Mövzu: İnnovasiya texnologiyalarının kiçik energetikanın inkiafına təsir formaları


I İnnovasiya texnologiyalarının kiçik energetikanın inkişafına təsir formaları



Yüklə 106,88 Kb.
səhifə2/3
tarix22.12.2023
ölçüsü106,88 Kb.
#154205
1   2   3
İnnovasiya texnalogiyalarının kiçik energetikanın inkişafına təsir formaları (1)

I İnnovasiya texnologiyalarının kiçik energetikanın inkişafına təsir formaları

İnnovasiya texnologiyaları dedikdə əvvəllər məlum olmayan parametrlər, proseslər, sistemlər sahəsində sıçrayış, biznes-proses və texnologiyaların kəskin yeniləşməsi, personalın təhsilinin və ixtisas dərəcəsinin artırılması mərhələsi, biznesin strukturunda ciddi dəyişikliklər, layihələrin gəlirliyi və s. yeniliklər başa düşülür.


Elmi ədəbiyyatda innovasiyanın əlamətlərinə görə aşağıdakı kimi təsnifatlaşdırırlar:

  • texnoloji parametrinə görə;

  • bazar üçün yenilik tipinə görə;

  • Dəyişikliklərin həyata keçirilməsi dərinliyinə görə.

Texnoloji parametrinə görə innovasiyanın iki növü fərqləndirilir:

  • Nəticəliyi (yeni məhsul, xidmət);

  • Prosesli (texnoloji, istehsalatın və idarəetmə prosesinin təşkili).

Bazar üçün yenilik tipinə görə də innovasiyanın üç növü fərqləndirilir:

  • Dünyada sahə üzrə yenidir;

  • Ölkədə sahə üzrə yenidir;

  • Müəssisə (müəssisələr qrupu) üçün yenidir.

Dəyişikliklərin həyata keçirilməsi dərinliyinə görə innovasiyanın aşağıdakı növləri fərqləndirilir:

  • Radikal (baza);

  • Yaxşılaşdırılmış;

  • Modifikasiyalaşmış (qismən).

Qeyd etdiyimiz kimi prosesli innovasiyanın iki əsas növü fərqləndirilir:

  • Texnoloji;

  • İstehsalın və idarəetmə prosesinin təşkili.

Texnoloji innovasiya dedikdə - istehlakçıların müəyyən tələbatlarını ödəmək üçün istehsal prosesində yeni ideya və biliklərin, ixtira, kəşf və elmi-texniki işləmələrin
maddiləşməsi başa düşülür. Innovasiyanın kommersiyalaşdırılması yalnız o halda mümkün ola bilər ki, innovasiya bazara məhsul kimi çıxarılır və onun satılması mümkün olur. Əgər innovasiya məhsul forması olmazsa, onda kommersiyalaşma innovasiyanın potensial xassəsinə çevrilə bilər və gələcəkdə məhsula çevrilib satıla bilər. Innovasiyanın kommersiyalaşması yeni texnika və texnologiyaların mövcud iqtisadi şəraitdə effektivliyinin aşağı olması səbəbindən çətinləşə bilər. Bu problem enerji sahəsində daha da aktualdır. Belə ki, hidrogen energetikası texnologiyası, alternativ enerjiyə söykənən kiçik energetika texnologiyası və s. bir çox ölkələrin ümumi iqtisadi fonunda həmişə effektiv olmur. Çünki, enerji istehsalı və satışı sahəsində tarif sisteminin düzgün və səmərəli qurulmaması bu sahədə, xüsusən də alternativ enerji mənbələrinin istifadəsinə əsaslanan kiçik energetikanın inkişafına həmişə mane olmuşdur.
İnnovasiya texnologiyalarının, xüsusən də kiçik energetikanın inkişafına təsir edən əsas amillərdən biri də investisiya siyasətinin və onun əsas formalarının düzgün seçilməsindən çox asılıdır. Bu həmişə belə olmuş və bu gün də belə olaraq qalır. Investisiyanın formasının seçilməsində və təşviqində başlıca yeri dövlətin siyasəti tutur.
İnnovasiya texnologiyaları dedikdə – istehlakçıların müəyyən tələbatlarını ödəmək üçün istehsal prosesində yeni ideya və biliklərin, ixtira, kəşf və elmi-texniki işləmələrin maddiləşməsi başa düşülür.
İnnovasiya texnologiyaları – yeni tətbiqlərin həyata keçirilmə mərhələlərini dəsdəkləyən metod və vasitələrin toplusudur.
innovasiya texnologiyalarının iki əsas istiqaməti vardır.
-İnnovativ istehsal texnologiyaları
-İnnovativ idarəetmə texnologiyaları
Enerji sistemlərinə tətbiqi baxımından innovasiya texnologiyalarının tətbiqi aşağıdakı sahələrdə ola bilər:

  • Yanacağın səmərəli istifadəsi;

  • Zəhərli tullantıların azaldılması;

  • Elektrik və istilik enerjisinin maya dəyərinin azaldılması;

  • Energetikanın bütün obyektlərinin idarəolunması;

  • Enerji təsərrüfatında biznes-proseslərin informasiya təminatı;

  • Enerji sisteminin dispetçer idarəciliyində, rəqabət qabiliyyətli yeni dispetçer idarəciliyi sisteminə keçid;

  • Yeni avadanlıq yaxud enerji obyektlərinin istismara daxil edilməsində enerji avadanlıqlarının təhlükəsizliyinin təmini, sosial, maliyyə, texnoloji və digər risklərin azaldılması.

İnnovasiya texnologiyalarının kommersiyalaşdırılması yalnız o halda mümkün ola bilər ki, innovasiya texnologiyaları bazara məhsul kimi çıxarılır və onun satılması mümkün olur. Əgər innovasiya texnologiyaları məhsul forması olmazsa, onda kommersiyalaşma innovasiya texnologiyalarının potensial xassəsinə çevrilə bilər və gələcəkdə məhsula çevrilib satıla bilər. Innovasiya texnologiyalarının kommersiyalaşması yeni texnika və texnologiyaların mövcud iqtisadi şəraitdə effektivliyinin aşağı olması səbəbindən çətinləşə bilər. Bu problem enerji sahəsində daha da aktualdır. Belə ki, hidrogen energetikası texnologiyası, alternativ enerjiyə söykənən kiçik energetika texnologiyası və s. bir çox ölkələrin ümumi iqtisadi fonunda həmişə effektiv olmur. Çünki, enerji istehsalı və satışı sahəsində tarif sisteminin düzgün və səmərəli qurulmaması bu sahədə, xüsusən də alternativ enerji mənbələrinin istifadəsinə əsaslanan kiçik energetikanın inkişafına həmişə mane olmuşdur.
İnnovasiya texnologiyalarının, xüsusən də kiçik energetikanın inkişafına təsir edən əsas amillərdən biri də investisiya siyasətinin və onun əsas formalarının düzgün seçilməsindən çox asılıdır. Bu həmişə belə olmuş və bu gün də belə olaraq qalır. İnvestisiyanın formasının seçilməsində və təşviqində başlıca yeri dövlətin siyasəti tutur.
Energetika sənayesinin perspektiv inkişafında əsas məsələ onun enerji effektivliyini təmin edilməsidir. Enerji effektivliyi aşağıda göstərilən üç əsas parametrlə (göstəricilə) xarakterizə edilir:
-Enerji təhlükəsizliyi;
-İqtisadi effektivlik;
-Sosial effektivlik.
Energetika sənayesinin effektivlik göstəricilərinin artırılmasına (yaxşılaşdırılmasına) təsir edən əsas amillərdən biri innovasiya resurslarının tətbiqidir.
Dünya energetika bazarında innovasiya texnologiyaları hazırda sürətlə inkişaf edir. İnnovasiya texnologiya inkişafı dinamikası bir çox amillərdən asılıdır və bu amillərin bir qisminə nəzarət etmək çox çətindir. Mübahisəsiz demək olar ki, innovasiya texnologialarının sürətli inkişafına təsir edən başlıca amillərdən biri də bu sahədə elmi-texniki işlərə qoyulan investisiyalardır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, bu sahəyə ABŞ və Avropa dövlətləri daha çox investisiya qoyurlar.
Son illərin təcrübəsi göstərir ki, dünya üzrə innovasiya texnologiaları iqtisadiyyatın 25-30%-ni təşkil edir və hər il (6-7)1012 $ təşkil edir. Qeyd edək ki, innovasiya texnologiyalarının dünya iqtisadiyyatında yerinə görə ABŞ (≈36%), Yaponiya (≈30%), Almaniya (≈17%) və Çin (≈6%) daha öndə gedir. Hər bir ölkədə texnologiyanın inkişafı səviyyəsinin əsas göstəricisi enerjidən istifadənin effektivlik göstəricisidir. Bu göstərici ümumidaxili məhsulun (S) istifadə olunan şərti ynacağın miqdarına (Bşy) olan nisbəti kimi təyin olunur.
Cədvəl 1-dən göründüyü kimi, enerjidən istifadə göstəricisi Azərbaycan Respublikasında, digər MDB ölkələrində olduğu kimi, avropa ölkələrində çox azdır. Belə ki, 2004-cü ildə bu göstərici Azərbaycanda 0,3$/Kq·şy olmuşdur. Bu göstərici eyni zamanda əhalinin həyat səviyyəsinin keyfiyyətini də xarakterizə edir. Dünya iqtisadiyyatında innovasiya texnologiyalarının sahələr üzrə paylanması dinamikasına nəzər salsaq görərik ki, enregetika sənayesində innovasiya texnologiyalarının özünün fərqləndirici xüsusiyyətləri var. Əvvəla, energetika sənayesi kifayət qədər konservativdir. Bu, enerji obyektlərinin tikinti və modernləşdirmə müddətinin, kapital qoyuluşunun çox olması və s. ilə izah oluna bilər. İkincisi, yeni tətbiqlərdə risklərin minimum olması üçün sosial məhsuliyyətin olması, xidmət heyyətinin ixtisas dərəcəsinin daim artırılması sahəsində konservatizmin olması ilə izah oluna bilər. Bununla əlaqədar olaraq energetik innovasiyanın innovasiya texnolologiyaları üzrə ümumi bazarında payı, müqayisə dərəcədə azdır və il ərzində təxminən (40÷60)·109 $ təşkil edər.
Son illərdə, dünyada energetikanın inkişafına olan maraqların artması bazarda bu sahədə işləyən şirkətlərin aksiyalarının qiymətinin artmasına və yeni texnologiyaların yaranmasına təkan verdi. Texnologiya bazarının təhlili göstərir ki, enerji şirkətlərinin innovasiya texnologiyaların inkişafı nəticəsində energetika sahəsində yaratdıqları xüsusi tədqiqat-axtarış mərkəzləri bu sahənin inkişafına təkan verdilər.
Nümunə üçün demək olar ki, energetika bazarında lider olan General Electric şirkəti innovasiya texnologiyaları sahəsində də qabaqcıl şirkətlərdən biridir. Müqayisə üçün deyək ki, əgər 1980-ci ildə bu şirkət gəlirlərinin 85%-i məhsul satışından qazanırdısa, hazırda XXI əsrin əvvəllərində gəlirlərinin 75%-i innovasiya texnologiyalarından əldə edilir (şirkətin hazırda gəlirləri 150·109 dollardan çoxdur).
Bu gün Azərbaycanda innovasiya texnologiyası bazarı, ümumilikdə formalaşmayıb. Energetika sənayesinə gəldikdə isə, bu vəziyyət daha pisdir. Bunun əsas səbəbi, Azərbaycanda energetik maşınqayırma sənayesinin yaradılmasındadır. Belə olan halda da, yüksək ixtisasli kadrlar çatişmayacaq və yeni texnologiyaların yaradılmasından söhbət gedə bilməz.
Azərbaycanda innovasiya texnologiyalarının energetika sektorunda istehlakı sahəsində son illər uğurlu addımlar atılıb. Elə bu səbəbdən də son illərdə enerji sistemi üzrə şərti yanacağın xüsusi sərfi 83,1qr/kVt·saat azalmışdır. Müqayisə üçün deyək ki, bu göstərici 2000-ci ildə 411 qr/kVt·saat, 2009-cu ildə isə 327,9 qr/kVt·saat olmuşdur.
Cədvəl 1.
Energidən effektiv istifadə göstəricisi

Ölkələr

Bir nəfər üçün şərti yanacağın enerji istifadəsi, ton şərti yanacaq

Enerjidən effektiv istifadə
göstəricisi, $/Kq·şy

ABŞ

8,3

3,9

Kanada

7,9

3,2

Finlyandiya

6,5

7,8

İsveç

5,8

5,2

Fransa

4,2

6,7

Rusiya

4,2

0,5

Almaniya

4,1

7,7

Danimarka

3,9

10,0

İsveçrə

3,8

12,2

Çexiya

3,8

1,4

İrlandiya

3,7

5,7

Azərbaycan

3,5

0,3

Estoniya

3,2

1,3

Ukrayna

3,0

0,6

Macarıstan

2,6

2,0

Polşa

2,5

1,7

Belarus

2,4

1,1

Litva

2. 2

0,9

Latviya

1,6

1,5

Son illərdə Azərbaycanın energetika sənayesində innovasiya texnologiyaları həm enerjinin istehsalı, həm də enerjinin ötürülməsi və paylanması sektorunda geniş tətbiq olunmuşdur. Eyni zamanda bu sahədə elmi-tədqiqat işlərin aparılmasına da xüsusi diqqət verilmişdir. Belə ki, təcrübə göstərir ki, elmi-tətqiqat işlərin inkişafına investisiya qoymadan texnologiyaların inkişafına nail olmaq mümkün deyil. Bu baxımdan “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinin və digər Universitetlərin, NMR-də isə Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin bu işə cəlb edilməsi energetika sənayesində innovasiyaların sürətli tətbiqinə təkan verə bilər. Belə ki “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti və Universitetlərin müvafiq kafedraları innovasiya texnologiyalarının yaradılması və bu texnologiyaların tətbiqində transfer kanalını həyata keçirə bilər. Texnolojiyaların Transferi Kanalının (TTK) əsas vəzifəsi yeni texnologiyaların işlənilməsini həyata keçirilməsi ilə yanaşı, texnologiyaların yaradıcıları ilə onun istehlakçıları arasında transfer kanalı vasitəsilə əlaqəni yaratmaqdır. Texnologiyaların yaradıcıları kimi ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, müxtəlif konstruktor büroları və s. ola bilər. Qeyd edək ki, istənilən elmi-texniki işlər (layihələr) hətta ən parlaq və yeniləri belə, real bazar üçün maraq doğurmur və bu layihələr biznes bazarında satılmadığından yarımfabrikat hesab edilə bilər. İstənilən elmi-texniki işin və ya layihənin son nəticəsi onun istehsalata tətbiqi və nəticə olaraq əldə olunan gəlir olmalıdır.


Bu gün müasir energetika bir sıra innovasiya texnologiyalarının tətbiqinə ehtiyac duyur. Bunlardan ən başlıcaları, aşağıda göstərilən tapşırıqlrın həllinə yardım edən innovasiyalar olmalıdır:
Yüksək texniki texnologiyaların tətbiqi nəticəsində elektrik enerjisinin maya dəyərini aşağı salmaq, yanacaqdan daha səmərəli istifadə etmək, enerjinin ötürülməsi və paylanması zamanı itkiləri azaltmaq mümkündür. İstismar təcrübəsi göstərir ki, enerjinin ötürülməsi və paylanması zamanı sistemdə itki 1990-2004-cü illərdə 12,5-18,7% olmuşdur. Müqayisə üçün deyək ki, bu göstərici Rusiyada müxtəlif paylayıcı şirkətlər üçün 4-18% olmuşdur.
Enerji ötürücü və paylayıcı şəbəkələrdə yeni texnologiyaların tətbiqi bir sıra tədqiqatlarda baxılıb və ona görə də bu problemin üzərində dayanmayacağıq. Bizim məqsədimiz Azərbaycanın və o cümlədən Naxçıvan Muxtar Respublikasının enerji sisteminin effektivliyinin artırılmasında ənənəvi və alternativ enerji mənbələrinə istifadədə yeni innovasiya texnologiyalarının tətbiqidir.
Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında istilik və energetika sahəsində yeni texnologiyalara aşağıdakılar aid edilə bilər:
-Yüksək faydalılığa mailk superkritik parametrlərdə işləyən buxar-turbin texnologiyası;
-Yüksək səmərəliliyə malik buxar-qaz texnologiyası;
- Dizel-enerji texnologiyası (pik rejimləri üçün tətbiq edilə bilər).
Superkritik parametrlərlə işləyən (P0=29-30 Mpa, T0=580°C) böyük güclü enerji bloklarının istismar təcrübəsi göstərir ki, onların faydalı iş əmsalı 47-53% olur. Bu da hazırda istismar olunan müasir enerji bloklarının faydalı iş əmsalından 7-12% çoxdur. Superkritik faydalı iş əmsalının yüksək olması nəticə etibarilə şərti yanacağın xüsusi sərfini 232-262 qr/kVt·saat olmasını təmin edir.
Yüksək səmərəliliyə malik buxar-qaz texnologiyalarının xaricdə və Azərbaycanda istismar təcrübəsi göstərir ki, bu qurğuların faydalı iş əmsalı kifayət qədər yüksəkdir. Bunu Şimal İstilik Elektrik stansiyasının, Sumqayıt Buxar-qaz istilik Elektrik Stansiyasının, Cənub İstilik Elektrik stansiyasının istismar göstəriciləri də təsdiq edir.
Dizel elektrik stansiyaları bir çox müsbət cəhətlərinə görə hazırda Ölkəmizdə geniş tətbiq edilir. Onun əsas müsbət cəhətləri aşağıdakılardır:
-Buxar-turbin texnologiyasına nisbətən faydalı iş əmsalı yüksəkdir;
-Tez və rahat işə qoşulur;
-İş rejimi dayanıqlıdır;
-Modul tipli olduğundan tikinti müddəti azdır.
Dizel ektrik stansiyalarının mənfi cəhətləri nəzərə alınaraq onun yük qrafikinin tənzimlənməsi rejimində (pik rejimləri) istifadəsi daha məqsədəuyğundur.
Dizel elektrik stansiyalarının əsas mənfi cəhətləri aşağıdakılardır:

  • Aqreqat gücü azdır;

  • Mühərrikin həddən çox yüklənmə imkanı yoxdur;

  • Motoresursu azdır;

  • Mühərrikin vaxtaşırı baxışa və təmirə ehtiyacı var.

İstismar təcrübəsi göstərir ki dizel elektrik stansiyasının geniş tətbiqi iqtisadi cəhətdən məqbul hesab edilə bilməz.

Yeni texnologiyların tətbiqi baxımından energetika sənayesi iki əsas istiqamətdə inkişaf edə bilər (Şəkil 1. ).



Şəkil 1. Enerji texnologiyalarının əsas inkişaf istiqamətləri

Yuxarıda göstərilənlərə nəticə vuraraq demək olar ki enerji sistemlərinə tətbiqi baxımdan sistemin effektivliyinin artırılmasında əsas göstəricilərə enerji təhlükəsizliyi, istehsal olunan enerjinin maya dəyərinin azaldılması və sosial effektivlikdir. Bu baxımdan sistemin effektivliyinin artırılmasını iki əsas istiqamətdə təmin etmək olar:


-ənənəvi enerjiyə və innovasiya texnologiyasına əsaslana kiçik energetikanın inkişafı istiqaməti;
- qeyri ənənəvi enerjiyə və innovasiya texnologiyasına əsaslana kiçik energetikanın inkişafı istiqaməti.
Hidroenergetika sahəsində isə kiçik energetikaya ümumi gücü Nüm=0,1-30MVt olan SES-lər daxildir. Lakin kiçik energetikanın təsnifatlaşdırılmasında generasiya avadanlıqlarının vahid gücünün ədədi qiymətində birmənalı fikir yoxdur.
Kiçik energetikanın inkişafının əsas istiqamətləri, mövcud problemləri və bu sahədə dunya ölkələrinin əldə etdiyi təcrübələrin müqayisəli təhlili,eləcədə kiçik energetikanın inkişafının elmi-metodiki əssasları təqqiqatlarda, müxtəlif baxış bucaqlarından təhlil edilib. Sənaye cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi isbat edibki, kiçik istilik elektrik mərkəzlərinin tikilməsi və istismarı digərlərinə nisbətən daha effektivlidir. Bu təcrubə ABŞ-da, Almaniyada, Danimarkada, İsveçdə və. s. ölkələrdə daha çox özünü doğrultmuşdur. Danimarkanın təcrubəsi daha çox diqqət çəkəndir. Beləki son 25 ildə (1986-ci ildən başlayaraq) mini istilik elektrik mərkəzlərini (İEM) tikintisi proqramı dövlət səviyyəsində dəstəklənir. Bu proqram çərçivəsində həm yeni mini İEM-lər tikilir,həmdə mövcud qazanxanaların bazasında İEM-lər tikilir. Kiçik eneregetikanın inkişafını Rusiya Federasiyasında da diqqət yetirilir. 1990-2000-ci illərin statistik məlumatlarının təhlili göstərir ki, kiçik energetikada elektrik enerjisinə görə qoyulmuş güc Ne=17000MVt və istehsal olunan elektrik enerjisi E=860. 109 kVt. s təşkil edir. Buda ümumi qoyulmuş gücün və ümumi istehsal olunan elektrik enerjisinin 8-10%-ni təşkil edir. İnkişaf etmiş öləkələrin təcrübələrinə əsalanaraq Naxçıvan Muxtar Respublikasında kiçik energetikanının inkişafını iki əsas istiqamətdə həyata keçirmək olar. Naxçıvan Muxtar Respublikasının hidroenerji potensialının təhlili göstərir ki, regionda kiçik və mini su elektrik stansiyalarının (SES) inkişafı məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, su elektrik stansiyalarının tikintisi dövlət əhəmiyyətli 3 əsas məsələni həll edir:
- sel sularının tənzimlənməsi;
- elektrik enerjisinin istehsalı (ekoloji cəhətdən təmiz);
- yeni suvarma sistemlərinin yaradılması;
Respublikada olan çaylar üzərində və su təsərrüfatı obyektlərində 200-ə qədər kiçik su elektrik stansiyaları yerləşdirmək olar ki, onların istehsal etdiyi illik elektrik enerjisi 3,2 mlrd kVts olacaqdır. Onlardan yaхın perspektivdə effektiv və səmərəli olan 61 kiçik SES-in tikintisi daha məqsədəuyğundur. Bu SES-lər irriqasiya kanalları üzərində, aхını tənzimlənməmiş çaylarda və tikiləcək su anbarlarının yanında yerləşdirilə bilər. Respublikada daimi, elektrik enerjisi ilə çətin təchiz olunan, həmçinin enerjisistemin elektrik verilişi хətləri və yarımstansiyalarından uzaqda yerləşən obyektlərin, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizində mikro SES-lərin istifadə olunması üçün geniş imkanlar vardır. Bu mikro SES-lərin istifadə edilməsi elektrik enerjisi problemləri ilə yanaşı digər sosial məsələrin də həll edilməsinə imkan yarada bilər. Hal-hazırda Naхçıvan MR-nın yerli enerji sistemi Azərbaycanın enerji sistemindən təcrid olnmuşdur. Ona görə də su elektrik stansiyalarının (orta, kiçik, mikro) ilk növbədə Naхçıvan MR-nın ərazisində tikilməsi aktualdır. Azərbaycan Respublikasında hidro energetikanın inkişaf etdirilməsinin iki mərhələdə, yaхın prespektiv və gələcək dövrlərdə həyata keçirilməsi məqsədə uyğundur.
Naxçıvan Muxtar Respublikasında kiçik energetikanın inkişafının əsas istiqamətinin persperktivləri vardır. Regionda təxminən 26 kiçik çay,(Babək rayonunda-5, Şahbuzda -7, Culfada -4, Ordubadad -9, Şərurda -1) və çoxsaylı suaxarları vardır. Bu çaylardan 5-i nisbətən bolsuludur və onlardan suyun sərfinə Naxçıvan Muxtar Respublikanın EkologiyaTəbii Sərvətlər Nazirliyinin Hidrometrlogiya İdaresi tərəfindən nəzarət edilir. Həmin çayların üzərində kiçik güclü SES-lərin tikilməsi məqsədəuyğundur.

Qeyd etmək lazımdır ki NMR-in elektik enerjisi təhlükəsizliyinin təmin edilməsində əsas mənbələrdən biri də biokütlənin səmərəli istifadəsidir. Muxtar Respublikada bioyanacaq mənbəyi kimi kommunal tullantılar və heyvandarlığın tullantısı istifadə oluna bilər. Bu tullantıların istifadəsi həm ekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Bakı şəhərində “Təmiz şəhər” ASC-nin son illərdəki təcrübəsi göstərir ki bərk məişət tullantılarının utilizasiyasının hesabına həm Karno tsikli ilə işləyən qazan-turbin qurğusunda elektrik enerjisi istehsal etmək olar, həm ekoloji problemi həll etmək olar. NMR-də bu texnologiyanı tətbiq etmək olar. Lakin NMR-də heyvandarlığın tullantılarının hesabına bioqaz qurğularının istifadəsı sərfəlidir.


Cədvəl 2-də NMR-in Statistika Komitəsinin məlumatlarından istifadə edilməklə heyvandarlıq tullantılarının energetik potensialı təqdim olunub. Cədvəldən göründüyü kimi bioqaz qurğularının hesabına elektrik enerjisinin istehsalını təşkil etməklə 70-80 milyon m3 təbii qaz yanacağına qənaət etmək mümkündür. Bu da bu günkü Dünya bazar qiyməti ilə təxminən 17-20 milyon dollar valyuta deməkdir.
Cədvəl 2
NMR-də heyvandarlıq tullantılarının energetik potensialı

Göstəricilərin adları

heyvandarlıq tullantılarının energetik potensialı

İri buynuzlu heyvanlar

Xırda buynuzlu heyvanlar

Sayı

59179

613594

Bir heyvanın tullantısının bioqazının enerjitutumu, MCoul/gün

38,53

12,67

Qurğunun elektrik F. İ. Ə.

0,35

0,35

Bir heyvanın tullantısından istehsal oluna biləcək orta elektik enerjisi, KVt

3,75

1,23

İl ərzində istehsal oluna biləcək elektrik enerjisi
milyon KVtsaat/il

81

275

İl ərzində cəmi istehsal oluna biləcək elektik enerjisi,
milyon KVtsaat/il

356

Yuxarıda göstərilənlərə nəticə olaraq demək olar ki NMR-in bərpaolunan enerji potensialı kifayət qədər böyükdür və ölkədə taarif siyasətinin təkmilləşdirilməsi bu mənbələrdən istifadənin cəlb ediciliyini artırar, layihələr iqtisadi cəhətdən səmərəli olar. Bu da öz növbəsində, həm dövlət, həm də özəl investisiyanın bu sahəyə qoyulması təşviq edəcək.


Dünyanın bir çox ölkələrində bərpa olunan enerji mənbələrinin istifadəsinin iqtisadi səmərəliliyinin təmini məqsədilə Yaşıl tarif adlanan yenitarif siyasəti ətbiq edilir. Yaşıl tarif - ölkədə bərpaolunan enerji mənbələrindən istifadənin səmərəliliyinin artırılması məqsədi ilə dövlətin fərdi enerji istehsalçılarından elektrik enerjisini xüsusi tarif setkası ilə almasıdır. Bu zaman dövlət istehsalçılar üçün həm qoyulmuş gücün maksimum həddini (məsələn: 20-50 KVt ola bilər), həm də satınalma qiymətini müəyyən edir. Bu tarif energetikada bərpaolunan enerji mənbələrindən istifadəyə və innovativ texnologiya əsaslanan mini energetikanın inkişafına təsir göstərəcək.

NƏTİCƏ
1. Energetika sahəsində yeni innovasiya texnologiyalarının tətbiqi verilmişdir.
2. Muxtar Respublikanın iqliminin, onun fiziki coğrafiyasının, hidroenerji potensialını nəzərə alaraq kiçik çayların üzərində kiçik güclü SES-lərin tikilməsi enerji təminatında mühü rol oynayır.
3. NMR-in elektik enerjisi təhlükəsizliyinin təmin edilməsində əsas mənbələrdən biri olan kommunal tullantılar və heyvandarlığın tullantılarından istifadə edilməsi səmərəli olacaqdır.
4. Bərpaolunan enerji mənbələrindən istifadənin səmərəliliyinin artırılması məqsədi ilə Yaşıl tarif siyasətinin tətbiq edilməsi.


Yüklə 106,88 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə