Köçərli adına Respublika



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü0,75 Mb.
#76925


         

 

                  F. 

Köçərli adına 

 

                   

Respublika 

Uşaq Kitabxanası

 

    


 

 

 



 

 

 



 

 

 

Qəlbi Turan olan insan Azər Turan 

 

Azər  Turanın  55  illik  yubileyi  münasibətilə  mərkəzi 



kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,    kənd 

kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

 

 



                                  

                                                                           



 

Bakı – 2018 


 

Tərtibçilər:                                      Aynurə Əliyeva 



                                           

           Sevil Əhmədova  

Redaktor:                                         Könül Ağazadə 

İxtisas  redaktoru və                        Şəhla Qəmbərova 

buraxılışa məsul:                             Əməkdar mədəniyyət işçisi                                    

                                                          

 

 

     Qəlbi Turan olan insan Azər Turan:  Azər Turanın 55 illik 



yubileyi  münasibətilə  mərkəzi  kitabxanaların  uşaq  şöbələri, 

MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış  metodik  vəsait  /  Azərbaycan  Respublikası 

Mədəniyyət  Nazirliyi,  F.  Köçərli  ad.Respublika  Uşaq 

Kitabxanası;  tərt.ed.  A.  Əliyeva;    ixt.red.  və    burax.məsul              

Ş.  Qəmbərova;  red.  K.  Ağazadə.  –  Bakı:  F.Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018. - 26 s.  

 

 



 

 

 



 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 




 

Tərtibçidən 



               Ədəbiyyat bir millətdəki əhval-ruhiyyənin ifadəsidir. 

                                                                    Hüseyn Cavid 

     Yer üzünə milyardla insan gəlib-gedib və dünyanın  bu insan 

karvanı  yenə  öz  gedişindədir.  Hərəyə  bir  ömür  bəxş  edilib. 

Uzun,  qısa  və  s.  fərq  həmin  ömrü  necə  başa  vurmaqdadır. 

Həyatın  mənası  yaşanan  illərin  sayında  deyil,  onun  necə 

yaşanmasındadır. Ömür var ki,  günü əsrə bərabər. Belə ömür 

cild-cild kitaba sığmaz. Mənalı ömür sürən insanlardan biri də 

istedadlı qələm sahibi Azər Turandır. Azər Turan (Əbilov Azər 

İmamverdi  oğlu)  tənqidçi,  publisist,  filologiya  üzrə  fəlsəfə 

doktoru, Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi, 

Azərbaycan  Yazıçılar  Birliyinin  və  Azərbaycan  Jurnalistlər 

Birliyinin  üzvü,  “Ədəbiyyat  qəzeti”nin  baş  redaktorudur.  O, 

özünün  dəst-xətti,  yaradıcılıq  üslubu,  elmi  istiqaməti,  şəxsi 

mövqeyi, nüfuzu ilə seçilən ziyalıdır. O, bütöv bir şəxsiyyətdir. 

Onun cildlərə sığmayan  ömür kitabının hər səhifəsi ləyaqətlə, 

şərəflə yazılıb. Azər Turan bütün əsrlərdə fəxr ediləsi, qədim və 

şərəfli  tarixi  olan  Azərbaycan  xalqının  ləyaqətli  və  qeyrətli 

oğullarındandır. Qeyrətli və əvəzsiz Azərbaycan müdriki həmişə 

qürur  duyduğumuz,  iftixarımız,  xalqımızın  görkəmli  yazıçısı, 

jurnalisti  Azər  Turanın  ədəbiyyatımızda  öz  yeri,  öz  dəsti-xətti 

var. Gözəl, mənalı olduğu qədər dolu-dolu  yaradıcılıq uğurları 

ilə  zəngin  həyat  sürən  görkəmli  yazıçı  Azər  Turanın  bu  il  55  

illik yubileyi qeyd olunur. Bu  münasibətlə bu vəsaiti işləməyi 

özümüzə borc bildik. Vəsait iki bölmədən ibarətdir. I bölmədə 

onun  həyatından  bəhs  edilir.  II  bölmədə  isə  yaradıcılığından 

bəhs edən tədbirlərdən söhbət açılır. 

 

 



 

I Bölmə:  Həyat və yaradıcılığı 

     Azər  Turan  16  sentyabr  1963-cü  ildə  Neftçalada  anadan 

olmuşdur.  O,  1970-1980-ci  illərdə  Neftçalada  1  saylı  orta 

məktəbdə  təhsil  almışdır.  1984-cü  ildə  Azərbaycan  Dövlət 

İncəsənət  İnstitutunu  bitirmişdir.  Müəyyən  müddət  ərzində 

Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. 

2001-2003 –cü illərdə “Yeni Azərbaycan” qəzetində humanitar 

şöbənin  müdiri,  “Ədəbiyyat”  əlavəsinin  məsul  redaktoru 

olmuşdur.  “Ədəbiyyat  qəzeti”  ndə  baş  redaktorun  müavini  və  

baş  redaktor  əvəzi  vəzifələrində  çalışmışdır.  Hal-hazırda  

“Ədəbiyyat  qəzeti”  nin  baş  redaktorudur.  Bununla  yanaşı,  o,  

filologiya üzrə fəlsəfə doktorudur.  

     Azər  Turan  “Hüseyn  Cavid  yaradıcılığının  ədəbi-fəlsəfi 

qaynaqları” mövzusunda dissertasiya müdafiə edib (elmi rəhbər 

akademik  Bəkir  Nəbiyev).  2000-ci  ildən  Azərbaycan 

Universitetinin  Azərbaycan  Milli  Elmlər  Akademiyası  və 

Azərbaycan  Yazıçılar  Birliyi  ilə  birgə  təsis  etdiyi  “Hüseyn 

Cavid”,  2015-ci  ildən  isə  Mədəniyyət  və  Turizm  Nazirliyinin 

“Qızıl Kəlmə” mükafatlarının laureatıdır.  Azər Turan 22 yanvar 

2015-ci ildə “Ədəbiyyat qəzeti” nin baş redaktoru təyin edilib. 

     Yaradıcılığa 1980-ci illərin əvvəllərində başlayıb. İlk yazıları 

“Ədəbiyyat  və  incəsənət”  qəzetində  dərc  olunmuşdur.  40-dan 

artıq kitabı nəşr olunub. Əli bəy Hüseynzadə və Hüseyn Cavid 

irsinin  tədqiqatçısı  kimi  tanınan  Azər  Turan,  əsasən,  türk 

düşüncə  tarixini,  türk  ədəbiyyatında  modernizm  cərəyanı  və 

onun təzahür şəkillərini tədqiq edir. Mahmud Kaşqarlı, Əhməd 

Yəsəvi,  İsmayıl  bəy  Qaspıralı,  Əli  bəy  Hüseynzadə,  Əhməd 

Ağaoğlu,  Cəmaləddin  Əfqani,  Yusif  Akçura,  Mehmet  Akif 

Ərsoy,  Hüseyn  Cavid,  Yahya  Kamal  Bayatlı,  Fuad  Köprülü, 

Nihal  Atsız,  Rıza  Nur,  Zəki  Vəlidi  Toğan,  Bəkir  Çobanzadə, 

Cənab  Şəhabəddin,  Əhməd  Haşim,  Nəcib  Fazil  Kısakürək, 




 

Nazim Hikmət, Orxan Vəli, Edip Cansevər, Cahit Sıtkı Tarancı, 



Cemal  Süreya,  Çingiz  Dağcı,  Çingiz  Aytmatov  və  b.  barədə 

silsilə  yazıları  Azərbaycanda  və  xarici  ölkələrdə  dərc  olunub. 

İstanbulda,  Ankarada,  Moskvada,  Tbilisidə,  Bakıda,  Almatıda 

keçirilən elmi konfranslarda məruzələrlə çıxış edib. 

     İstedadlı  publisist Azər Turanın  anadan olmasının 55 illik 

yubileyi ilə əlaqədar olaraq, bir sıra  tədbirlər, kitab müzakirəsi, 

oxucu  konfransı,  rəsm  və  şeir  müsabiqəsi,  ədəbi-bədii  gecə 

keçirilə  bilər.  Ədibi  sevdirmək,  yaradıcılığını  gənc  nəslə  və 

şagirdlərə tanıtmaq məqsədilə kitabxanada ilk növbədə müxtəlif 

başlıqlar  altında  kitab  sərgisi  təşkil  olunmalıdır.  “Əzəl-axır 

dünya  türkün  dünyası”,    “Cavid  sevdalısı  –  Azər  Turan”  

“Türkçü  insan  –

 

Azər  Turan”,  “Qəlbi  Turan  olan  insan”, 



“Peşəsindən  də  ucada  dayanan  vətəndaş”,  “Ədəbiyyatdan 

əbədiyyətə  gedən  yol”,  “Haqq  pərvanəsi  –  Azər  Turan”, 

“Ədəbiyyatımızda  İstiqlal  marşı  çalan  Azər  Turan”,  “Türk 

dastanının  qəhrəmanlarından  biri  –  Azər  Turan”,  “Turan 

dünyasının böyük insanı ” və s. 

      

 

 

 

 

 

 

 

 



 

II Bölmə: Yubileylə bağlı keçirilən tədbirlər 

     Kitabxanada  Azər  Turanın  55  illik  yubileyi  münasibətilə 

kitablarından  ibarət  sərgi  təşkil  olunur.  Kitabxanaçı  sərginin 

ətrafında  oxucularla  söhbət  keçirir.  Kitabxanaçı  öz  çıxışından 

sonra  yazıçının  sanballı  ömür  yolu  haqqında  dəyərli 

məlumatlarla birgə Azər Turanın  müxtəlif illərdə nəşr olunmuş 

kitabları və onların annotasiyası haqqında məlumat verir. Azər 

Turanın  kitablarından  təşkil  olunan  sərgi  oxucular  tərəfindən 

maraq və rəğbətlə qarşılanır. Bütün bunlarla yanaşı, kitabxanaçı 

həm  də  onun  bir  çox  ədiblərə  həsr  etdiyi  kitabları  ilə  də  

iştirakçıları tanış edir.  



Kitabxanaçı:              Mənəm haqqın aşığı, 

                                   Söz haqqın yaraşığı. 

                                   Eşqim dünya işığı 

                                   Haqq adlı dostdan gəldim... 

                                                       

Zəlimxan Yaqub 

     Ziyalı  timsalında  el  özünün  zehni,  mənəvi  varlığının 

gerçəkliyini,  öz  ideallarının  carçısını  görür.  Əsl  ziyalılara 

həmişə ehtiram, qayğı bəsləyir, onlara güvənir. Müasir dünyada 

öz  milli  mövqeyini  dərk  etməkdə  onlara  hərəkətverici  qüvvə 

kimi  baxır.  Ziyalı  adını  ləyaqətlə  daşıyanlar  isə  elin  etibarını, 

ümidini  doğrultmağı  müqəddəs borc sayırlar. Belə insanlardan 

biri ziyalı insan, Azərbaycan ədəbiyyatının inkişafında mühüm 

xidmətləri  olan  istedadlı  jurnalist,  dəyərli  publisist  Azər 

Turandır. Onun  yaradıcılığının kökü, mayası vətən eşqi torpaq 

və dünya ilə bağlıdır. Azər Turanın təxəllüsü onun vəsiqəsidir.

 

Azər  Turanın  “Araz”  nəşriyyatında  2003-cü  ildə  nəşr  etdiyi 



“İrfan  çobanı”  adlı  kitabında  türk  düşüncəsi,  türk  ruhu  ön 

plandadır.  “İrfan  çobanı”  adlı  kitabında  müxtəlif  mövzulara 

toxunulur,  amma  kitabda  ana  xətt  kimi  keçən  fikir,  ideya  – 

türklük,  türkçülük  düşüncəsidir.  Zəngin  tarixə  bələdlik,  fərdi 




 

mübarizə ruhu, nəslin keçib-gəldiyi yolu onu azadlığa, istiqlala 



səsləyir.  O,  Azərbaycanın  müstəqil  dövlətçiliyi  naminə 

maarifçilik idealarını irəli sürməkdədir!  

     Ədəbiyyatımızda Azər Turan  adında bir imza var. Bu imza 

ötən əsrin axırlarından bu günə qədər yol gəlir və bundan sonra 

da  dayanmadan  həmin  yolu  tutub  gedəcəkdir.  Bu  yolun 

başlanğıcı  da  Vətən,  sonu  da  Vətəndir!  Onun  vətən,  yurd 

sevgisinin zamanı intəhasızdır, sonsuzdur.  

                     Torpağım Turandı, yurdum Turandı,  

                     Hayana vardımsa, gördüm Turandı... 

     Vətənpərvər  ədib  Azər  Turanın  “Araz”  nəşriyyatında        

2004-cü  ildə  nəşr  etdiyi  “Cavid  Əfəndi”  kitabı  çağdaş 

türkçülüyümüzün  və  turançılığımızın  əbədi  özül  və 

dayaqlarından birinə - Cavid Əfəndimizə (Hüseyn Cavid)  həsr 

olunmuşdur.  Azər  Turanın  “Vektor”  Nəşrlər  Evi  2005-ci  ildə 

nəşr  etdiyi  kitab  “Tahir  Rasizadə”  adlanır.    Kitabda  Ərtoğrul 

Cavid  “Yazıları,  rəsmləri,  bəstələri,  məktubları”,  Müşkinaz 

Cavid “Cavid haqqında xatirimdə qalanlar”, Azər Turan “Tahir 

Rasizadə”,  M.Səid  “Zurubi-əmsal  Türkiyyə  və    Atalar  sözü”, 

Azər  Turan  “Turan  Cavid:  Son  söhbəti...son  yaşantıları...  son 

günü” , Turan Cavid “Mərziyə Davudova” yer almaqdadır.  

     Azər Turanın 2007-ci ildə “Vətən” nəşriyyatı tərəfindən nəşr 

edilmiş kitabı “Əzəl-axır dünya türkün dünyası” adlanır. Kitab 

el sözünə, el sənətinə sadiq bir şair, daha dəqiq desək, aşıq-ozan 

sənətindən bəhrələnən istedadlı şair Zəlimxan Yaqub haqqında 

qələmə  alınmışdır.  Kitabda  Zəlimxan  Yaqubun  yaradıcılığı 

geniş diapazonla təhlil olunurdu.  

     Dəyərli qələm əhli Azər Turanın “Salam press” 2008-ci ildə 

nəşr etdiyi kitab  “Əli bəy Hüseynzadə” adlanır. Azər Turan “Əli 

bəy  Hüseynzadə”  kitabında  dahi  mütəfəkkirin  həyat  və 

yaradıcılıq yoluna ətraflı nəzər salıb. Əsərdə Ə.Hüseynzadənin 

bənzərsiz şəxsiyyəti və elmi-ədəbi irsi tədqiqata cəlb olunur.  



 

     Azər  Turanı  oxuculara  sevdirmək  və  eyni  zamanda  onun 



yaradıcılığını  oxuculara  tanıtdırmaq  məqsədilə  kitabxanada 

keçirilə  biləcək  tədbirlərdən  biri  də  “İstinad  etdiyim  gerçək 



Azərbaycandır”  adlı  sorğu  sualdır.  Tədbirə  yazarın  özü  də 

dəvət edilir və oxucularının ona ünvanladığı sualları birbaşa özü 

cavablandırır.  

     Kitabxanaçı  şairin  həyat  və  yaradıcılığına  həsr  olunmuş 



söhbətindən sonra sözü oxuculara verir. 

Oxucu:  Azər  müəllim,  “Ədəbiyyat  qəzeti”nin  baş  redaktoru 

təyin edilməyinizin neçə ili tamam oldu? 



Azər Turan: 2015-ci ildən “Ədəbiyyat qəzeti” nin baş redaktoru 

vəzifəsində xidmət edirəm.  



Oxucu: Bu  illərdə qəzetin fəaliyyətini necə dəyərləndirirsiniz? 

Azər  Turan:  Mənə  elə  gəlir  bunu  siz  dəyərləndirsəniz  daha 

uyğun olar. 



Oxucu:  Bəs  baş  redaktor  kimi  qəzeti  necə  görürsünüz? 

Arzuladığınız səviyyədədirmi? 

Azər Turan: Bunun üçün hələ çox iş görülməlidir. Bu işlər isə 

artıq  yalnız  məndən  asılı  deyil,  bu  işləri  görmək  üçün  təkcə 

“Ədəbiyyat qəzeti” yox, bütövlükdə, Azərbaycan ədəbiyyatının 

özü  çalışmalıdır.  Düzdür,  biz  müxtəlif  layihələr  həyata  keçirə 

bilərik  və  keçiririk  də.  Amma  bilirsiz  necədi,  ədəbiyyat  ilk 

növbədə,  əsərlər  deməkdir.  Daha  önəmli  olanı  milli  ədəbi 

mətnlərdir.  Mətni  isə  ədəbi  cameə  yaradır.  Keçən  dəfə 

gənclərdən biri yazmışdı ki, Azər Turan azca pəncərəni araladı 

və “Ədəbiyyat qəzeti” böyük səs-küyə səbəb oldu. Amma mən 

pəncərəni  aralamadım,  onu  taybatay  açdım  və  tam,  bütöv 

açılmış pəncərədən mətn gəlməlidir, ədəbiyyat gəlməlidir – deyə 

düşündüm.  Mənə  elə  gəlir  ki,  qəzetin  indiki  səviyyədən  daha 

üstün  səviyyələrə  qalxması  üçün  qəzetin  baş  redaktoru  olaraq 

mən  deyil,  bu  gün  Azərbaycan  ədəbiyyatını  yaradan  insanlar 

məsuliyyət daşıyır. 



 

Oxucu: Qəzetdə nə kimi dəyişikliklər edirsiz? 



Azər  Turan:  “Ədəbiyyat  qəzeti”  8  səhifə  idi,  ondan  sonra  16 

səhifəyə qalxdı. Bütün bu və digər prosesləri nəzərə alaraq, onu 

32  səhifəlik  qəzet  halına  gətirdim.  Bildim  ki,  8,  yaxud  16 

səhifədə  görmək  istədiyim  səviyyəyə  nail  olmayacam. 

“Ədəbiyyat  qəzeti”  öz  tarixində  ilk  dəfədir  və  iki  ildir  ki,  32 

səhifəlik bir qəzet kimi çap olunur. Türkiyə və MDB məkanında 

32  səhifə  həcmində  nəşr  olunan  ədəbiyyat  qəzeti  yalnız 

Azərbaycandadır. 



Oxucu: Azər müəllim, tiraj nə qədərdir? 

Azər Turan: 1500. Biz tirajı 10 minə də qaldıra bilərik. Amma 

ədəbi  cameə  gərək  qəzetin  abunəsinə  dəstək  versin.  Tirajın 

artmasına tələbat böyükdür. Tələbatın səbəbləri də müxtəlifdir. 

Əvvəla  qəzetin  bütün  həqiqi  ədəbiyyat  adamlarının  mətbu 

orqanına  çevrilməsi.  Digər  tərəfdən…  Bu  günə  qədər  “Sənət 

sənət  üçündür”  prinsipi  bizdə  tətbiq  olunmamışdı.  Çünki 

Sovetlər  dövrünü,  həmin  estetikanı  qəbul  etməyən  bir  dönəmi 

yaşadıq. İndi isə azad, müstəqil ölkənin ədəbiyyatçılarıyıq. Mən 

millətimin  bağımsızlığına,  ölkəmizin  müstəqilliyinə  söykənib 

bir az da “Sənət sənət üçündür” prinsipini tətbiq elədim. Düzdür, 

bu prinsip çağdaş zamanda aktuallığını itirmiş sayıla bilər, bir 

məsələ var, bu prinsip tətbiq olunan yerdə sənət də olur, gerçək 

ədəbiyyat da. Ona uyğun olaraq bir oxucu kütləsi də formalaşır 

və  o  oxucu  kütləsinin  estetik  düşüncəsi  də  həqiqi  ədəbiyyat 

kriteriyalarına uyğunlaşmağa başlayır. 

Oxucu:  Əli  bəy  Hüseynzadəyə  həsr  etdiyiniz  kitab  var.  Onun 

amalı  olan  “Türkləşmək,  İslamlaşmaq,  Müasirləşmək” 

konsepsiyası barədə nə deyə bilərsiz? 

Azər Turan: Əslində mənim yolum da odur. Amma necə? Hansı 

istiqamətlərə?  O  istiqamətləri  bəlirləmək  lazımdır.  Bizi 

Avropanı  çox  çap  etdiyimizə  görə  qınayanların  iradlarını 

eşidəndə yadıma Əli bəy Hüseynzadənin fikirləri düşür: “Şimdi 




10 

 

bizə  derlər  ki:  madam  ki,  ingilislər,  firənglər,  filanlar  böylə 



imişlər,  nə  üçün  siz  də  “Füyuzat”ınızda  ingilislərə,  firənglərə 

müraciət  ediyorsunuz.  Ortaya  gah  Hötenin  “Faust”  unu,  gah 

Şekspirin “Jül Sezar”ını, gah nə bilim hankı avropalının hankı 

əsərini  çıxarıyorsunuz!  “Avropalılaşalım”  deyorsunuz?!  Lakin 

ey  qare,  müraciətdən  müraciətə  fərq  vardır.  Biz  avropalıların 

ədəbiyyatlarına… müraciət etmək istiyoruz, özlərinə degil. Biz 

istiyoruz ki,  İslam ölkəsinə onların beyinləri, dimağları girsin, 

boğazları,  mədələri  girməsin.  Biz  istəriz  ki,  ölkəmiz  onların 

beyinlərini  həzm  etsin,  yoxsa  mədələrində  həzm  olunmasın”. 

Tutalım  bu  gün  mən  qəzetdə  Viktor  Hüqonun  “Kromvel” 

dramına yazdığı ön sözü çap edirəm, buna irad bildirənin xəbəri 

yoxdur  ki,  o  ön  söz  romantizmin  manifesti  hesab  olunub.  O 

manifest  150  ilə  yaxındır  dilimizə  çevrilməyibsə  bu,  bizim 

kəsirimiz  deyilmi?  Yəni  ən  müasirinə  qədər  dünyanın  bütün 

ədəbi manifestləri çap olunmalıdır, biz son iki ildə “Ədəbiyyat 

qəzeti”  olaraq  bunu  qismən  gerçkləşdirə  bildik.  Bunsuz  hansı 

istiqaməti, hansı  yolu tutacağımız bilinməz. Əgər pozitivizmin 

Azərbaycan  ədəbiyyatında  tətbiqi  tarixi  öyrənilməyibsə  hansı 

müasir ədəbiyyatdan danışmaq olar? Amma mən sizə, bəlkə də, 

heç  kəsin  qəbul  eləməyəcəyi  bir  fikir  deyə  bilərəm.  Hüseyn 

Cavid  yaradıcılığının  timsalında  Azərbaycan  ədəbiyyatında 

pozitivizm  və  irfan  birləşib.  Bəs  bu  fenomen  necə  baş  verib? 

Necə ola bilərdi ki, naturalizmlə təsəvvüf bir araya gələ bilsin? 

Bax,  bütün  bunlar  araşdırılmalıdır.  Bəlkə,  Azərbaycan 

ədəbiyyatı  deyilən  fikrin  özü  hələlik  bu  cavablandırılmamış 

sualların arasında gizlidir. 



Oxucu:  Bir  müddətdir  “Ədəbiyyat  qəzeti”  ndə  modernizm 

haqqında  silsilə  yazılarınız  çap  olundu.  Bu  ehtiyac  hardan 

yarandı? Niyə məhz modernizmdən başladınız? 

