İPƏK YOLU, No.3, 2017, səh.114-125
114
RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ
Səbinə Sadıqova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan
e-mail:
sabina-w@mail.ru
Xülasə. Məqalədə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi, onun
inkişaf meylləri, rəqabət qabiliyyətinin yüksəldilməsi perspektivləri və bu
prosesdə dövlətin rolu araşdırılmışdır.
Açar sözlər: rəqabət, strategiya, enerji tutumluğu, rəqabət indeksi,
indikatorlar, sahibkarlıq subyektləri.
COMPETITIVE STRATEGY AND ITS
ANALYSIS
Sabina Sadigova
Azerbaijan State Oil and Industry University,
Baku, Azerbaijan
Abstract. In the paper the competitiveness of
Azerbaijan economy, its development trends,
increasing perspectives and the role of the state in
this process is analyzed.
Keywords: competition, strategy, energy efficien-
cy, competitive index, indicators, entrepreneurship
subjects.
КОНКУРЕНТНАЯ СТРАТЕГИЯ И ЕЕ
АНАЛИЗ
Сабина Cадыхова
Азербайджанский Государственный Университет
Нефти и Промышленности, Баку, Азербайджан
Резюме. В статье анализирована конкуренто-
способность, тенденции ее развития, перспек-
тивы повышения и роль государства в этом
процессе.
Ключевые cлова: конкуренция, стратегия,
энергоэффективность, индекс конкуренции,
индикаторы, субъекты предпринимательства.
1.
Giriş
Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan ağır sosial-iqtisadi tənəzzül dövrü yaşadı.
Lakin zəngin neft ehtiyatları sayəsində ölkənin iqtisadi durumu qısa müddətdə stabilləşdi.
Nisbətən yaxşı təchiz olunmuş enerji infrastrukturu və kənd təsərrüfatı istehsalı inkişaf üçün
şərait yaradırdı.
Regional münaqişəyə cəlb olunması və neftdən yüksək asılılıq kimi problemlərin
olmasına baxmayaraq, Azərbaycan Mərkəzi Asiya ölkələrindən daha böyük potensiala malik
idi. İttifaq dövründə Birliyin 15 ölkəsində bir-birindən asılı təchizat zənciri yaradılmışdı.
Planlı iqtisadiyyat təkcə məhsulların çeşidi, qiymətləri və həcmini deyil, həm də
xammal təchizatını müəyyən edirdi. İstehsal olunan məhsulların beynəlxalq standartlar
baxımından kəmiyyət və keyfiyyəti arasında böyük fərq var idi. İttifaq Azərbaycanda yeraltı
sərvətlərin tədarükü və emalı, eləcə də neft sənayesi kimi sahələrin inkişafını dəstəkləyirdi.
Lakin sənayenin enerji tutumluğu Azərbaycana qlobal rəqabətdə çətinliklər yaradırdı.
Təbii resurslara bağlı sənaye və kənd təsərrüfatı ölkənin iqtisadiyyatının əsasını təşkil edirdi,
burada ÜDM-in təxminən 80%-i istehsal olunurdu [6, 8].
İttifaqın dağılması və sistemli dəyişikliklər təkcə Azərbaycanda deyil, digər MDB
ölkələrində də bir sıra sahələrin ləğvi ilə nəticələndi. MDB ölkələri arasında təsərrüfat
S. SADIQOVA: RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ
115
əlaqələrinin qırılması Azərbaycan iqtisadiyyatına da ağır zərbə vurdu. İstehsal infrastrukturu
demək olar ki, tam dağılmışdı və ölkə tamamilə idxaldan asılı vəziyyətə düşmüşdü [1, 3].
İqtisadi Stabilləşmə Siyasəti. Mal, məhsul və xidmətlərin liberallaşdırılması, milli və
xarici valyuta sisteminin yaranması, 1992-ci ildə bazar iqtisadiyyatının əsasını təşkil edən
özəlləşdirmə prosesinin həyata keçirilməsilə Azərbaycanın bazar iqtisadiyyatına keçidi
başlandı.
2.
İqtisadi stabilləşmə siyasəti
Azərbaycan bazar iqtisadiyyatına keçmək üçün 1995-ci ilə qədər ticarətin
liberallaşdırılması və torpaq islahatları da daxil olmaqla bir çox radikal iqtisadi islahatlar
apardı.
Ümumimilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra
Azərbaycan sosial və iqtisadi xaosun öhdəsindən gəlmək üçün ciddi addımlar atdı.
Ermənistan ilə 1994-cü ildə atəşkəs imzalandıqdan sonra Əsrin Müqaviləsi imzalandı.
Müqaviləyə əsasən Azərbaycana 30 il ərzində 20 milyard dollar investisiya nəzərdə tutulurdu
[13,14].
Neft hasilatından mənfəətin 80%-ni əldə etməklə Azərbaycanda iqtisadi inkişaf üçün
möhkəm zəmin yarandı.
Siyasi və iqtisadi stabillik bərqərar olduqdan sonra Azərbaycan 1996-1998-ci illərdə
artıq tamamilə bazar iqtisadiyyatına keçdi. Azərbaycan daxili və xarici investisyanın
genişləndirməsi, yüksək texnologiyaların tətbiqi, istehsalın inkişaf etdirilməsi və idarəetmə
sisteminin təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması və yoxsulluq səviyyəsinin aşağı
salınmasına nail oldu. Maliyyə, vergi, qiymətləndirmə və biznesin tənzimlənməsi də daxil
olmaqla ölkə iqtisadiyyatı beynəlxalq standarta uyğun quruldu.
Azərbaycanda idxal və ixracın miqdarı 1999-cu ildə 1 milyard dollardan aşağı idi və
2000-ci ildən sonra beynəlxalq ticarətdə sürətli inkişaf yarandı, 2004-cü illə müqayisədə
2008-ci ildə ixracatın həcmi 8,5 dəfə yüksəldi və 2005-2008-ci illərdə ixrac həcmi 3,0 dəfə
artdı [2, 6, 8].
Bakı-Supsa kəməri 1999-cu ildə və Bakı-Tibilisi-Ceyhan Neft kəməri 2006-cı ildə
istifadəyə verildi. Bütün bunların nəticəsində Azərbaycanın dünya iqtisadi sisteminə
inteqrasiyası xeyli gücləndi və rəqabət qabiliyyəti yüksəldi.
Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi, 2014-2015”
hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 38-ci yerdə
qərarlaşdı. Beləliklə, son bir neçə il ərzində Azərbaycan rəqabətqabiliyyətlilik indeksini
müntəzəm olaraq yaxşılaşdırır [10, 11, 12].
Dünya İqtisadi Forumu rəqabətqabiliyyətlilik indeksinin müəyyən olunması üçün 12
göstəricidən istifadə edir. Bunlar keyfiyyət, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq,
ilkin ali təhsil, peşəkar hazırlıq, əmtəə və xidmətlər bazarının səmərəliliyi, əmək bazarının
səmərəliliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin
rəqabət qabiliyyəti və innovasiya potensialı üzrə meyarlardır.
İPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
116
Bununla yanaşı 110 indikatordan istifadə olunmaqla ölkələr rəqabət qabiliyyətliyinə
görə sıralanır. İnformasiya bazasının yaradılması üçün 13.500 biznes liderlərinin səsverməsi
keçirilir.
Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə görə MDB ölkələri arasında
birinci mövqedədir. İlk dəfə olaraq reytinqdə iki Baltikyani ölkəni - Latviya və Litvanı
qabaqlayır.
Azərbaycanın reytinqdə mövqeyinin yaxşılaşması ölkə rəhbərliyinin apardığı uğurlu
sosial-iqtisadi siyasətin nəticəsidir: “Azərbaycan son 10 ildə iqtisadi və sosial sahələrin
inkişafında yüksək nəticələrə nail olub. Ölkədə ümumi daxili məhsul (ÜDM) 3dəfədən çox
artıb. İqtisadiyyatın qeyri-neft sektorunun artım tempi son 10 ildə orta hesabla 10%, qeyri-
neft sektoru isə 12% artıb” [15,16].
Hesabata əsasən, biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə
Azərbaycan 10-cu yeri, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-cı yeri tutur.
ÜDM-in həcminə görə ölkəmiz 70-ci pillədə qərarlaşır. İnflyasiyanın aşağı səviyyəsinə görə
də Azərbaycan ilk yerlərdədir. Əmək bazarının səmərəlliyi, texnoloji səviyyə, maliyyə
bazarının inkişafı göstəriciləri üzrə də ölkəmizin mövqeyi yaxşılaşır.
Son 10 ildə ölkəmiz “Qlobal Rəqabət Qabiliyyəti indeksi” hesabatları üzrə 31 pillə -
2005-ci ildə 69-cu yerdən 2014-cü ildə 38-ci yerədək irəliləyib. 2005-2014-cü illər ərzində
MDB ölkələri arasında yalnız Qazaxıstan və Rusiyanın rəqabət qabiliyyəti indeksləri
yüksəlib [20-23].
“Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin Fərmanı
sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes
mühitinin formalaşdırılması sahəsində yeni imkanlar açır. Sənəd biznesin qeydiyyatı ilə bağlı
çox mühüm məsələlərin həllinə əlverişli zəmin yaradır. “Qlobal Rəqabət Qabiliyyəti İndeksi,
2014-2015” hesabatında biznesin qeydiyyatı göstəricisi üzrə Azərbaycan dünya ölkələrinin
onluğuna daxil olub.
Dünya İqtisadi Forumunun Hesabatında bizneslə bağlı indekslər əsas meyarlar hesab
olunur və respublikamız həmin göstəricilərə görə yaxşı nəticələr əldə etmişdir. Rusiya və
Qazaxıstanı reytinqə görə geridə qoymağımız ölkəmizin qeyri-neft sektorunda daha çox artım
meylləri əldə edərək, iqtisadiyyatın şaxələnməsinə nail olduğunu təsdiqləyir.
Beləliklə, hesabat ölkədə sosial-iqtisadi inkişaf proseslərinin beynəlxalq səviyyədə
müsbət qiymətləndirilməsini təsdiqləyir. Aparılan davamlı islahatlar nəticəsində ölkənin
iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsini, dinamik sosial-iqtisadi inkişafı və
insanların sosial rifah halının yaxşılaşmasını əks etdirir. Xüsusən son illərdə qeyri-neft
sektorunda gedən sürətli inkişaf iqtisadiyyatın rəqabətə davamlığının artımına etibarlı zəmin
yaradır.
S. SADIQOVA: RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ
117
3.
Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsində dövlətin
rolu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə
həyata keirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri ölkə iqtisadiyyatının
rəqabətqabiliyyətliliyinin yüksəldilməsidir [4, 5].
Uğurlu sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə Azərbaycan yeni inkişaf
mərhələsinə qədəm qoymuş və iqtisadiyyatın davamlı inkişafı təmin edilmişdir.
Qazanılmış uğurlar statistik göstəricilərdə əyani təsdiqini tapır: son 10 il ərzində ÜDM
3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, o cümlədən informasiya və rabitə 8,2 dəfə, tikinti 4,7
dəfə, nəqliyyat 2,5 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, turizm 10,6 dəfə, dövlət büdcə gəlirləri 16
dəfə, investisiyalar 6,5 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, valyuta
ehtiyatları 31,3 dəfə artmışdır.
Bu müddətdə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə artmış,
yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3%-ə, işsizliyin səviyyəsi isə 5%-ə enmişdir.
“Qlobal Rəqabət Qabiliyyəti indeksi” hesabatına görə rəqabət qabiliyyətliliyi
reytinqində hazırda Azərbaycan 37-ci yeri tutur və ardıcıl olaraq 5 ildir ki, MDB məkanında
liderlik mövqeyini qoruyub saxlayır.
2004-2008-ci (1-ci) və 2009-2013-cü (2-ci) və 2013-2018-ci (3-cü) illəri əhatə edən
Dövlət Proqramları mövcud potensialdan səmərəli istifadə etməklə regionların davamlı sosial-
iqtisadi inkişafına, müasir infrastruktur və sosial xidmətlərlə təminat səviyyəsinin
yaxşılaşmasına və əhalinin sosial rifahının yüksəlməsinə səbəb olmuşdur [24-26].
Regionların sosial-iqtisadi mənzərəsi tamamilə dəyişmiş, əhalinin işgüzar fəallığı
artmış, sahibkarlığın sürətli inkişafı təmin edilmişdir. Son 10 il ərzində regionlarda 56 minə
yaxın müəssisə fəaliyyətə başlamış, 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yerləri
yaradılmışdır.
Son 10 ildə ölkə Prezidenti regionların inkişafına dair müxtəlif məsələlərin həlli ilə
bağlı 300-dək sərəncam imzalamışdır. Dövlət proqramların icrasına bütün mənbələr hesabına
50,7 milyard, o cümlədən birinci proqrama 16 milyard, ikinciyə isə 34,7 milyard manat vəsait
yönəldilmişdir.
Son 10 ildə regionlarda məhsul istehsalı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri isə
6,1 dəfə artmışdır. Bu dövrdə regionlardan vergi ödənişləri 14,2 dəfə artmışdır. Qeyd edək ki,
artıq ölkənin 5 şəhər və rayonunda xərclər yerli gəlirlər hesabına maliyələşdirilir.
Regionlarda dövlət proqramlarının ucra olunduğu 10 il ərzində bölgələrin infrastruktur
təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılmışdır.
2004-2013-cü illər ərzində ölkədə 8332 km, o cümlədən 2622 km respublika, 5710 km
yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir olunmuşdur. Bu dövrdə 222 körpü və
yol ötürücüsü tikilmiş, 85 körpü əsaslı təmir edilmişdir. 400 km-dən çox dəmir yolu əsaslı
təmir olunmuş, regionlarda 4 yeni hava limanı tikilmiş və 2 liman tam yenidən qurulmuşdir.
İPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
118
Son 10 ildə17 elektrik stansiyası istismara verilmiş, 10 min km-dən çox elektrik xətləri
və 1500-dən çox yarımstansiya inşa edilmişdir.
Son 10 il ərzində ölkə üzrə ümumi uzunluğu 4,8 min km magistral qaz kəməri, 25 min
km müxtəlif diametrli daşıyıcı xətt çəkilmiş, 8 min km boru xətti isə əsaslı təmir olunmuşdur.
50-ə yaxın qazpaylayıcı stansiya tikilmiş və ya yenidən qurulmuşdur. Görülmüş işlərin
nəticəsi olaraq, regionlarda qazlaşma səviyyəsi 83,4%-ə çatdırılmışdır.
10 il ərzində regionlarda 3440 km içməli su xətti, 1225 km kanalizasiya kollektorları, 96
su anbarı, 39 su nasos stansiyaları tikilmişdir. Ölkə üzrə əhalinin fasiləsiz içməli su ilə
təchizatı 26%-dən 55%-ə çatdırılmışdır.
400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici
qurğular quraşdırılmışdır. 32 rayonun 223 yaşayış məntəqəsində 250 subartezian quyusunun
qazılması su təchizatının köklü surətdə yaxşılaşdırılmasına əhəmiyyətli töhfə olmuşdur.
Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün regionlarda 982 poçt şöbəsi,
1385 ATS tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bu gün regionlarda hər 100 nəfərdən 982
poçt şöbəsi, 1395 ATS tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Turizm infrastrukturunun inkişafı istiqamətində görülən işlər xüsusi əhəmiyyət kəsb
edir. Ötən müddətdə Qəbələ, Qusar, Quba, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz, Salyan, Lerik,
Şəmkir və digər rayonlarda turizm kompleksləri, otellər, istirahət mərkəzləri istifadəyə
verilmişdir. Son 10 ildə regionlarda 14 müasir otel tikilmiş, 5 ulduzlu otellərin sayı isə 35-ə
çatmışdır.
Ekoloji tədbirlər çərçivəsində mühafizə olunan ərazilərinin sahəsi 2 dəfə artırılaraq 900
min hektara çatdırılmış, 9 milli park yaradılmış, 20 milyon ağac və kol əkilmişdir.
Prezident İlham Əliyevin “İnsan amili bizim siyasətimizin prioritetidir. Bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” strateji xəttinə uyğun olaraq, təhsil,
səhiyyə və mədəniyyət sahələrinə xüsusi diqqət göstərilmişdir. Son 10 il ərzində 2710 məktəb
tikilmiş və ya əsaslı təmir edilmişdir. Regionlarda 40 mərkəzi xəstəxana, 500-dən çox səhiyyə
obyekti müasir avadanlıqlarla təmin olunmaqla tikilmiş və ya əsaslı təmir edilmişdir. 700-ə
yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya yenidən qurulmuşdur.
“ASAN xidmət”in fəaliyyətə başlaması vətəndaşlara göstərilən xidmətlərin
keyfiyyətini, şəffaflığını və operativliyini daha da artırmışdır.
Əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən uğurlu siyasətin mühüm
istiqamətlərindən biri kimi son 10 il ərzində məcburi köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə 15 çadır şəhərciyi ləğv olunması, 77 qəsəbə salınmfsı və burada
40 min ailənin yerlışdirilməsini qeyd etmək olar.
Aqrar sektora dövlət dəstəyi tədbirləri davam etdirilmişdir. Regionlarda müasir
texnologiyalara əsaslanan məhsul istehsalı və emalı genişləndirilmiş, müasir quşçuluq və
heyvandarlıq kompleksləri yaradılmış, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli
dərəcədə yaxşılaşmışdır. Aqrar sektora böyük dövlət dəstəyi tədbirləri nəticəsində intensiv
S. SADIQOVA: RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ
119
metodlar əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artmış və özünütəminat
səviyyəsi yüksəlmişdir.
Son 10 ildə Taxtakörpü Su Anbarı, Naxçıvan Vayxır, Cəlilabad Göytəpə, Hacıqabul
Pirsaat, Şamaxı Zoqalçay su anbarları, Türyançay və Bəhrəmtəpə hidroqovşaqları,
Taxtakörpü-Ceyranbatan, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Yuxarı Mil kanalları əlavə torpaq
sahələrinin dövriyyəyə cəlb edilməsində əhəmiyyyətli rol oynamışdır. Şəmkirçay Su
Anbarının tikintisi isə bu sahədə əlavə imkanlar yaradacaqdır.
“Aqrolizinq” xətti ilə yeni kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları alınaraq
fermerlərə icarəyə verilmiş və ya satılmışdır. Torpaqların münbitliyini artırmaq və yüksək
məhsuldarlığa nail olmaq, heyvanların cins tərkibini yaxşılaşdırmaq üçün mineral gübrələr,
ətlik və südlük iribuynuzlu damazlıq heyvanlar güzəştli şərtlərlə fermerlərə verilmişdir.
Pilot taxılçılıq təsərrüfatlarında ötən il hektardan 55 sentner taxıl və 100 sentnerdən
artıq yüksək keyfiyyətli qarğıdalı yığılmışdır. Hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və
Xaçmaz rayonlarında 5 iri fermer təsərrüfatı yaradılmışdır.
“2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı”
çərçivəsində işlər sürətlənmiş, üzüm istehsalı artmış, müasir texnologiyalara əsaslanan
şərabçılıq müəssisələri açılmışdır.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin 64%-i kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı layihələrinə yönəldilmişdir. Son 10 ildə ölkə regionlarında
güzəştli kreditlər hesabına yeni müəssisələr istifadəyə verilmiş və bu sahədə 94 minə yaxın iş
yeri açılmışdır.
Yeni ixrac bazarlarının müəyyənləşdirilməsi və ərzaq məhsullarının ixracının artırılması
daim diqqət mərkəzində saxlanılmışdır. Son 10 il ərzində qeyri-neft ixracı 4,7 dəfə, o
cümlədən meyvə-tərəvəz emalı məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20
vahid artmışdır.
Prezident İlham Əliyevin müəyyələşdirdiyi “Sahibkarlığın inkişafı dövlət siyasətidir və
dövlət siyasəti kimi qalacaqdır” strateji xətti regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının da başlıca istiqamətlərindən olmuşdur. Son 10 ildə biznes və investisiya
mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətinin genişləndirirlməsi sahəsində ardıcıl
tədbirlər həyata keçirilmişdir.
Sağlam rəqabətin təmin edilməsi üçün 400-dən çox xidmətin elektron qaydada
göstərilməsi və “bir pəncərə” prinsipinin tətbiqi təmin edilmişdir. 10 il ərzində regionlarda
100 mindən çox sahibkarın iştirakı ilə keçirilmiş 1200-ə yaxın maarifləndirmə, biznes forum,
konfrans və treninqlər keçirilmiş və nəticədə regionlarda güclü özəl sektor formalaşmışdır.
Regionlarda 18 minə yaxın sahibkara 945,9 milyon manat güzəştli kredit verilmişdir. Güzəştli
kreditlərin 78-%i və açılan iş yerlərinin 81%-i regionların payına düşür.
Azərbaycan İnvestisiya Şirkəti regionlarda qeyri-neft sektorunun inkişafı və yeni
texnologiyalara əsaslanan müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirmişdir. Hazırda məşğulluqda özəl sektorun payı 74%-ə, vergi daxilolmalarında
İPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
120
72,5%-ə yüksəlmiş, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, ÜDM-də özəl sektorun
payı 80%-i ötmüşdür.
2014-2018-ci illəri əhatə edən Regionların inkişafı üzrə 3-cü dövlət proqramı əvvəlki
proqramların məntiqi davamıdır. Bu proqram ölkədə qeyri-neft sektorunun sürətli inkişafına,
ixracyönümlü və rəqabətə davamlı məhsul istehsalının artmasına, regionlarda infrastruktur və
kommunal xidmətlərlə təminat səviyyəsinin yaxşılaşmasına, sahibkarlığın inkişafına və
əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcəkdir.
Cədvəl 1. Azərbaycanda sahibkarlığın inkişafı göstəriciləri
İllər
2011
2012
2013
2014
2015
2016
Hüquqi şəxslərin sayı
75632
78966
86010
94563
98803
102.000
Şəkil 1. Azərbaycanda fiziki şəxslərin dinamikası
Mənbə: İqtisadiyyat Nazirliyinin Xarici İşlər Nazirliyinə Sahibkarlığın inkişafı haqqında hesabatından
27.10.2015
Şəkil 2. Azərbaycanda sahibkarlıq subyektlərinin paylanması
Azərbaycanda sahibkarlığın inkişafı sahəsində aparılan siyasət nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumu Azərbaycan
0
100000
200000
300000
400000
500000
600000
2009
2010
2011
2012
2013
2014
2015 1
oktyabr
272597 306933
364600
432141 454997
519860
563946
85%
15%
Fiziki şəxslər
Hüquqi şəxslər
S. SADIQOVA: RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ
121
iqtisadiyyatının rəqabətqabiliyyətliliyini 144 ölkə arasında 38-ci yerə qoymuşdur. “Doing
Business 2015” hesabatında isə Azərbaycan 189 ölkə arasında 80-cı yerə yüksəlmişdir [27].
