Hörmətli həmkarlar!
Sizi Ümummilli liderimiz Heydər Əli-
yevin müstəsna xidmətləri ilə xalqımızın
tarixinə şanlı səhifə - yeni dövrün başlan-
ğıcı kimi daxil olan və müstəqilliyimizin
sarsılmazlığını təmin edən 15 İyun - Milli
Qurtuluş Günü və əzəməti hüdudsuz olan
mübarək Ramazan bayramı münasibətilə
ürəkdən təbrik edir, sizə uzun ömür, möh-
kəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə
ruzi-bərəkət, müstəqil Azərbaycanımızın
daha da qüdrətlənməsi naminə şərəfli işi-
nizdə uğurlar arzulayıram.
Hər bir xalqın taleyində xüsusi önəm
daşıyan hadisələr və tarixi faktlar olur.
Azərbaycan xalqının dövlətçilik tarixinə
qızıl hərflərlə yazılmış 15 iyun da belə gün-
lərdən biridir.
Azərbaycanın müasir uğurları milli
qurtuluşumuzun müəllifi, Ümummilli lider
Heydər Əliyev tərəfindən müəyyən edilən
dövlətçilik siyasətinin dəqiqliklə icrasının
nəticəsidir. Bu gün dünyada söz və nüfuz
sahibi olan, demokratik, dünyəvi dövlət
kimi tanınan Azərbaycan möhtərəm Prezi-
dentimiz İlham Əliyevin rəhbərliyi ilə işıqlı
gələcəyə doğru inamla addımlayır.
Gündən-günə çiçəklənən Azərbaycan-
da din dövlətdən ayrı olsa da, ölkə rəhbər-
liyi səviyyəsində İslama, insanın qəlbini
və ruhunu nurlandıran ayrı-ayrı mübarək
bayramlarına yüksək hörmət, ehtiram var.
İnsanların dini etiqad azadlığının ən yüksək
səviyyədə təminatı üçün bütün zəruri təd-
birlər həyata keçirilir.
Xalqımızın əsrlərlə qəlbində yaşatdığı
Ramazanı da Azərbaycan müstəqilliyə qo-
vuşandan sonra daha böyük ruh yüksəkliyi
ilə qarşılayır, bu əziz günü həm də rəsmi
şəkildə bayram edirik.
Möhtərəm Prezidentimiz İlham Əli-
yevin dediyi kimi, bu müqəddəs bayramın
dövlət səviyyəsində qeyd edilməsi bizim
multikultural və tolerant prinsiplərə necə
yüksək qiymət verməyimizi nümayiş etdi-
rir. Bu gün biz dünyaya bir daha qəlbimiz-
dəki milli dəyərlərə sadiq olduğumuz qədər
bəşəri dəyərləri də yaşatdığımızı bəyan
edirik. Dini, milli rəngarəngliyimizi mənə-
vi bütövlüyümüzün zənginliyi kimi qəbul
edirik.
Xalqımızın ülvi arzularının Vətənimiz
üçün səadət, tərəqqi
istəkləri ilə qovuşduğu
bu bayram insanlarda mərhəmət, şəfqət və
bərabərlik duyğularını gücləndirir, onları
gözəl niyyətlərə, nəcib, xeyirxah əməllərə
çağırır.
Qoy xalqımızın səadəti, əmin-amanlı-
ğı, gənc müstəqil dövlətimizin tərəqqisi
ilə bağlı bütün arzu və diləklərimiz Tanrı
dərgahında qəbul olunsun və Uca Yaradan
mərhəmətini Odlar yurdunun üstündən heç
vaxt əskik etməsin.
Bayramlarınız mübarək olsun!
Rauf Vəliyev,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri
14 iyun 2018-ci il № 45-48 (9231)
BU SAYIMIZDA
“CəfəR CabbaRlı” quRu yük gəmisi əsaslı
təmiRdən sonRa istismaRa qaytaRılıb
XVıı XəzəR beynəlXalq nəqliyyat,
tRanzit Və logistika (tRansCaspian/
tRanslogistika 2018) səRgisi keçiRilib
gəmiçiliyin yunanıstanda
nümayəndəliyi fəaliyyətə başlayıb
Bu il nəqliyyat
sahəsində əlamətdar
hadisələrdən biri də
“Azərbaycan Xəzər Də-
niz Gəmiçiliyi” QSC-nin
160 illik yubileyidir.
bütün tədbiRləR “ümumdünya ətRaf mühitin
mühafizəsi günü”nə həsR olunmuşdu
“Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-
nin Dəniz Nəqliyyatı
Donanmasına məxsus
“Cəfər Cabbarlı” quru
yük gəmisi “Zığ” Gəmi
Təmiri və Tikintisi
Zavodunda əsaslı təmir
olunub.
Bir ilə yaxındır aparılan təmir zama-
nı xeyli iş görülüb.
Yelkənli İdman Fede-
rasiyasının komandasının
hazırlığı, o cümlədən
yerli məşqçilərin təcrübə
qazanması məqsədi ilə 31
may – 3 iyun tarixlərin-
də təlim düşərgəsi təşkil
olunub.
XIX əsrin sonlarından
elmi-texniki tərəqqi, sənaye-
nin sürətli inkişafı nəticəsin-
də ətraf mühitə edilən mənfi
təsirlər XX əsrin ortalarında
özünü daha qabarıq göstə-
rirdi. Artıq insanlar təbiətə
münasibətlərini dəyişməyə-
cəkləri, onun ehtiyatlarından
səmərəsiz istifadəyə son
qoymayacaqları təqdirdə bu
prosesin onların özlərinə qarşı çevrilə-
cəyini və arzuolunmaz nəticələrə gətirib
çıxaracağını anladılar.
səh. 3
səh. 6
“aXdg iRi, beynəlXalq nəqliyyat layihələRini
həyata keçiRə biləCək donanmaya malikdiR”
səh. 8
səh. 4
yelkənçiləR üçün təlim
düşəRgəsi təşkil edilib
2014-cü ildə uzun
fasilədən sonra Azər-
baycan Respublikası-
nın Prezidenti İlham
Əliyevin tapşırığına
əsasən xarici sularda-
kı fəaliyyətini bərpa
edən “Azərbaycan
Xəzər Dəniz Gəmiçi-
liyi” Qapalı Səhmdar
Cəmiyyəti bu istiqamətdə ardıcıl və
effektiv addımlar atır.
İyunun 11-13-
də Bakıda XVII
Xəzər Beynəlxalq
Nəqliyyat, Tranzit
və Logistika (Trans-
Caspian/Translogis-
tika 2018) sərgisi
keçirilib.
bayRamlaRınız mübaRək olsun!
Azərbaycan xalqının taleyində
böyük əhəmiyyət daşıyan elə günlər
var ki, həmin günlərdə onun gələ-
cək həyatını müəyyən edən mühüm
başlanğıcların əsası qoyulub. Belə
günlərdən ən önəmlisi tariximizə
qızıl hərflərlə yazılmış 15 İyun – Milli
Qurtuluş Günüdür. Milli Qurtuluş
Günü Azərbaycan xalqı üçün sadəcə
təqvim bayramı deyil, böyük ictimai,
siyasi və tarixi əhəmiyyətə malik bir
gündür. İyunun 15-i xalqımız üçün
əsl qurtuluş tarixidir. Bu tarixi yara-
dan isə Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasında, möhkəm-
lənməsində, inkişafında müstəsna rol
oynayan, daim xalqına arxalanan və
xalqına arxa, dayaq olan bir insan -
Heydər Əliyevdir.
XX əsrin sonlarında yenidən müstəqil-
lik qazanmaq kimi tarixi fürsəti əldə edən
Azərbaycan qısa vaxtdan sonra onun iti-
rilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə haki-
miyyət böhranı 1993-cü ilin iyununda kul-
minasiya həddinə çatdı, xaos və anarxiya
respublikanı bürüdü. Vətəndaş müharibəsi
dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki
dövlət müstəqilliyimizi, hətta milli varlı-
ğımızı belə birbaşa hədəfə aldı. Beləliklə,
1991-1993-cü illər ölkəmizin müasir ta-
rixində hərc-mərclik, özbaşınalıq, avantürist
eksperimentlər dövrü kimi xatırlanır. Bütün
bunlar isə həmin dövrdə yeni yaradılmış
müstəqil dövlətə liderlik xüsusiyyətlərinə
malik olmayan, siyasi hadisələrə qiymət
vermək, gələcəyi görmək imkanlarından
məhrum olan, adi vəziyyətdən belə çıxış
yolu tapmağa qadir olmayan şəxslərin rəh-
bərlik etməsinə görə baş verirdi. Hadisələri
düzgün qiymətləndirə bilməyən o vaxtkı iq-
tidar əhali arasında gündən-günə nüfuzunu
itirir, baş vermiş proseslərdən düzgün nəticə
çıxara bilmirdi.
Ümummilli lider Heydər Əliyev
müstəqilliyimizin həmin mərhələsini belə
xarakterizə edirdi: “Azərbaycan böyük
təhlükə qarşısında idi. Çünki Azərbayca-
nın müstəqil yaşamasının əleyhinə olan
həm daxildəki qüvvələr güclü idi, həm də
Azərbaycan kimi böyük coğrafi-strateji
əhəmiyyətə, zəngin təbii sərvətlərə malik
olan ölkənin tam müstəqil olması başqa
ölkələrdə bəzi dairələri qane etmirdi. Er-
mənistanın Azərbaycana etdiyi təcavüz və
bunun nəticəsində Azərbaycanın zəifləməsi,
məğlubiyyətə uğraması, ikinci tərəfdən də
daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin
iyun ayında hakimiyyətə gəlmiş qüvvələri
bir ildən sonra hakimiyyətdən saldı, xalq
özü saldı”.
Azərbaycan torpaqlarının Ermənistan
silahlı qüvvələri tərəfindən davamlı işğalı,
getdikcə gərginləşən siyasi vəziyyət, əha-
linin gündən-günə ağırlaşan sosial durumu
ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı
öz arxasınca aparmağa qadir liderə ehtiyac
olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün
təbəqələri əmin idi ki, müstəqilliyini yenicə
bərpa etmiş ölkəni düşdüyü ağır və dözül-
məz vəziyyətdən çıxarmağa qadir yeganə
şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində,
bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız
Heydər Əliyevin ətrafında sıx birləşməklə
öz gələcək taleyini özü həll etmək niyyətin-
də idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu
öndər Heydər Əliyev xalqın çağırışına səs
verərək Bakıya qayıtdı və Azərbaycan Xalq
Cümhuriyyətinin taleyindən daha dəhşətli
hadisələrin gözlənildiyi ölkəmizi bəlalar-
dan, müsibətlərdən xilas etdi. Həmin gün,
sözün həqiqi mənasında, ölkəmizin taleyin-
də dönüş anı oldu, böyük qurtuluşa doğru
mühüm addım atıldı. Xalqımızı nicata apa-
ran yol bilavasitə həmin gündən başlandı.
İyunun 15-də Heydər Əliyev Azərbay-
can Ali Sovetinin sədri seçildi. Ulu Öndər
böyük risklərə baxmayaraq, xalqın qurtulu-
şu missiyasını cəsarətlə öz üzərinə götürdü.
“Mənim həyatım da, fəaliyyətim də
yalnız və yalnız Azərbaycanın müstəqilli-
yinin qorunub saxlanmasına, ölkəmizin bu
ağır vəziyyətdən qalxmasına həsr olunacaq-
dır”, – deyən Ümummilli Lider problemlə-
rin həlli üçün ölkədə vətəndaş həmrəyliyini,
sabitliyi son dərəcə vacib sayırdı: “Əgər
respublikada ictimai-siyasi sabitlik olma-
sa, sağlam ictimai-siyasi mühit olmasa,
heç bir sosial-iqtisadi proqramdan, yaxud
problemlərin həll edilməsindən söhbət gedə
bilməz”. Heydər Əliyev öz xilaskarlıq mis-
siyası ilə ölkəmizin müstəqilliyini qorudu,
respublikada tüğyan edən ictimai-siyasi
böhranı aradan qaldırdı və inkişafın təməli-
ni qoydu. Bununla da ölkədə uzun illər da-
vam edən gərginlik və qarşıdurma səngidi,
respublikamız vətəndaş müharibəsindən və
parçalanma təhlükəsindən xilas oldu. Hə-
min il “olum, ya ölüm” ayrıcında qalmış
Azərbaycan Heydər Əliyevin yorulmaz fəa-
liyyəti nəticəsində gələcəyə inamla baxan
qüdrətli bir dövlətə çevrildi. 1993-cü il ok-
tyabrın 3-də Ümummilli Lider xalqımızın
böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti
seçildi.
Bu gün milli qurtuluş ideologiyasının
təntənəsi müstəqil respublikamızın davam-
lı inkişafında özünü büruzə verir, dünyada
Azərbaycanın nüfuzu daha da artır. Ulu ön-
dər Heydər Əliyevin hakimiyyətə qayıdışın-
dan sonra ölkədə baş vermiş sosial-iqtisadi
və siyasi inkişaf dövlətimizin möhkəmlən-
məsində, sivil dünyaya sıx inteqrasiya pro-
sesinə qoşulmasında və xalqımızın strateji
mənafelərini təmin edən modern cəmiyyə-
tin qurulmasında həlledici rol oynadı. Belə-
liklə, bu mühüm tarixi gün xalqımızın yad-
daşına Milli Qurtuluş Günü kimi həkk oldu
və 1997-ci ildən etibarən parlamentin qərarı
ilə rəsmi bayram kimi qeyd edilir.
(Davamı 2-ci səhifədə)
səh. 5
milli quRtuluş günündən azəRbayCanın
döVlət müstəqilliyinin əbədiliyinə doğRu
səh. 2
XALQ MƏNƏ üMİD BƏSLƏYİR, MƏN Bu üMİDİ DoğRuLTMAQ
üçüN öMRüMüN QALAN HİSSƏSİNİ DƏ XALQIMA BAğIşLAYIRAM
VƏ HƏYATIMI XALQIMA QuRBAN VeRMƏYƏ HAZIRAM.
HeYDƏR ƏLİYeV,
üMuMMİLLİ LİDeR
HeYDƏR ƏLİYeVİN İDeYALARI YAşAYIR, oNuN FƏLSƏFƏSİ,
İDeoLoGİYASI YAşAYIR VƏ oNuN QuRDuğu, YARATDIğI MüASİR
AZƏRBAYCAN YAşAYIR, oNuN YoLu İLƏ İNkİşAF eDİR.
İLHAM ƏLİYeV,
AZƏRBAYCAN ReSPuBLİkASININ PReZİDeNTİ