Qafqazinfo.az
saytının kitabxanası
Redaktor: İlahə Ucaruh, Etimad Başkeçid
Nəşriyyat redaktoru: Günel Şamilqızı
Korrektor: Təranə Musayeva, Amid Mahmudov
Üz qabığının müəllifi: Etibar Lətifli
Eskizlərin müəllifi: Səkinə Zeynalova
04720600202
M653 (07) -2013 qriftli nəşr
İSBN - 5 - 8020 - 11
© “Gənclik” – 2013
© F.Huseyn – 2013
Bu kitabı anam Tahirə xanımın göz yaşlarına ithaf edirəm
Azad olunmağımda zəhməti və xidməti olmuş hər kəsə minnətdaram
Fərid Hüseyn
Həbsxana haqqında yazdığım xatirələr bu kitabla yekunlaşmır, gələcəkdə yadıma düşən
hadisələri yəqin ki, yazacam. Amma indiki halımda, əhvalımda daha bir cümlə yazmaq da
ağlıma gəlmir. Kitabın nəzərdə tutulan ikinci nəşri, yəqin ki, daha əhatəli olacaq. Kitabın çapına
göstərdiyi maddi və mənəvi dəstəyə görə
qafqazinfo.az
saytına təşəkkür edirəm.
Fərid Hüseyn
Şair Fərid Hüseyn və Şəhriyar Del Gerani 2012-ci il 28 apreldə 4 günlük poeziya
günlərində iştirak etmək üçün İrana gediblər. May ayının 2-də həbs olunaraq 127 gün (4 ay)
azadlıqdan məhrum ediliblər. Xalqın, Cənab Prezident İlham Əliyevin, dövlət rəsmilərinin,
media nümayəndələrinin, yazarların istəyi və böyük səyləri nəticəsində azadlığa qovuşublar. Bu
kitabda 4 ay günahsız yerə zindanda qalan iki şairin başına gələn dəhşətlərdən və ağrılı-acılı
günlərdən bəhs olunur
Kitabı oxumağa başladığım tarix:
Bitirdiyim tarix:
Həm də bir Tanrı işarəsi
Fərid Hüseyn və Şəhriyar Del Gerani həm də Təbrizdə həbs olunmaları, 127 gün həbsdə
qalmalarıyla Şimali Azərbaycan tarixində yeni bir mərhələyə, yeni bir ilkə imza atdılar. Onlar
şeirimizin sevimlisi Cənubi Azərbaycanda, Təbrizdə həbs olunan ilk Şimali Azərbaycan şairləri
oldular. Beləcə, rəsmi şəkildə Şimali və Cənubi Azərbaycan bir bayraq altında yox, bir həbsxana
içində birləşdilər. O şairlərdən birinin adının Şəhriyar, o birinin soyadının Hüseyn olması da
təsadüfü deyil. Əslində, soyadlar elə-belə, təsadüfü olmur, yadınıza salın, hər iki qadın Milli
Qəhrəmanlarımız – Salatın və Gültəkin xanımların da soyadları Əsgərdir. Onlar əsl əsgər
oldular.
Hər iki şairimizi – Fəridi və Şəhriyarı yaxından tanıdığım üçün bilirəm ki, onların hər
ikisinin ruhu çox azaddır. Məncə, onlar Azərbyacan – türk şairləri olduqlarıyçün yox, İrandakı
azadlıqdan daha çox azad olunduqlarıyçün həbs edildilər.
Fərid bəyin həbsxana xatirələrini oxudum, məncə, həm çox poetik yazıb, həm də çox sadə
və qeyrətlə. Sadə yazmaq çox çətindir. Ən əsası, heç bir yerdə özünü və dostunu şişirdib
qəhrəmana çevirməyib. Elə bu cür yazmağı Fəridin qəhrəmanlığıdır, hətta bəzi yerləri o qədər
rahat, poetik yazıb ki, oxucu özündən asılı olmadan özünü o həbsxanaya düşmüş kimi hiss eləyir.
Təki bütün həbsxanalarda belə azadlıq, sevgi, yazmaq eşqi olsun.
Fəridin bizim doğma azadlığımız, mübarizəmiz üçün indidən, – gənc ikən belə bir həyat
keçməsi bir insan və yazıçı kimi onun böyük gələcəyindən çox şey vəd edir.
Həm də Allah Fəridi belə ağır vəziyyətlərə salmaqla bu çətin yaradıcı yolla sonacan gedə
biləcəyi təqdirdə onunçün çox şərəfli və gözəl əbədi nəsə hazırladığına işarə edib.
Bu işarə həm də bütün Azərbaycandır...
Vaqif Bayatlı Odər