İnnovasiya və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənayenin
inkişafına yeni təkan vermək məqsədilə sənaye və texnologiyalar parklarının yaradılmasına
başlanılmışdır. Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Mingəçevir Sənaye
Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Yüksək Texnologiyalar Parkı və Mingəçevir Yüksək
Texnologiyalar Parkı yaradılmışdır.
“Sənaye Parkları haqqında” Nümunəvi Əsasnamə təsdiq edilmişdir. Sənaye və
texnologiya parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirlərinin 7 il
müddətinə gəlir vergisindən azad edilmişdir. Hazırda sənaye parklarına investorların cəlb
olunması istiqamətində ardıcıl tədbirlər görülməkdədir.
Ölkədə sənaye məhəllələrinin yaradılması barədə fəaliyyət göstərən proqramı
Azərbaycan Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili
haqqında” Fərmanı ilə müəyyən edilmişdir. Ölkədə ilk sənaye məhəlləsi kimi Neftçala Sənaye
Məhəlləsinin yaradılmasına start verilmişdir. Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini və
tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” ASC həyata keçirəcəkdir. Sənaye
məhəlləsinin fəaliyyəti üçün 10 hektar torpaq sahəsi ayrılmış və Azərbaycan İnvestisiya
Şirkətinə daimi istifadəyə verilmişdir.
Ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası innovativ inkişafın
tələbinə uyğun olaraq yenilənir. 2015-ci ildə qəbul edilən “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması haqqında” fərman yoxlamaların 2 il müddətinə dayandırılmasını
nəzərdə tutur. Bu tədbir ölkədə sahibkarlığın inkişafına böyük təkan verəcək və qanunsuz
müdaxilələrin aradan qaldırılmasına xidmət edəcəkdir.
Sahibkarlıq fəaliyyətinə xüsusi razılıq verilən növlərin sayının azaldılması və
şəffaflığının təmin edilməsi barədə Fərman da bu sahənin inkişafına böyük dəstəkdir. İndi bu
işləri vahid orqan – “Asan xidmət” mərkəzləri həyata keçirəcəkdir.
“Elektron lisenziya” portalının istifadəyə verilməsi ilə sahibkarlara lesenziyaların
verilməsi prosesi tamamilə elektronlaşdırılır. Sahibkarların təcrübə keçməsi, ixtisas artırması
və yenidən hazırlanması, hüquqi və iqtisadi biliklərinin artırılması üçün Bakı Biznes Tədris
Mərkəzi yaradılmışdır. Mərkəzin 7 rayonda nümayəndəlikləri fəaliyyət göstərir. Son 5 ildə
256 sahibkar Almaniyada ixtisasartırma kursu keçmişdir, Mərkəz hazırda Bakı şəhəri və
region sahibkarlarına məsləhət və treninqlər təşkil edir.
Gənclərin məşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyətinə cəlb edilməsini
təşviq etmək üçün işlər həyata keçirilir. Pilot layihə kimi Quba-Xaçmaz Regional İnkişaf
Mərkəzində biznes inkubator üçün yer ayrılmışdır. Balaxanı Sənaye Parkı, Sumqayıt Kimya
Sənaye Parkında və Aran Regional İnkişaf Mərkəzində də analoji biznes inkubatorlar
yaradılmışdır.
Sahibkarlığın inkişafına dəstək mexanizmlərindən biri də onların investisiya
təminatının gücləndirilməsidir. Bu işi gücləndirmək Azərbaycan İnvestisiya Şirkətinə
İPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
122
tapşırılmışdır. Şirkət ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafı ilə bağlı
vəzifələrin icrasını uğurla davam etdirir. 2003-cü ildə yaradılmış İxracın və İnvestisiyaların
Təşviqi Fondu ölkənin ixrac potensialının artırılmasında, investisiya imkanlarının
genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq üzrə mühüm
layihələr həyata keçirir.
2016-cı ildə 250 rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisə haqqında
“Azərbaycan məhsullarının kataloqu” azərbaycan və ingilis dillərində, 130 aqrar sahə
müəssisəsi haqqında “Azərbaycanda istehsal edilmişdir” katoloqu rus dilində, 350 rəqabət
qabiliyyətli məhsul istehsal edən müəssisə haqqında “Azərbaycan sənayesi: şirkətlər və
məhsullar” katoloqu azərbaycan və ingilis dillərində çap edilmiş və rəsmi internet
səhifələrində yerləşdirilmişdir. Ölkəmizin 420 şirkəti haqqında “Azərbaycanda istehsal
olunmuşdur” kataloqu rus və ingilis dillərində və elektron formatda hazırlanmışdır.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi
model əsas götürülür və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabətinin yüksəldilməsi və
strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artmasına səbəb olacaqdır. Bununla
yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi, biliyə əsaslanan və elmtutumlu
iqtisadiyyatın formalaşması üçün ölkədə əlverişli zəmin yaratmışdır.
4.
Azərbaycanın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi perspektivləri
Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü “Azərbaycan 2020: Gələcəyə
Baxış” İnkişaf Konsepsiyası Azərbaycanın gələcək inkişafında rəqabət qabiliyyətinin
yüksəldilməsi perspektivlərini müəyyən edir [5].
Konsepsiyasının başlıca strateji məqsədi mövcud imkan və resurları nəzərə almaqla,
Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi,
qanunun aliliyi, cəmiyyətin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf
mərhələsinə nail olmaqdır.
Konsepsiya nəzərdə tutur ki, Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik
səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına, mühafizə edilən və
sağlam ətraf mühitə, hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır. Nəzərdə
tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in
həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına çatacaqdır.
2020-ci ilədək Azərbaycan adambaşına düşən ÜDM-in miqdarına görə “yuxarı orta
gəlirli ölkələr” sırasına çıxmalıdır. Ölkəmizin karbohidrogen ixracından asılılığı tam aradan
qaldırması, insan inkişafı ilə bağlı təsnifata görə “yüksək insan inkişafı” ölkələri qrupunda yer
alması hədəflənmişdir.
Azərbaycan Respublikasının iqtisadi inkişaf baxımından regionun lider dövlətindən
beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətli iştirakçı statusuna
yüksəlməsi reallaşacaqdır. Bu məqsədlə əlverişli coğrafi mövqeyi, böyük potensialı nəzərə
S. SADIQOVA: RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ
123
alınaraq, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına
düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır.
Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin
edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə, yüksək əlavə dəyər yaradan
ixrac yönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks
yanaşma prinsipləri əsas tutulacaqdır.
Konsepsiya çərçivəsində istehsalın məhsuldarlığının artımı nəticəsində səmərəlilik və
innovasiyaların üstünlüyünə əsaslanan iqtisadiyyata keçidin təmin olunması hədəflənir.
İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması,
monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin
yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf
etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri
özündə cəmləşdirir. Bu dövrdə inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik
məzənnə rejiminə keçid nəzərdə tutulur.
Məqsədyönlü şəkildə iqtisadiyyatın sahə strukturunun təkmilləşdirilməsi tədbirləri
həyata keçiriləcəkdir. Neft-qaz və neft-kimya sənayesinin modernləşdirilməsi, alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun
inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ticarət və xidmət növlərinin inkişaf
etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet
istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-
in orta illik real artım tempinin 7%-dən çox olması nəzərdə tutulur.
Hazırda qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək,
neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini
qoruyub saxlamaq və onun imkanlarını genişləndirməkdir.
“Azərbaycan 2020: gələcəyə baxış“ Konsepsiyası ixrac yönümlü iqtisadi modelə
əsaslanır və iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəldilmişdir.
İKT-nin tətbiqinin genişləndirilməsi və inkişafı əsasında etibarlı təhlükəsizlik
sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın
tətbiq olunması, “elektron hökumət” xidmətlərinin tam bərqərar olması Azərbaycanda müasir
idarəetmənin formalaşması üçün əsas prioritetlərdir.
Aydındır ki, istənilən iqtisadi artımın məqsədi insanların sosial rifahının
yüksəldilməsidir. Sosial sahələr və insan kapitalının inkişafı Konsepsiyanın əsas
prioritetlərindən biridir. Təhsil və səhiyyədə keyfiyyətin yüksəldilməsi, əhalinin sosial
müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması və ailənin inkişafı,
gəncləri potensialı və idmanın inkişaf etdirilməsi bu prioritetlər çərçivəsində əsas
istiqamətlərdir.
Konsepsiya çərçivəsində Azərbaycanda “mütləq yoxsulluq” problemi diqqət
mərkəzindədir. Yoxsulluğun ləğv olunması, əhalinin orta təbəqəsinin genişləndirilməsi və
rolunun gücləndirilməsi başlıca məqsədlərdən biridir. Dünya təcrübəsi göstərir ki, orta
İPƏK YOLU, No.3, 2017
Azərbaycan Universiteti
124
təbəqənin güclü olduğu ölkələr sosial-iqtisadi cəhətdən daha yüksək inkişaf potensialına
malik olurlar.
Mədəni irsin qorunması və səmərəli idarə olunması, ətraf mühit və ekologiya
problemləri də Kensepsiya çərçivəsində əsas prioritetlər kimi vurğulanmış və bu sahələrdə
müvafiq siyasət və tədbirlərin həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.
Nəticə. Qloballaşan dünyada rəqabətqabiliyyət problemi getdikcə kəskinləşir. Bu, həm
məhsulun, həm sahənin, həm də ölkənin rəqabətqabiliyyəti problemlərinin dünya
iqtisadiyyatının inkişaf meyillərərinə uyğun qurulmasını tələb edir.
Rəqabət qabiliyyətininin təyin edilməsində metodoloji yanaşmaların müxtəlifliyi
göstəricilər və indikatorların daimi dəyişilməsini şərtləndirir. Bu baxımdan ölkə
iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına yönəldilmiş tədbirlərin işlənməsi və
bütövlükdə rəqabət strategiyasının hazırlanması mühüm problemdir.
Bu mənada iqtisadiyyatın enerji tutumluğunun azaldılması, məhsul istehsalında yeni
innovasiyalı texnika və texnologiyalardan istifadə olunması, məhsula çəkilən xərclərin
azaldılması və s. bütövlükdə rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
Məqalədə, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti, onun inkişaf meyilləri,
rəqabətqabiliyyətliliyi səciyələndirən göstəricilər sistemi, bu sahədə dövlətin rolu,
rəqabətqabiliyyətliliyin yüksəldilməsi istiqamətində ölkədə aparılan işlər və perspektivlər
təhlil edilmiş və müvafiq tədbirlərin həyata keçirilməsi tövsiyyə olunmuşdur.
Ədəbiyyat
1.
Abdullayev Z.N., Bağırova Z.Ə., (2010) Sənayenin mahiyyəti və təşkilinin prinsipləri,
Bakı, ADİU, 278 s.
2.
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri, 4
mart 1993-cü il, № 526.
3.
Atakişiyev M.C., Abbasov H.M., Abbasova N.M.,(2010) Mikro və makroiqtisadiyyat,
Dərslik, Bakı, ADİU, 420 s.
4.
Azərbaycan sənayesi, Statistik məcmuə, Bakı, Səda, 2016, 230s.
5.
Azərbaycanda Xüsusi İqtisadi Zonalar və Sənaye Parklarının inkişafı layihəsi, 2013,
360s.
6.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, Azərbaycan
Respublikası, Bakı şəhəri, 6 dekabr 2016-cı il.
7.
“Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı. Bakı şəhəri, 8 oktyabr 2014-cü il
8.
“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri, 15 dekabr
1998-ci il, № 590-IQ.
9.
“2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı”,
Azərbaycan Respublikası, Bakı şəhəri, 15 dekabr 2011-ci il.
S. SADIQOVA: RƏQABƏT STRATEGİYASI VƏ ONUN TƏHLİLİ
125
10.
Абалкин Л.И., (1997) Экономическая стратегия для России: проблема выбора,
Москва, ИЭ РАН, 234 c.
11.
Кушлин В.И., Фоломьев А.Н., Селезнев А.З., Смирницкий Е.К., (2000) Иннова-
ционность хозяйственных систем, Москва, Эдиториал УРСС, 310 с.
12.
Sagheb N., Javadi M., (1994) Azerbaijan’s сontract of the сentury, finally signed with
western oil consortium, Azerbaijan International, Winter, 127 p.
13.
Tamiz Shahlar Joint Stock Company, Catalog, 2012, 72p.
14.
The multi-donor investment climate advisory service of the Worl Bank Group, 2008, 42p.
15.
Word Bank, The East Asian Miracle: Economic Growth and Public Policy, Oxford
University Press, 2013, 342 p.
16.
World Bank, Azerbaijan Country Economic Memorandum A New Silk Road: Export-
ledDiversification, 2009, 296 p.
17.
http://abc.az/eng/news
18.
http://www.azembassy.co.krhttp://aze.mofat.go.kr
19.
www.azstat.org
20.
www.bjfe.go.kr
21.
http://caf.kiep.go.kr
22.
http://www.cia.gov/library/publications
23.
http://eiti.org
24.
http://english.exportal.or.kr
25.
www.ftz.go.kr
26.
www.ftz.go.kr/gunsan
27.
http://www.invest.gov.tr
Dostları ilə paylaş: |