesifik xüsusiyyətləri
3.1. Babilistan-Misir diplomatik-siyasi əlaqələri
3.2. Misirin Mitanni dövləti ilə əlaqələri
3.3.
Misir-Assuriya əlaqələri
VI Mövzu:
Misirin Xet dövləti ilə diplomatik əlaqələri
V Mövzu:
Qədim Yunanıstanda diplomatiya və səfirlik işi
5.1
. Qədim Yunan polisləri arasında münasibətlər və səfirlik işi
5.2.Makedoniyanın beynəlxalq əlaqələri
5.3. Makedoniyalı İsgəndərin Şərq yürüşü və nəticələri
VI Mövzu:
Qədim Roma diplomatiyası.
6.1. Qədim Romada diplomatiya və səfir işi
6.2. Romanın respublika və imperiya dövrü diplomatiyası
VII Mövzu:
Erkən orta əsrlərdə beynəlxalq münasibətlər
7.1. Avropanın siyasi xəritəsi
7.2. Bizans imperiyasının xarici siyasəti
7.3. Frank dövlətinin yaranması və xarici
siyasəti
VIII Mövzu.
Ərəb xilafəti diplomatiyası
IX Mövzu:
Teymurilərin hakimiyyəti dövründə beynəlxalq münasibətlər
9.1. Əmir Teymurun işgalları ərəfəsində Cənubi Qafqazda
beynəlxalq vəziyyət
9.2. Əmir Teymurun Azərbaycanda möhkəmlənmək uğrunda
hərbi-siyasi mübarizəsi
9.3. Cənubi Qafqaz ugrunda hərbi-siyasi mübarizənin beynəlxalq
nəticələri
X Mövzu:
Ağqoyunlu dövlətinin xarici siyasəti və beynəlxalq əlaqələri
XI Mövzu:
Son orta əsrlər və yeni dövrün əvvəllərində beynəlxalq münasibətlər
XII Mövzu:
4
Avropa diplomatiyası XVII əsrdə
XIII Mövzu:
İngiltərə burjua inqilabı dövrü diplomatiyası
XIV Mövzu:
1775-1783-cü illər burjua inqilabı dövründə ABŞ diplomatiyası və
beynəlxalq münasibətlər
14.1.Kolonilayarda müstəqillik uğrunda mübarizəni şərtləndirən
amillər
14.2.Istiqlaliyyət müharibəsinə Avropa
dövlətlərinin münasibəti
14.3. İngiltərənin beyməlxalq aləmdən təcrid olunması
XV Mövzu.
Böyük Fransa burjua inqilabı ərəfəsi və dövründə Avropada beynəlxalq
münasibətlər
XVI Mövzu:
Fransada konsulluq və I İmperiya dövründə beynəlxalq münasibətlər
XVII Mövzu:
«Vyana sistemi» və Müqəddəs ittifaqın yaradılmasının beynəlxalq
şəraitə təsiri
XVII Mövzu:
Xanlıqların yaranması və Quba xanlığınln xarici siyasəti
20.1. Azərbaycanda xanlıqların meydana çıxması.Quba xanlığı
20.2. Quba xanlığının xarici siyasəti
XIX Mövzu:
Azərbaycanın Rusiya tərəfindən işğalı və beynəlxalq nəticələri
XX Mövzu:
Krım müharibəsi ərəfəsi və dövründə beynəlxalq münasibətlər
XXI Mövzu:
Almaniyanın birləşdirlməsi ətrafında diplomatik mübarizə və
beynəlxalq nəticələri
Nəticə
5
Giriş
Müasir
beynəlxalq münasibətlər çoxminillik tarixi inkişaf yolunun
sonucudur, desək səhv etmərik.
Dünyanın siyasi xəritəsi hələ ən qədim zamanlardan öz rəngarəngliyi ilə seçilmişdir. Tarix boyu meydana
çıxmış dövlətlər konkret zaman kəsiyində mövcud olmuş, müharibələr aparmış, cahangirlik etmiş, bəzən isə
meydana çıxdığı kimi də izsiz-sədasız yox olmuşdur. Mövcud tədqiqatlarda dövlətlərin yaranması bir qayda
olaraq e.ə. IV minilliyin ikinci yarısı və ya sonlarına aid edilir. Ən qədim dövlətlər Misirdə, Mesopotamiyada,
Çində, Hindistanda və Avropanın cənubunda-Yunanıstanda təşəkkül tapmışdır.
Dövlətlərin tarix səhnəsinə qədəm qoyması ilə dövlətlərarası münasibətlərdə əməkdaşlıq və müharibə
problemləri ön plana keçir və dövlətlərin «olum və ya ölüm» məsələsinə çevrilir. Tarixi inkişafın müxtəlif
dövrlərində dövlətlərarası ticarət-iqtisadi əlaqələrin mütəmadi davam etdiyini müşahidə edirik, eyni zamanda
müxtəlif dövlətlərin bir koalisiyada birləşərək apardıqları müharibələrin də şahidi oluruq. «Ən qədim
müqavilə», «ultimatum», «barışıq», «iki dövlətin ittifaqı» anlayışları hələ quldarlıq
münasibətlərinin mövcud
olduğu dövrlərdən bizə məlumdur. E.ə. 616-612-ci illərdə Midiya və Babilin ittifaqı qədim Şərqin ən cəngavər
dövlətlərindən olan Assuriyanın varlığına son qoyulması ilə nəticələndi. Qədim Romanın yeritdiyi «parçala və
ağalıq et» strategiyası Aralıq dənizi hövzəsində nəhəng quldarlıq imperiyasının yaradılmasına gətirib çıxardı.
Roma
hüququ
əsasında müasir beynəlxalq hüququn əsaslarından sayılan «xalqlar hüququ» meydana
gəldi. Yunan və Roma diplomatiyasının yüksəlişində ritarik-diplomatiya məktəblərinin yetirmələri mühüm rol
oynamışdı. Romanın barbarlarla müttəfiqlik müqavilələri, Sasanilər və hunlarla imzaladığı sazişlər «Xalqlar
hüququnu» olduqca zənginləşdirirdi. Roma diplomatiyasının ənənələri Bizans imperiyasında, Frank dövlətində
yaşadı və inkişaf etdirildi.
Avropada feodal pərakəndəliyi dövrünün diplomatiyası senyorluq – vassallıq münasibətləri üzərində
qurulmuşdu. 756-cı ildə yaradılmış Papa dövləti saxta «Konstantin bəxşişinə» əsasən öz hakimiyyətini bütün
Avropaya yaymağa başladı. Müqəddəs Roma imperiyası Roma imperiyası ənənələrinin yaşanmasında mühüm
rol oynamışdı. Yaranmaqda olan milli dövlətlərdə diplomatiya və səfir işi bu ənənələrdən bəhrələnirdi.
Şərqdə yaranan və genişlənən ərəb xilafəti dövlətlər-arası münasibətlərə və diplomatiyaya özünəməxsus
yeniliklər gətirdi. 630-cu ildə ərəb xilafətinin yaradılması Məhəmməd peyğəmbərin onilliklər boyu apardığı
mübarizənin nəticəsi idi. Xudeybə və Məkkə müqavilələri peyğəmbər diplomatiyasının uğurları sırasında
mühüm yer tuturdu. Əməvilər, Abbasilər və Kordova xilafətində xarici dövlətlərlə diplomatik əlaqələrin
saxlanılmasına xüsusi fikir verilirdi. Abbasi xəlifəsi Harun-Ər Rəşid (786-809) Frank imperatoru Böyük Karlla
(768-814) diplomatik əlaqələr saxlayır, İtaliyanın dəniz respublikalarına ticarət karvanları göndərirdi.
Ərəb istilaları nəticəsində bir vaxtlar qüdrətli olan Sasani dövlətinin varlığına son qoyulmuş, Bizans
imperiyası Asiya və Afrikadakı geniş ərazilərini itirmiş, Ərəbistan yarımadasından
Cənubi Qafqaza, Mərkəzi
Asiyadan Hindistana qədər nəhəng ərazilər ərəb xilafətinin tərkibinə daxil edilmişdi. Lakin Qərbdə Frank
dövlətinin, Şərqdə isə Ərəb xilafətinin parçalanması nəticəsində dünyanın siyasi xəritəsi dəyişilmiş və olduqca
rəngarəng xarakter almışdı. Frank imperiyasının süqutu nəticəsində Qərbdə Fransa, Almaniya və İtaliyanın
simasında milli dövlətlər yaranmış, Şərqdə isə Səlcuq istilalarından sonra nəhəng Səlcuq imperiyası təşəkkül
tapmışdı. Tədricən adət-ənənələr, yazılmış və yazılmamış qanunlar üzərində diplomatiya hüququ formalaşır və
mərasimləşirdi. Otuz ildən çox səlcuq sultanlarından Alp Arslan və Məlikşahın vəziri olmuş Xacə Nizamülmülk
dövlətlərarası münasibətlərdə elçinin rolundan danışaraq «Siyasətnamə» əsərinin 21-ci fəslində yazırdı:
«Elçiliyə o adam yarayar ki, şahlara xidmət etmiş olsun, hafizəli, uzaqgörən olsun və hər bir elmdən xəbəri
olsun,
dilli-dilavər olsun, artıq söz söyləməsin, çox səfər etmiş, qədd-qamətli, yaraşıqlı olsun, alim və qoca olsa
daha yaxşı olar... Elçi şahın xasiyyətinə dəlalət edər».
1
Azərbaycan dövlətçilik ənənələrinin yaşanmasında ərəb xilafəti dağıldıqdan sonra meydana gələn
Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyası parçalandıqdan sonra
yaranmış Eldənizlər dövlətinin rolu və əhəmiyyəti böyük olmuşdur. İslam dininin dövlət səviyyəsinə
yüksəlişindən sonra Hulakülər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri də xalqın
mədəni dövlətçilik
tarixində mühüm rol oynamışlar. Orta əsrlərə dair çoxsaylı qaynaqlarda adları qeyd edilən Azərbaycan
dövlətlərinin siyasi həyatı beynəlxalq əlaqələri haqqında maraqlı məlumatlara rast gəlinir.
Ağqoyunlu və Səfəvi dövlətlərinin tacir diplomatları Osmanlı dövlətinə qarşı mübarizə aparmaq üçün
çoxtərəfli danışıqlar aparır, Cənubi Avropa dövlətlərinin bir qrupunun iştirakı ilə antiosmanlı Liqasının
yaradılmasına nail olurlar. Iki yüz ildən yuxarı davam edən Ağqoyunlu-Osmanlı və Səfəvi-Osmanlı
müharibələri ümumtürk dünyasının əsl faciəsi idi.
Avropa diplomatiyası bu türk dövlətlərini bir-birilə vuruşdurmaqla Avropanı Osmanlı yürüşlərinin
hədəfi olmaqdan xilas etmişdilər. Ağqoyunlu, Səfəvi və Osmanlı dövlətlərinin başçıları, sərkərdələri və
diplomatları Qərb ölkələrinin məkrli siyasətlərinin uzağa gedən nəticələrini dərk etməmiş deyildilər, lakin
aralarındakı ziddiyyətlər və mənafe ayrılığı ümumi düşmənə qarşı birləşməyə imkan vermirdi. Türk dünyası
1
Nizamülmlük. Siyasətnamə. B., Elm, 1989, s. 96