“Türküstan” kitabxanası
Şirvani Ədilli
AZƏRBAYCAN
ŞEİRİNDƏ FORMA
MƏSƏLƏLƏRİ
“Elm və təhsil”
Bakı – 2014
2
Ön sözün müəllifi
və redaktor :
Tacir Səmimi (Qurbanov)
Fil. üzrə fəls. doktoru
Ədilli Şirvani
Azərbaycan şeirində forma məsələləri.
Bakı, “Elm və Təhsil”-2014, 144 səh.
Kitabda şeirin əsas forma elementlərindən olan qafiyə müasir yanaş-
ma ilə köklü şəkildə araşdırmaya cəlb edilmiş, heca vəzninin bölgü və ritm
məsələsinə yeni baxış irəli sürülmüş, ilk dəfə sərbəst şeirin mahiyyəti və
növləri geniş araşdırılmış, həmçinin əruz və onun xüsusiyyətləri, şeir forma-
larının yaranma tarixi, onların məhdudiyyətləri və funksiyaları, mahnılarda
mətn problemi, sözlə musiqisinin biri-birinə ritmik və tonik uyğunluq
məsələləri, Azərbaycan xalq musiqisində geniş yayılmış ritmik vahidlər və
qəliblər haqqında danışılmışdır.
Kitab ədəbiyyatçılar, yazarlar, musiqiçilər və şeir formaları ilə ma-
raqlanan digər şəxslər üçün nəzərdə tutulmuşdur.
2014
098
4603000000
N
грифли няшр
©
«Елм вя тящсил», 2014
3
Ön söz
Şeir formalarının tədqiqi ədəbiyyatşünaslığın əsas
sahələrindən biridir. Klassik və müasir poeziyamızda isti-
fadə olunan şeir formaları çox zəngin və rəngarəng olsa
da, zaman-zaman bu sahənin tədqiqi ədəbiyyatşünaslığın
digər sahələri ilə müqayisədə xeyli geri qalmışdır. Son
yüz illik ədəbiyyatşünaslıq tariximizdə bu sahə üzrə
ixtisaslaşmış tədqiqatçılar demək olar ki, barmaqla sayı-
lacaq qədər azdır. Halbuki, qonşu xalqlar (ərəblər, farslar,
ruslar və s.) şeir formalarının tədqiqi sahəsində daha irəli
gediblər.
Klassik poeziyamızın əsas vəzni olan əruz XX əsrdə
görkəmli alimimiz Əkrəm Cəfər tərəfindən geniş tədqiq
edilmişdir. Lakin bu vəznin həm şairlər, həm də ədəbiy-
yatçılar tərəfindən mənimsənilməsi son bir əsrdə aşağı
səviyyədə olmuşdur. Bu dövrdə heca vəzni daha çox
istifadə olunan populyar vəzn olsa da, bu vəznin də məhz
tədqiqinə lazımı qədər yer verilməmişdir. Milli poeziya-
mızda XX əsrin əvvəllərindən meydana çıxmış və sürətlə
inkişaf edən sərbəst şeir formasına gəldikdə, bu şeir
formasının ümumiyyətlə tədqiq olunmadığının demək olar
ki, hamı tərəfindən etiraf edilməsi artıq bir adət halını
almışdır. Şeirşünaslığımızda nisbətən geniş tədqiq olun-
muş sahə klassik poeziyada və aşıq yaradıcılığında
istifadə olunan şeir şəkilləri və janrları olmuşdur.
Şirvani Ədillinin şeir formaları sahəsində araşdırma-
larını şeirşünaslığımızda qeyd etdiyimiz problemlərin həllli
baxımından irəliyə atılmış mühüm addım kimi qiymət-
ləndirmək olar. Müəllif ixtisasca filoloq olmasa da, tədqiq
etdiyi məsələlərə peşəkarcasına yanaşmış, mövcud təd-
qiqatlara və bədii yaradıcılıq nümunələrinə istinad etmiş,
elmi idrakın müxtəlif metodlarından istifadə edərək öz
filkir və mülahizələrini irəli sürmüş və onları nəzəri cəhət-
dən sistemləşdirə bilmişdir. Müəllifin bu sahədə ilk araş-
4
dırması 2011-ci ildə nəşr olunmuş “Əruz vəzninin sadə-
ləşdirilmiş qəlibləri” adlı əsəridir. Həmin əsərdə Ş.Ədilli
əruzun türk dilinə və folkloruna uyğunluq məsələlərini
araşdırmış, bu vəznin öyrənilməsinin daha asan meto-
dunu müəyyən etmişdur. Həmin əsər ədəbi mühitdə bö-
yük maraq doğurmuş və öz məqsədini doğrultmaqdadır.
Ş.Ədilli indi əlinizdə olan “Azərbaycan şeirində
forma məsələləri” adlı kitabında isə daha geniş əhatəli
məsələləri araşdırmaya cəlb etmişdir. Burada şeirimizdə
qafiyənin səs əsası və təsnifatı, həmçinin heca vəzninin
bölgüsü haqqında yeni baxış irəli sürülmüş, sərbəst şeir
forması ilk dəfə köklü şəkildə tədqiqata cəlb edilmiş və bu
şeir formasının 8 növü müəyyən edilmiş, əruz vəzninə
münasibətdə mövcud olan mübahisəli məsələlərə toxu-
nulmuş, şeir formalarının yaranma tarixi mövcud mate-
riallar əsasında nəzərdən keçirilmiş, şeir formalarının
məhdudiyyətləri və funksiyaları, mahnılarda mətn prop-
lemi, sözlə musiqisinin biri-birinə ritmik və tonik uyğunluq
məsələləri, Azərbaycan xalq musiqisində geniş yayılmış
ritmik vahidlər və qəliblər haqqında danışılmışdır.
Hesab edirəm ki, Ş.Ədillinin bu dəyərli araşdırması
şeirşünaslığımızın gələcək inkişafına böyük təkan verə
biləcək bir əsərdir. Müəllifə gələcək tədqiqatlarında uğur-
lar arzulayıram.
Tacir Səmimi (Qurbanov)
AMEA-nın böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru.
5
Giriş
Ədəbiyyat nəzəriyyəsində şeir formaları az araşdırıl-
mış sahələrdəndir. Bu sahənin tədqiqi ilə bağlı aşağıdakı
problemləri qeyd etmək olar:
- Şeirin əsas forma elementlərindən olan qafiyə
anadilli şeirimiz üçün müasir yanaşma ilə köklü şəkildə
araşdırılmamışdır;
- Heca vəzni ümumilikdə araşdırılsa da, onun bölgü
məsələlərinə əsasən səthi yanaşılmış, bəzən yanlış, şab-
lon xarakterli müddəalar irəli sürülmüşdür. Heca vəzninin
uzun və qısa hecalar baxımından ritmik xüsusiyyəti haq-
qında isə ümumiyyətlə danışılmamışdır;
- Əruz vəzni, onun mənşəyi və heca vəzni ilə əlaqəsi
haqqında yanlış baxışlar ədəbiyyatşünaslığımızda qal-
maqdadır;
- Sərbəst şeir forması demək olar ki, ümumiyyətlə
araşdırılmamışdır və ona görə də sərbəst şeirə münasi-
bətdə fikir ayrılıqları, mübahisəli məqamlar var;
- Şeir formalarının məhdudiyyətləri və funksiyaları
heç vaxt ayrıca tədqiqat predmetinə çevrilməmiş, bu mə-
sələlər haqqında yalnız sözarası danışılmışdır;
- Mahnılar üçün mətn seçimi, mətnlə musiqinin rit-
mik və tonik uyğunluq məsələləri də ayrıca tədqiq edilmə-
miş, bu isə nəticədə bir çox bəstəkar mahnılarının bu ba-
xımdan qüsurlu olmasına gətirib çıxarmışdır.
Kitabda bu problemlər araşdırmaya cəlb edilmişdir.
Belə ki, burada şeirin əsas forma elementlərindən olan
qafiyə müasir yanaşma ilə köklü şəkildə araşdırmaya cəlb
edilmiş, heca vəzninin bölgü və ritm məsələsinə yeni
baxış irəli sürülmüş, sərbəst şeirin mahiyyəti və növləri
geniş araşdırılmış, əruz vəzni, şeir formalarının yaranma
tarixi, onların məhdudiyyətləri və funksiyaları, mahnılarda
mətn problemi, sözlə musiqisinin biri-birinə ritmik və tonik
uyğunluq məsələləri, Azərbaycan xalq musiqisində geniş
yayılmış ritmik vahidlər və s. haqqında danışılmışdır.
Dostları ilə paylaş: |