“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   2   3   4   5   6   7   8   9   ...   34

 
21
...Arım, yarım, 
Gülüm, xarım,  
Darım, narım– 
Dərd qafiyə. 
           A.Səməd. 
 
5-hecalı  şeir.  Burada da misra həddən artıq qısa 
olduğundan onun bölgülərinin əslində o qədər də mənası 
yoxdur. Lakin diqqət yetirilsə bölgünün əsasən 2-2-1 ol-
duğunu hiss etmək olar. Həmçinin misra çox qısa oldu-
ğundan istənilən 5-hecalı  şeirin bölgülərini eyni vaxtda 
həm 3-2, həm də 2-3 kimi təsəvvür etmək olar. Sözlər 
bölgülərdə parçalana bilər. Eyni şeirdə misraların bölgülə-
ri biri-birindən fərqlənə bilər. Daha çox uşaq  şeirlərində 
istifadə olunur. Misallar: 
 
Səhər durunca 
Əlimdə fırça 
Sildim dişimi, 
Bildim işimi. 
İnanmırsan, bax, 
Dişim ağappağ, 
Üstüm tər-təmiz. 
Bax, beləyik biz. 
                 A.Şaiq 
 
Bir de görüm “a”, 
Ay gözəl kukla
Yoxsa səninlə 
Danışmaram ha!  
        C.Məmmədov 
 
 
 
 


 
22
Qara bax qara, 
Gör necə yağır. 
Çıxsan bayıra 
Məni də çağır... 
         M.Seyidzadə       
 
5-hecalı formadan yalnız uşaq  şeirlərində yox, 
başqa məzmunlu şeirlərdə də istifadə olunur: 
 
Qurban adına, 
Bir sal yadına, 
Sənin oduna  
Yandım, bilmədin... 
                    S.Rüstəm 
  
Mən səni gördüm 
Ay işığında. 
Könlümü verdim 
Ay işığında... 
                Z.Xəlil 
 
6-hecalı  şeir. O qədər də diləyatımlı olmadığından 
çox az işlədilən şeir ölçüsüdür. Əsasən 3-3 və 2-2-2 (və 
ya 2-4 və 4-2) bölgülərində olur. Sözlər bölgülərdə 
parçalana bilər. Misal: 
 
Yad edib/3 o, məni/3 
Gələrmi/3, gəlməzmi? 
Qəlbimdən/3 keçəni/3  
Bilərmi/3, bilməzmi/3? 
 
...Mən susmaz/3 bir səsəm/3 
Yel olub/3 tələssəm/3, 
“Sevirəm”/3 söyləsəm/3 
Gülərmi/3, gülməzmi/3? 


 
23
Mənimlə/3 dərdimi/3 
Bölərmi/3, bölməzmi/3? 
Gözdə yaş/3 gördümü/3 
Silərmi/3, silməzmi/3? 
Gələrmi/3, gəlməzmi/3? 
                           N.Xəzri 
 
Bu gün az işlədilsə  də 6-hecalı  şeirlərə XI əsrə aid 
“Divanü luğat-it-türk” əsərində (bax səh.-109-110) və Yu-
nus Əmrə (XIII əsr) şeirində rast gəlinir: 
 
Şeyximin/3 elləri/3, 
Uzaqdır/3 yolları/3. 
Açılmış/3 gülləri/3 
Dərməyə/3 kim gələr/3?  
 
Şeyximin/3 özünü/3, 
Sevərəm/3 sözünü/3. 
Şeyximin/3 üzünü/3 
Görməyə/3 kim gələr/3? 
 
...Ah ilə/3 göz yaşı/3, 
Yunisin/3 yoldaşı/3. 
Zəhər/2 bişən/2 aşı/2 
Yeməyə/3 kim gələr/3? 
                         Y.Əmrə 
 
6-hecalı  şeir ayrıca az istifadə olunsa da heca 
vəznində  ən geniş yayılmış 6-5 bölgülənməli 11-hecalı 
şeirin 6-lıq bölgüsünün xüsusiyyətlərinə  əsaslanaraq 6-
hecalı  şeirin bölgülənmə xüsusiyyətlərini müəyyən edə 
bilərik (bax, səh.-31-32)
7-hecalı  şeir.  Həddən artıq diləyatımlı, gözəl səs-
lənən, ruh yüksəkliyi yaradan şeir ölçüsüdür. Folklor nü-
munilərində çox geniş yayılıb. Həmçinin müəllif yaradıcılı-


 
24
ğında da geniş istifadə olunur. Bayatılar və  əksər uşaq 
şeirləri məhz bu ölçüdə olur. Hətta maraqlı faktdır ki, yeni 
dil açan uşaqlar mahnıları  və  şeirləri leksik mənası 
olmayan səslərlə  təqlid edərkən qeyri-iradi olaraq məhz 
7-hacalı, 4-3 bölgülü ritmə əsaslanırlar.  
7-hecalı şeir əsasən 4-3 bölgüsündə, bəzən də 3-4 
bölgüsündə olur. Eyni şeirin misralarında bölgülər biri-
birindən fərqlənə və sözlər bölgülərdə parçalana bilər.  
3-4 bölgüsü yalnız xüsusi hallarda alınır. Belə ki, 
misranın ritmik quruluşu təsadüfən  əruzun rəməl-10 
qəlibinə  (dadadah  dahda-dadah) tam uyğun və ya ona 
yaxın olduqda məhz həmin qəlibin bölgüsü olan 3-4 
bölgüsü hiss olunur. Məsələn: 
 
Dam üstdə/3/dir damımız/4, 
Qoşadır/3 xırmanımız/4. 
Sən ordan çıx/4, mən burdan/3, 
Kor olsun/3 düşmanımız/4. 
                       Xalq bayatısı 
 
Bu misalda birinci misranı həm adi 4-3 bölgüsündə, 
həm də ritmik quruluşu rəməl-10 qəlibinə yaxın oldu-
ğundan (cəmi 2 hacada fərq var) 3-4 bölgüsündə oxumaq 
olar. Həmin misra 3-4 bölgüsündə oxunduqda, rəməl-10 
qəlibinin təhrif olunmuş variantı alınır. İkinci misra rəməl-
10 qəlibinə  dəqiq uyğun gəldiyinə görə avtomatik olaraq 
3-4 bölgüsündə oxunur və həmin misranı 4-3 bölgüsündə 
oxumaq mümkün olmur. 3-cü misrada ritmik quruluş əruz 
qəlibinə yaxın olmadığından yalnız adi 4-3 bölgüsündə 
oxuna bilər. 4-cü misranın ritmik quruluşu isə  rəməl-10 
qəlibinə çox yaxın olduğundan (yalnız “olsun” sözündə 
birinci heca qısa əvəzinə uzundur) məhz 3-4 bölgüsündə 
deyilir.  
Xalq  şeiri nümunələrinin  əruz qəlibinə bu cür təsa-
düfi (qeyri-iradi) tabe olması  əruzun dilimizə yad olması 


 
25
fikrinin yanlış olduğunu bir daha təsdiq edir. Özü də belə 
təsadüfi uyğunluğa təkcə bayatılarda yox, başqa folklor 
nümunələrində də rast gəlinir. Məsələn, xalq tapmacasın-
dan “ağamın bir donu var qatlamaq olamaz...” ifadəsi 
dəqiqliklə rəməl-7 (dadadah dahda-dadah dahda-dadahdah) 
qəlibinə uyğundur. 
Ədəbiyyat nəzəriyyəsində sözlərin bölgülərdə parça-
lanması heca vəzni üçün ümumiyyətlə inkar edildiyindən 
7-hecalı  şeirin 5-2 və 2-5 bölgülərinin də olduğu qeyd 
edilir. Əslində isə, bölgüləri bütöv sözlərdən ibarət götür-
məklə 5-2 və ya 2-5 bölgülərini yalnız nəzəri cəhətdən 
qəbul etmək olar, bu, praktiki olaraq özünü doğrultmur. 
Belə ki, misra qısa olduğundan praktiki olaraq sözün 
bölgülərdə parçalanması normal səslənir və  həmişə 4-3  
(və xüsusi hallarda 3-4) bölgüsü hiss olunur. Misallar: 
 
Maral durdu/4/ğu yerdə/3, 
Boynun burdu/4/ğu yerdə/3, 
Qolun quru/4/sun, ovçu/3, 
Maral vurdu/4/ğun yerdə/3. 
                         Xalq bayatısı 
 
Maralam /4/ gəlləm/3, 
Otlaram /4/ gəlləm/3,  
Yüz il qaza/4/mat çəksəm/3, 
Çıxanda si/4/ gəlləm/3! 
                          Xalq bayatısı 
 
8-hecalı şeir. Həm şifahi, həm də yazılı ədəbiyyatda 
geniş yayılıb. Burada bölgü bir qayda olaraq 4-4 olur. 
Sözlər bölgülərdə parçalana bilər.  Ədəbiyyat nəzəriyyə-
sində sözlərin bölgülərdə parçalanması heca vəzni üçün 
ümumiyyətlə inkar edildiyindən 8-hecalı  şeirin də başqa 
bölgüləri (5-3, 3-5 və s.) qeyd olunur. Lakin 7-hecalı şeirə 
aid olan uyğun bölgü xüsusiyyəti 8-hecalıya da aiddir. 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə