Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının
ləğv edilməsi haqqında konvensiya
Baş Məclisin 34 /180 saylı 18 dekabr 1979-cu il tarixli qətnaməsi ilə
qəbul
edilmiş, imzalanmaq, təsdiq edilmək və qoşulmaq üçün
açıqdır QÜVVƏYƏ MİNMƏSİ: 27(1)-ci maddəyə müvafiq olaraq 3
sentyabr 1981-ci il
Bu Konvensiyanın iştirakçı dövlətləri, Birləşmiş Millətlər Təşkilatı
Nizamnaməsinin əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə
və dəyərinə, kişilərdə qadınların hüquq bərabərliyinə inamını bir daha
təsdiq etdiyini nəzərə alaraq,
İnsan hüquqları haqqında ümumi bəyannamənin ayrı-seçkiliyik
yolverilməzliyini təsdiq etdiyini, bütün insanların ləyaqət və hüquqi
cəhətdən azad və bərabər doğulduğunu elan etdiyini və hər hansı fərq, o
cümlədən cinsə görə fərq qoyulmadan onun elan etdiyi bütün hüquq və
azadlıqlara malik olmalı olduğunu nəzərə alaraq,
insan hüquqları haqqında Beynəlxalq paktların üzv-dövlətlərin üzərinə
kişi və qadınların bütün iqtisadi, sosial, mədəni, mülki və siyasi
hüquqlardan istifadə etməkdə hüquq bərabərliyini təmin etmək vəzifəsi
qoyduğunu nəzərə alaraq,
kişi və qadınların hüquq bərabərliyinə yardım göstərmək məqsədilə
Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin himayəsi
altında bağlanmış beynəlxalq konvensiyaları nəzərə alaraq,
həmçinin, Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış idarələrin
kişi və qadınların hüquq bərabərliyinə yardım göstərmək məqsədilə
qəbul etdikləri qətnamə, bəyannamə və tövsiyələri nəzərə alaraq,
bütün bu müxtəlif sənədlərə baxmayaraq, yenə də əvvəlki kimi qadınlar
barəsində xeyli dərəcədə ayrı-seçkiliyin mövcudluğundan narahat olaraq,
qadınlara ayrı-seçkilik qoyulmasının hüquq bərabərliyi və insan
ləyaqətinə hörmət prinsipini pozduğunu, qadınların öz ölkəsinin siyasi,
sosial, iqtisadi və mədəni həyatında kişilərlə bərabər iştirakına əngəl
törətdiyini, ailənin və cəmiyyətin rifahının yüksəlişinə mane olduğunu,
qadınların öz ölkəsinə və bəşəriyyətə xidmət etmək imkanlarının tam
açılmasını daha da çətinləşdirdiyini xatırladaraq,
yoxsulluq şəraitində qadınların ərzaq əldə etmək, səhiyyə xidməti, təhsil,
peşə hazırlığı, işə düzəlmək, eləcə də digər tələbatlarını ödəmək
imkanlarının daha az olmasından narahatlanaraq,
1
bərabərliyə və ədalətə əsaslanan yeni beynəlxalq iqtisadi nizamın
bərqərar olmasının kişi və qadınlar arasında bərabərliyə əhəmiyyətli
kömək göstərəcəyinə əmin olaraq,
aparteidin, irqçilik, irqi ayrı-seçkilik, müstəmləkəçilik, yeni
müstəmləkəçilik, təcavüz, xarici işğal, ağalıq və dövlətlərin daxili işlərinə
qarışmağın bütün formalarının ləğv edilməsinin kişi və qadınların
hüquqlarının həyata keçirilməsi üçün zəruri olduğunu qeydedərək,
beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinin, beynəlxalq
gərginliyin azaldılmasının, sosial və iqtisadi sistemlərindən asılı
olmayaraq bütün dövlətlərin qarşılıqlı əməkdaşlığının, ciddi və təsirli
beynəlxalq nəzarət altında ümumi və tam, xüsusilə nüvə silahları
sahəsində, tərksilahın, ölkələr arasında münasibətlərdə ədalət,
bərabərlik və qarşılıqlı fayda prinsiplərinin bərqərar olmasının, əcnəbi və
müstəmləkə ağalığı və xarici işğal altında olan xalqların öz
müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsinin, eləcə də,
dövlətlərin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin
sosial tərəqqiyə və inkişafa kömək edəcəyini və nəticə etibarilə kişilərlə
qadınlar arasında tam bərabərlik əldə olunmasına imkan yaradacağını
qeydedərək,
ölkələrin tam inkişafının, bütün dünyanın rifahının və sülh işinin
qadınların bütün sahələrdə kişilərlə bərabər maksimal iştirakını tələb
etdiyinə əmin olaraq,
qadınların ailənin rifahı və cəmiyyətin inkişafına verdiyi, indiyədək tam
etiraf olunmamış töhfələrin əhəmiyyətini, analığın sosial əhəmiyyətini və
hər iki valideynin ailədə və övladlarının tərbiyəsində rolunu nəzərə
alaraq,
qadınların nəslin davam etdirilməsindəki rolunun ayrı-seçkiliyə səbəb
olmalı olmadığını — belə ki, uşaqların tərbiyəsi kişi və qadınların, eləcə
də bütövlüklə cəmiyyətin birgə məsuliyyətini tələb edir - dərk edərək,
kişi və qadınlar arasında tam bərabərliyə nail olmaq üçün kişilərin, eləcə
də qadınların cəmiyyətdə və ailədə ənənəvi rolunu dəyişdirməyin zəruri
olduğunu yadda saxlayaraq,
qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi haqqında Bəyannamədə
2
elan edilmiş prinsipləri həyata keçirmək və bu məqsədlə belə ayrı-
seçkiliyin bütün forma və təzahürlərini ləğv etmək üçün bütün zəruri
tədbirləri görmək əzmiilə aşağıdakılar barəsində razılaşdılar:
I HİSSƏ
Maddə 1
Bu Konvensiyanın məqsədləri üçün qadınlar barəsində ayrı-seçkilik
anlayışı qadınların ailə vəziyyətlərindən asılı olmayaraq, kişi və
qadınların hüquq bərabərliyi əsasında insan hüquqlarının və siyasi,
iqtisadi, sosial, mədəni, mülki və hər hansı digər sahələrdə əsas
azadlıqların zəiflədilməsinə, yaxud tanınmasını, qadınların onlardan
istifadə etməsini, yaxud onları həyata keçirməsini heçə endirməyə
yönəldilmiş cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud
məhdudiyyət deməkdir.
Maddə 2
İştirakçı-dövlətlər qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarını
məhkum edir və təxirə salınmadan bütün müvafiq vasitələrlə qadınlar
barədə ayrı-seçkiliyin ləğv edilməsi siyasəti yeritməyi razılaşır, bu
məqsədlə aşağıdakıları öhdələrinə götürürlər:
a) kişi və qadınların hüquq bərabərliyini öz milli konstitusiyalarına və
digər müvafiq qanunvericiliklərinə daxil etmək, əgər bu, indiyə qədər
edilməyibsə, bu prinsipin qanunun və digər müvafiq vasitələrin köməyi ilə
praktik olaraq həyata keçirilməsini təmin etməyi;
b) lazım olan yerlərdə qadınlar barəsində hər cür ayrı-seçkiliyi qadağan
edən müvafiq qanunvericilik tədbirləri və digər tədbirlər görməyi;
c) qadınların hüquqlarının kişilərlə bərabər əsasda hüquqi müdafiəsini
bərqərar etmək və səlahiyyətli milli məhkəmələrinin və digər dövlət
idarələrinin köməyi ilə qadınların bütün ayrı-seçkilik hərəkətlərindən
təsirli müdafiəsini təmin etməyi;
d) qadınlar barəsində hər hansı ayrı-seçkilik hərəkətlərindən, yaxud
fəaliyyətindən imtina etməyi, dövlət orqanlarının və idarələrinin bu
təəhhüdə müvafiq hərəkət etməsinə
təminat verməyi;
e) qadınlar barəsində hər hansı bir şəxs, təşkilat, yaxud müəssisə
tərəfindən ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri
görməyi;
f) qadınlar barəsində ayrı-seçkilik demək olan qüvvədəki qanunların,
qərarların, adətlərin və təcrübənin dəyişdirilməsi, yaxud ləğv edilməsi
üçün bütün tədbirləri, qanunvericilik tədbirləri daxil olmaqla, görməyi;
3
g) özünün cinayət qanunvericiliyində qadınlar barəsində ayrı-seçkilik
sayıla bilən bütün müddəalarını ləğv etməyi.
Maddə 3
İştirakçı-dövlətlər, bütün sahələrdə, o cümlədən, siyasi, sosial, iqtisadi və
mədəni sahələrdə qadınların insan hüquqlarını və əsas azadlıqları
kişilərlə rəhbər əsasda həyata keçirmələrinə və onlardan istifadə
etmələrinə təminat vermək üçün onların hərtərəfli inkişafını və tərəqqisini
təmin edən bütün müvafiq tədbirləri, qanunvericilik tədbirləri daxil
olmaqla, qəbul edirlər.
Maddə 4
1. İştirakçı-dövlətlərin kişilərlə qadınlar arasında faktiki bərabərliyin
bərqərar olmasının sürətləndirilməsinə yönəldilmiş müvəqqəti tədbirlər
qəbul etməsi, bu Konvensiyada müəyyən edildiyi kimi, ayrı-seçkilik
sayılmır, lakin o, qətiyyən bərabər hüquqlu olmayan, yaxud differensial
standartlara gətirib çıxarmamalıdır; bu tədbirlər imkanların bərabərliyi və
bərabər hüquqlu münasibətlərin məqsədləri əldə edildikdən sonra ləğv
edilməlidir.
2. İştirakçı-dövlətlərin analığın mühafizəsinə yönəldilmiş xüsusi tədbirləri,
bu Konvensiyada nəzərdə tutulan tədbirlər daxil olmaqla, ayrı-seçkilik
sayılmır.
Maddə 5
İştirakçı-dövlətlər aşağı məqsədlərlə bütün müvafiq tədbirləri görürlər:
a) cinslərdən birinin naqisliyi, yaxud üstünlüyü ideyasına, yaxud kişilərin
və qadınların roluna dair stereotiplərə əsaslanan xurafatın kökünün
kəsilməsinə, adətlərin və hər cür başqa praktikanın ləğv edilməsinə nail
olmaq məqsədilə kişi və qadınların sosial və mədəni davranış modelini
dəyişdirmək;
b) ailə tərbiyəsində analığın sosial funksiyasının düzgün dərk edilməsini,
kişi və qadınların öz övladlarının tərbiyəsinə və inkişafına, uşaqların
mənafeyi bütün hallarda üstün tutulmaq şərtilə, birgə məsuliyyət
daşımalarının etiraf olunmasını təmin etmək.
Maddə 6
İştirakçı-dövlətlər qadın alverinin bütün növlərinin və qadınların
fahişəliyindən istifadənin kökünü kəsmək üçün bütün müvafiq tədbirlər,
qanunvericilik tədbirləri daxil olmaqla, görürlər.
II HİSSƏ
Maddə 7
İştirakçı-dövlətlər qadınların ölkənin siyasi və ictimai həyatında iştirakı
barəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri
görür, o cümlədən qadınlara kişilərlə bərabər əsasda aşağıdakı
hüquqları
təmin edirlər:
4
a) bütün seçkilərdə və açıq referendumlarda səs vermək və bütün açıq
seçkili orqanlara seçilmək;
b) hökumət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində
iştirak etmək və dövlət vəzifələri tutmaq, eləcə də bütün dövlət
idarəetməsi səviyyələrində bütün dövlət funksiyalarını yerinə yetirmək;
c) ölkənin ictimai və siyasi həyatının problemləri ilə məşğul olan qeyri-
hökumət təşkilatlarının və assosiasiyaların fəaliyyətində iştirak etmək.
Maddə 8
İştirakçı-dövlətlər qadınları kişilərlə bərabər şəraitdə və heç bir ayrı-
seçkilik qoyulmadan öz hökumətlərini beynəlxalq səviyyədə təmsil
etmək, beynəlxalq təşkilatların işində iştirak etmək imkanı ilə təmin
etmək üçün bütün müvafiq tədbirləri görürlər.
Maddə 9
1. İştirakçı-dövlətlər qadınlara vətəndaşlıq almaq, onu dəyişdirmək,
yaxud saxlamaq barəsində kişilərlə bərabər əsasda hüquqlar verirlər. O
cümlədən, onlar təmin edirlər ki, nə əcnəbi ilə nikaha daxil olmaq, nə də
nikahda ikən ərin vətəndaşlığının dəyişməsi arvadın vətəndaşlığının
avtomatik surətdə dəyişməsinə səbəb olmur, onu vətəndaşlığı olmayan
şəxsə çevirmir və onu ərinin vətəndaşlığını qəbul etməyə vadar edə
bilməz.
2. İştirakçı-dövlətlər qadınlara övladlarının vətəndaşlığı barəsində
bərabər hüquqlar verir.
III HİSSƏ
Maddə 10
İştirakçı-dövlətlər qadınları təhsil sahəsində kişilərlə bərabər hüquqlarla
təmin etmək məqsədilə onlar barəsində ayrı-seçkiliyi ləğv etmək, o
cümlədən kişi və qadınların bərabərliyi əsasında aşağıdakıları təmin
etmək üçün bütün müvafiq tədbirləri görürlər:
a) peşə, ixtisas seçimi yönümündə, təhsilə çatmaqda və istər kənd,
istərsə də şəhər rayonlarındakı bütün kateqoriyalardan olan təhsil
müəssisələrində diplom almaq üçün eyni şərait; bu bərabərlik
məktəbəqədər müəssisələrdə, ümumi, xüsusi və ali texniki təhsildə,
eləcə bütün peşə hazırlığı formalarında təmin olunur;
b) eyni təlim proqramlarından istifadə etmək, eyni imtahanlar vermək,
eyni ixtisaslı müəllim heyətinə, bərabər keyfiyyətli məktəb binalarına və
avadanlığa malik olmaq;
c) kişi və qadınların rolu barədə hər cür stereotip konsepsiyaları bütün
səviyyələrdə və bütün təhsil formalarında bu məqsədə çatmağa kömək
edən birgə təhsili və digər təhsil növlərini təşviq etməklə, o cümlədən
dərs vəsaitlərinə və məktəb proqramlarına yenidən baxmaq və təlim
metodlarını uyğunlaşdırmaq yolu ilə aradan qaldırmaq;
d) təqaüd və təhsil üçün digər vəsait almaqda eyni imkanlar;
5
e) savadı yaşlılar arasında yaymaq proqramları daxil olmaqla təhsili
davam etdirmək proqramlarına, o cümlədən kişi və qadınlar arasındakı
hər cür bilik uyğunsuzluğunu mümkün qədər tez bir zamanda azaltmağa
yönəldilmiş funksional savad proqramlarına yol tapmaq üçün eyni
imkanlar;
f) məktəbi bitirməmiş qızların sayının azaldılması və məktəbi vaxtından
əvvəl buraxmış qızlar və qadınlar üçün proqramlar hazırlamaq;
g) idman məşğələlərində və fiziki hazırlıqda iştirakda eyni imkanlar;
h) ailənin sağlamlığının və rifahının təmin olunmasına yardım göstərmək
məqsədilə təhsil xarakterli xüsusi informasiyalara, ailənin həcmini
planlaşdırmağa dair informasiya və məsləhətlər daxil olmaqla, yol
tapmaq.
Maddə 11
1. İştirakçı-dövlətlər məşğulluq sahəsində qadınlar barəsində ayrı-
seçkiliyi ləğv etmək məqsədilə kişi və qadınların bərabərliyi əsasında
qadınların bərabər hüquqlarını, o cümlədən aşağıdakı hüquqları təmin
etmək üçün bütün müvafiq tədbirləri görürlər:
a) bütün insanların ayrılmaz hüququ olan əmək hüququ;
b) işə götürülərkən eyni imkanlara malik olmaq, o cümlədən işə
götürülərkən eyni meyarların tətbiq edilməsi hüququ;
c) azad surətdə peşə, yaxud iş növü seçmək, vəzifədə irəli çəkilmək və
məşğulluğunun təminatı hüququ, eləcə də iş şəraitinin bütün
güzəştlərindən istifadə etmək, şagirdlik, yüksək səviyyəli peşə hazırlığı,
ixtisasını müntəzəm artırmaq daxil olmaqla, peşə hazırlığı və ixtisasını
təkmilləşdirmə hüququ;
d) güzəştlər daxil olmaqla, bərabər haqq almaq, bərabər dəyərli əməyə
görə bərabər şərtlər, həmçinin işin keyfiyyətinin qiymətləndirilməsinə
bərabər yanaşma hüququ;
e) sosial təminat o cümlədən pensiyaya çıxarkən, işsizlik, xəstəlik, əlillik,
qocalıq və əmək qabiliyyətini itirdiyi digər hallarda hüququ, həmçinin,
ödənişli məzuniyyət hüququ;
f) sağlamlığının mühafizəsi və təhlükəsiz əmək şəraiti, o cümlədən nəsil
davamı funksiyasının saxlanması üzrə hüququ;
2. Qadınlar barəsində ərə getməyə və analığa görə ayrı-seçkiliyin
qarşısını almaq və onların əmək hüququna təsirli təminat vermək üçün
iştirakçı-dövlətlər aşağıdakı müvafiq tədbirləri görürlər:
a) hamiləliyə, yaxud hamiləliyə və doğuşa görə məzuniyyətə görə işdən
azad etməyi, yaxud işdən çıxarılarkən ailə vəziyyətinə görə ayrı-seçkilik
qoyulmasını, sanksiya tətbiq etmək təhdidi ilə, qadağan etmək;
b) əvvəlki iş yerini, vəzifə üstünlüyünü, yaxud sosial müavinətini
itirmədən ödənişli məzuniyyətlər, yaxud hamiləliyə və doğuşa görə sosial
müavinətlərlə müqayisə edilə bilən məzuniyyətlər tətbiq etmək;
6
c) valideynlərin ailədəki vəzifələrini yerinə yetirməklə yanaşı, əmək
fəaliyyətini və ictimai həyatda iştirakını uyğunlaşdırmalarına o cümlədən
uşaqlara qulluq üzrə müəssisələr şəbəkəsinin yaradılması və
genişləndirilməsi ilə imkan verən əlavə sosial xidmətləri təşviq etmək;
d) qadınları, xüsusilə hamiləlik dövründə, onların sağlamlığı üçün zərərli
olduğu sübut olunmuş
işlərdə müdafiə etmək;
3. Bu maddədə bəhs edilən hüquqların müdafiəsinə dair qanunvericilik
elmi-texniki biliklər baxımından vaxtaşırı gözdən keçirilir, eləcə də lazım
olduğu qədər yenidən baxılır, ləğv edilir, yaxud genişləndirilir.
Maddə 12
1. İştirakçı-dövlətlər qadınların kişi və qadınların bərabərliyi əsasında
tibbi xidmət almasını o cümlədən, ailənin həcmi məsələsini
planlaşdırılmasına dair təmin etmək üçün qadınlar barəsində səhiyyə
sahəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri
görürlər.
2. İştirakçı-dövlətlər bu maddənin 1-ci bəndindən asılı olmayaraq, lazım
gəldikdə, pulsuz xidmətlər, eləcə də hamiləlik və əmizdirmə dövründə
müvafiq qida məhsulları ilə təchiz etməklə qadınlara hamiləlik, doğuş və
doğuşdan sonrakı dövrlərdə müvafiq xidmətlər göstərilməsini təmin
edirlər.
Maddə 13
İştirakçı-dövlətlər qadınların kişilərlə bərabərliyi əsasında bərabər
hüquqlarını, o cümlədən aşağıdakı hüquqları təmin etmək məqsədilə
qadınlar barəsində iqtisadi və sosial həyatın digər sahələrindəki ayrı-
seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görürlər:
a) ailə uçun müavinət hüququ;
b) daşınmaz əmlak üçün istiqraz, ssuda və digər formalarda maliyyə
krediti almaq hüququ; c) istirahətlə, idmanla məşğul olmaq və mədəni
həyatın bütün sahələri ilə bağlı olan tədbirlərdə iştirak etmək hüququ.
Maddə 14
1. İştirakçı-dövlətlər kənd yerlərində yaşayan qadınların qarşılaşdıqları
xüsusi problemləri və ailələrinin iqtisadi rifahını təmin edilməsində
oynadıqları mühüm rolu, o cümlədən təsərrüfatın qeyri-əmtəə
sahələrindəki fəaliyyətini nəzərə alırlar və bu Konvensiyanın
müddəalarının kənd yerlərində yaşayan qadınlar barəsində tətbiqi təmin
etmək üçün bütün lazımi tədbirləri görürlər.
2. İştirakçı-dövlətlər kişi və qadınların bərabərliyi əsasında qadınların
kənd rayonlarının inkişafında iştirak etmələrini və bu inkişafdan
faydalanmalarını təmin etmək məqsədilə kənd rayonlarında yaşayan
qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq
tədbirləri görür, o cümlədən onların aşağıdakı hüquqlarını təmin edirlər:
a) bütün səviyyələrdə inkişaf planlarının işlənib hazırlanmasında iştirak
7
etmək;
b) ailənin həcminin planlaşdırılması məsələlərinə dair, informasiya,
məsləhətlər və xidmət daxil olmaqla, müvafiq tibbi xidmətə yol tapmaq;
c) sosial sığorta proqramlarından bilavasitə
bəhrələnmək;
d) hazırlıq və funksional savad daxil olmaqla, bütün formal və qeyri-
formal təhsil növlərinə yiyələnmək, həmçinin icma xidmətinin bütün
xidmət vasitələrindən, kənd təsərrüfatına dair o cümlədən texniki
səviyyələrini artırmaq üçün məsləhət xidmətindən istifadə etmək;
e) muzdlu iş, yaxud müstəqil əmək fəaliyyəti vasitəsilə iqtisadi imkanlara
bərabər yol tapmağı təmin etmək üçün özünə yardım qrupları və
kooperativlər təşkil etmək;
f) kollektiv fəaliyyətin bütün növlərində
iştirak etmək;
g) kənd təsərrüfatı kreditlərinə və istiqrazlarına, satış sisteminə, müvafiq
texnologiyaya yol tapmaq, torpaq islahatlarında, aqrar islahatlarda və
torpaqların yenidən məskunlaşdırılması planlarında bərabər statusa
malik olmaq;
h) lazımi həyat şəraitindən, xüsusilə mənzil şəraitindən, sanitar
xidmətindən, elektrik enerjisindən və su təchizatından, eləcə də
nəqliyyatdan və rabitə vasitələrindən istifadə etmək.
IV HİSSƏ
Maddə 15
1. İştirakçı-dövlətlər qadınların qanun qarşısında kişilərlə bərabərliyini
etiraf edirlər.
2. İştirakçı-dövlətlər qadınlara kişilərlə eyni mülki hüquq səlahiyyəti və
onu gerçəkləşdirmək üçün eyni imkanlar verirlər. Onlar, o cümlədən,
qadınlara müqavilə bağlamaqda və əmlakı idarə etməkdə, həmçinin
onlara məhkəmə və tribunal təhqiqatının bütün mərhələlərində bərabər
münasibəti təmin edirlər.
3. İştirakçı-dövlətlər razılaşırlar ki, hüquqi nəticələri qadınların hüquq
səlahiyyətinin məhdudlaşdırılmasına səbəb olan bütün müqavilələr və
hər cür digər xüsusi sənədlər etibarsız sayılır.
4. İştirakçı-dövlətlər şəxslərin yer dəyişməsinə, yaşamaq və daimi
yaşayış yerini azad surətdə seçməsinə dair qanunvericiliyə münasibətdə
kişilərə və qadınlara eyni hüquqlar verirlər.
Maddə 16
1. İştirakçı-dövlətlər nikah və ailə münasibətlərinə dair bütün məsələlərlə
qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq
tədbirləri görür, o cümlədən kişilərlə qadınların bərabərliyi əsasında
aşağıdakıları
təmin edirlər:
a) nikaha daxil olmaqda eyni hüquqlar;
b) azad surətdə ər seçməkdə və nikaha yalnız özünün azad və tam
razılığa ilə daxil olmaqda eyni hüquqlar;
8
c) nikah dövründə və o pozularkən eyni hüquq və vəzifələri olmaq;
d) kişi və qadınların, ailə vəziyyətlərindən asılı olmayaraq, valideyn kimi
övladları ilə əlaqədar məsələlərlə eyni hüquq və vəzifələri olması; bütün
hallarda uşaqların mənafeyi üstün tutulur;
e) uşaqların sayı və onların doğum illəri arasında fasilə məsələsini azad
və məsuliyyətlə həll etməkdə eyni hüquqa, informasiyaya və təhsilə,
həmçinin bu hüququ həyata keçirməyə imkan verən vasitələrə malik
olmaq;
f) qəyyum, hami, vəkil olarkən və uşaqları övladlığa götürərkən, yaxud
milli qanunvericilikdə nəzərdə tutulan analoji funksiyaları həyata
keçirərkən eyni hüquq və vəzifələri olmaq; bütün hallarda uşaqların
mənafeyi üstün tutulur;
g) ər və arvadın eyni şəxsi hüquqları, o cümlədən soyadı, peşə və
məşğuliyyət seçmək hüququ;
h) ər və arvadın mülkiyyətə pullu, yaxud pulsuz şəkildə sahib olmaq,
onları almaq, idarə etmək və onlar barəsində sərəncam verməkdə eyni
hüquqları.
2. Uşağın nişanlanması və nikahı hüquqi qüvvəyə malik deyil, minimal
nikah yaşının müəyyənləşdirilməsi və nikahların mütləq vətəndaşlıq
vəziyyəti aktlarında qeydiyyatdan keçirilməsi üçün, qanunvericilik
tədbirləri daxil olmaqla, bütün lazımi tədbirlər görülür.
V HİSSƏ Maddə 17
1. Bu Konvensiyanın həyata keçirilməsinin gedişini yoxlamaq üçün
qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə (bundan
sonra Komitə adlandırılacaq) yaradılır. O, Konvensiya qüvvəyə mindiyi
vaxt on səkkiz, onu təsdiq edəndən, yaxud ona otuz beşinci dövlət
qoşulandan sonra iyirmi üç yüksək əxlaqi keyfiyyətlərə və Konvensiyanın
əhatə etdiyi məsələlərdə səriştəyə malik ekspertdən ibarət olur. Bu
ekspertlər iştirakçı-dövlətlər tərəfindən onların öz vətəndaşları arasından
seçilir və özlərinin şəxsi keyfiyyətlərində çıxış edirlər; həm də ədalətli
coğrafi bölgü və müxtəlif sivilizasiya formalarının, həmçinin əsas hüquq
sistemlərinin təmsil olunması
nəzərə alınır.
2. Komitə üzvləri iştirakçı-dövlətlərin irəli sürdükləri şəxslərin daxil edildiyi
siyahıdan gizli səsvermə yolu ilə seçilir. Hər iştirakçı-dövlət öz
vətəndaşları arasından yalnız bir nəfərin namizədliyini irəli surə bilər.
3. İlk seçkilər bu Konvensiya qüvvəyə mindiyi gündən altı ay sonra
keçirilir. Hər seçkinin keçirilməsinə, heç olmasa, üç ay qalmış Birləşmiş
Millətlər Təşkilatının Baş katibi iştirakçı-dövlətlərə iki ay müddətində öz
namizədlərini təqdim etmək, təklifi ilə məktub göndərir. Baş katib
namizədlikləri beləliklə irəli sürülmüş bütün şəxslərin əlifba sırası ilə
siyahısını onların namizədliyini irəli sürmüş
iştirakçı-dövlətlər
göstərilməklə hazırlayır və bu siyahını iştirakçı-dövlətlərə təqdim edir.
4. Komitə üzvlərinin seçkisi İştirakçı-dövlətlərin Birləşmiş Millətlər
9
Təşkilatı Baş katibinin Birləşmiş Mİllətlər Təşkilatının Mərkəzi
idarələrində çağırdığı iclasında keçirilir. İştirakçı-dövlətlərin üçdə ikisinin
yetərsay olduğu bu iclasda ən çox səs alan və iştirakçı-dövlətlərin
iclasda və səsvermədə iştirak edən nümayəndələrinin mütləq
əksəriyyətinin səsini qazanan namizədlər Komitəyə üzv seçilmiş
sayılırlar.
5. Komitə üzvləri dörd il müddətinə seçilir. Lakin ilk seçkilərdə seçilmiş
doqquz üzvün səlahiyyət müddəti iki ildən sonra bitir; bu doqquz üzvün
familiyası Komitə Sədrinin seçkilərdən dərhal sonra keçirdiyi püşk
vasitəsilə müəyyən edilir.
6. Komitənin əlavə beş üzvünün seçilməsi bu maddənin 2-ci, 3-cü və 4-
cü bəndlərinə müvafiq olaraq Konvensiyanı otuz beşinci dövlət təsdiq
edəndən, yaxud ona qoşulandan sonra keçirilir. Beləliklə, seçilmiş əlavə
üzvlərdən ikisinin səlahiyyət müddəti iki ildən sonra bitir; həmin üzvlərin
familiyalarını püşk vasitəsilə Komitə
Sədri müəyyən edir.
7. Gözlənilməz vakansiyanı tutmaq üçün, eksperti Komitə üzvü
funksiyalarına xitam vermiş iştirakçı-dövlət öz vətəndaşları arasından,
Komitənin bəyənməsi
şərtilə, yeni ekspert təyin edir.
8. Komitə üzvləri Birləşmiş Millətlər Təşkilatının vəsaitindən, Komitənin
vəzifələrinin əhəmiyyəti nəzərə alınmaqla, Baş Məclis tərəfindən
müəyyən edilmiş qayda və şərtlərlə Baş Məclisin təsdiq etdiyi haqq
alırlar.
9. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin bu Konvensiyaya
müvafiq olaraq funksiyalarını səmərəli yerinə yetirməsi üçün lazımi
sayda personal və maddi vəsait ayırır.
Maddə 18
1. İştirakçı-dövlətlər baxılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş
katibinə bu Konvensiyanın müddəalarının yerinə yetirilməsi üçün
gördükləri qanunvericilik və məhkəmə tədbirləri, inzibati və digər tədbirlər
və bununla bağlı əldə edilmiş tərəqqi barəsində məruzələr təqdim etməyi
öhdələrinə götürürlər:
a) maraqlı dövlət üçün bu Konvensiya qüvvəyə mindiyi gündən sonra bir
il
ərzində;
b) ondan sonra, ən azı, dörd ildə bir dəfə və daha sonra Komitə tələb
etdikdə.
2. Məruzələrdə bu Konvensiyanın təəhhüdlərinin yerinə yetirilmə
dərəcəsinə təsir göstərən amillər və çətinliklər göstərilə bilər.
Maddə 19
1. Komitə
məxsusi prosedura qaydalarını müəyyən edir.
2. Komitə iki il müddətinə vəzifəli şəxslərini seçir.
Maddə 20
10
1. Komitə bu Konvensiyanın 18-ci maddəsinə müvafiq olaraq təqdim
edilən məruzələrə baxmaq üçün, adətən, iki həftədən çox davam
etməyən iclaslar keçirir.
2. Komitənin iclasları, bir qayda olaraq, Birləşmiş Millətlər Təşkilatının
Mərkəzi idarələrində, yaxud Komitənin müəyyən etdiyi hər hansı digər
münasib yerdə keçirilir.
Maddə 21
1. Komitə hər il Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə İqtisadi və
Sosial Şura vasitəsilə öz fəaliyyəti haqqında məruzə təqdim edir və
iştirakçı-dövlətlərdən aldığı məruzə və informasiyaların öyrənilməsi
əsasında ümumi xarakterli təklif və tövsiyələr verə bilər. Bu cür ümumi
xarakterli təklif və tövsiyələr iştirakçı-dövlətlərin qeydləri (əgər varsa) ilə
yanaşı Komitənin məruzəsinə daxil edilir.
2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin məruzələrini
məlumat üçün qadınların vəziyyətinə dair Komissiyaya göndərir.
Maddə 22
İxtisaslaşdırılmış idarələr bu Konvensiyanın onların fəaliyyət dairəsinə
daxil olan müddəalarının yerinə yetirilməsi məsələlərinə baxılarkən
təmsil olunmaq hüququna malikdir. Komitə ixtisaslaşdırılmış idarələrə
Konvensiyanın onların fəaliyyət dairəsinə daxil olan sahələrdə yerinə
yetirilməsi barədə məruzə təqdim olunmasını təklif edə bilər.
VI HİSSƏ
Maddə 23
Bu Konvensiyada heç nə:
a) iştirakçı-dövlətin qanunvericiliyində olan; yaxud
b) həmin dövlət üçün qüvvədə olan hər hansı digər beynəlxalq
konvensiyada, müqavilədə, yaxud sazişdə rast gəlinə bilən kişi və
qadınların hüquq bərabərliyinə kömək edən müddəalara toxunmur.
Maddə 24
İştirakçı-dövlətlər bu Konvensiyada tanınan hüquqların tam
gerçəkləşməsi uçun milli səviyyədə bütün lazımi tədbirləri görməyi
öhdələrinə götürürlər.
Maddə 25
1. Bu Konvensiya onu bütün dövlətlərin imzalaması uçun açıqdır.
2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın
depozitarisi təyin edilir.
3. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqetmə fərmanları saxlanmaq
üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.
4. Bu Konvensiya bütün ölkələrin ona qoşulması uçun açıqdır. Qoşulma,
11
qoşulma haqqında sənədin saxlanmaq üçün Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə təhvil verilməsi isə həyata keçirilir.
Maddə 26
1. Hər hansı iştirakçı-dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatı Baş
katibinin adına yazılı məlumatla, bu Konvensiyaya yenidən baxılmasını
xahiş edə bilər.
2. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi hər hansı tədbirin
görülməsini lazım saysa, bu xahiş barəsində məhz hansı tədbirlərin
görülməsinin zəruriliyi haqqında qərar qəbul edir.
Maddə 27
1. Bu Konvensiya iyirminci təsdiqetmə fərmanı, yaxud qoşulma haqqında
sənəd saxlanmaq uçun Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil
veriləndən sonra otuzuncu gün qüvvəyə minir.
2. Bu Konvensiyanı iyirminci təsdiqetmə fərmanı, yaxud qoşulma
haqqında sənəd saxlanmağa veriləndən sonra təsdiq edən, yaxud ona
qoşulan hər bir dövlət uçun, o, həmin dövlət öz təsdiqetmə fərmanını,
yaxud qoşulma haqqında sənədini saxlanmağa təhvil verəndən sonra
otuzuncu gün qüvvəyə minir.
Maddə 28
1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi dövlətlərin təsdiq, yaxud
qoşulma zamanı etdiyi qeyd-şərtlərin mətnlərini alır və bütün dövlətlərə
göndərir.
2. Bu Konvensiyanın məqsəd və vəzifələrinə uyğun gəlməyən qeyd-
şərtlərə yol verilmir.
3. Qeyd-şərtlər istənilən vaxt Baş katibin adına göndərilmiş müvafiq
bildirişlə geri götürülə bilər. Baş katib sonra bu haqda bütün iştirakçı-
dövlətlərə xəbər verir. Belə bildiriş alındığı gündən qüvvəyə minir.
Maddə 29
1. Bu Konvensiyanın şərhi və tətbiqi barəsində iki, yaxud bir neçə
iştirakçı-dövlət arasında danışıqlar yolu ilə həll edilməyən hər hansı
mübahisə tərəflərdən birinin xahişi ilə arbitraj təhqiqatına verilir. Əkər
arbitraj təhqiqatı haqqında ərizə veriləndən sonra altı ay ərzində tərəflər
arbitraj təhqiqatının təşkili barəsində razılıq əldə edə bilməsələr, bu
tərəflərdən hər hansı biri həmin mübahisəni Beynəlxalq Məhkəməyə
Məhkəmənin Statusuna müvafiq ərizə ilə verə bilər.
2. Hər bir iştirakçı-dövlət Konvensiyanı imzalayarkən, yaxud təsdiq
edərkən, yaxud ona qoşularkən özünü bu maddənin 1-ci bəndindəki
müddəalarla bağlı saymadığını bəyan edə bilər. Digər iştirakçı-dövlətlər
bu cür qeyd-şərt qoymuş hər hansı iştirakçı-dövlət barəsində bu
maddənin göstərilən bəndindən irəli gələn təəhhüdlər daşımırlar.
3. Bu maddənin 2-ci bəndinə müvafiq olaraq qeyd-şərt qoymuş hər hansı
12
iştirakçı-dövlət öz qeyd-şərtini istənilən vaxt Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə yazılı bildirişlə geri götürə bilər.
Maddə 30
Rus, ingilis, ərəb, ispan, Çin və fransız dillərindəki mətnləri eyni qüvvəyə
malik olan bu Konvensiya saxlanmaq üçün Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə
təhvil verilir.
BUNUN TƏSDİQİ OLARAQ, lazımı qaydada müvəkkil edilmiş aşağıda
imza edənlər bu Konvensiyanı imzaladılar.
13
Dostları ilə paylaş: |