13
3. Söz kökü sonluğu ilə kök sonluğu-şəkilçi birləş-
məsinin qafiyələnməsi. Daha çox müasir poeziyada isti-
fadə olunur:
Sən beləsənmiş bal a+ m, ay bərəkallah sənə.
Fisq imiş əmrin tam am, ay bərəkallah sənə.
M.Ə.Sabir
Səni tanıdıqca sən m ən+ ə sirsən,
Sirlər açıldıqca sən y enə sirsən!
N.Xəzri
4. Şəkilçi ilə kök sonluğu-şəkilçi birləşməsinin qafi-
yələnməsi. Bu növ də daha çox müasir poeziyada istifadə
olunur:
İl qaldı bir əsri yarı böl+m əyə
...İşığın qəfildən dönər kölg ə+ yə...
M.Araz
5. Kök sonluğu-şəkilçi birləşmələrinin qafiyələnməsi.
Bu növə söz kökü sonluğu ilə kök sonluğu-şəkilçi birləş-
məsinin qafiyələnməsinin xüsusi halı kimi də baxmaq
olar . Belə ki, burada adətən saitlə bitən kökə iki və daha
çox səsə malik şəkilçi əlavə edilir və həmin saitin samitlə
qapanması bu sözün samitlə bitən digər şəkilçili köklə
qafiyələnməsinə imkan yaradır. Yəni bu halda qafiyələn-
mənin alınması üçün mütləq hər iki söz şəkilçi qəbul
etməlidir. Misallar:
Guya zindan boğa bilər azadlığın haqq s əs
+
ini,
Ölüm-dirim savaşına bəstələnmiş nəğm ə
+
sini
S.Rüstəm
14
Mən vurğun deyiləm şöhrətə, ad
+
a,
Sadə bir şairəm, qoca düny a
+
da.
S.Rüstəm
6. Eyni sonluqlu müxtəlif şəkilçilərin qafiyələnməsi.
Əsasən müasir dövr poeziyasında istifadə olunmağa
başlamışdır. Məsələn, gets ən-yerd ən (şərt şəkilçisi və
çıxışlıq hal şəkilçisi) , düş ər-ləpəl ər (qeyri-qəti gələcək
zaman şəkilçisi və cəm şəkilçisi) və s.
Misal:
...Bülbüllər məskəni bir gülüstanı
Deyirlər, ikiyə sən ayır+mıs an.
Götürün üstümdən quru böhtanı,
Bilsin təqsirini adıma yaz+ an!
S.Rüstəm
Bəzən sözlər eyni yox, oxşar səslər vasitəsiylə qafi-
yələndikdə yanlış olaraq bunu “qulaq qafiyəsi”, “fonetik
qafiyə” və s. kimi qəbul edirlər (onsuz da qafiyə fonetik
hadisədir). Məsələn, görkəmli dilçi alimimiz Ağamusa
Axundov mütləq eyni səslərə malik olmayan bütün qafiyə-
ləri “nisbi fonetik qafiyələr” kateqoriyasına (növünə) aid
edərək bu növün çoxsaylı və biri-birindən xeyli fərqlənən
variantlarını müəyyən etmişdir (1, s. 79-90). Lakin fikri-
mizcə bu doğru təsnifat deyil. Məsələn, sözünü-üzünü ki-
mi sait səs yaxınlığı ilə müşayiət olunan normal, köklü qa-
fiyələnmə ilə aşağıda misallar gətirəcəyimiz qulaq qafiyə-
lərini eyni kateqoriyaya aid etmək olmaz. Belə ki, yalnız o
qafiyələr “qulaq qafiyəsi” kimi qəbul olunmalıdır ki, orada
ayrı-ayrı səslərin oxşarlığı yox, yalnız (qulaqda) ümumi
səslənişin oxşarlığı olsun, başqa sözlə, qafiyə yuxarıdakı
növ və variantların heç birinə uyğun gəlməsin, yəni əslin-
də normal tələblərə cavab verən qafiyə olmasın. Məsələn
kişi-işin, xəzəli-bəzəyir, biçimində-içində, uzun-ulduzu,
ağrıdı-ağırdır və s. Bu sözlərdə əslində normal qafiyələn-
15
mə yoxdur, yalnız (qulağa gələn) ümumi səslənişdə ox-
şarlıq var. Məsələn, birinci misaldakı “iş” cütlüyünü dayaq
kimi qəbul etsək görərik ki, sözlərdə ondan sonra gələn
səslər (“i” və “in”) tam təkrarlanmır və deməli normal qafi-
yə deyil və yalnız qulaqda oxşar ümumi səslənmə var.