Azər Turan: Ədəbiyyatdan başladıq. Özü də qəzetdə tək mənim 

yazılarım  deyil,  başqa  yazılar  da  yazıldı.  Sovet  dönəmində 




11 

 

modernizmlə sosrealizmin açıq savaşı gedib bizdə. “Modernizm 



həyat  və gözəlliyə  yabancıdır” doktrinasına tabe tutulub  bizim 

ədəbiyyat.  Amma  SSRİ  ilə  birgə  ədəbi  ideologiya  olaraq 

sosrealizm də süqut etdi. Dünya ədəbiyyatında modernizmin ilk 

ən  böyük  abidəsi  Coysun  “Uliss”  romanıdır.  Bunu  etiraf 

etməliyik ki, “Uliss”in tam olaraq bu günəcən Azərbaycan dilinə 

çevrilməməsi dünya ədəbiyyatı ilə qarşılıqlı münasibətlərimizdə 

bağışlanılmaz  kəsirdir.  Bu  olmayanda  bizim  hətta  müqayisəli 

ədəbiyyatımız üçün də problemlər  yaranır. Yaxud ekzistensial 

insanın,  öz  fərdi  mənini  ortaya  qoyan  insanın  –  yəni  ilk 

modernist rəsmlərdən olan Munkun “Çığırtı” əsərindəki insanın 

yaşantıları ilə Hadinin “Əlvahi-intibah”ındakı fəryadın tonu və 

fonu  təxminən  eynidirsə…bunu  niyə  araşdırmayaq?  Yaxud 

xatırlatmayaq? Bu axı bizi dünyaya yaxınlaşdırır. Dünyanı bizə, 

bizi  dünyaya  təqdim  edir.  “Uliss”lə  “Siyasəti-fürusət”in 

müqayisəsini  aparmaqla  düşünmürəm  ki,  yanlışa  yol  verdim. 

Eyni sistemli baxış, dünyaya qismən fərqli də olsa, demək olar 

ki, 

eyni 


estetik  yanaşma,  Dublindən  Bakıya  qədər 

paradiqmaların oxşarlığı… hələ üstəlik, nəzərə alsaq ki, Əli bəy 

Hüseynzadə bu əsəri Coysdan 10-15 il öncə yaradıb, o zaman 

dərindən düşünməyə dəyər. 



Oxucu: Sizə görə Azərbaycanın ilk modernist şairi kimdir? 

Azər Turan: Bəlkə  də,  Azərbaycanın  ən böyük modernist  şairi 

Hüseyn  Cavid  hesab  oluna  bilərdi.  Amma  biz  onu  romantizm 

üfüqlərinə təslim  etdik.  Məhəmməd Hadinin “İnsanların  tarixi 

faciələri,  yaxud  əlvahi-intibah”  əsəri  Avropaya  çıxara 

biləcəyimiz  modernizm  mərhələsinə  ciddi  hazırlıq  idi.  Amma 

biz bunları məktəb, sistem halında öyrənmədik. 



Oxucu: Qəzetə kimləri cəlb etmək istəyərsiniz? 

Azər  Turan:  İstedadı  olan,  sağlam  düşünən,  sırf  ədəbiyyata 

işləyən kim varsa, onları. Bir də diqqət istəyirəm. Gördüyümüz 




12 

 

işləri təqdir etmələri lazım deyil, buna ehtiyac da yoxdur, heç 



olmasa olanlara kölgə salmaqdan çəkinsinlər. 

Oxucu: Öz yaradıcılığınızda nə kimi yeniliklər var? 

Azər  Turan:  Qəzetə  gələndən  sonra  “Alp  Ər  Tonqa”  kitabımı 

yazdım.  “Əli  bəy  Hüseynzadə”  monoqrafiyamı  nəşr  etdirdim. 

Hüseyn Cavidin ilk İstanbul nəşrini hazırladım, İstanbulda nəşr 

olundu.  İvo  Andriçin  məni  dərindən  maraqlandıran  “Drina 

körpüsü”  romanı  barədə  yazdım.  “Modernizm  dalğası”  silsilə 

yazılarımı yazıram. 



Oxucu: Qəzet haqqında düşüncələriniz? 

Azər  Turan:  “Ədəbiyyat  qəzeti”  keçmiş  SSRİ-də  və  Türk 

dünyasında  yeganə  32  səhifəlik  ədəbiyyat  qəzetidir.  Hər  gün 

elektron  poçtumuza  dünyanın  müxtəlif  ölkələrindən  çoxlu 

təqdiredici məktublar daxil olur. İstəyirəm ki, bu qəzet dünyada 

tanınmış ədəbiyyat qəzetlərindən biri olsun. 

     Böyük,  yenilikçi,  novator  insan  Azər  Turanın  55  illik 

yubileyi ilə bağlı keçirilən maraqlı tədbirlərdən biri də poeziya 

gecəsidir.  “Turan  dünyasının  böyük  insanı”  adlı  gecəni 

bilavasitə  şairin  öz  iştirakı  ilə  keçirmək  olar.  Həmçinin           

gecəyə 


Azərbaycanın 

görkəmli  sənət-söz  adamlarını, 

ədəbiyyatşünasları, oxucuları, jurnalistləri, müəllimləri, poeziya 

həvəskarlarını  dəvət  etmək  olar.  Tədbir  şairə  həsr  olunmuş 

slaydla  başlayır.  Daha  sonra  aparıcılar  səhnəyə  yaxınlaşaraq 

şairi  və  digər  qonaqları  salamlayaraq  Azər  Turan  haqqında 

məlumata keçid alırlar.  

     Ruhumuzu  gözəlləşdirən,  türkçü  şəxsiyyət  Azər  Turan 

yaradıcılığını  oxuculara  tanıtmaq,  şair  qələmini  onlara 

sevdirmək və ən əsası da, bütövlükdə məktəblilərə oxu vərdişi 

aşılamaq  üçün  kitabxanalarda  görüləcək  tədbirlərdən  biri  də  

“Cavid  əfəndi”  oxucularla  söhbət  adlanır.  Kitabxanaya 

toplaşan oxucular kitabxanaçı tərəfindən qarşılanır. Kitabxanaçı 

gələn qonaqları salamladıqdan sonra Azər Turanın yaradıcılığı 



13 

 

haqqında məlumat  verir. Dəyərli məlumatdan sonra adı  gedən 



kitabın müzakirəsinə keçid alır.  

Kitabxanaçı: Kitabda H. Cavidin, oğlu Ərtoğrulun, qızı Turanın, 

həyat  yoldaşı  Turan  xanımın  həyatlarının  müəyyən  hissələri, 

parçaları yer alır.  

             Azər düşünür... Bəlkə otuz ildir o hər an  

             Düşkün bəşərin eşqini, fəryadını inlər.  

             Yaxdıqca yaxar beynini bir kölgəli böhran,  

             Əflakə sorar dərdini, yıldızları dinlər.  

             Göz qırparaq ancaq ona yıldızlar edər naz,  

             Dilsiz və sağır göylər onun halını duymaz. 

     Azər  Turan  “ilk”  lərin  təmənnasız  müəllifi,  “sağ  ol”  belə 

ummadan tədqiqlərinə girişən elm adamıdır: türkoloq Xalid Səid 

Xocayev  barədə  ilk  monoqrafiyanın,  H.Cavidin  qardaşı  oğlu  - 

Tahir  Rasizadə  barədə  ilk  kitabın,  İngiltərədə  mühacir  həyatı 

yaşayan  Krım-tatar  yazıçısı  Çingiz  Dağçı  haqqında  bizdə  ilk 

yazının  müəllifidir.  İsmayıl  Hikmətin  “Dörd  il  yarım 

Azərbaycanda”  məqaləsini,  Rza  Nurun  “Xatirələr”  kitabından 

“Bakı”  fəslini  Azərbaycan  oxucusuna  ilk  dəfə  o  təqdim  edib. 

Pakistanlı Nobel mükafatı laureatı fizik Abdus Salam haqqında 

ölkəmizdə  ilk  geniş  məlumatlı  “Dahi  və  dünya”  məqaləsini 

yazıb.  Ərtoğrul  Cavidin  “Yazıları,  rəsmləri,  bəstələri, 

məktubları"nın  (Bakı,  2005),  Mişkinaz  Cavidin  “Cavid 

haqqında  xatirimdə  qalanlar”  kitabının  (Bakı,  2005),  Cavidin 

arxivindən  (və  Turan  Cavidin  transliterasiyası  ilə)  Təkəzadə 

M.Səid.  “Zurubi-əmsal  Türkiyyə  yaxud  Atalar  sözü”  (2005), 

Cavidin  ilk  Türkiyə  nəşri  olan  “Hüseyin  Cavid.  Eserleri” 

(İstanbul,  Küsena  Yayınları,  2013)  nəşrlərinin  tərtibçisi  və  ön 

sözün müəllifi olaraq, onların yığılıb toplanması, kitab halında 

meydana  çıxması,  tarixin  dolanbaclarında  it-bata  düşməməsi 

naminə bir institutun görə biləcəyi işlərin altına imza atıb. 




