1
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM
NAZİRLİYİ
F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
ELMİ-METODİKA ŞÖBƏSİ
Yazıçı-şair Ələmdar Quluzadənin 60 illik
yubileyinə həsr
olunur
Ürəyindən keçəydim
(metodik məktub)
Bakı – 2012
2
Giriş
Ələmdar Quluzadə 1952-ci ildə Qarabağın Xocalı
kəndində anadan
olmuşdur. O, kənd orta məktəbini bitirdikdən sonra 1973-cü ildə isə N. Tusi adına
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xankəndi filialında
Azərbaycan dili
və ədəbiyyat fakultəsini bitirib. 1988-ci ilin sentyanbr ayına
qədər Xankəndində
yaşayıb və bu müddətdə keçmiş, DTMV radio verilişləri komitəsinin Azərbaycan
verilişləri redaksiyasında müxbir vəzifəsində çalışmışdır. O, Azərbaycan yazıçılar
birliyinin üzvüdür.
Yaradıcılığa gənc yaşlarında başlayan şairin şeirləri “Azərbaycan gəncləri”,
“Ədəbiyyat və incəsənət” qəzetlərində və “Ulduz” jurnallarında dərc edilmişdir.
Ələmdar Quluzadənin ilk kitabı “Dağların yaddaşı” adlanır.
Sonralar Ələmdar
müəllimin bir-birindən maraqlı kitabları dərc edilmişdir. O, “Tumurcuqlar”, “Beş
qitənin uşaqları”, “Şəhid şəhər”, “Alay komandiri”, “Ömür-gün qabaqdadır”, “İsti
ocaq”, “Mənə söz verin”, “Məhləmin uşaqları”, “Məni yoldan eləmə”, “Qürbətə
düşən daş”, “Dilotu”, “Ürəyindən keçəydim”, “Ətirşah ətri”, “Boğça”, “Qadan
mənə Qarabağ” kitablarının müəllifidir. Şairin kitablarını kiçiklərlə yanaşı,
böyüklər də sevərək oxuyur.
Ələmdar Quluzadənin çoxsahəli yaradıcılığında uşaq ədəbiyyatının
özünəməxsus yeri var. Təbiətə, folklora, xalq yaradıcılığına, insanların
psixologiyasına yaxından bələd olması şairin uşaqlar üçün qələmə aldığı
şeir və
nağıllarda da özünü aydın şəkildə göstərir. Ələmdar müəllimin “Qürbətə
düşən
daş” kitabında vətənə, xalqa, əməyə, anaya, dosta sevgi mövzularında yazılmış
nağıllar (“Papaqçı”, “Dəmirçi Daşdəmir”, “Bar ağacı”, “Bənövşə”, “Yuva”, “Kiçik
qardaş”, “Nökər alim”, “Göyərçin”) geniş yer almışdır. Bu kitabda müəllif özünü
nəsrdə sınamış, həm də uşaqlara haqq-ədalət, vətənpərvərlik, mərdlik, qorxmazlıq,
cəsurluq, barədə düşüncələrini çatdırmışdır.
Yazıçı-şair Ələmdar Quluzadənin nağılları ilə yanaşı,
onun şeirləri,
poemaları, pyesləri də bütün yaş oxucularda maraq doğurmaqla yanaşı, onları
vətənpərvər ruhda tərbiyə edir.
Sevimli şarimizin bu il 60 yaşı tamam olur. Bu münasibətlə bir sıra
kitabxanalarda və mədəniyyət müəssiələrində tədbirlərin
keçirilməsi nəzərdə
tutulur. Kitabxanamızın şairə həsr etdiyi metodiki vəsati sizə təqdim edirik.