Qulaq qafiyələrinə xüsusən Məmməd Araz yaradı-
cılığında çox rast gəlirik.
Misallar:
Qayalar necə də boynu buruqdur
...Kiminsə qəsdinə hicran durubdur
...Anamın qəbri də qar altındadır
Anamın qəlbi də qar altındadır
M.Araz
Yerini tanıdın, haqqını qandın,
Bir məlum hikmətin dodağı qaçır:
Qoltuğa öyrəşdi – qoltuqda qaldı,
Qol-budaq acımadı qoltuq ağacı.
M.Araz
...Hər maskalı casusun bir mələk biçimində,
Omba duran gürzəmi, ya əqrəbmi içində?
...Dördmərtəbə zindanım, boyun nə qədər uzun,
Əlimizdən almısan Ayı, Günü, ulduzu.
X.R.Ulutürk
Azərbaycanı sevin, sevin Azərbaycanı
...Sevin odum, ocağım, evim Azərbaycanı.
...Yaraları göynəyir, yaraları sızlayır
Bu millətin qeyrətli oğulları, qızları
C.Novruz
16
Yamanlıq gördüm
Ürəyim ağrıdı
Haqsızlıq gördüm
Yükü dağlardan ağırdı
R.Rza
Dilimiz şəkilçilərlə kifayət qədər zəngin olduğundan
müəyyən etdiyimiz qafiyələnmə növlərinin məhz şəkilçi-
lərin növlərinə görə çoxsaylı variantlarını müəyyən etmək
olar. Lakin buna ehtiyac görmürük. Çünki, istənilən halda
həmin variantlar yuxarıda müəyyən etdiyimiz təsnifatdan
kənara çıxmayacaq.
Azərbaycan ədəbiyyatında işlənən şeir
formaları: vəznlər və şəkillər
Şeirin forması onun vəzni və şəkli ilə xarakterizə
olunur. Vəzn əsasən şeir misralarının bölgülənmə qay-
dasını, uzunluğunu (misrada olan hecaların sayını) və
metro-ritmk quruluşunu müəyyən edir. Şeirin şəkli isə
misraların qafiyələnmə qaydasını, misraların uzunluqları-
nı və şeirin bəndlərə ayrılma qaydalarını müəyyən edir.
Ümumilikdə bütün dünya xalqlarının şeirində 3 növ
vəzn fərqləndirilir:
- Sillabik vəzn – misralarda heca saylarının bəra-
bərliyinə əsaslanan vəznə deyilir. Əksər dünya xalqlarının
(türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmiş və
bir çoxlarında bu gün də işlənməkdədir.
- Tonik vəzn – şeir misralarında vurğulu (daha yük-
sək tonlu) hecaların müəyyən qayda ilə düzülüşünə
əsaslanan vəzndir. Rus, fransız və b. xalqların şeirində
istifadə olunur. Məlumdur ki, türk dilində vurğulu açıq he-
calarda belə sait uzanmır, həmçinin şəkilçi qəbul etməmiş
sözlərdə həmişə, şəkilçi qəbul etmiş sözlərdə isə əksərən
Dostları ilə paylaş: |