İQTİsadiyyat və İdarəetmə faküLTƏSİ Bİznesin təŞKİLİ VƏ menecment kafedrasi təŞKİlati davraniş FƏNNİNDƏN



Yüklə 121,59 Kb.
səhifə1/5
tarix27.12.2023
ölçüsü121,59 Kb.
#162699
  1   2   3   4   5
Piriyev Səbuhi. Təşkilati davranış


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti



İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİ
BİZNESİN TƏŞKİLİ VƏ MENECMENT
KAFEDRASI
TƏŞKİLATİ DAVRANIŞ FƏNNİNDƏN
SƏRBƏST İŞLƏR

İxtisas: 050402 - Biznesin idarə edilməsi
Qrup: 742
Kurs: 3
Tələbə: Piriyev Səbuhi
Fənn müəllimi: Hacıyeva Zülfiyyə
Kafedra müdiri: dos. Hüseynov Q.S

Mündəricat


Giriş 3
1.Dəyişikliklərin idarə edilməsinin əsas prinsipləri. 4
2.Əmək fəaliyyətindən məmnun olmaq. 7
3.Təşkilatın ideologiyası. 10
4.Stressin inkişafının 3 mərhələsi. 13
5.Koqnitiv proseslər: təxəyyül, qavrama, təfəkkür. 15
Nəticə 21
Ədəbiyyat siyahısı: 22






Giriş


Təşkilati davranış - elmin nisbətən gənc sahəsidir. Bu sahə 50 il əvvəl ABŞ-da yaranmışdır. Praktiki tədqiqatların ayrıca bir fənni kimi, təşkilati davranış, 1959-cu ildə R.Qordon və D.Hauell tərəfindən dərc edilən hesabatdan başlayır. Onların gəldiyi nəticəyə görə, psixologiya, bir akademik fənn kimi rəhbər işçilərin tələbatını ödəyə bilmir. R.Qordon və D.Hauell nəzəri nəticələri təcrübədə tətbiq edərkən, bir sıra çətinliklərlə qarşılaşmışdılar. Ona görə də ayrı-ayrı insanların və qrupların təşkilatlarda davranışları sahəsində tədqiqatlar, qiymətləndirmə, proqnozlaşdırma, məsləhət təcrübələrinə əsaslanan yeni bir yanaşma tələb olunurdu.
Təşkilati davranış öz-özlüyündə çox mürəkkəb fəndir, belə ki, o, digər fənlərin də (təşkilatçılığın nəzəriyyəsi, ümumi və sosial psixologiya, menecment, heyətin idarə edilməsi, sosiologiya, psixologiya) prinsip və metodlarına istinad edir.
Təşkilati davranışın mahiyyəti, ətraf mühitin təsirini nəzərə almaqla, təşkilatın fərdi davranışını və fəaliyyətini anlamaq, qabaqcadan proqnozlaşdırmaq və təkmilləşdirmək məqsədilə, fərdlərin, qrupların, təşkilatların davranışının sistematik şəkildə elmi təhlilə cəlb olunmasından ibarətdir. Bu fənnin qarşısında dörd vəzifə durur:
- təsvir (əməklə bağlı müxtəlif situasiyalarda insanların davranışının sistematik təsviri);
- dərketmə (müəyyən şəraitdə fərdlərin etdiyi hərəkətlərin izahı);
- proqnozlaşdırma (vəziyyəti qabaqcadan görmək qabiliyyəti və menecerin peşəkar biliyi, habelə intuisiyası əsasında onun inkişaf etdirilməsi);
- müəyyən hadisə və proseslərin idarə edilməsi (iş prosesində insanların davranışının idarəedilməsi bacarığına yiyələnmə və onların fəaliyyətinin səmərəliliyinin artırılması yollarının axtarılması).
Beləliklə, demək olar ki, təşkilati davranış - insanın əmək fəaliyyətinin səmərəliliyinin artırılması üçün əldə edilən biliklərin praktiki istifadəsi məqsədilə, təşkilatlarda insanların (fərdlərin və qrupların) davranışını öyrənən bir elmdir.

Yüklə 121,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə