Mövzu: İnnovasiya texnologiyalarının kiçik energetikanın inkiafına təsir formaları



Yüklə 106,88 Kb.
səhifə1/3
tarix22.12.2023
ölçüsü106,88 Kb.
#154205
  1   2   3
İnnovasiya texnalogiyalarının kiçik energetikanın inkişafına təsir formaları (1)


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Naxçıvan Dövlət Universiteti


Memarlıq və mühəndislik fakültəsi
Elektroenergetika mühəndisliyi


ELMİ – TƏDQİQAT İŞİ


Mövzu: İnnovasiya texnologiyalarının kiçik energetikanın inkiafına təsir formaları

Tədqiqatçı: Baş müəllim S. Y. Novruzova

Naxçıvan - 2023
Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Elektroenergetika kafedrasının baş müəllimi S. Y. Novruzovanın “İnnovasiya texnologiyalarının kiçik energetikanın inkişafına təsir formaları” mövzusunda yerinə yetirdiyi elmi tədqiqat işinin hesabatina aid
Rəy
Bu elmi tətqiqat işi energetikanın əsas sahələrindən olan enerji istehsalının son nəaliyyətlərinə əsaslanan yeni innovasiya texnologiyalarının enerji sisteminə tətbiq olunmasını, xüsusən də kiçik energetikanın inkişafına təsir edən əsas amillərdən biri olan investisiya siyasətinin və onun əsas formalarının seçilməsindən bəhs edilir.
Tədqiqatçı enerji sistemlərinə tətbiqi baxımından innovasiya texnologiyalarının hansı enerji sahəslərinə tətbiq edilməsi, energetika sənayesində enerji effektivliyinin təmin edilməsi və innovasiya resurslarına aydınliq gətirmişdir.
Tədqiqatçı bunlarla yanaşı Muxtar Respublikadakı kiçik çaylar haqqında məlumat verərək onların üzərində qurulacaq kiçik güclü SES-lərin əhəmiyyətini qeyd etmişdir.
Tətqiqat nəticəsində belə qərara gəlmiş ki, Muxtar Respublikanın fasiləsiz enerji təminatında innovasiya texnologiyalarının kiçik energetikanın inkişafına çox böyük təsiri var.
S. Y. Novruzovanın işləyib hazırladığı elmi tətqiqat işi müasir tələblərə cavab verdiyindən və Muxtar Respublika üçün əhəmiyət kəsb etdiyindən ona müsbət rəy vermək olar və kafedrada müzakirə olunması məqsədəuyğun hesab olunsun.

Nəqliyyat və informasiya texnologiyaları


kafedrasının profesoru: C. İ. Zeynalov
Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Elektroenergetika kafedrasının baş müəllimi S. Y. Novruzovanın “İnnovasiya texnologiyalarının kiçik energetikanın inkişafına təsir formaları”mövzusunda yerinə yetirdiyi elmi tədqiqat işinin hesabatina aid
Rəy
Bu elmi tətqiqat işi müasir elektroenergetika texnikasında istifadə olunan enerjinin su elektrik stansiyalarında alınmasından və enerji təminatında rolundan bəhs olunmuşdur.
Tətqiqatçı enerjiyə olan tələbatın günü –gündən artdığını nəzərə alaraq elektrik enerjisinin alınması, ötürülməsi və paylanması kimi proseslərdə səmərəliliyinin artırılmasına xüsusi əhəmiyyət verilmişdir.
Bu məqsədlə o, su elektrik stansiyalarında çayların potensialından,bəndlərinin növündən və elektrik genearatorlarında mexaniki enerjinin elektrik enerjsinə çevrilməsi zamanı daxilində gedən fiziki proseslərinə aydınlıq gətirmişdir.
Tətqiqatçı Naxçıvan MR-də yerləşən su elektrik stansiyalarının Muxtar Respublikanın enerji təminatında rolundan və gələcək perspektivi haqqında məlumat vermişdir.
Tətqiqat nəticəsində belə qərara gəlmiş ki, Muxtar Respublikanın fasiləsiz enerji təminatında innovasiya texnologiyalarının kiçik energetikanın inkişafına çox böyük təsiri var.
S. Y. Novruzovanın işləyib hazırladığı elmi tətqiqat işi müasir tələblərə cavab verdiyindən və Muxtar Respublika üçün əhəmiyyət kəsb etdiyindən ona müsbət rəy vermək olar və kafedrada müzakirəsi məqsədəuyğun sayılsın.
Ümumivə nəzəri fizika kafedrasının müdiri: f. ü. f. d. B. T. Hacıyeva



Yüklə 106,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə