140
YUBİLEYLƏR, TƏDBİRLƏR. ЮБИЛЕИ, МЕРОПРИЯТИЯ. JUBILEES, CEREMONIES
Ülkər Nəbiyeva
Bakı Dövlət Universiteti (Azərbaycan)
GÖRKƏMLİ TÜRKOLOQ, ŞÖHRƏTLİ ELM TƏŞKİLATÇISI VƏ BÖYÜK MÜƏLLİM
Akademik Ağamusa Axundov - 80
(qısa bioqrafik məlumat)
Açar sözlər: Ağamusa Axundov, dilçilik, türkoloq, təşkilatçı, alim, müəllim
Çağdaş Azərbaycan filologiyasının, xüsusən də dilçilik elminin korifeylərindən biri, gör-
kəmli türkoloq, şöhrətli elm təşkilatçısı və böyük müəllim, AMEA-nın həqiqi üzvü, Azərbaycan
Respublikası Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Ağamusa Axundovdur.
Ağamusa Ağası oğlu Axundov 1932-ci il fevralın 2-də Azərbaycan Respublikasının Kürdə-
mir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun (indiki BDU-
nun) filologiya fakültəsində (1950-1955) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi
Avropa dilləri fakültəsində təhsil almışdır (1959-1965). Bu illərdə o, eyni zamanda ADU-nun
(indiki BDU-nun) aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961), dosenti (1961-
1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, filologiya fakültəsinin dekanı
(1967-1974 və 1980-1990) olmuş, Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində çalışmışdır
(1981-1999). 1990-cı ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktorudur. 2001-ci
ildən 2011-ci ilə qədər o. eyni zamanda AMEA-nın humanitar və ictimai elmlər bölməsinin
akademik katibi vəzifəsində çalışmışdır.
A.Axundov 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru
(1964), professor (1967), AMEA-nın həqiqi üzvü (2007), Azərb. Respublikası Dövlət Mükafatı
laureatı (1986), Əməkdar elm xadimidir (1990).
Ağamusa Axundov həmkarları arasında alicənab, nəcib insan, əsl ziyalı kimi tanınmaqla
yanaşı, zəngin yaradıcılıq yolu keçmiş ciddi bir tədqiqatçı kimi bu gün böyük nüfuz sahibidir.
Onun əsərləri filologiyamızın bir çox aktual problemlərinə sistemli yanaşmanı nümayiş etdi-
rir. Gözümüzün önündə yüksək mədəniyyətə və intellektə malik bir tədqiqatçının obrazı canlanır.
Ağamusa Axundov yüksək mənəvi-əxlaqi dəyərlərin sahibi kimi çoxlarına nümunə ola biləcək
böyük şəxsiyyət, kamil mənəviyyat simvoludur. Onun adı qədim mənşəyə malikdir. Birinci his-
səsi hörmət və ehtiram sahibi deməkdir, ikinci hissəsi əfsanəvi peyğəmbərin ismidir. Bu ad əs-
lində onun həm də daxili dünyasını bütövlükdə tamamlayır. Əbəs yerə demirlər ki, hər bir in-
sanın adı onun Tanrı tərəfindən təbiətini əks etdirən aynadır.
Ağamusa Axundov milli filologiyamızın – türkologiya, dil nəzəriyyəsi və dilçiliyin bir çox
sahələri üzrə özünəməxsus xidmətləri olan vətəndaş alimlərimizdəndir. Onun əsərlərində doğma
dilimizə və ədəbiyyatımıza, Azərbaycan dilinin incəlik və gözəlliklərinə sonsuz bir məhəbbət,
onu hər cür xarici müdaxilələrdən qorumağa böyük vətəndaş çağırışı aydın sezilir.
Ağamusa Axundov Azərbaycan və dilçiliyin müxtəlif problemlərinə yüzlərlə elmi məqalə və
iri həcmli dəyərli tədqiqatlar həsr etmişdir ki, onlar hələ uzun onilliklər mütəxəssislərin stolüstü
kitabı olaraq bu elmin inkişafına öz nüfuzedici təsirini göstərəcəkdir.
141
A.Axundovun «Müasir Azərbaycan ədəbi dilinin fonetikası» (1963), «Dil və üslub məsələlə-
ri» (B., 1970), «Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları) (B., 1979), «Riyazi
dilçilik» (B., 1979), «Şeir sənəti və dil» (B., 1980), «Dilin estetikası» (B., 1985), «Dil və mədə-
niyyət» (B., 1992), «Dil və ədəbiyyat» (iki cilddə, B., 2003) və adını çəkmədiyimiz bir çox başqa
əsərlərində dilçilik elminin silsilə aktual problemlərini analitik təfəkkür prizmasından tədqiq və
təhlil etmişdir.
Ağamusa Axundov 1951-ci ildə yazdığı «İlk görüş» məqaləsi ilə ədəbi və elmi fəaliyyətə
başlamışdır. O, bədii yaradıcılıqla yanaşı poeziyanın sənətkarlıq xüsusiyyətlərinin tədqiqi ilə ar-
dıcıl məşğul olmuş, bu sahədə bir sıra dəyərli tədqiqatların müəllifi kimi tanınmışdır.
Ümumilikdə, A.Axundovun elmi fəaliyyətinin əhatə çevrəsi genişdir. O, bütövlükdə Azər-
baycan filologiyasını, dilimizi, ədəbiyyatımızı dünyanın bir çox qabaqcıl elm, təhsil ocaqlarında
təbliğ və tədris etmişdir. 1965-1966-cı illərdə MƏR-nın Qahirə şəhərindəki Eyn-Şəms Univer-
sitetində, Tokio Universitetində Azərbaycan dili və ədəbiyyatından mühazirələr oxumuş, bir çox
ölkələrdə, o cümlədən Praqa (1967), Ankara (1972), Belqrad (1984), Budapeşt (1986), Kayseri
(1990), İstanbul (1992), Kobe Universitetində və Tokio Şərq kitabxanasında «Azərbaycan dili
inkişaf yollarında və s. mözularda keçirilən beynəlxalq konfranslarda dəyərli məruzələrlə çıxış
edərək Azərbaycan elmini layiqincə təmsil etmişdir.
A.Axundovun ictimai-elmi fəaliyyəti də çoxşaxəlidir. O, həmçinin 1974-cü ildən Sovet
Türkoloqları Komitəsinin, 1978-ci ildən Almaniyada nəşr edilən «Fonetika, dilçilik: Kommuni-
kativ tədqiqatlar» beynəlxalq elmi-nəzəri jurnalın redaksiya heyətinin, AMEA-nın Terminologi-
ya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin və Milli Məclisin
Toponimika Komissiyasının, Azər TAC-ın tərcümə Şurasının, Azərbaycan və ərəb ölkələri
Dostluq Cəmiyyəti İdarə heyətinin üzvü, Sovet-Amerika Dostluq Cəmiyyəti Bakı şöbəsinin səd-
ri, Azərbaycan Respublikası Dillərin işlənməsi və inkişaf qanunauyğunluqları Əlaqələndirmə
Şurasının sədri, ASE-nin Məsləhətçilər Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və
BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının üzvü, «Sovetskaə törko-
loqiə» jurnalının baş redaktoru, «Ulduz», «Azərbaycan» jurnallarının redaksiya heyətinin üzvü
kimi göstərmişdir. Eyni zamanda, bir vaxt özünün təklifi ilə təsis edilmiş «Folklorşünaslıq
məsələləri» beynəlxalq elmi-nəzəri, ədəbi-bədii jurnalının redaksiya heyətinin üzvüdür.
1987-ci ildə Xalqlar arasında mədəni əlaqələrin inkişafı sahəsində xidmətlərinə görə ABŞ-ın
«Frendşip fors» («Dostluq qüvvələri») ictimai təşkilatının fəxri fərmanına layiq görülmüş, ABŞ-
ın Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Batson Rujin şəhər
şurasının fəxri üzvüdür. Uzun illər ərzində Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü
Ağamusa Axundovun elmi-ictimai fəaliyyəti haqqında çox bəhs etmək olar və inanıram ki,
gələcəkdə də bu istiqamətdə geniş işlər aparılacaq.
Filologiya fakültəsinin dekanı olduğu illərdə A.Axundov savadlı, ümidverici, parlaq
istedadına inandığı gəncləri dilçiliyin yeni sahələri, xüsusilə riyazi dilçilik üzrə bir mütxəssis
kimi yetişmələri üçün Rusiyanın müxtəlif şəhərlərinə – Moskvaya, Sankt-Peterburqa göndərirdi.
Riyazi dilçilik iki elmin – riyaziyyat və dilçiliyin qovşağında yarandığından ona yiyələnəcək
gənclər hər iki sahəni eyni dərəcədə yaxşı bilməli idilər. Tələbələrin seçimini şəxsən özü aparan
A.Axundovun bu fəaliyyəti gələcəyə yönəlmişdi.
Hələ illər öncə Ağamusa müəllim öz mühazirələrini bu günün tələblərinə uyğun aparırdı.
Belə ki, ana dilimizdən başqa ingilis, rus, ərəb dillərini də gözəl bilən alim müxtəlif qrammatik
142
kateqoriyaların şərhini verərkən onları digər dillərdəki analogiyaları ilə müqayisə edirdi. Hazırda
bütün istiqamətlərdə, o cümlədən elmdə qloballaşma və inteqrasiya prosesləri intensivləşmişdir.
Lakin hələ o zaman Ağamusa müəllim elmin milli çərçivələrə qapanaraq, dünya dilçiliyindən
təcrid olunmuş halda inkişaf edə bilməyəcəyini yaxşı dərk edir və həm tədris prosesində, həm də
elmi fəaliyyətində bunu nəzərə alırdı.
Hazırda bütün dünyada folklora, onun toplanması və tədqiqinə böyük maraq vardır. Dekanı
olduğu illərdə Ağamusa müəllim Bakı Dövlət Universitetində Folklor kafedrasının açılmasına
nail oldu. Xalqımızın söz sərvətinə, milli dəyərlərimizə böyük qiymət verən uzaqgörən alim san-
ki dünyada folklora bugünkü qayıdışı hələ o zaman hiss etmişdi. Ağamusa müəllim ağız ədəbiy-
yatımızı tədqiq və tədris edən, söz incilərimizi el-el, oba-oba gəzib toplayan mütəxəssislərin
çalışdığı müstəqil kafedranın olmasını vacib hesab etmişdi.
Bu müxtəsər informatik məlumat əslində Ağamusa Axundovu bir elm xadimi kimi təqdim
etməyə kifayət edə bilərdi. Ancaq mən böyük müəllimin başqa bir keyfiyyəti barədə müxtəsər
söz açmaq istərdim. Bu da onun yüksək müəllimlik mədəniyyəti, alicənablığı və insansevərliyi
ilə bağlıdır.
Mən akademik Ağamusa Axundovla Bakı Dövlət Universitetinin «Azərbaycan dilçiliyi» ka-
fedrasının nəzdində fəaliyyət göstərən Azərbaycan dilinin tətbiqi məsələləri ETL-də tanış ol-
muşam. Mən burada elmi işçi vəzifəsində çalışırdım. Kafedraya yeni müdir təyin olunan, Ağa-
musa müəllim əvvəlcə ETL-də elmi işçilərlə tanış oldu, onların hər birinə mövzu təklif etdi.
Məsələn, «Azərbaycan dilinin rəsmi üslubunun inzibati-hüquq qolu», «Azərbaycan KİV dilinin
əlifba və orfoqrafiyası haqqında», «Azərbaycan dilində tərcümə ədəbiyyatının dili: problemlər,
nöqsanlar, təkliflər» və s. mövzuları tövsiyə etdi və hər bir işdə müasir Azərbaycan diinin aktual
problemlərini araşdırmağın vacibliyi barədə məsləhətlərini verdi.
İlin sonunda isə elmi işlərimizi bir-bir diqqətlə nəzərdən keçirib ETL-in illik hesabatını
dinlədi. Bu zaman Ağamusa müəllim həm laboratoriyada aparılan elmi işlərin səviyyəsinə, həm
də hesabatların səliqə-sahmanına xüsusi diqqət yetirirdi. Hesabat zamanı səliqəsiz və solğun
kağızlarda yazılmış işləri kənara qoydu, özünə xas təmkinlə onları qəbul etməyəcəyini bildirdi.
Növbə mənə və həmkarım Lalə Əfəndiyevanın işlərinə çatanda hər ikisini nəzərdən keçirdi.
Üzündəki məmnunluq ifadəsi heç kimin diqqətindən yayınmadı və bizim qeydlərimizə yüksək
qiymət verdi. Adımı oxuyarkən isə, xoş bir təbəssümlə «Sənin nə gözəl adın var, adının mənasını
bilirsənmi?» - deyə soruşdu. Cavab verdim ki, «Bəli, ulduz deməkdir». Ağamusa müəllim təkrar
etdi: - «Bəli, ulduz adıdır, özü də yeddiqardaş ulduz, adın sənə yaraşır, elmdə həmişə belə
səliqəli ol», - dedi və bu vaxt onun üzündə mənim gələcək elmi inkişafıma ümid gördüm.
Düzü, o zaman böyük bir alimdən belə səmimi münasibət gözləmirdim, çünki elmin çətin
yollarında təzəcə addımlayırdım.
Bu kiçik əhvalat yaddaşıma əbədi həkk olundu. Ağamusa müəllimi onun tələbələri və tabe-
liyində çalışan işçiləri həmişə belə qayğıkeş, alicənab insan kimi tanıyırlar. Ümumilikdə, isə
Ağamusa Axundov istər şəxsiyyəti, istərsə də elmi yaradıcılığı ilə həm bugünkü, həm də sabahkı
nəsillərə örnək olan bir insan, müəllim və görkəmli elm təşkilatçısıdır.
Bu gün mən fəxr edirəm ki, Ağamusa Axundovla bir yerdə işləmiş, onu yaxından tanımı-
şam. Haqqında ürək sözlərimi yazmaq mənə də nəsib olduğuna görə qürur hissi keçirirəm.
Əziz müəllimim Ağamusa Axundovu səksən illik yubileyi münasibətilə səmimi qəlbdən
təbrik edir, ona cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!
143
Улькер Набиева
Бакинский государственный университет(Азербайджан)
ВЫДАЮЩИЙСЯ ТЮРКОЛОГ, ПРОСЛАВЛЕННЫЙ НАУЧНЫЙ
ОРГАНИЗАТОР И БОЛЬШОЙ ПЕДАГОГ
(краткие биографические сведения)
РЕЗЮМЕ
Статья посвящена 80-летннему юбилею выдающегося ученого-языковеда, действительного
члена НАН Азербайджана Агамусы Ахундова. Здесь дается его краткий биографический очерк,
доводится до сведения читателей его научная и общественная деятельность, оценивается его
большая роль в определении путей развития лингвистики, подготовке кадров с высоким научным
потенциалом, в создании фундаментальных научных произведений. В статье также приводятся
названия книг и статей ученого, в которых наиболее полно отражены его научные взгляды и
новаторские идеи.
Ключевые слова: Агамуса Ахундов, языкознание, тюрколог, организатор, ученый,
педагог.
Ulker Nabiyeva
Baku State University(Azerbaijan)
OUTSTANDING TURKOLOGIST, THE GLORIFIED SCIENTIFIC ORGANIZER AND
THE BIG LECTURER
(short biographic data)
SUMMARY
The article is devoted to 80
th
anniversary of Aghamusa Akhundov, the outstanding linguistic
scientist, full member of National Academy of Sciences of Azerbaijan. There is given a short biographic
sketch, it is possible to data of readers his scientific and public activity, is estimated his big role in
definition of ways of linguistics development, a professional training with high scientific potential, and in
creation of fundamental scientific products. In the article also are resulted names of scientist’s books and
articles in which its scientific views and innovative ideas are most full reflected.
Keywords: Aghamusa Akhundov, linguistics,
turkologist,
organizer, scientist,
big lecturer
Dostları ilə paylaş: |