A
Avtorizasiya kodu 10
Kart vasitəsilə fırıldaqçılıq cəhdi olduqda, kassir tərəfindən gizli yoxlama üçün
istifadə olunan kod.
B
Bank
eyniləşdirmə nömrəsi (BIN)
Kart təşkilatı tərəfindən banka verilən və kart nömrəsinin ilk 6 rəqəmini göstərən
unikal
nömrə. Adətən BIN-in ilk 4 rəqəmi kartın nömrəsinin altında göstərilir.
Beynəlxalq ödəniş kartı
Beynəlxalq kart təşkilatlarının (Visa, MasterCard, American Express və s.) üzvü olan
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və yaxud xarici banklar
tərəfindən emissiya edilmiş, beynəlxalq kart təşkilatlarının loqotipini daşıyan, ölkə
daxilində və ölkədən kənar əməliyyatların aparılması üçün istifadə olunan kart.
İ
İndent həkketmə
Kartın personallaşdırılması üsullarından biri olmaqla, hazır kartı müxtəlif simvolların
basma üsulu ilə həkk edilməsi. Bu texnologiyanın fərqləndirici özəlliyi odur ki, bu
üsulla əks etdirilmiş simvollar relyefə malik olmurlar və kartın səthinə çıxmamaqla
qravürə olunmuş şəkildə təsvir edilirlər.
K
Kart
təşkilatı
Kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və
ötürülməsi, klirinqi, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət
göstərilməsini həyata keçirən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
оlaraq fəaliyyət göstərən hüquqi şəxs və ya beynəlxalq kart təşkilatı.
L
Lokal
ödəniş kartı
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən yalnız ölkə
ərazisində istifadə üçün emissiya edilmiş kart.
Ö
Ödəniş kartı
Malların, iş və xidmətlərin ödənilməsi, öz hesabından digər şəxsin hesabına pul
köçürülməsi, habelə nağd vəsaitin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti.
P
Personalizasiya
Ödəniş kartlarının hazırlanmasının bir mərhələsi olmaqla, kart sahibi haqda
məlumatların karta yüklənməsi prosesi.
Prosessinq
fəaliyyəti
Ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması,
emalı və ötürülməsi, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət
göstərilməsi üzrə fəaliyyət.
R
Rider
Kartın nömrəsinin və avtorizasiya üçün zəruri olan digər rekvizitlərinin maqnit
lentindən oxunması üçün istifadə olunan avadanlıq.
S
Səsli avtorizasiya mərkəzi
Bank-ekvayerin səsli avtorizasiya üzrə zənglərin qəbulunu və işlənməsini təmin edən
xidməti.
T
Təsərrüfat subyekti
Pərakəndə ticarət, iaşə və digər xidmət müəssisəsi.
Y
Yüksək təhlükəsizlik zonası
Prosessinq təşkilatının ərazisi daxilində kart məhsullarının və əlaqədar hissələrin
istehsalı üzrə aşağıdakı fəaliyyətlərin və ya bu fəaliyyətlərin hər hansı
kombinasiyasının həyata keçirildiyi ərazilər yüksək təhlükəsizlik zonası adlanır:
kartın istehsalı, personallaşdırılması, embossinqi, kodlaşdırılması, saxlanılması və
çatdırılması, həmçinin çipin karta yerləşdirilməsi və çipin personallaşdırlması.