Yubileylər, xatirələr
Тарих вя онун проблемляри, №3 2010
218
MEHMAN ABDULLAYEV
GÖRKƏMLİ TARİXÇİ-ALİM SÜLEYMAN ƏLİYARLI – 80
Hal
hazırda anadan olmasının 80 illiyini, elmi-pedaqoji
fəaliyyətinin 55 illiyini qeyd etdiyimiz görkəmli tarixçimiz, Azərbay-
canın qədim və orta əsrlər tarixi kafedrasının professoru Süleyman
Sərdar oğlu Əliyarlı 1930-cu il dekabr ayının 18-də Beyləqan rayo-
nunun Şahsevən kəndində anadan olmuşdur. 1948-ci ildə orta mək-
təbi bitirərək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə da-
xi olan S.Əliyarlı 1949-cu ildə Moskva Dövlət Universitetinə köçü-
rülmüş və 1954-cü ildə həmin Universitetin tarix fakültəsini fərqlən-
mə diplomu ilə bitirmişdir. 1954-cü ildə təyinatla Azərbaycan Elmlər
Akademiyasının Tarix İnstitutuna işləməyə göndərilən S.Əliyarlı
1954-56-cı illərdə burada kiçik elmi işçi və elmi katib vəzifəsində
çalışmışdır. 1956-59-cu illərdə həmin institutda aspiranturada oxuyan
S.Əliyarlı 1962-ci ildə namizədlik dissertasiyası müdafiə edərək,
tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
S.Əliyarlı 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan tarixi kafedrası”na
müəllim vəzifəsinə dəvət alandan sonra bütün ömrünü bu təhsil ocağı ilə bağlamışdır. O, 1965-ci ildə
burada dosent elmi adını almış, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 1980-cı ildə
professor elmi adını almışdır. S.Əliyarlı 1978-ci ildən 2001-ci ilə qədər “Azərbaycan tarixi
kafedrası”nın müdiri vəzifəsində çalışmışdır. Tarix elmi sahəsində qazandığı böyük elmi uğurlara görə
S.Əliyarlı 1990-cı ildə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi kimi yüksək ada layiq
görülmüşdür.
S.Əliyarlı 1989-cu ildən 2000-ci ilədək Azərbaycan Respublikası Milli Məclisi yanında Yer
adları (Toponimiya) Komissiyasına sədrlik etmişdir.
S.Əliyarlı Azərbaycanın sayı çox olmayan elə alimlər cərgəsinə daxildir ki, o, 55 illik əmək
fəaliyyəti dövründə çox məhsuldar işləmiş və 150-dən çox elmi əsər, monoqrafiya, məqalə, dəsrlik və
dərs vəsaiti yazaraq çap etdirmişdir.
S.Əliyarlı bir böyük tarixçi kimi, Azərbaycan tarixinin ən ümdə, konsepual və fundamental
problemlərini öz elmi araşdırmalarının tədqiqat obyektinə çevirərək bu sahədə böyük uğurlar əldə
etmişdir. Bu baxımdan onun “Birinci dünya müharibəsi dövründə Azərbaycanda neft inhisarları”,
“Azərbaycan xalqının soykökü(etnogenezisi)”, “Kitabi-Dədə-Qorqud” dastanının tarixi mənbə kimi
öyrənilməsi, “Qarabağ tarixi” və başqa problemlər üzrə elmi araşdırmalarını xüsusi qeyd etmək
lazımdır.
S.Əliyarlının elmi-pedaqoji fəaliyyətində Azərbaycan tarixi üzrə dərslik və dərs vəsaitlərinin
hazırlanması mühüm yer tutur. Bu baxımdan 1989 və 2007-ci ildə onun elmi redaktəsi ilə çapdan
çıxmış “Azərbaycan tarixi üzrə qaynaqlar” adlanann mənbələr toplusunu və 1996-cı və 2009-cu ildə
müəlliflər kollektivi ilə birlikdə hazırlayıb Azərbaycan və rus dilində çap etdirdiyi “Azərbaycan
tarixi”. “Uzaq keçmişdən 1870-ci illərə qədər” adlı dərsliyi xüsusi qeyd etmək lazımdır. Bu iri həcmli
və sanballı kitab öz orijinallığı və yeni elmi konsepsiyası ilə seçilməklə ali təhsilimizdə Azərbaycan
tarixi üzrə dərslik probleminin həllində mühüm rol oynayır.
S.Əliyarlı Azərbaycan tarixi üzrə elmi kadrların hazırlanması sahəsində də səmərəli fəaliyyət
göstərmişdir. Onun elmi rəhbərliyi altında 3 nəfər doltorluq və 18 nəfər namizədlik dissertasiyası
müdafiə etmişdir.
Yubileylər, xatirələr
Тарих вя онун проблемляри, №3 2010
219
S.Əliyarlı bir vətənpərvər alim kimi 1988-ci ildən başlayaraq Qarabağ həqiqətlərini dünya
ictimai fikrinə və elm ictimaiyyətinə çatdırılması sahəsində xalqımıza əvəzsiz xidmətlər göstərmişdir.
S.Əliyarlı 1964-cü ildən indiyədək 15-dən çox respublika və beynəlxalq miqyaslı elmi
konfrans, simpozium və seminarlarda iştirak etmişdir. O, Moskva, Dnepropetrovsk, İstanbul, Ankara,
Konya, Quzey Kiprısda keçirilən beynəlxalq miqyaslı elmi toplantılarda Azərbaycan tarixinin ən
mühüm problemləri üzrə dəyərli çıxışlar edərək , Azərbaycan elminə beynəlxalq nüfuz qazandırmağa
və dünya elmi ictimaiyyətində tarixi gerçəklərimiz haqqında düzgün təsəvvür yaratmağa çalışmışdır.
S.Əliyarlının onlarla elmi əsər və məqalələri xarici ölkələrdə (Rusiya, Türkiyə, ABŞ, İngiltərə,
Almanya, Quzey Kiprıs) müxtəlif dillərdə çap olunmuşdur ki, bu da onun elmi fəaliyyətinin
beynəlxalq miqyasda tanınması deməkdir.
S.Əliyarlı bu gün də çox səmərəli , xalqımız üçün faydalı elmi-pedaqoji fəaliyyətini davam
etdirir. Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrasının əməkdaşları professor S.Əliyarlının
anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illiyi münasibəti ilə onu ürəkdən təbrik edir, ona
uzun ömür , can sağlığı və işlərində yeni–yeni uğurlar azrulayırlar.