14 

 

     Ümumiyyətlə,  Azər  Turan  müstəqillik  dövrü  Azərbaycan 



ədəbiyyatşünaslığında  ədəbi  irsi  diriltmək,  onu  təkrar 

dövriyyəyə qatmaq missiyasından çıxış edir. Bir tərəfdən “Şəhid 

türkoloq  Xalid  Səid  Xocayev”  (2009)  kitabı  ilə  repressiya 

irticasının güdazına getmiş dilçi-alimin irsini, elmi yaradıcılığını 

sovet  dövrünün  xərabələri  altında  itib-batmaqdan  xilas  edir, 

digər tərəfdən, “Birinci Türkoloji Qurultay”, Mahmud Kaşqarlı 

Divanı  barədə  “Hz.  Yusifə  bənzədilən  kitab”  yazılarını  yazır. 

H.Cavid,  İ.Qaspıralı,  Ö.F.Nemanzadə,  Ənvər  Paşa,  Fuad 

Köprülü,  Əhməd  Ağaoğlu,  Zəki  Vəlidi  Toğan  və  b.  ilə  bağlı 

fundamental,  dərin  araşdırmalar  aparıb  bu  şəxsiyyətlərin  fikir 

həyatımızdakı əvəzsiz rollarını üzə çıxardır, onların əməllərinin, 

Azərbaycan,  ümumən  türk  dünyası  naminə  gördükləri  işlərin 

saçdığı işıqdan sabaha, gələcəyə yollar arayır. 

     Azər  Turanın  “Əli  bəy  Hüseynzadə”  kimi  monoqrafik 

tədqiqat  əsərlərində  əsas  məqsəd  bir  tərəfdən  bu  şəxsiyyətin 

yaradıcılıq yolunu, sənətkarlıq xüsusiyyətlərini öyrənmək, onun 

layiq  olduğu tarixi  haqqı  bərpa etmək idisə, digər tərəfdən bu 

irsin  saçdığı  işığı  müasir  dövrün  irəli  çəkdiyi  problemlərin 

üzərinə keçirmək idi. Yaradıcılığı sovet dövründə təhrif edilmiş, 

qəsdən unutdurulmuş, bilərəkdən görməzdən gəlinmiş, üstündən 

xətt çəkilərək tarixi-ədəbi yaddaşdan silinməyə çalışılan Əli bəy 

Hüseynzadənin yaradıcılığı 90-cı illərin azad ədəbi üfüqlərində 

günəş kimi doğulmağa başlayırdı. Tarixin Əli bəy Hüseynzadə 

irsinə münasibətdə vurduğu mədəni  və mənəvi  zərbənin  rəsmi 

təshihi  isə  2014-cü  ildə  reallaşdı.  Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyev 2014-cü il 21 yanvar tarixli Sərəncamı 

ilə  Əli  bəy  Hüseynzadənin  150  illiyinin  keçirilməsinə  göstəriş 

verdi.  Ə.Hüseynzadə  ilə  bağlı  dövlət  səviyyəsində  təsdiqlənən 

və  rəsmi  olaraq  möhürlənən  ilk  fikir  tarixə  bu  sərəncamla 

yazıldı.  Böyük  ədib  haqqında  monoqrafiyanın  müəllifi  Azər 

Turanın  sözləri  ilə  desək:  “tarix  bu  sözləri  yüz  il  gözlədi”. 



15 

 

Amma tarixin elə həmin yüzüncü ilində Əli bəy Hüseynzadə ilə 



bağlı  Azər Turanın  ərsəyə  gətirdiyi  monoqrafiya da  (“Əli  bəy 

Hüseynzadə”,  Bakı,  Litterpress,  2014)  rəsmi  təsdiqdən  sonra 

durulma  qazanan  mövqe  və  münasibət  olmayıb,  daha  əvvəl 

başlanan  bir  tədqiqatçı  mücadiləsinin,  cəsarətinin  və 

əzmkarlığının nümunəsi olaraq doğuldu. Belə ki, buna qədər Əli 

bəylə bağlı müəllifin özünün çabalarının göstəricisi olan bir sıra 

işlər vardı ortada: “Turanın ermişi” (2001) məqaləsini yazmış, 

“Əli bəy Hüseynzadə” (2008, Moskva), “Ali bek Quseyinzade” 

(2008, Moskva) “Əli bəy Hüseynzadə Turan” (2009), “Ali bey 

Hüseyinzade  Turan”  (2012,  İstanbul)  kitablarını  çap  etdirmiş, 

Prezident  İlham  Əliyevin  latın  qrafikalı  nəşrlərin  həyata 

keçirilməsi ilə bağlı sərəncamına əsasən 2007-ci ildə nəşr olunan 

Əli  bəy  Hüseynzadənin  “Seçilmiş  əsərləri”nin  ön  sözünün, 

izahlarının  müəllifi  və  elmi  redaktoru  olmuş,  Əli  bəy 

Hüseynzadənin  şeirlərindən  ibarət  “Əbədi  gözəlliklər”  (2007, 

Bakı)  kitabını,  müasirlərinin  Əli  bəy  haqqında  yazdığı 

məqalələrdən  ibarət  “Milli  məfkurənin  atası”  (2014,  Bakı) 

toplusunu  ön  sözü  ilə  hazırlayıb  nəşr  etdirmişdi.  2014-cü  ildə 

nəşr  olunan  “Əli  bəy  Hüseynzadə”  monoqrafiyası  isə  Azər 

Turanın  bu  böyük  mütəfəkkirlə  bağlı  illərlə  apardığı 

araşdırmaların daha bitkin və daha siqlətli sonucu olaraq ərsəyə 

gəldi.  


     Kitabda  XX  yüz  il  türk  dünyasının  milli-ideoloji  düsturu   

olan  –  türkləşmək,  islamlaşmaq,  çağdaşlaşmaq  ideyasının 

müəllifi  kimi  Əli  bəyin  əvəzsiz  xidməti  onun  həm  öz 

fəaliyyətinin,  həm  də  müasirlərinin  verdiyi  dəyərin  işığında 

təfərrüatlı  inikasını  tapır.  “Siyasəti-fürusət”  -  çağdaş  türk 

humanitariyasının zirvəsi olaraq dərk edilir, ədibin dil siyasəti, 

erməni  məsələsindəki  dürüst  ideoloji  mövqeyi  tədqiqatçının 

dərin elmi analizlərinin büllurunda aydınlıq qazanır. “Füyuzat” 

mərhələsi  Yeni  Azərbaycan  ədəbiyyatının,  romantizm  ədəbi 



16 

 

məktəbinin  bünövrəsi  olaraq  elmi-nəzəri-metodoloji  şüurun 



müstəvinə  cəlb  olunur,  Ə.Hüseynzadənin  tərcümələri,  ədəbi 

tənqid sahəsindəki fəaliyyəti və dünya ədəbiyyatının tanıdılması 

və  təbliği  yönündəki  xidməti  dövrün  irəli  çəkdiyi  yaddaş 

kultunun  dirçəlişi  və  reablitasiyası  işinə  hesablanmış  əməli 

niyyət  kimi  mənalanır.  Bütün  bu  məziyyətlər  “Əli  bəy 

Hüseynzadə” monoqrafiyasının ona qədər mövcud tədqiqatların 

zirvə  məqamı  kimi  ərsəyə  gəldiyini  bəlli  etməklə  bahəm,  yeni 

qurulan  düşüncə  sistemimizin  əsas  qaynağına  çevrilmə 

özəlliyini də meydana çıxarır. Çoxqatlı, polifonik düşüncə tərzi, 

özəl düşüncədən nəşət edən özəl üslub, fikrin, mülahizənin dərin 

və  aydın  nəzəri  əsaslarla  təsdiqi,  ciddi  elmi  postulatları  ilə 

seçilən  Azər  Turanın  “Əli  bəy  Hüseynzadə”  monoqrafiyası 

ondan müstəqillik illərinin ədəbi-elmi arsenalının dəyərli örnəyi 

olaraq danışmağa hər cür əsas verir.  

     Belə  bir  örnək  həm  də  “Cavidnamə”dir.  Azər  Turanın 

Hüseyn Cavidlə bağlı tədqiqləri arasında  “Cavidnamə”ni zirvə 

mərhələ hesab etmək olar. Tədqiqatçının bura qədər axtarışlarını 

yekunlaşdıran  və  bundan  sonrakı  araşdırmalara  yön  verən 

sanballı  elmi  əsərdir. XX əsrin birinci  yarısının  ədəbiyyatında 

ehtiva olunmuş nəhəng, planetar düşüncə tərzini meydana qoyan 

bu monoqrafiya çağdaş Azərbaycan oxucusuna gerçək Hüseyn 

Cavidi  tanıdıb  sevdirən  sistemli  araşdırmadır.  Kitab  Azər 

Turanın Hüseyn Cavidlə bağlı müstəqillik dönəmində meydana 

qoyduğu silsilə və sanballı işlərin, gərgin və dərin axtarışlarının 

sonucu  kimi  hasilə  gəlir.  Həmin  silsilə  işlərin  adları  belə  bu 

hüdudsuzluğun 

siqlətini 

görükdürməyə 

kifayət 

edir:           

“Hüsni-xuda  şairi”  (1999),  “Əbədi  Turan”  (2002),  “Cavid 

əfəndi” (2004), “Turan Cavidin son söhbəti, son yaşantıları, son 

günü”  (2005),  Ərtoğrol  Cavidin  bütün  əsərlərinin  ehtiva  edən 

“Yazıları,  rəsmləri,  bəstələri,  məktubları”,  (2005),  “Tahir 




17 

 

Rasizadə”  (2005),  “Hüseyn  Cavid”,  (2007)  və  nəhayət 



“Cavidnamə” (2010).  

     Cavid  irsinin  tanıdılması,  tanıdılıb  sevilməsi  yönündə  bu 

tədqiqatların  hər  birinin  rolu  danılmazdır,  amma  bu  yöndə 

gerçəkləşdirilən  bir  məqamı  xüsusi  qeyd  etmək  lazımdır.       

2013-cü  ildə  Prezident  Adminstrasiyasının  ictimai-siyasi 

məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun təşəbbüsü 

və  Kaspi  Təhsil  Mərkəzinin  layihəsi  əsasında  Azər  Turan 

Hüseyin  Cavidin  əsərlərinin  ilk  Türkiyə  nəşrini  hazırlayıb 

təqdim  edir.  Bu  nəşr  şairin  irsinin  qardaş  ölkədə  təbliği  və 

tədqiqi  istiqamətində  rol  oynayacaq  önəmli  məqamlardan 

biridir.  Azər  Turanın  hazırladığı  kitaba  Cavidin  əsərlərinin 

əksəriyyəti  daxil  edilib,  mətnlərin  mahiyyəti,  Cavid  üslubu 

yetərincə qorunaraq Türkiyə oxucusuna təqdim olunub. 

     2001-ci  ildən  etibarən  “Yeni  Azərbaycan”  qəzetində 

“Ədəbiyyat”  buraxılışı  nəşrə  başlayır  və  buraxılışın  məsul 

redaktorluğu  qəzetin  humanitar  şöbəsinin  müdiri  Azər  Turana 

tapşırılır. Müstəqilik  dövrünün ilk “Ədəbiyyat”  əlavəsi  (2001-

2003) olan bu qəzet 90-cı illərin dramatik və  gərgin ədəbiyyat 

axtarışlarından, boşluq və nəfəsdərim dövründən, qarışıq, çaşqın 

fikir  polifonizmindən  sonra  ədəbiyyatda  böyük  bir  missiyanı 

realizə  etməli  olur.  Milli  müstəqillik  illərində  tənqidi  fikrin 

gəlişməsinə,  ədəbi  prosesin  oyanışına  və  müxtəlif  “səs”  lərlə 

ifadəsinə yol açan bu amili xüsusi qeyd etməyə ehtiyac var. Belə 

ki, “Ədəbiyyat” əlavəsinin səhifələrində ilk dəfə olaraq müxtəlif 

ədəbi  cərəyanlar,  dünya  ədəbiyyatından  tərcümələr,  sovet 

dövründə  qadağan  olunmuş  mövzulara  qayıdış  və  onların 

sağlam  ədəbi-nəzəri  müstəvidə  doğuluşu  baş  tutur.  Yeni 

düşüncə  quruculuğunda  elm  və  ədəbiyyatın  birgə  fəaliyyəti 

“Ədəbiyyat” əlavəsinin əsas manifestasiyasını təşkil edir. 

     Azər Turanın “Ədəbiyyat” əlavəsindəki məqalələrinə diqqət 

yetirsək görərik ki,  bu məqalələrin hər biri müəllifinin yüksək 



18 

 

erudisiyası,  prosesləri  düzgün  və  dəqiq  qiymətləndirməklə 



bahəm, cəsarətli üslubu ilə seçilir.  

     Azər  Turanın  məqalələr  toplusu  kimi  nəşr  olunan  “İrfan 

çobanı” kitabında əksər məqalələr esse janrında qələmə alınıb. 

Bu illər tənqiddə yaranan canlanmanın əsas səbəbi bir tərəfdən 

yeni  metod  və  cərəyanların,  sovet  dövründə  qadağan  olunmuş 

müxtəlif  “izm”  lərin  ədəbiyyatımıza  gətirilməsi  ilə  bağlıdırsa, 

digər  tərəfdən  tənqidçi  və  yazıçıların  esse  janrına  müraciət 

edərək onun qüvvətli nümunələrini yaratmaları ilə əlaqədar idi. 

Xüsusilə,  ikinci  səbəb  tənqidimizdə  hadisə,  onun  inkişafında 

irəliyə addım sayıla bilərdi. Anarın “Gecə düşüncələri”, Elçinin 

“Ədəbi  düşüncələr”,  K.Abdullanın  “Əvvəl-axır  yazılanlar”, 

“Yolun  əvvəli  və  axırı”,  K.V.Nərimanoğlunun  “Mənim 

Füzulim”... Sonradan esse janrının maraqlı nümunələri meydana 

qoyulacaqdı.  Bu  arada  Azər  Turanın  “İrfan  çobanı”  da  vardı, 

səksəninci  illərin  sonunda  “Gənclik”  jurnalında,  doxsanıncı 

illərin  önlərində  “Aydınlıq”  və  “İlham”  qəzetlərində,  2000-ci 

illərin  əvvəllərində  “Yeni  Azərbaycan”  qəzetinin  “Ədəbiyyat” 

əlavəsində  çap  olunan  silsilə  düşüncə  yazıları  vardı  ki,  uzun 

illərin  ideoloji  nəzarət  və  basqısından,  təzyiq  və  buxovundan 

sonra  ədəbiyyata  və  sənətə  açıq  münasibətin,  həyata  və  dövrə 

fəlsəfi yanaşmanın təzahürü kimi meydana çıxırdı. “Azərbaycan 

özgürlüyünün  ilk  şəhidi”  Xudu  Məmmədov,  “elmin  zirvəsinə 

ucalan yolu Bismillahdan başlayan” pakistanlı Nobel mükafatı 

laureatı  Abdus  Salam,  “qorxu  və  ayrılıqlar  çağı”nın  kədərli 

şairəsi  Anna  Axmatova,  “istiqlalın  ən  romantik  poeziyasını 

yaradanlar” - Məhməd Akif Ərsoy, Hüseyn Cavid, Nihal Atsız, 

milli  düşüncəmizi  aydınladanlar-H.Zərdabi,  Ə.Hüseynzadə, 

İ.Qaspıralı,  Yusif  Akçura  ...  bu  şəxsiyyətlərin  hər  biri  Azər 

Turan üçün irfan çobanlarıdı, elm və ədəbiyyatı qoşa qanad kimi 

varlığında  təcəssüm  etdirən,  qaval  çalıb  yatmış  vicdanları 

inlədən  əfəndilərdi.  Ömrünü,  rahatlığını  millətin  azadlığı, 



19 

 

aydınlığı  yolunda  fəda  edənlərdi.  Bu  məqalələrin  hər  birində 



yeni  olan  yalnız  milli  fikrin,  türklük  düşüncəsinin  mətnlərə 

sirayət edən gücü, ədəbiyyat tarixi gizlinlərinə baş vurmaq cəhdi 

deyildi,  yenilik  yanaşma  tərzinin  özündə  idi.  Burada  bütün 

hallarda  daxili  azadlıq  və  sərbəstliyini  qabardan  fərdi  “mən” 

yeni  dövr  tənqidinin  öyrəşmədiyimiz,  alışmadığımız  cəsarətli 

obrazı  idi.  “Dante  ilə  üz-üzə”,  “Səlib  məfkurəsi:  həqiqət  və 

müəmma”, “Biriyavari tənhalıq”, “Sufi fenomeni”... esseləri ilə 

tənqiddə  yeni  bir  dalğa  hərəkətə  başlayırdı.  Sovet  dövrünün 

tabularına  etina  edilmir,  türk  düşüncəsi  önə  keçirdi.  Bu 

məqalələr tənqidi yalnız bədii əsərlərin şərhi, təhlili ilə məşğul 

bir  janr  kimi  səciyyələndirmək  meyillərini  eroziyaya  uğradıb, 

ona  daha  geniş  ərazidə,  ölçü  və  miqyasda,  heç  nəyin  qoşqusu 

olmadan,  müstəqil  kontekstdə  nəzər  yetirməyin  gərəkliyini 

sübut edirdi. 

     Hər bir insan həm öz ölkəsinin vətəndaşı, həm də bütövlükdə 

yer  planetinin  sakinidir.  Amma  adi  insanların  çoxu  ölkə  və 

planet miqyasında deyil, öz şəxsi həyatı, ailəsi, işlədiyi müəssisə 

miqyasında  düşünür  və  fəaliyyət  göstərir.  Elm  adamını  isə 

nəinki təkcə özü, ölkəsi ya da planet, bütövlükdə kainat və onun 

bütün problemləri-hamısı maraqlandırır.  

     Dünyada ilk qədəmlərimizi atarkən doğulduğumuz torpağın 

adı bizim hələ sadə, təfəkkürümüzdə Vətən mənasındadır. Sonra 

bu  ad  məktəb  dəftərimizin  üstünə  yazılır,  məktublarımızın 

üstündə  bir  ünvan  kimi  dünyanı  dolaşır.  Daha  sonralar    ömür 

pasportumuza  yazılaraq  bütün  həyat  boyunca  bizimlə  birgə 

yaşayır. Azər Turan  da ədəbiyyatımıza, poeziyamıza öz imzası, 

adı,  soyadı  ilə  yazıldı.  Şanla-sanballa  yazılan  bu  imza 

poeziyamıza  silinməz  möhür  vurdu  və  daha  neçə-neçə  əsərlər 

yazıldıqca  da,  vurulacaq...  Ürəyinizə  hərarət,  qələminizə 

bərəkət, qəlbi Turan olan insan. Yaşayın və yaradın!.. Tanrı sizi 

və sizin simanızda vətən övladlarını qorusun.   



20 

 

Ədəbiyyat siyahısı 



Əsərləri 

 

Cavid Əfəndi... - Bakı : Araz, 2004. - 307 s. 

Əli bəy Hüseynzadə - М. : SALAM press, 2008. - 280 s.  

Əli bəy Hüseynzadə : həyatı, mübarizəsi, yaradıcılığı, şəcərəsi. 

- Bakı : Letterpress, 2014. - 544 s. : rəngli foto, foto  

Əzəl-axır dünya türkün dünyası... - Bakı : Vətən, 2007. - 212+8 

s. : rəngli foto. 

İrfan çobanı. - Bakı : Araz, 2003. - 350 s.   

Tahir Rasizadə. - Bakı : Vektor, 2005. - 98 s.  

Dövri mətbuatda 

Abidə  insan  :  Azərbaycan  Yazıçılar  Birliyinin  sədri,  yazıçısı, 

şair, tərcüməçi Anar haqqında // Ədəbiyyat qəzeti. - 2015. - 14 

mart. - № 16/17. - S. 2-3.  

Alp Ər Tonqa // Ədəbiyyat qəzeti. - 2015. - 16 may. - № 30/31. 

- S. 20-21. ; № 43. - S. 20-21. ; № 44. - S. 46-47. ; № 45. - S. 

22-23.  -  Qəzetin    4  iyul  tarixli  43-cü  sayında  məqalə 

"Azərbaycan  və  Anadolu  fatehi  Alp  Ər  Tonqa"  başlığı  altında 

dərc olunub. 

Anarın yaşamaq haqqı // Ədəbiyyat qəzeti. - 2018. - 10 mart. - 

№ 9. - S. 32.  

Ayrılıqların  sürreal  mənzərəsi  :  Ümid  Nəccari  haqqında  // 

Ədəbiyyat qəzeti. - 2018. - 11 avqust. - № 30. - S. 10.  

Azərbaycan  bayrağını  mənalandıran  üç  ümdə  amilin  ideoloqu 

Əli bəy Hüseynzadədir : yaxud professor Bədirxan Əhmədlinin 

diqqətinə // Ədəbiyyat qəzeti. - 2016. - 30 yanvar. - № 4. - S. 10-

11.  



21 

 

Azərbaycan  həsrətlisi  Səlim  Turan  :  O,  türk  rəssamlığında  ilk 



modernist idi // Qobustan. - 2018. - № 1. - S. 21-25.  

Batan  ayın  kənarında  sətirlər  :  [türk  yazıçısı  Əhməd  Haşimin 

yaradıcılığı haqqında] // Ədəbiyyat qəzeti. - 2017. - 25 fevral. - 

№ 7. - S. 12.  

Bir  qəribə  şair  -  Orxan  Vəli  //  Ədəbiyyat  qəzeti.  -  2017.  -  14 

yanvar. - № 1. - S. 11.  

Böyük sirrin yenidən oxunuşu : Rüstəm Kamalın doğum gününə 

// Ədəbiyyat qəzeti. - 2018. - 7 iyul. - № 26. - S. 10.  

Çarmıxa çəkilmiş Ruhun Məryəm Anası : "Modernizm dalğası" 

silsiləsindən // Ədəbiyyat qəzeti. - 2017. - 13 may. - № 17. - S. 

9.  

Caz,  sadəcə,  musiqi  deyildir  //  Ədəbiyyat  qəzeti.  -  2018.  -  23 



iyun. - № 24. - S. 10-11.  

Ceyms  Coyc  və  Əli  bəy  Hüseynzadə  :  "Modernizm  dalğası" 

silsiləsindən // Ədəbiyyat qəzeti. - 2016. - 2 iyul. - № 25. - S. 12-

13.  


Dünya  poeziyasının  türk  şahzadəsi  :  türk  şair,  yazıçı  Nazim 

Hikmət haqqında  // Ədəbiyyat qəzeti. - 2015. - 16 yanvar. - № 

2/3. - S. 30-31.  

Dünyanın Cavad mifi - Azərbaycan modernizmi : [azərbaycanlı 

rəssam,  Əməkdar  incəsənət  xadimi  Cavad  Mircavadov 

haqqında] // Ədəbiyyat qəzeti. - 2018. - 21 iyul. - № 28. - S. 3.  

Ədəbiyyatımızda İtirilmiş nəsil anlayışı yalanların ən böyüyüdür 

:  Azər  Turan:  40  yaşına  yaxın  olan  və  hələ  də  "gənc"  qalan 

yazarlarımızın elə öz məhəlləmizdə meydangirlik etməsi adamı 

ağrıdır  (söhbətləşdi:  Seyidzadə.  C.)  //  Kaspi.  -  2017.  -  16 

sentyabr. - № 151. - S. 16-17.  



22 

 

Ədəbiyyatın  hüsnu  "Drina  körpüsü"ndə  :  [Nobel  Ədəbiyyat 



Mükafatlı Xorvatiya yazıçısı İvo Andriçin "Drina körpüsü" əsəri 

haqqında] // Ədəbiyyat qəzeti. - 2016. - № 13.  

Əli  bəy  Hüseynzadənin  və  Hüseyn  Cavidin  dil  siyasəti  // 

Ədəbiyyat qəzeti. - 2015. - 26 iyun. - № 41/42. - S. 8-9.  

Əli bəyin Səlimi : İstanbulda doğulmuşdu, Parisdə öldü : Səlim 

Turan - 100 / A. Turan // Ədəbiyyat qəzeti. - 2015. - 20 fevral. - 

№ 11. - S. 8-9.  

Erudit zəkanın və orkestral ruhun əsəri : Əli bəy Hüseynzadənin 

"Siyasəti-fürusət"  adlı  əsəri  haqqında  //  Ədəbiyyat  qəzeti.  - 

2015. - 29 avqust. - № 48. - S. 30-31.  

