Azə rbaycan Tarixi Fə nni Üzrə mtahan Suallarının Cavabları
1.
Azə rbaycan tarixi üzrə mə nbə lə r və tarixş ünaslıq
Azərbaycan tarixi müxtəlif mənbələr, yəni qaynaqlar əsasında öyrənilir ki, bunlar
da arxeoloji və yazılı abidələrdir. Yazıyaqədərki tarix birmənalı olaraq arxeoloji
abidələrin tədqiqi sayəsində öyrənilir. Yazı yarandıqdan sonrakı tarix isə arxeoloji
tədqiqatlarla üst-üstə düşürsə, bu daha mükəmməl, dəqiq tarix olur. Arxeoloji qazıntılar
mədəni təbəqələrdən, qəbir abidələrindən, qədim yaşayış məskənlərindən aşkar edilmiş
müxtəlif əmək alətlərindən, silahlardan, məişət əşyalarından, tikintilərin memarlıq
xüsusiyyətlərini öyrənməkdən və s. ibarətdir.
Yazılı abidələr əsasən sinifli cəmiyyətdə meydana çıxmışdır. Lakin sinifli
cəmiyyət formalaşana qədər də müxtəlif şəkli yazılar – piktroqrafik (piktos “şəkil”,
qrafo “yazı” deməkdir) yazılar olmuşdur. Sonralar kiçayarasında (Mesopotamiya) mixi
yazı növü meydana çıxmışdır.
Azərbaycan tarixinin qədim dövrü Mesopotamiya ərazisində e.ə.III-I
minilliklərdə bir birini əvəz edən qədim Şumer, Akkad, Assuriya və Van gölü ətrafında
mövcud olmuş Urartu mixi yazıları vasitəsilə öyrənilir. Söz yox ki, o dövrdə
Azərbaycan ərazisində də müxtəlif yazı növləri olmuşdur. Çünki, mənbələrdə o yazıları
oxuyan və onlara cavab yazan “mirzələrdən” söhbət açılır. Bu yazılarda ərazimizdə
mövcud olmuş Aratta, Kutium, Lullubum və Manna dövləti haqqında məlumatlar
vardır.
E.ə.V-eramızın III əsrlərinə aid Antik mənbələrdə ölkəmizə aid məlumatlar
saxlanmaqdadır. Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində, Yunan, Roma
tarixçi və coğrafiyaşünaslarından Strabon, Ptolomey, Plini, Arrian və digərlərinin
ə
sərlərində Azərbaycan haqqında yazılı məlumatlara rast gəlinir.
Eramızın IV-X əsrlərinə aid Bizans qaynaqlarında da maraqlı məlumatlara rast
gəlinir. Alban tarixçisi Musa Kalankətlinin “Alban tarixi” əsəri bu baxımdan daha
diqqətəlayiqdir. Bu bizim yerli yazılı abidələrimizdir.
VII əsrdən sonra tariximiz ərəb mənbələrində işıqlandırılmışdır. Təbəri,
Müqəddəsi, bn Xordadbeh, bn Havqəl
və başqalarının əsərlərində Azərbaycan
haqqında geniş məlumatlar vardır.
Pəhləvi dilində daş, qala divarı üzərində həkk olunan epiqrafik yazılarda
Azərbaycanın ölkə adları əksini tapmışdır. XI-XVIII əsrlərə aid orta əsr yazılı mənbələri
ə
rəb, fars, türk dillərində yazılmışdır. Azərbaycanda səlcuqların hakimiyyəti dövrü
Sədr-əd-din Hüseynin əsərində öz əksini tapmışdır. Azərbaycanda monqol hakimiyyəti
dövrü haqqında Rəşid-əd-din, Həmdullah Qəzvini və bn əl-əsirin əsərlərində geniş
məlumatlar verilmişdir. Orta əsr tarixçiləri – Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu,
sgəndər Münşi, Məhəmməd Tahir Vahid, Xondəmir, Övliya Çələbi və b. Ağqoyunlu və
Qaraqoyunlu dövlətlərinin, Səfəvilər dövlətinin tarixinə dair ətraflı məlumatlar
vermişlər. Eyni zamanda orta əsrlərdə Azərbaycana gəlmiş Avropa səyyahları Adam
Oleari, Yan Şarden, Tavernye, Kempfer və b. Azərbaycanın siyasi, iqtisadi və mədəni
həyatı barədə məlumatlar vermişlər.
XIX əsrdə yaşamış tarixçilər Mirzə Adıgözəl bəy, Mirzə Yusif, Əhməd bəy
Cavanşir, Mirzə Camal Qarabaği, Əhməd bəy Cavanşir, Kərimağa Fateh və Hacı Seyid
Ə
bdul Həmid xanlıqlar dövrü haqqında maraqlı əsərlər yazmışlar. A. Bakıxanov isə
“Gülüstani- rəm” əsərində qədim zamanlardan 1813-cü ilə kimi baş vermiş tarixi
hadisələri şərh etmişdir.
Kapitalizm dövründə Azərbaycan tarixinin öyrənilməsi üçün o dövrdə nəşr
olunmuş qəzet və jurnal materiallarının böyük əhəmiyyəti vardır.
Azərbaycan tarixi elmi baxımdan XIX əsrdən öyrənilməyə başlanmışdır.
Azərbaycan tarixinə dair Sovetlət birliyi zamanında xeyli sayda əsərlər yazılmışdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra tariximizə maraq bir qədər də artmış,
tariximiz qərəzli öyrənmələrdən xilas olmuş, keçmişimizə dair obyektiv, sanballı əsərlər
yazılmışdır. Buraya çoxsaylı monoqrafik əsərləri, o cümlədən yeddi cildlik
“Azərbaycan tarixi” ni də əlavə etmək lazımdır.
2.Ə n qə dim Daş dövrünün (paleolit) xarakterik ə lamə tlə ri.
Azərbaycan ərazisində ibtidai icma quruluşunun təşəkkülü daş dövrünün
(paleolit) ən qədim mərhələlərindən başlamış və üst paleolitə (son paleolit) keçid
dövründə başa çatmışdır.
Azərbaycan yer kürəsində ibtidai insanın formalaşdığı ərazilər sırasına daxildir.
Hələ 12 mln. il əvvəl Azərbaycan ərazisində meymunabənzər insanlar yaşamışlar. 1939-
cü ildə Qərbi Azərbaycanla Şərqi Gürcüstanın sərhəddində, Udabno
adlanan yerdə
meymunabənzər insanın qalıqlarının tapılması buna sübutdur. Azərbaycanda qədim daş
dövrü Azıx, Tağlar, Zar, Qazma, Daşsalahlı, Aveydağ mağara düşərgələri və Qədir
dərə, Çaxmaqlı, Kəkilli kimi açıq düşərgələrin arxeoloji materialları əsasında
öyrənilmişdir. Azərbaycanda ən qədim insan mədəniyyəti olan Quruçay mədəniyyəti üç
mərhələyə bölünür. Birinci mərhələ paleolitin ilk təşəkkülü (Aşelə qədərki dövrü) əhatə
edir. Ikinci mərhələ erkən və orta aşel dövrünü, üçüncü mərhələ isə son aşel və müstye
dövrünü əhatə edir. Bu mədəniyyətin 1,5 mln. ildən artıq yaşı var. Quruçay
mədəniyyətinin ilkin dövrü Afrikada öyrənilmiş Olduvay paleolit mədəniyyəti ilə eyni
tarixə malikdir. Aşelə qədərki dövrün əmək alətləri adi çay daşlarından çox kobud
hazırlanmışdır. Bu mərhələnin insanları təbii daşlardan qəlpələr qoparmağı və onlardan
kəsmək, doğramaq aləti kimi istifadə etməyi bacarırdı. Bu dövrdə ovçuluq bəsit idi.
Ibtidai ovçuluqla yanaşı giləmeyvə yığmaq vərdişi də təşəkkül tapmağa başlamışdı.
Quruçay mədəniyyətinin 2-ci inkişaf mərhələsi 700-150 min il arasındakı dövrü
ə
hatə edir. Bu dövrdə əmək alətləri xeyli təkmilləşmişdi. Erkən daş dövründə insanlar
süni yolla od əldə etmişlər. ən qədim ocaq qalığının 700 minə yaxın yaşı var. Azıx
mağarasında təxminən 400 min il əvvəl yaşamış Azıxantrop insan tipi Pitekantropdan
sonrakı və Neandertaldan əvvəlki dövrə aiddir. Azıx mağarasının Aşel təbəqəsində
qədim tikinti qalığı tapılmışdır. Ocaqdan istifadə və yaşayış binasının tikintisi bəşər
tarixinin ən qədim nailiyyəti sırasına daxildir. Aşel dövründə insanlar tədricən ətraf
aləmi dərk edir, ibtidai dini təsəvvürlər yaradır və sadə incəsənətlə məşğul olurdular.
Quruçay mədəniyyətinin üçüncü mərhələsinin tarixi 150-120 min il arasındadır.
Bu dövr insanları ətraf aləmə yaxşı bələd olmuş, təbii sərvətlərdən xammal kimi istifadə
etmişlər. Əmək alətlərinin hazırlanmasında dəvəgözü daşından geniş istifadə edilirdi.
Bu dövrdə həmçinin ilk bəsit dəfn mərasimi meydana gəlmişdi. Orta paleolit dövründə
totem, ovsun, heyvanlara sitayiş kimi dini təsəvvür formaları da təşəkkül tapmışdı.
Paleolitin son mərhələsi təxminən 40-30 min il əvvəl başlamış və e.ə. 12-ci
minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat
aləmində yaşayış üçün əlverişli dəyişikliklər baş vermişdir.
Dostları ilə paylaş: |