“İki sahil”.-2014.-18 oktyabr.-№ 189.-S.9.
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günüdür!
Ulu öndər Heydər Əliyev dühası, zəkası, siyasəti, təcrübəsi ilə dövlət müstəqilliyini əbədiləşdirdi
18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. XX ərin
sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan
dövlət müstəqilliyini bərpa
edib. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası
dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd -
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Müstəqilliyin əbədiliyi isə ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır.
Hələ Naxçıvanda Ali Məclisin sədri olarkən xalqın illərdən bəri arzusunda olduğu azadlığın
əvəzedilməz nailiyyət olduğunu müdrikliyi və dövlətçilik təcrübəsi ilə dərk edən ulu öndər Heydər Əliyev
tarixi xidmətləri ilə müstəqilliyimizin əbədiliyinin qarantı missiyasını gerçəkləşdirdi. Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət atributlarını bərpa etdi. Dünya Azərbaycanlılarının həmrəylik günü təsis olundu.
Muxtar respublikada ilk dəfə həyata keçirdiyi özəlləşdirmə siyasətini Azərbaycanın bütün bölgələrində
tətbiq edən Heydər Əliyev inkişaf strategiyasının bazar iqtisadiyyatı yolu ilə mümkünlüyünü həyata
keçirdiyi islahatları ilə təsdiqlədi. Bununla da planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidin ilk
cığırlarını açaraq Azərbaycanın dünyaya inteqrasiyasını gerçəkləşdirdi.
Müstəqilliyimizin təhlükə altında olduğu o ağır illərdə ulu öndərin fədakarlığını, xalqın azadlığı
naminə üzərinə götürdüyü öhdəliyə məsuliyyət və vətəndaş yanğısı ilə yanaşdığını xatırlayan Prezident
İlham Əliyev vurğulayır ki, yaxın tarixdə baş verən hadisələr Azərbaycanın dövlətçilik salnaməsinə qızıl
hərflərlə yazılıb: “Ulu öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır
sınaqdan çıxmaq üçün bizə imkan yaratdı. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi
qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Muxtar Respublikası
adlandırılırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet, sosialist” sözləri muxtar
respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət
qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet
İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni, bu
addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər
qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki,
onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür.”
Müstəqil, tarazlı, cəsarətli siyasət yeridərək ÖZÜNÜN qeyd etdiyi kimi ömrünü Azərbaycan xalqının
gələcəyinə həsr etdi. İlk addım kimi Azərbaycanda sabitlik, nizami ordu yaradan, müstəqilliyin
əbədiliyini təmin edən, daxili çəkişmələrə, hakimiyyət uğrunda mübarizələrə son qoyan Heydər Əliyev
ərazi bütövlüyümüzün təminatı üçün də misilsiz xidmətlər göstərərək atəşkəs barədə müqavilə imzaladı.
Heydər Əliyevin dünya siyasətçiləri arasında artan şəxsi nüfuzunun nəticəsində “Əsrin müqaviləsi”
imzalandı. BTC, BTƏ neft-qaz kəmərlərinin davamı olan TANAP, TAP, “Cənub” qaz dəhlizi ümummilli
lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının məntiqi nəticəsi, Prezident İlham Əliyev
qətiyyətinin ifadəsidir.
“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.”
Ümummilli lider Heydər Əliyevin müdrikliklə söylədiyi bu sözlər artıq reallaşıb. “Azadlıq və istiqlaliyyət
hər bir xalqın milli sərvətidir” söyləyən ulu öndər vurğulayırdı ki, hər bir qurtuluşun əsasını milli azadlıq
təşkil edir. Ümummilli lider Heydər Əliyev “Müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin əldə
olunması nə qədər çətindirsə , onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləməklə hər
bir xalqın suverenliyinin onun tarixi qələbəsi olduğunu müdrikliyi ilə təsdiqlədi.
3 oktyabr 1993-cü ildə xalqın etimadı ilə prezident seçilən ulu öndər Heydər Əliyev andiçmə
mərasimində taleyüklü problemlərlə əhatə olunan Azərbaycanın əbədi qarantı olacağını inamla bildirərək
vurğulayırdı ki, dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu, dövlət atributlarını
yaratmaq və inkişaf etdirməklə vətəndaşların rifahının yaxşılaşdırılmasını fəaliyyətinin əsas prinsipləri
kimi diqqətdə saxlayacaq. Ulu öndər, müdrik siyasətçi yaxşı bilirdi ki, dövlət müstəqilliyini qorumaq,
demokratiyanı inkişaf etdirmək ölkənin bazar iqtisadiyyatı yolu ilə tərəqqisinə nail olmaq üçün ilk
növbədə müstəqilliyin əbədiliyi təmin olunmalıdır.
Tarix göstərdi ki, qarşıya qoyulan vəzifələrə nail olmaq üçün yorulmadan çalışan, siyasi, iqtisadi,
sosial islahatları düzgün müəyyənləşdirən ulu öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki
missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq
ideyalarının formalaşması, milli- mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə bağlıdır. Ölkəmizdə
söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri
və ayrılmaz tərkib hissəsidir. Həyatının mənasını Azərbaycanın iqtisadi və intellektual potensialını
xalqının xoşbəxt və firavan yaşamasına yönəldən ulu öndər tarixi şəxsiyyət kimi tək əməlləri ilə deyil,
dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapırdı. Bu bir həqiqətdir ki,
zəruri, mükəmməl, qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə konkret fəaliyyət
proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf etdirən Heydər
Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq, sivilizisiyaların
dialoq bölgəsinə çevrilmişdir.
“Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək,
ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri
götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət- ənənələrimizdin ayrıla bilmərik və imtina edə bilmərik”
söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratiya yolu ilə inkişafını gələcək üçün
təminat hesab edərək fəaliyətinin bütün dövrlərində əsas dayağı kimi xalqa arxalanırdı. Ulu öndərin
mövqeyi belə idi: Azərbaycandakı bütün prosesləri xalqın istəyinə uyğun istiqamətləndirmək.
Siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən ulu öndərin fenomen bacarığı, dövlətçilik
tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin,
azərbaycançılıq ideyalarının formalaşması, milli- mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə
bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik
məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. Həyatının mənasını Azərbaycanın iqtisadi və
intellektual potensialını xalqının xoşbəxt və firavan yaşamasına yönəldən ulu öndər tarixi şəxsiyyət kimi
tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapırdı. Bu
bir həqiqətdir ki, zəruri, mükəmməl, qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə
konkret fəaliyyət proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf
etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq,
sivilizisiyaların dialoq bölgəsinə çevrilmişdir.
Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa bu
yalnız ulu öndər Heydər Əliyevin, ONUN layiqli davamçısı Prezident İlham Əliyevin gərgin zəhmətinin
bəhrəsidir.
Həyatın mənası insanın çox, yaxud az yaşamasından ibarət deyil. Onun əsas mənası bu həyatda öz
yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.
Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli yol, siyasi irsi onun əbədiyaşar LİDER adını
qazandığını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi son illərin təcrübəsi, eyni
zamanda, müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir: “Ancaq müstəqil Azərbaycan bu uğurlara
nail ola bilmişdir. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz bu nailiyyətlərə çata bilmişik.
Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç
vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz
hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi,
dönməz edək.”
Xuraman İsmayılqızı