Mövzu 4 Təchizat zəncirinin idarə edilməsi strategiyasının məqsədi, seçimi və inkişafı



Yüklə 201,62 Kb.
səhifə1/4
tarix12.06.2023
ölçüsü201,62 Kb.
#116802
  1   2   3   4

MÖVZU 4

Təchizat zəncirinin idarə edilməsi strategiyasının məqsədi, seçimi və inkişafı


Bazar iqtisadiyyatının mövcud prinsipləri ilə fəaliyyət göstərən hər bir təsərrüfat subyekti özünün bazar mövqeyini möhkəmləndirmək və sabit mənfəət həcminə malik olmaq üçün «məskunlaşdığı», «sakini» olduğu bazar seqmentində mütəmadi olaraq satıcı kimi çıxış etmək niyyətindədir. Bu məqsədlə:



  • bazar konyukturasına;

  • rəqabətə;

  • malik olduğu xüsusi resurs imkanlarına uyğun olaraq uzunmüuddətli fəaliyyət proqramı işləyib hazırlayır. Belə bir proqram firmanın strategiyasını əks etdirir. Strategiya – firmanın malik olduğu imkanlar daxilində qoyulan məqsədə nail olmaq üçün uzunmüddətli fəaliyyətin ümumiləşdirilmiş modelidir. Fəaliyyət strategiyası işləyib hazırlayan firmalar qarşıya qoyulan məqsəddən asılı olaraq gələcəkdə yerinə yetirəcəkləri vəzifə və funksiyaların ümumi istiqamətlərini müəyyənləşdirirlər.

«Strategiya» termini yunan sözü olub «stratos» – hərb, «ago» – aparan adlanır, qələbənin əldə edilməsi üçün düzgün yolun seçilməsində «generalın məharəti» mənasını verir. Ensiklopediya və lüğətlərdə strategiya ictimai, siyası mübarizəyə rəhbərlik etmək bacarığı kimi verilir. 20-ci əsrin ikinci yarısından başlayaraq strategiya iqtisadi fəaliyyət sahəsində geniş istifadə olunmağa başlandı.
Strategiya geniş anlayışdır. Bu anlayışı tam xarakterizə etmək üçün onun mahiyyətini tam açıqlayan, tələblərinə dolğun cavab verə bilən aşağıdakı təyinatlardan istifadə olunur:

  • son nəticələrin əldə edilməsi vasitəsi;

  • vahid məqsəd üçün firma və ya müəssisənin bütün struktur bölmələrinin birgə fəaliyyətini təmin edən mexanizm;

  • firmada yerinə yetirilən əsas fəaliyyət növlərinin spesifik cəhət­lərini əhatə edən göstərici;

  • firmanın bütün planlarının birgəliyinin təminatçısı;

  • fəaliyyət planı;

  • ətraf mühitdə baş verən dəyişikliklərə firmanın əvvəlcədən hazırlıqlı reaksiya verməsi qabiliyyəti;

  • firma daxili təşkilatı işlərin zəif və güclü tərəflərinin təhlil edilməsi nəticəsi və onun inkişafı üçün imkan və manelərin müəyyən edilməsi vasitəsi;

  • firmanın ətraf mühitilə qarşılıqlı əlaqəsi və s.

Strategiya arzu və istəklərə deyil, firma və ya müəssisənin malik olduğu real imkanlara əsaslanır. Buna görə də strategiya hər şeydən əvvəl firma daxilində və onun xarici mühitində mövcud olan real, obyektiv situasiyanı nəzərə alır, təhlil edir və ona adekvat reaksiyalar verir.
Strategiya analayışının, məfhumunun başa düşülməsi üçün praktikada ikili yanaşma mövcuddur. Birinci yanaşmada, ilk öncə uzunmüddətdən sonra əldə ediləcək son nəticələr (vəziyyət) və bu vəziyyətin, nəticənin əldə edilməsi üçün atılacaq addımlar, yerinə yetirilməsi zəruri olan fəaliyyət növləri müəyyənləşdirilir. Bundan sonra vaxt intervallarına (beşillik, illik, rüblük, aylıq və s.) bölünməklə həyata keçirilməsi son nəticələrin əldə edilməsinə gətirib çıxaracaq konkret fəaliyyət planı tərtib edilir. Strategiyaya bu cür yanaşmadan əsasən mərkəzləşdirilmiş plan iqtisadiyyatının mövcud olduğu dövrlərdə istifadə olunurdu. Buna görə də strategiyaya uzunmüddətli konkret plan və ya uzunumüddətli konkret məqsəd kimi nəzərdən keçirilirdi. İnzibati amirlik dövründə belə hesab edirdilər ki, müəssisə və təşkilatların fəaliyyət göstərdiyi sferada baş verən ixtiyarı dəyişikliklər tam şəkildə idarə edilir və onlara nəzarət olunur. Lakin bazar iqtisadiyyatı və onun inkişaf tempi ətraf mühitdə baş verən proseslərə yeni xarakterik çalarlar verməklə onu sürətləndirir, eləcə də bu iqtisadiyyatın təsərrüfat subyektləri üçün yaratdığı əlavə imkanlar getdikcə artır. Buna görə də bazar iqtisadiyyatı şəraitində firmaların strategiyası ilk növbədə bazarda baş verən keyfiyyət dəyişiliklərinin yaratdığı üstünlük­lərdən yararlanmağa istiqamət­lənmə­lidir.
İkinci yanaşmada strategiya anlayışı firmanın fəaliyyət sferası və formaları, firmadaxili qarşılıqlı münasibətlər sistemi, eləcə də ətraf mühitdə firmanın tutduğu mövqeni xarakterizə, əhatə etməklə seçilmiş məqsədin reallaşmasına xidmət göstərən uzunmüddətli inkişaf istiqaməti kimi nəzərdən keçirilir. Belə yanaşma zamanı firmaların davranışlarında determinələşdirmə prinsipi tətbiq edilmir. Çünki, strategiya son nəticələrin əldə edilməsi istiqamətini müəyyənləşdirməklə firmalara mövcud vəziyyəti, baş verən dəyişiklikləri uçota alan sərbəst seçim və sərbəst fəaliyyət imkanları yaradır. Bu zaman firmalar heç bir direktiv plan orqanının tapşırığı və ya göstərişi əsasında deyil, məhz müstəqil və azad formada strateji inkişaf istiqaməti seçir və onun qoyduğu tələblərə uyğun hərəkət edir.
Strategiyanın seçilməsi və onun həyata keçirilməsi perspektiv dövr üçün firmanın inkişafının mahiyyətini təşkil edir. Firmanın gələcək fəaliyyəti və onun əsas istiqaməti məhz seçiləcək strategiyadan əhəmiyyətli dərəcədə asılıdır. Aydındır ki, strateji qərarlar diskret çoxluqlar içərisindən əvvəlcədən məlum olan variantdan seçilir. Bu heç də o demək deyil ki, yeni strateji qərarlara görə qəbul edilən digər strateji qərarları həyata keçirmək mümkün­süzləşir. Lakin bir-birilə paralellik təşkil edən belə strateji qərarların yerinə yetirilməsi çox böyük həcmdə resurs sərfi hesabına başa gəlir.
İqtisadi strategiya iqtisadi metod və vasitələrlə əvvəlcədən qoyulan, müəyyənləşdirilən məqsədlərə nail olunmasını nəzərdə tutur. İqtisadi strate­giyanın əsas məqsədi – müstəqil təsərrüfat subyektləri hesab edilən firma və ya müəssisə üçün rəqabət üstünlüklərini yaratmaq və təmin etməkdən ibarətdir. İstənilən müəssisə öz fəaliyyətinin məqsədini və onun əldə edilməsi istiqamət­lərini müəyyənləşdirən zaman bir qayda olaraq malik olduğu material, maliyyə, əmək və digər resurs potensialını nəzərə alır. Təbi ki, resurs potensialı məhdud olduğundan firma və ya müəssisə hansı məqsədin məhdud resurslardan daha çox məhsuldar istifadə etməsini müəyyənləşdirməlidir. Daha doğrusu, məqsəd resursları deyil, resurslar məqsədi təyin edir, müəyyənləşdirir. Strateji məqsəd­lərin seçilməsi həmişə alternativ dəyərləndirmənin aparılması, alternativ qiymətlərin müəyyənləşdirilməsi ilə bağlıdır. Yəni, «nə qurban veril­məlidir ki, qoyulan məqsədə nail olunsun» məsələsi həll edilməlidir.
Beləliklə, iqtisadi strategiya bu və ya digər resursdan istifadənin elə istiqamətini nəzərdə tutur ki, bu və ya digər məqsədlərin həyata keçirilməsi digər paralel məqsədlərə nail olunmasına mənfi təsir göstərməsin. Eyni zamanda həm resurs və həm də əldə edilməsinə resurs ayrılan məqsəd uzun müddətli perspektiv dövr üçün firmanın mövcudluğu və fəaliyyət miqyasına təsir nöqteyi-nəzərindən eyni əhəmiyyət daşımalıdır. Bunula əlaqədar olaraq qərbi avropa iqtisadçıları Dc. Dolan və Lindsey belə fikir irəli sürürlər ki, investisiya – sərmayə cari istehlakdan gələcək istehlak naminə imtina edilməsi deməkdir.
Strategiyanın müasir anlamda başa düşülməsi firmanın maksimum bazar elastik­liyinin qorunub saxlanması zəruriyyətindən doğur. Strategiya gələcək ümumi ideyaları formalaşdırır, onun ayrı-ayrı hissələrinə və ya ünsürlərinə toxunmur. Strategiyanın həyata keçirilməsinin təşkili forması strateji planlaşdırma hesab edilir.

Yüklə 201,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə