DƏVƏTNAMƏ
Hormətli həmkarlar,
Avropa İttifaqının (Aİ) 1 May 2004 tarixindəki genişlənməsi, Aİ və Azərbaycan arasında siyasi və iqtisadi cəhətdən qarşılıqlı asılılığı gücləndirərək, İttifaq üçün siyasi, coğrafi və iqtisadi şərtlərdə tarixi bir irəliləyiş meydana gətirdi. Bu, əməkdaşlığı aşan və getdikcə daha sıx qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək, iqtisadi inteqrasiyanın mühüm tədbirlərini cəlb etmək və siyasi əməkdaşlığı dərinləşdirmək məqsədilə Aİ və Azərbaycan üçün imkan yaradır.
Hazırkı Fəaliyyət Planı bu prosesdə ilk addımdır. Aİ-Azərbaycan Fəaliyyət Planı, Azərbaycan və Aİ arasındakı əməkdaşlığın strateji hədəflərini əhatə edən siyasi bir sənəddir. Beş illik müddəti əhatə edir. Onun həyata keçirilməsi Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) müddəalarının icrasına yardım edəcək və Azərbaycanın Avropa strukturlarına gələcək inteqrasiyası hədəfini həvəsləndirəcək və dəstəkləyəcəkdir. Fəaliyyət Planının həyata keçirilməsi Azərbaycan qanunvericiliyinin, norma və standartlarının Avropadakılara yaxınlaşmasını əhəmiyyətli dərəcədə irəli aparacaqdır.
Yuxarıdakıları nəzərə alaraq, Azərbaycan Gənc Diplomatlar Birliyi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası, Avrasiya Hüquqşünaslar Assosiasiyası və Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Azərbaycan Respublikası Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun dəstəyi ilə 13 Fevral 2007-ci il saat 15:00-da Azərbaycan Respublikası Elmlər Akademiyası İnsan Hüquqları İnsitutunun Kofrans zalında “Avropa İttifaqı və Azərbaycan; Fəaliyyət Planı və onun həyata keçirilmə perspektivləri” mövzusunda “Dəyirmi masa” keçirəcəkdir.
Sizi böyük məmnuniyyətlə bu “Dəyirmi masada” iştirak etməyə dəvət edirik.
Sizi bu dəyirmi masada görməkdən məmnunluq duyardıq. Görüşün gündəliyi bu məktuba əlavə olunur.
Dərin hörmətlə,
Rafət Əliyev, Azərbaycan Gənc Diplomatlar Birliyinin sədri
Nadir Adilov, Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri
Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası
Ramil İsgəndərov, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri
GÜNDƏLİK
“Avropa İttifaqı və Azərbaycan; Fəaliyyət Planı və onun həyata keçirilmə perspektivləri” mövzusunda “Dəyirmi masa”
Təşkilatçılar:
Azərbaycan Gənc Diplomatlar Birliyi, Avrasiya Hüquqşünaslar Assosiasiyası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi
Dəstək: Azərbaycan Respublikası Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu
Tarıx: 13 Fevral, 2007, saat 15:00
Tədbirin keçiriləcəyi yer: Azərbaycan Respublikası Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun Konfrans Zalı
15:00 Açılış
Rövşən Mustafayev - Azərbaycan Respublikası Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun rəhbəri
Rafət Əliyev, Azərbaycan Gənc Diplomatlar Birliyinin sədri
Nadir Adilov, Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri
Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası
Ramil İsgəndərov, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri
Qonaqların çıxışları
15:30 – 16:00
Mövzu: “Avropa İttifaqı və Azərbaycan; Fəaliyyət Planının Azərbaycanda demokratiya, insan hüquqları və qanunun aliliyinin inkişafında rolu və onun həyata keçirilmə perspektivləri”
Çıxışçı: Rövşən Mustafayev
16:00 – 17:00 Mövzu ətrafında müzakirələr
17:00 – 18:00 Fəaliyyət Planı gənclərin gözü ilə; Açıq müzakırələr
18:00 Son
Dostları ilə paylaş: |