2
Layihənin rəhbəri: AMEA-nın müxbir üzvü,
fəlsəfə elmləri doktoru
Muxtar KAZIMOĞLU (İMANOV)
Tərtib edən və
ön sözün müəllifi: filologiya elmləri üzrə fəlsəfə doktoru
Mətanət YAQUBQIZI
Redaktor:
filologiya elmləri
üzrə fəlsəfə doktoru,
dosent Rza XƏLİLOV
Rəyçilər: AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, albanşünas
Bəxtiyar Adil oğlu Şahverdiyev;
Filologiya elmləri
üzrə fəlsəfə doktoru
Asiyyat Kamil qızı TİNAYEVA, milliyyəti avar;
AMEA Coğrafiya İnstitutunun
Hidrologiya və su
ehtiyatları şöbəsinin aparıcı elmi işçisi,
coğrafiya
üzrə fəlsəfə doktoru
Cuma Həzrət oğlu
MƏMMƏDOV, milliyyəti saxur
Mətnlərin tərcüməsi üçün məsul şəxslər:
1. Udi dilinin tərcüməsinə məsul şəxs Qəbələ rayonunun Nic
qəsəbəsinin 3 saylı orta məktəbinin müəllimi Sevil Atayeva
2. Avar dilinin tərcüməsinə məsul şəxs AMEA Nəsimi adına
Dilçilik İnstitutunun elmi əməkdaşı
Cəmilə Keysərovskaya
3. Saxur dilinin tərcüməsinə məsul şəxs Zaqatala rayonunun Mina
Nəzirova adına orta məktəbinin baş müəllimi Oktay Camalov
4. İngiloy dilinin tərcüməsinə məsul şəxs Zaqatala rayonunun
Əliabad icra nümayəndəliyinin baş mühasibi Əlican Əlicanov
folklorinstitutu.com
X
4603000000
Qrifli nəşr
N-098-2014
© Folklor İnstitutu, 2014
4
Görünür, tsolblar (çilblər, silvlər) bir zamanlar Avropanın bir çox
xalqları kimi Avar Xaqanlığının təbəələri olmuş
və ya da əsgər kimi
türk-avar ordusunda xidmət etmiş və bu üzdən “avar” adı yanlış
olaraq onlara da şamil edilmişdir.
Avarların bir-birini anlamayacaq dərəcədə iki fərqli dialektdə
danışdıqları qəbul edilsə də, əslində bunlar qohum dillər olmasına
rəğmən, fərqli iki dildir. Məsələ isə ondadır ki, XX əsrin 30-cu
illərində Stalinin birbaşa göstərişi ilə “andiyalı” və ya “andok” kimi
tanınan tamam başqa bir Dağıstan xalqının etnik kimliyi inkar
edilməyə və həmin dövrdən etibarən bu xalq avar kimi qələmə
verilməyə başlanmışdır. Sözügedən xalqın adı Dağıstanda axan iki
Göysu adlı çaydan birinin adında əbədiləşmişdir – Andiyskoye
Koysu. Maraqlıdır ki, bu çaylardan biri andiyalıların (andokların)
adı ilə qoşa çəkilsə də, ikinci eyniadlı hidronimdə avarların adı
əbədiləşmişdir – Avarskoye Koysu.
E.ə. IX-VII əsrlərə aid Aşşur mənbələrində Dağıstanın adı an-
diyalıların adından törəmə olan “Andiya” kimi çəkilməkdə və onun
Manna dövlətinin əyaləylətindən biri olduğu qeyd edilməkdədir.
Həmin əyalətlə qonşu olan başqa bir Manna əyaləti isə “Durdukka”
adlanmaqdadır ki, bu da durdzuk adının Aşşur dilindəki təhrifindən
başqa bir şey deyil. Avarlar bu günə qədər onlarla qonşuluqda yaşayan
çeçenləri “durdzuk” deyə adlandırırlar. Yeri gəlmişkən, qeyd edək ki,
eyni mənbələrdə qonşuluqda yerləşən digər bir Manna vilayətinin adı
“Mazamua” kimi çəkilir ki, bu toponimlə Mazımçay hidronimi
arasındakı eyniliyi görməmək mümkün deyil.
Azərbaycanda məskun olan avarlarla qonşuluqda digər azsaylı
qafqazdilli xalqlar da yaşayırlar ki, bunlardan saxurların və
ingiloyların adını xüsusi çəkmək lazımdır.
Saxurlar Azərbaycanın Qax, Zaqatala və Balakən rayonla-
rında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsiylə həmsərhəd olan
Rutul rayonunda yaşayırlar. İber-Qafqaz dillərinin Dağıstan
qolunun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə də
Azərbaycan türkcəsində danışırlar. “Saxur” adı bu xalqın əsl adı
deyil və yaşadıqları ən böyük kəndin adından qaynaqlanır. Sayları
30 mindən bir qədər çox olan saxurlar özlərinə “yixv” deyirlər ki,
tarixi mənbələr onları məhz bu adla, daha dəqiq desək, həmin adın