Eserin  "Uçaq  quşlar"ı  Xudu  Məmmədov  səmasında  :  Xudu 

Məmmədov  -  90  //  Ədəbiyyat  qəzeti.  -  2017.  -  9  dekabr.  -  № 

46/47. - S. 20-21.  

Eşqi  həmişələr  gəlir  yanıma  //  Ədəbiyyat  qəzeti.  -  2018.  -  1 

sentyabr. - № 32. - S. 5.  

Faktdan danışırıqsa : professor Bədirxan Əhmədlinin diqqətinə 

: 24 fevral Əli bəy Hüseynzadənin doğum günüdür // Ədəbiyyat 

qəzeti. - 2016. - 20 fevral. - № 7. - S. 24-25.  

Fazla şiirden öldü Edip Cansever // Ədəbiyyat qəzeti. - 2017. - 

10 iyun. - № 21. - S. 11.  

Göydə avazın qalsın... : Türkiyədə - Afyon Karahisarda, Yunus 

Əmrənin haqqa qovuşduğu ehtimal edilən Sandıqlıda Xalq şairi 

Zəlimxan  Yaqubla  unudulmaz  görüşü  //  Ədəbiyyat  qəzeti.  - 

2015. - 26 dekabr. - № 64. - S. 10.  

H.A.Şmidenin Əliyev sevgisi : Heydər Əliyev - 95 // Ədəbiyyat 

qəzeti. - 2018. - 12 may. - № 18. - S. 4.  




23 

 

Hansı  Avropa?  //  Ədəbiyyat  qəzeti.  -  2017.  -  25  noyabr.  -  № 



42/43. - S. 6.  

İstinad etdiyim gerçək ədəbiyyatdır : ["Ədəbiyyat qəzeti"nin baş 

redaktoru Azər Turanın kulis.az saytına müsahibəsi / söhbətləşdi 

M. Ağaoğlu] // Ədəbiyyat qəzeti. - 2016. - 12 noyabr. - № 42. - 

S. 20-21.  

Laləlidən  dünyaya  gedən  bir  tramvaydayız  :  Cemal  Süreya 

haqqında // Ədəbiyyat qəzeti. - 2017. - 29 iyul. - № 27. - S. 8-9.  

Mavi,  masmavi  bir  işık  :  türk  şairi  Əhməd  Hamdi  Tanpınarın 

"Nə  içimdəyim  zamanın"  şeiri  haqqında  //  Ədəbiyyat  qəzeti.  - 

2017. - 23 sentyabr. - № 33. - S. 20.  

Mehtab, iri güllər və sənin ən gözəl əksin... // Ədəbiyyat qəzeti. 

- 2015. - 12 dekabr. - № 62. - S. 22.  

Mirəli Seyidov - 100 // Ədəbiyyat qəzeti. - 2018. - 28 aprel. - № 

15. - S. 1.  

Modernist estetikaların iqlim qurşağı  - "Rənglər" // Ədəbiyyat 

qəzeti. - 2017. - 11 noyabr. - № 40. - S. 9.  

Modernizm dalğası // Ədəbiyyat qəzeti. - 2016. - 28 may. - № 

20. - S. 10. ; 4 iyun. - № 21. - S. 16-17.  

On  iki  misra  -  fəlakətin  soyuq  mənzərəsi  :  türk  şairi  Sürəyya 

Berfenin "Kıbrıs" şeiri haqqında : 1 şeir/2 rakurs // Ədəbiyyat 

qəzeti. - 2016. - 3 dekabr. - № 46-47. - S. 16.  

Orhan gibi vaktinde gitmek varken : [türk  yazıçısı Cahit Sıtkı 

Tarançının yaradıcılığı haqqında] // Ədəbiyyat qəzeti. - 2017. - 

22 aprel. - № 14. - S. 8-9.  

Professor  :  Fuad  Körpülü  haqqında  düşüncələr  //  Ədəbiyyat 

qəzeti. - 2017. - 15 iyul. - № 25. - S. 2-3. 




24 

 

Quşlar saatla yox, işıqla başlayır oxumağa : fransız yazıçısı Jak 



Preverin  "Bir  quşun  rəsmini  çəkmək  üçün"  şeiri  haqqında  // 

Ədəbiyyat qəzeti. - 2018. - 7 aprel. - № 12. - S. 10.  

Rəqs edən dilin şairi - Yahya Kamal Bayatlı // Ədəbiyyat qəzeti. 

- 2016. - 10 dekabr. - № 48-49. - S. 14-15.  

Ruh  dəyişmə,  birin  ikiləşməsi...  :  İskəndər  Palanın  "Şah  və 

Sultan" romanı barədə // Ədəbiyyat qəzeti. - 2016. - 9 yanvar. - 

№ 1. - S. 30-31. ; 16 yanvar. - № 2. - S. 14. ; № 3. - 16 yanvar. 

- S. 14-15.  

Sən dəniz qoxuyursan, Çingiz Dağçı // Ədəbiyyat qəzeti. - 2016. 

- 24 dekabr. - № 51/52. - S. 8.  

Şər çiçəkləri :  "Modernizm dalğası" silsiləsindən // Ədəbiyyat 

qəzeti. - 2016. - 8 oktyabr. - № 37. - S. 15.  

Sevgi məktubi kimi : Ramiz Rövşənin "Sevgi məktubu" şeirinin 

təhlili // Ədəbiyyat qəzeti. - 2018. - 21 aprel. - № 14. - S. 7.  

Seyid Hüseyn və Ümgülsüm Sadıqzadənin həyat dramı // Xalq 

qəzeti. - 2016. - 13 dekabr. - № 276. - S. 7.  

Sonuncu Yeni - Şəhriyar del Gerani // Ədəbiyyat qəzeti. - 2018. 

- 28 aprel. - № 15. - S. 11.  

Tuna boylarında sıra sərvilər :  Məhməd Fuad Körpülü barədə 

qeydlər  :  Məhməd  Fuad  Körpülü  -  125  //  Ədəbiyyat  qəzeti.  - 

2015. - 25 aprel. - № 24/25. - S. 16-17.  

Turan Cavidin son söhbəti // Mədəniyyət.az. - 2016. - № 10. - S. 

12-17. ; № 11. - S.18-23.  

Üşüməsin mənim türk çiçəklərim : Krım Tatar yazıçısı Çingiz 

Dağçı  haqqında  //  Ədəbiyyat  qəzeti.  -  2015.  -  18  aprel.  -  № 

22/23. - S. 11.  




25 

 

Vaqif Bayatlının həndəsəsiz aləmi // Ədəbiyyat qəzeti. - 2017. - 



4 noyabr. - № 39. - S. 3.  

Vətənin Elçini : Elçin Əfəndiyev - 75 // Ədəbiyyat qəzeti. - 2018. 

- 5 may. - № 16. - S. 32.  

Yeni  düşüncə  təmayülləri  :  [Elnarə  Akimovanın  "Çağdaş 

poeziya  və  ədəbi  təmayüllər"  kitabı  haqqında]  //  Ədəbiyyat 

qəzeti. - 2016. - 19 mart. - № 11. - S. 10.  

Zəki Vəlidinin təlqinləri : Zəki Vəlidi Toğan - 125 // Ədəbiyyat 

qəzeti. - 2015. - 26 dekabr. - № 64. - S. 4.  

 

Haqqında 

 

Akimova E. Çağdaş ədəbiyyatşünaslığının Azər Turan səhifəsi : 



[Azər Turan haqqında  ən gerçək obrazı  XX  əsrin  əvvəllərində 

Hüseyn Cavid cızır] // Kaspi. - 2016. - 10-14 sentyabr. - № 143. 

- S. 16-17.  

Akimova  E.  Modern  dünya  savaşı  :  [Azər  Turanın  "XX  əsr: 

Fəryadın metafizikası" adlı kitabı haqqında] // Ədəbiyyat qəzeti. 

- 2017. - 16 sentyabr. - № 32. - S. 12-13.  



 

 

 

 

 

 

 

 

 

 

 


26 

 

Qəlbi Turan olan insan Azər Turan 

(metodik vəsait) 

 

 



 

 

 



Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

 

 



F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 51 

Çapa imzalanmışdır: 07.09.2018 

Tirajı:100 



Pulsuz 

 

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə