Mövzu 4 Təchizat zəncirinin idarə edilməsi strategiyasının məqsədi, seçimi və inkişafı



Yüklə 201,62 Kb.
səhifə2/4
tarix12.06.2023
ölçüsü201,62 Kb.
#116802
1   2   3   4
Strateji planlaşdırma - firmanın funksional strategiyasının işlənib hazır­lan­ması və onun inkişafi ilə əlaqədar məsələlərin həllinə kömək etmək üçün firma rəhbərliyi tərəfindən qəbul edilən qərarlar və yerinə yetirilməsi məqsədə uyğun hesab edilən fəaliyyətlər toplusudur.
Strateji planlaşdırma ilk növbədə firmanın gələcək fəaliyyətinin model­ləşdirilməsi prosesidir. İkincisi, strateji planlanlaşdırma firmanın məqsədləri ilə onun potensial imkanları və gümanları (ehtimalları) arasında strateji uyğunluğu yaradan və təmin edən idaretmə prosesidir. Nəhayət, üçüncüsü, strateji planlaşdırma:
a) plan formasında rəsmiləşdirilən qərarların mütəmadi (illik) korrektə-redaktə olunması prosesi;
b) firmanın fəaliyyətinə fasiləsiz nəzarət etmək və baş verən dəyişiklikləri qiymətləndirməklə bu planların yerinə yetirilməsi üzrə tədbirlər sistemidir.
Qərb ölkələrinin mütəxəssisləri strateji planlaşdırmanı firmaların rəqabət mübarizəsində istifadə etdikləri hərbi strateji təcrübədən götürülmüş güclü vasitə adlandırırlar.
Planlaşdırma tarixən ekstrapolyasiya metodundan istifadə edən elmi proqnozlaşdırmaya əsaslanır.
F. Kotler planlaşdırmanı iki hissəyə – strateji və marketinq planlaşdır­ması­na ayırır.
Qeyd etmək lazımdır ki, logistikanın strategiya və taktikasının iqtisadi səmərəliliyinin mühüm şərti material axınlarının hərəkətini təşkil edən hər bir elementin – tədarükatın, istehsalın, anbarlaşdırmanın, ehtiyatların, bölüşdürmə və satışın, nəqletmənin planlaş­dırılmasının təşkilidir. Bu cür təşkil bir qayda olaraq başlanğıc nöqtə kimi tələb dinamikasının müntəzəm formada gözlənilməsindən başlamaqla logistik sistemə daxil olan hər bir element üzrə plan göstəricilərinin işlənib hazırlanmasından ibarətdir.
Strateji planlaşdırma yaradıcılıq prosesidir, onu yeniliksiz təsəvvür etmək olmaz. Lakin logistik planlaşdırma müəssisənin davranış strategiyasının işlənib hazırlanması ilə başa çatmır. Strateji planlaşdırma texniki planları da iqtisadi göstəricilərlə ifadə etməyə imkan verir.
Logistik strategiya və taktikanın iqtisadi cəhətdən səmərəli olmasının mühüm şərti istehsal, bölüşdürmə və satış, tədarükat, anbarlaşdırma və nəqletmə kimi ayrı-ayrı logistik elementlər arasında material axınlarının optimal hərəkətinin planlaşdırılmasının təşkilindən ibarətdir. Bu cür təşkilin başlanğıc nöqtəsi tələbin dinamikasının müntəzəm gözlənilməsidir ki, onu nəzərə almaqla hər bir tərkib hissəsi – logistik element üzrə plan parametrləri işlənib hazırlanır.
Firma və ya müəssisələrin planlaşdırma strategiyalarını işləyib hazırla­yarkən nəzərə almaq lazımdır ki, logistika siyasəti müəssisənin ümumi təsər­rüfat strategiyasının tərkib hissəsi olan marketinq strategiyası ilə birlikdə istehsal strategiyasının mühüm tərkib hissəsidir.
Logistik strategiyalar hazırlanması aşağıdakı elementlər və parametrlərin: nəqliyyat, yükləmə-boşaltma əməliyyatları və onlara sərf edilən xərclər; ehtiyatların idarəedilməsi; plan və nəzarət sistemləri; istehsal gücləri və əlaqələr; logistik sistemin təşkili xüsusiyyətləri və s. nəzərə alınmasını tələb edir. Logistik strategiyanın işlənib hazırlanması zamanı tətbiq edilən standart texniki üsullarından biri xidmətlərlə xərclər arasındakı adi logistik tarazlığın təhlilidir. Bundan başqa strategiyaların hazırlanması üçün üçüncü element kimi çıxış edən təchizat və ehtiyat mənbələrinin sayı, məhsulların nomenklaturası, sifariş-tələbnamə verən və məhsulgöndərən məntəqələrin sayı, mövsüm­lülüyü kimi faktorlar diqqətdən kənarda qala bilməz. Bütün bu parametr və elementlərin hamısının nəzərə alınması müəyyən çətinliklərlə yanaşı qeyri-müəyyənlik səviyyəsini də artırır. Ona görə də çox vaxt çalışırlar ki, əməliyyatların çətinliyini azaltmaq (aşağı salmaq) və ya sayını ixtisar etməklə bütün təsərrüfat prosesini sadə və idarə olunan hala salmaq mümkün olsun.




  1. Yüklə 201,62 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə