Mövzu 4.
SİYASƏTDƏ İŞTİRAKIN QENDER PROBLEMLƏRİ
1. «Siyasətdə iştirak» və «siyasi fəaliyyət» anlayışlarının mahiyyəti.
Qadınların siyasətdə iştirakının inkişafında feminizm və sufrajizmin rolu
2. Qadınların siyasətdə iştirakı üzrə elmi tədqiqatların əsas istiqamətləri
3. Seçkidə iştirakın qender aspektləri
4. Azərbaycanda siyasətdə iştirak və qender
1.
«Siyasətdə iştirak» və «siyasi fəaliyyət» anlayışlarının mahiyyəti. Qadınların
siyasətdə iştirakının inkişafında feminizm və sufrajizmin rolu
Tədqiq olunan problemi təhlil etməzdən əvvəl mühazirə çərçivəsində istifadə
olunan əsas terminləri – «siyasətdə iştirak» və siyasi fəaliyyət araşdırmaq gərəkdir.
Siyasətdə iştirak siyasət subyektlərinin mövqeyi və fəaliyyətinə təsir etmək məqsədi ilə
siyasi hadisələrə, proseslərə və s. cavab reaksiyası olan hərəkət yaxud hərəkətlər
məcmusudur. Siyasətdə iştirak fərdi yaxud kollektiv, təşkil olunmuş yaxud kor-təbii,
müntəzəm yaxud təsadüfi, dinc yaxud zorakı, qanuni yaxud qeyri-qanuni ola bilər.
Siyasi maraqların başqa bir reallaşma forması ictimai fəaliyyətin xüsusi, spesifik
sahəsi olan siyasi fəaliyyətdir. Siyasi fəaliyyət ictimai qrupların hakimiyyəti əldə etmək,
ondan istifadə etmək və əldə saxlamaqla əlaqədar siyasi marağını həyata keçirmək
üçün istifadə etdiyi hərəkətlər məcmusudur. Yüzilliklər ərzində qadınların siyasi
marağını həyata keçirmək mexanizminin real imkanı olmaması cinsə görə siyasi, mülki
və hüquqi ayrı-seçkiliyin əsas səbəbi olmuşdur.
Qadınlar siyasətə nisbətən yaxın zamanlarda – XIX əsrin sonlarında, feminizm
nəzəriyyəsi və təcrübəsinin inkişafı nəticəsində cəlb edilməyə başlandı. «Feminizm»
(fransızca «femme» - qadın) termini özü hərəkatdan demək olar ki, yüz il əvvəl
yaranmışdı – onu bu hərəkatın ictimai əhəmiyyətli amil olduğu XIX əsrin sonunda
Aleksandr Düma-oğul danışığa daxil etmişdi. Feminizin bir çox forma və ənənələri
vardır: bütövlükdə isə onu qadın bərabərliyi uğrunda hərəkatdan daha çox şəxsiyyətin
nəslin repressiv hakimiyyətindən azad olması, fərdin nəsli başlanğıcdan ayrılması,
avtonomlaşması naminə hərəkatın fəlsəfəsi yaxud ideologiyası adlandırmaq olar.
İlk mütəşəkkil qadın çıxışları Fransada XVIII əsrin sonundakı fəal qadınların siyasi
iştirakı çox tezliklə boğuldu; lakin XIX əsrin 30-cu illərindən başlayaraq qadın hərəkatı
yenidən canlanmağa başladı. Bu dəfə onun inkişafına təkan verən Qərbi Avropada
ənənəvi həyat tərzini kökündən dəyişdirən sənaye inqilabi oldu. Quruluşun
modernləşməsi iri sənayenin inkişafı, şəhərlərin artması, kiçik kənd təsərrüfatlarının
iflasa uğraması ilə müşaiyət olunurdu. Bununla yanaşı əvvəlki ailə həyatı tərzi pozulur,
kişi və qadın arasında münasibət böhranı baş verirdi. Ənənəvi ailə münasibətlərinə
dağıdıcı təsir edən iki şərt – qadınların kütləvi surətdə ictimai istehsalata cəlb olunması
və uşaq doğumunun getdikcə nəzarət altında saxlanması oldu. Sənaye inqilabının təsiri
altında ictimai istehsalatda kütləvi qadın əməyi sosial həyatın heç də birmənalı olmayan
faktına çevrildi. Qadınları muzdlu işçilərin hüququnu müdafiə edən həmkarlar ittifaqına,
yaxud başqa ictimai təşkilatlara qəbul etmirdilər. Beləliklə, qadınların birgə kollektiv
çıxışı üçün, qadın maraqlarını və hüquqlarını qoruyan qadın təşkilatlarının yaranması
üçün yeni zəmin meydana çıxırdı. Kollektiv gücün hesabına qadınlar kişilərlə bərabər
görülən iş üçün bərabər zəhmət haqqının verilməsinə nail olur, buraxılmadıqları
ixtisaslara buraxılmaq tələbi irəli sürürdülər. İşləyən qadın özünün də xüsusi sosial,
mülki və siyasi maraqlarının olduğunu və bu maraqları qorumaq lazım gəldiyini dərk
etməyə başladı. Mülki və partiya-siyasi həyatı sahələrinin mənimsənilməsi, qadınların
əmək hüququnun, onun layiqli ödənişinin, təhsil hüququnun, ana və uşaqların,
xəstələrin, əlillərin və yaşlı insanların müdafiəsi üzrə sosial zəmanət hüququ – bütün
bunlar qadın hərəkatının vəzifəsi kimi başa düşülürdü.
Hərəkatın təşəkkül tapması və möhkəmlənməsi XIX əsrin ortalarına təsadüf etdi.
İngilis feminizminin ən görkəmli nümayəndələrindən biri olan Milisent Fausett yazırdı:
«Ümuiyyətlə mövcud olan ən gözəl hərəkatlardan biri müasir nəslin gözü önündə
getdikçə inkişaf etməkdədir. O bir ölkə daxilində qapanıb qalmayıb və Qərb
sivilizasiyasına tabe olan bütün millətlərdə özünü biruzə verir. Bu – inqilabdır, amma
zorakılıqsız bir inqilab».
Qadınlara öz marağını həyata keçirmək üçün kişilərlə bərabər hüquq verilməsində
həlledici rol oynayan, qadınlara da ümumi seçki hüququnun verilməsini tələb edən ən
fəal qüvvə – sufrajizm (ingiliscə «suffrage» – seçki hüququ) oldu.
Sufrajizmin inkişafına, bu hərəkatın müxtəlif formalarının və siyasətdə iştirakın
aşkar olunmasına, həmçinin qadınların siyasi fəaliyyətə cəlb olunmasına ən parlaq
nümunə – onun Böyük Britaniyadakı inkişafıdır. Məhz İngiltərə ilk dəfə bir çox
demokratik institutların (parlament, and iclasçıları) tətbiq edildiyi, «Böyük sərbəstliklər
Xartiyası» və «Hüquqlar haqqında bill» kimi liberalizm ideyalarının (Tomas Qobbs, Con
Lokk) inkişaf etdirildiyi sənədləri qəbul etmiş ölkə sayılır.
İngiltərədə ilk suffrajist təşkilat (Qadın suffrajistlərin Şeffild assosiasiyası) 1851-ci
ildə yarandı. 60-cı illərdə bu cür təşkilatlar İngiltərənin digər şəhərlərində də yaranmışdı
və bu 1868-ci ildə ümummilli suffrajist təşkilatının – Milli suffrajist cəmiyyətləri
federasiyasının (MSCF) yaranmasına səbəb oldu. MSCF parlament seçkilərindən daha
çox yerli seçkilərdə cəmləşərək liberallar partiyasında yarımsuffrajist meyilləri
gücləndirməyə çalışır; suffrajistlərə rəğbətlə yanaşan namizədlərə sponsorluq edir;
kütləvi nümayişlər, yürüşlər, banketlər, qəbul, dini və digər ictimai təşkilatlarla görüşlər
keçirirdi. Onun öz ştatı vardı, «Ümumi iş» adlı qəzet buraxırdı, fəhlə təşkilatları ilə
əməkdaşlıq edərək Şotlandiyada, İrlandiyada və Uelsdə öz təsirini genişləndirmək
yönündə iş aparırdı. Ancaq konstitusiya yollu ilə parlamentə və hökumətə təsir
göstərərək imkanlı ev sahibləri olan qadınlar üçün seçki hüququ ilə bağlı qanun qəbul
etmək yolunda cəhdinə və çalışmasına baxmayaraq, onlar elə də səs hüququna malik
ola bilmədilər.
Böyük Britaniyanın suffrajist hərəkatı tarixinin timsalında qadınların siyasətdə
iştirakının ən müxtəlif formalarının təşəkkül tapması və təkamülünü izləmək
mümkündür. Suffrajizmin fəal şəkildə XIX əsrin ikinci yarısından başlayaraq inkişaf
etdiyi digər ölkələrin əksəriyyətində əsasən dinc mübarizə metodları (nümayişlər,
mitinqlər, yürüşlər, təşviqat tədbirləri, dövri mətbuatda kampaniyalar və s.) üstünlük
təşkil edirdi. Bəzi qərbi və orta qərbi ştatlarda qadınlar hələ XVIII əsrin sonunda
səsvermə hüququ əldə etmişdilər (Vayominq, Yutta və s.). Məhz qadın sufrajizm
təşkilatlarının kütləvi təzyiqi altında 1920-ci ildə Konqress Konstitusiyaya 19-cu düzəlişi
qəbul etdi ki, orada ABŞ vətəndaşlarının səsinin hansısa cinsə aid olmasından asılı
olmayaraq nə ümümmilli, nə də federal səviyyədə (düzəliş Süzen Entoninin hələ 1878-ci
ildə təklif etmiş olduğu formada qəbul edilmişdi) məhdudlaşmaması elan olunurdu.
Suffrajist hərəkatının inkişafı qəti şəkildə qadınlara səsvermə hüququnun
verilməsinə və ümumiyyətlə onların siyasi sahəyə cəlb olunmasına qarşı çıxan
antisuffrajistlərin etirazı ilə müşaiyət olunurdu. Lakin antisuffrajistlərin etirazına
baxmayaraq Qərbdə suffrajist hərəkatı XX əsrin ilk onilliklərində mühüm bir qüvvəyə
çevrildi ki, əvvəl adlarını çəkdiyimiz Yeni Zelandiya, Avstraliya və ABŞ-dan başqa bir
çox ölkələrdə də qadın seçki hüququnun tədricən tətbiqi buna sübutdur: 1906-cı ildə –
Finlandiya; 1913-cü ildə – Norveç; 1915-ci ildə – Danimarka və İslandiya; 1917-ci ildə –
Rusiya; 1918-ci ildə – Kanada; 1919-cu ildə – Avstriya, Almaniya, Niderland, Polşa,
İsveç, Lüksemburq, Çexoslovakiya; 1922-ci ildə – İrlandiya, 1928-ci ildə – Böyük
Britaniya; 1934-cü ildə – Türkiyə və s.
2. Qadınların siyasətdə iştirakı üzrə elmi tədqiqatların əsas istiqamətləri
Siyasətdə qender ölçüsü və qadının siyasətdə iştirakı problemləri Qərbi Avropa və
Amerikada 1970-ci illərdən başlayaraq mühüm tədqiqat sahəsinə çevrildi. Son 30 il
ərzində sosial və mədəni dəyişikliklər və qadın hərəkatının təsiri ilə qadınların siyasətdə
iştirakında mühüm dəyişikliklərin baş verməsinə baxmayaraq, demək olar ki, bütün
dünyada qadınların siyasi təmsilçiliyi kişilərdən aşağıdır. 90-cı illərin əvvəlində ABŞ
senatında qadınlar 2%, Böyük Britaniya parlamentində – 7%, Alman Federativ
Respublika parlamentinin üzvləri arasında isə – 10% təşkil edir. E.Giddensin sözlərinə
görə, təəccüblü olan qadınların siyasətdə bu qədər aşağı təmsilçiliyi yox, başqa
sahələrlə, hətta bizneslə müqayisədə həmin vəziyyətin olduqca ləng dəyişməsidir.
Qadının siyasətdə vəziyyəti dəyişdikçə, qadının siyasətdə iştirakı ilə əlaqədar elmi
tədqiqatlardakı vurğu və şərhlər də dəyişməyə başladı.
50 – 60-cı illərdə cinsi mənsubiyyət siyasi davranışı müəyyən edən çoxsaylı
kəmiyyətlərdən biri idi. Qadının iştirakı xüsusi bir tədqiqat sahəsi deyildi. Kişi ilə
müqayisədə qadının daha az siyasi fəallığına diqqət yönəldən Dyüverjenin pioner
tədqiqatından başlayaraq, bu fakt əsasən psixoloji cəhətdən izah edilirdi. O vaxtlar
hesab olunurdu ki, qadın ənənəvi dəyərlərə və köhnə fikirlərə daha çox tabedir. Cinsə
və davranışa əsaslanan, o cümlədən kişilik (təcəvüzkarlıq) və siyasi fəaliyyətlə bağlı
bioloji əlaqə birmənalı qəbul olunurdu.
70-ji illər cinslərin nisbəti və siyasət probleminə marağın artdığı bir dövrdür.
Feminist hərəkatının təsiri və qadınların istehsalatda iştirakının genişlənməsi ilə daha
çox sayda qadının siyasətdə iştiraka marağı çoxaldı. Tədqiqatların diqqəti getdikcə
siyasi sosiallaşma, sosial və iqtisadi problemlərə yönəlməyə başladı. Bu illər nəinki
qadının siyasətə gəlişinə və qadın siyasi davranışına yenidən qiymət vermək, həm də
əvvəllər şəxsi, xüsusi sayılan bir çox məsələlərə münasibət də dəyişdi. Qadın
hərəkatının «şəxsi olanlar – ictimaidir» şüarı cəmiyyətdə şəxsi (xüsusi) və ictimai (açıq)
sahələrin liberal bölümünün tənqidi kimi qəbul olunurdu. Qadının ictimai sahədən (əmək
və siyasət) təcrid olunması «qadın» məsələsinin siyasətdən çıxarılması demək idi. Belə
siyasəti feministlər patriarxal adlandırırdı.
80-ci illərdə qadınların siyasətdə aşağı səviyyədə təmsil olunması səbəblərinin
nisbi konvensial təsviri yarandı. Siyasətdə iştirakın vacib amilləri arasında siyasi
sosiallaşma, struktur və situasiya (bioqrafik) amillər də göstərilirdi.
Müxtəlif siyasi sosiallaşma kişi və qadını cürbəcür rollara, siyasətə və ümumiyyətlə
fəal davranışa başqa-başqa münasibətə səmtləndirir. Siyasi sahə qadının həyat
qüvvəsini sərf etməsi üçün əlverişsiz sahə sayılır. Sosiallaşma prosesində məqsədə nail
olmağa istiqamətlənmiş müstəqil, inamlı oğlan davranışı və ətrafdakıların qayğısına
qalmağa istiqamətlənən asılı qız davranışı həvəsləndirilir.
T.Parsonsun ənənəsində siyasi sosiallaşmanın təsiri aşağıdakı kimi şərh olunur.
Kişi siyasətə daha çox karyera qurmaq məqsədi ilə gəlir. Bu sahədə də o, ailədəki kimi
sistemin xarici vəzifələrinə istiqamət götürərək «instrumental» funksiyalarda ixtisaslaşır.
Qadın siyasətçilər karyeraya daha az üstünlük verərək «ekspressiv» funksiyalarda,
sistemin daxili vəzifələrində ixtisaslaşır, onun üzvlərinin inteqrasiyasını təmin edir.
Səbəblərin ikinci bloku iştirakın struktur amilləridir, yəni onlar cəmiyyətin sosial
strukturu ilə bağlıdır. Onların arasında kişi və qadının siyasətdə istifadə edə bildiyi
ehtiyat-ların paylanmasında qeyri-bərabərlik mövjuddur. Qender sisteminin müəyyən
etdiyi təhsildə, gəlirdə, iş təcrübəsindəki qeyri-bərabərlik ona gətirib çıxarır ki, qadınlar
siyasətdə cəmlənmənin baş verdiyi qatlarda daha az təmsil olunur, buna görə də onların
siyasətdə iştirak şansı daha az olur.
Üçüncü bloku situativ (bioqrafik) amillər təşkil edir. Onlar qadının müasir
cəmiyyətdə keçdiyi həyat yolunun xüsusiyyətləri ilə bağlıdır. İndiyə kimi qadın əksərən
ev işləri və uşaq tərbiyəsinə cavabdeh idi və buna görə də siyasi fəaliyyət üçün ona
lazımi vaxt və eneji çatışmırdı.
Dediyimiz üç amil blokundan başqa müəlliflər qadının siyasi iştirakının səbəbi
olaraq onların siyasi fəallığına mane olan ayrı-seçkiliyi də misal göstərirlər. Bu, həm
qadına əsas siyasi vəzifələri tapşırmamaq istəyindən, həm də seçicilərin qadına səs
verməmək istəyindən irəli gəlir. Nəzərə çatdırılır ki, hazırda həm elektorat, həm də kişi
siyasətçilər qadınlara qarşı daha loyal mövqe tuturlar.
Qadının siyasətdə iştirakı probleminə nəzəri yanaşmaların dəyişməsi cəmiyyətdə
qadının vəziyyətinə paradiqmal yanaşmanın dəyişməsi ilə bağlıdır ki, onu sxematik
olaraq aşağıdakı kimi təsvir etmək mümkündür. 50-60-cı illərdə qender fərqləri cinsi
mənsubiyyətə görə fərq kimi şərh edilirdi və elmi mübahisələrdə «qender» termininə
hələ vərdiş olunmamışdı. Cinsi fərqlər bioloji cəhətdən əsaslanmış və iyerarxik olaraq
təşkil olunmuş kimi izah olunurdu. Belə şərhə əsasən, qender fərqləri qender
bərabərliyni nəzərdə tutmur. Buna qadına münasibətin müdafiəyə ehtiyacı olan «zəif
cins»ə münasibət kimi misal gətirmək olar.
70-ci illərdə iki yeni yanaşma meydana gəldi - neytral qender və həssas qender.
Neytral qender yanaşması qender bərabərliyi və qender fərqinin olmaması prinsipinə
əsaslanır. İdeoloji olaraq o, qadın hərəkatının liberal istiqaməti ilə əlaqəlidir. Həssas
qender yanaşması qender bərabərliyinin və qender fərqinin birliyini qeyd edir. O, qadın
hərəkatının radikal istiqaməti ilə bağlıdır.
XX əsrin son üçdə birində qadınların sərəncamında olan siyasi ehtiyatların miqdarı
artdı; bəzi təşkilatlarda qadın iştirakının səviyyəsi hətta kişilərdən daha yüksək oldu.
Buna müvafiq olaraq metodoloji vurğu da həssas qender yanaşmasına sarı dəyişdi və
tədqiqatçılar qarşıya qadının siyasətə hansı spesifiklik gətirdiyini araşdırmaq vəzifəsi
qoydular.
1980-cı ildə ABŞ-dakı prezident seçkilərində konservativ namizəd Ronald
Reyqanın uğurundan sonra amerikan feminist diskursunda «qender uyğunsuzluğu»
(qender gap) anlayışından istifadə etməyə başladılar. Bu məhfum siyasi iştirakda,
qiymətdə, partiya meyllərində və kişi ilə qadının səsverməsində olan və qarşısı alına
bilməyən qender əsaslı ziddiyyətləri əks etdirir. O, mühafizəkar siyasətə dəstək
verməkdə qadınların kişilərdən daha az fəallığını nəinki qeyd edir, həm də şərh edirdi.
Kişi və qadın üçün eyni imkanlar dövlət siyasətinin aparıldığı, təhsil səviyyəsinin və
istehsalatda iştirakın qender nisbətinin bərabərləşdirildiyi, kişi və qadın üçün siyasi
ehtiyatların bərabər mümkünlüyü olan ölkələrdə siyasi meyillərdə qender ziddiyyəti
problemi ya aktuallığını itirir, ya da ki, başqa bir məna kəsb edir. Bu, hər şeydən əvvəl
skandinav diskursuna aiddir. 90-cı illərin əvvəlində Skandinaviya ölkələri üzrə orta
hesabla qadın deputatları 30%, Finlandiyada isə 39% idi. Qadınların vəziyyətinin
yaxşılaşması o dərəcədə əhəmiyyətli idi ki, bütövlükdə siyasətin «üzü» dəyişdi. Qadının
siyasətdə iştirakının marginallaşma modeli mümkünsüz hesab olunur, marginallaşma
özü isə Skandinaviyada mif kimi qiymətləndirir. Təkcə qadının vəziyyəti yox, cəmiyyətin,
dövlətin ona münasibəti də dəyişdi. Məhz Skandinaviyada 90-cı illərin ortalarında qadın
üçün əlverişli siyasi münasibətlərə həsr olunmuş tədqiqatlar və qadın marginallaşması
nəzəriyyəsinin tənqidi meydana gəldi. Siyasəti qadın üçün əlverişli olan dövlətdə
qadının siyasi iştiraka marağının olmadığı haqda müddəalar qeyri-relevant sayılırdı,
çünki siyasət kişilərin marağını əks etdirməkdə davam edirdi.
Cinsin siyasətdə iştirakın xarakter və formasına təsiri məsələsini araşdırarkən
konvensional və qeyri-konvensional hadisələrə diqqət yetirmək gərəkdir. Konvensional
deyiləndə institusional təmsilçilik kanallarından istifadə edən nisbətən adi, xüsusən də
seçki kampaniyalarında iştirak və seçkilərdə səsvermə kimi siyasi davranış nəzərdə
tutulur. Belə iştiraka misal – leqal dinc yürüşlərdə, nümayişlərdə iştirak, petisiyalara
imza atma, səsvermə, namizədlərlə görüşdə iştirak və s. Qeyri-konvensional siyasi
iştirak bir qayda olaraq qanun pozulması ilə bağlıdır, çox vaxt bunu məqsəd kimi
qarşıya qoymasa da, zorakılıq metodlarının tətbiqi ilə sona çatır. Belə iştiraka misal
olaraq icazəsiz mitinqləri, tətilləri, avtonəqliyyatın yolunun bağlanması, vergidən
yayınma, əmlaka zərər vurulması (vitrinlərin, yol işarələrinin daşlanması, fiziki
qarşıdurmalar, məsələn, polis ilə) göstərmək olar.
Qadın və kişilərin siyasətdə iştirak formalarını təhlil edərkən qadınlar arasında
konvensional formaların üstün olması qeyd edilir. Seçki institutuna marağın artması və
qadınların elektoral iştirakının fəallaşması bir sıra səbəblərlə – qadınların savadının
yüksəlməsi, onların siyasi mədəniyyət səviyyəsinin artması ilə izah edilir; qadınlar
siyasətə daha aktiv cəlb olunur, müxtəlif səviyyəli təmsilçilik institutlarına seçilir; bəzi
tədqiqatçılar bu faktı qadınların öz vətəndaş hüquqlarının reallaşmasında daha
məsuliyyətli və daha mütəşəkkil olmaqları ilə əlaqələndirir, digərləri isə hesab edir ki,
əksər hallarda qərar qəbul etmə səviyyəsindən mərhum olan qadın seçkidə iştirakını
qərarın qəbul olunması prosesində iştirak etmək üçün yeganə çıxış yolu hesab edir və
bu səbəbdən də özünün səs hüququnun «qədrini bilir»; axı ölkələrin bir çoxunda qadın
bu hüquqa uzunsürən və gərgin mübarizə sayəsində malik olmuşdur.
3. Seçkidə iştirakın qender aspektləri
Son illərin siyasi həyatının bir çox ölkələrdəki səciyyəvi xüsusiyyəti təkcə qadının
elektoral iştirakı deyil, həm də onun seçkilərdə nümayəndə şəklində irəli sürülməsidir. İlk
olaraq seçmək və seçilmək hüququnu Finlandiya qadınları 1906-cı ildə qazandılar.
Sonrakı onilliklərdə belə hüquqa İkinci dünya müharibəsinin sonuna qədər bir çox
ölkələrin qadınları malik oldu, baxmayaraq ki, hələ də müxtəlif vəzifələrə qadın
namizədlərin irəli sürülməsində və seçkilərdə qalib gələ bilən qadınların sayında böyük
irəliləyiş yox idi. Qadın və kişilərin seçki kampaniyasında iştirakından danışarkən o faktı
qeyd etmək lazımdır ki, seçki texnologiyasından istifadə ilə bağlı bilik və bacarıq
səviyyəsi hər yerdə bərabər deyil. Bir çox ölkələrdə (bizim ölkəmiz də daxil olmaqla)
qadına rəqibi olan kişi ilə daha effektiv və uğurla rəqabət aparmaqda yardımçı olan
seçkiqabağı texnologiyanın öyrədilməsi mexanizmi yoxdur. Bir çox qadın namizədlər
müvafiq informasiya və məsləhət dəstəyi, reklam kampaniyasının aparılmasına dair
biliyi olmadan mübarizəyə qoşulur. Namizəd qadınların əksəriyyəti üçün seçkiqabağı
kampaniyanın ayrı-ayrı maliyyələşmə kanallarına çıxış daha məhduddur – indiyə kimi
çox az potensial sponsorlar qadının qələbəsinə inanır və onu lazımi sayır. Belə bir qeyri-
bərabərliyin aradan qaldırılması üçün bir çox ölkələrdə qadın elektoral iştirakının və
onların seçkilərdə namizəd kimi iştirakının inkişafı mexanizmləri yaradılır.
Daha bir misal – 1980-ci ildə Böyük Britaniyada ingilis və amerikan jurnalistlərinin
yaratdığı Qrup-300-dür. Bu təşkilatın məqsədi Britaniya parlamentində 635 yerdən heç
olmazsa 300-nün qadınlara aid olmasına nail olmaq idi. Bu – partiyadan kənar qrupdur
ki, orada həm kişilər, həm də qadınlar iştirak edir; onlar seçkiqabağı kampaniyanın
keçirilməsində, partiya siyahılarında namizədlərin irəli sürülməsində qadınlara köməklik
göstərir; yerli orqanlara, Böyük Britaniya parlamentinə, Avropa parlamentinə və s. irəli
çəkilmək imkanları barədə məlumat verir. Qrup-300 daha çox sayda layiqli qadın
namizədlərin siyasi səhnəyə cəlb olunması üçün məsləhət və təlim təşkil edir, buna
köməklik göstərir. Qrup-300 siyasi partiyalarda hakimiyyətdə olan kişi siyasətçilərin,
həmçinin nüfuzlu kütləvi informa-siya vasitələrinin nümayəndələrinin fikrini qadın üçün
daha sərfəli istiqamətdə dəyişərək parlament üzvləriinə təsir etmək məqsədi ilə
kampaniyalar keçirir. Qrup cəmiyyəti və siyasi partiyaları inandırmağa çalışır ki, qadın –
siyasətdə yeni qüvvədir və hər hansı br partiya az sayda qadın namizədi və deputatı ilə
köhnədəbli və zəif görünür. Bəzi ölkələrdə Qrup-300-ün fəaliyyəti əsasında yerli şəraitə
uyğunlaşmış qruplar yarandı: Rumıniyada – Qrup-222, Ukraynada seçici qadınlar ittifaqı
50/50, Qanada Qrup-CENSUDI və s. İsrail qadınları təşkilatında və Yaponiyadakı
qruplarda təlim Qrup-300 nümunəsi əsasında aparılır. Bilavasitə yaxud dolayısı ilə
Qrup-300-ün fəaliyyəti nəticəsində digər hərəkatlar və qadının siyasətə daha fəal cəlb
olunmasına kömək mexanizmləri meydana gəldi. Belə ki, 1993-cü ilin fevralında Qrupun
fəallarından olan Barbara Folett məqsədi leyborist partiyasından olan qadın
namizədlərə dəstək üçün vəsaitin tapılması və toplanması olan Emili Siyahısı (Emylys`s
List UK) işlədi, çünki Britaniya qadınlarının çoxunun seçkiqabağı kampaniyanı təşkil
etmək imkanı yox idi. Bu qrup 1985-ci ildə yaranmış demokratik partiyadan olan qadın
namizədlər üçün vəsaitin toplanması ilə bağlı amerikan təşəbbüsü üzərində
qurulmuşdu.
5. Azərbaycanda siyasətdə iştirak və qender
Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatına cəlb edilməsi Qərb ölkələri
ilə müqayisədə xeyli sonra başladı və bu, tarixi inkişaf xüsusiyyətləri ilə bağlı idi. XX
əsrin əvvəlində Azərbaycan qadınlarının böyük əksəriyyətinin təhsil, mədəni dəyərlər,
ictimai və sosial həyatla əlaqəli imkanı yox dərəcəsində idi və onlar faktiki olaraq ailə
istismarı şəraitində yaşayırdı. Buna görə də keçən əsrin ilk onilliklərində Azərbaycanda
qadın hərəkatının səciyyəvi xususiyyəti və əsas məqsədi seçki və digər vətəndaş,
yaxud siyasi hüquqlar əldə etmək yox, hər şeydən əvvəl qadınların maariflənməsi və
xeyriyyəçiliyi idi. Azərbaycanda qadın hərəkatının ilk nümayəndələrinin fəal maarifçilik
fəaliyyətinə və bəzi neft sənayeçiləri-mesenatların (hamıdan əvvəl Zeynalabdin
Tağıyevin) köməyinə baxmayaraq qadın təhsilində qlobal irəliləyişə nail olmaq mümkün
deyildi, siyasi mədəniyyət isə daha aşağı səviyyədə qalmaqda idi.
Vətənimizin rus çarizminin hökmranlığından azad olması və Azərbaycan
Demokratik Respublikasının elan olunması Azərbaycan qadınının sosial-iqtisadi və
hüquqi statusunun yaxşılaşmasına ümid yaradırdı. Qadınlar təhsil hüququna malik oldu;
istehsalatda məşğul olan qadınların sosial müdafiəsini təmin etmək üçün (dekret
məzuniyyəti, zərərli istehsalatda işin qadağan olunması, müəssisələrin nəzdində
uşaqlar üçün körpələr evi açılması) tədbirlər nəzərdə tutulmuşdu. 21 iyul 1919-cu ildə
ADR-nın Təsis iclası bərabər, birbaşa və gizli səsvermə əsasında iclasa demokratik
seçki prosedurunu müəyyən etmiş «Azərbaycan Respublikasının Təsis iclasına seçkilər
haqqında Nizamnamə» qəbul etdi. «Nizamnamə» ilk dəfə olaraq qadına kişi ilə bərabər
seçki hüquqları verirdi. Lakin yeni dövlətin vətəndaşı olan qadınlar ADR-nin süqütu və
Azərbaycanda Sovet hakimiyyətinin qurulması üzündən bu hüquqdan istifadə edə
bilmədilər.
1920-ci ildən Azərbaycanda qender məsələsi yeni sovet ideologiyası və təcrübəsi
çərçivəsində inkişaf etdi. Qender bərabərliyinə nail olmaq sosialist cəmiyyətinin quruluş
proqramında əsas yerlərdən birini tuturdu. 1917-ci ilin dekabrında bolşeviklər qadını
qanun qarşısında kişi ilə bərabərləşdirərək ona bütün vətəndaş hüquq və
azadlıqlarından istifadə imkanı verən Dekret qəbul etdi. 1921-ci ilin noyabrında həmin
hüquqlar Azərbaycan qadınlarına da təqdim olundu. Lakin ümumi savadsızlıq (1923-cü
ildə Azərbaycan əhalisinin 90% savadsız idi), köhnə, dini təsəvvürlərin hökmranlığı
siyasi iştirakın fəallaşmasına heç də yardım etmirdi. Praktiki olaraq sovet qadınlarının
mütəşəkkil ictimai fəallığının yeganə aşkarlıq forması qadın şuraları, «jenotdellər»,
klublar idi. 1920-ci ildə yaradılmış Əli Bayramov adına Mərkəzi qadın klubu (1932-ci ildə
Azərbaycanın qadın klublarının miqdarı 40-a çatmışdı) qarşısına əsasən qadın
maarifçiliyi və təhsilinin inkişafı, müxtəlif qadın emalatxanalarının, kursların təşkili,
çadradan azad olmaq və bütövlükdə sovet rəhbərliyinin apardığı yeni cəmiyyətin
mədəni inqilabına dəstək vəzifələri qoymuşdu. Məlum olduğu kimi, bu çox mənalı
terminə savadlılıq, dünya haqda biliyin artması, gigiyenik vərdişlərə yiyələnmək kimi
ziddiyyətli vəzifələr aid edilir; digər tərəfdən isə bu – kollektivçilik, şəxsi başlanğıcı və
seçim azadlığını məhdudlaşdıran prinsiplər təlqin etmək məqsədi ilə əhali arasında
kütləvi ideoloji iş demək idi. Məhz mədəni inqlab prosesində qadın nəinki yeni siyasi
bilik qazanmalı, həm də cəmiyyətin siyasi cəhətdən fəal üzvünə çevrilməli idi.
Sovet qadınının yeni siyasi mədəniyyətlə ünsiyyəti, onun siyasi həyata cəlb
olunması çox vaxt çətinliklərlə qarşılaşır, qadının klubda, «jenotdel»də iştirakı ailə
öhdəliklərini yerinə yetirməyə vaxt qalmaması üzündən ailə münaqişələrinə səbəb
olurdu; artıq hamının mənimsəmiş olduğu qadın davranışı stereotipinə (təvazökarlıq,
səssiz razılıq, kişinin əsas rol oynaması) uyğun gəlməyən əxlaq normaları və tələblər
çoxsaylı tanış olmayan söz və anlayışlarla dolu və çox zaman da qadının gündəlik
qayğılarına aidiyyəti olmayan ideoloji sxemlərin mənimsənilməsi ilə bağlı çətinliklər
qadının özünə qiymətini laxladır və əsasən siyasi fəaliyyətindən imtina etməsinə səbəb
olurdu.
1934-cü ildə faktiki olaraq bütün «jenotdellər» fəaliyyətini dayandırdı və
Qorbaçovun yenidənqurma illərində yeni «jensovetlərin» açılmasına kimi qadının
idarəetmə vərdişlərinə nail olması və öz marağını dərk etməsi ilə bağlı təşkilatlar daha
yaradılmadı. 1936-cı ildə qəbul olunmuş məşhur Stalin Konstitusiyası qanunverijilik
qaydasında qadınlara dövlət, təsərrüfat və ictimai-siyasi həyatın bütün sahələrində
kişilərlə bərabər hüquqa zəmanət verdi. Əslində bu Konstitusiya və sonradan qəbul
olunmuş bir neçə qanun və fərmanlar qadının ailənin möhkəmlənməsi ilə bağlı
məsuliyyətini artırır, onun üzərinə əlavə vəzifələr qoyur, amma sovet qadınlarının siyasi
fəallığını artırmaq üçün real şərait yaratmırdı. Kvota sisteminin mövcudluğu siyasətə
gəlmiş qadınların sayının müntəzəm şəkildə artmasına (belə ki, 1936-cı ilin məlumatına
görə SSRİ-də dövlət hakimiyyətinin ali orqanı olan Ali Sovetin deputatlarının 33%-ini;
ÜİLKGİ üzvlərinin 50%-dən çoxunu; həmkarlar ittifaqının üzvlərinin 59%-dən çoxunu
qadınlar təşkil edirdi) təsir etsə belə, lakin birpartiyalılıq sisteminin mövcudluğu,
nomenklatur elitasının hökmranlığı, siyasi rəqabətin olmaması bü yüksək statistik
məlumatları heç edirdi; sovet qadınlarının siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi
kommunist ideologiyası və sovet təbliğatı çərçivəsi ilə məhdudlaşırdı. Seçkini
hakimiyyət təşkilində bir fasad üsuluna çeviriş totalitar dövlətdə səs vermə hüququnun
olması (tək seçki məntəqəsində deyil, həm də müxtəlif dövlət orqanlarında) elə bir
vəziyyət yaradırdı ki, nə seçənlər, nə də seçilənlər (istər qadın olsun, istər kişi), siyasi
qərarların qəbul olunma prosesinə həlledici təsir göstərə bilməzdi. Beləliklə, ictimai
əməyin müəyyən sahələri praktiki olaraq qadın üçün əl çatmaz qalırdı. İlk növbədə bu
dövləti idarə etmə sahəsi idi. Real siyasi qərarların qəbul olunmasında qadınların iştirak
etməməsi qadının siyasi bərabərliyi və sosializmin qurulmasında onun fəal iştirakı ilə,
qurultayların, rəsmi iclasların prezidiumlarında qadınların oturdulması ilə, yerli və ali
qanunvericilik hakimiyyəti orqanlarında onların say artımı göstəriciləri ilə maskalanırdı.
Sovet dövlətinin süqutu və 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini elan etməsi
ilə qender və siyasi iştirak məsələlərində də yeni dövr yarandı. Faktiki olaraq 80-ci illərin
sonundan Azərbaycan qadınlarının ictimai-siyasi həyata cəlb olunması ilə bağlı fəal
proses başlandı və bu sovet cəmiyyətindəki islahat və demokratikləşmə, Dağlıq
Qarabağ ermənilərinin Azərbaycanın ərazi bütövlüyünə iddiası ilə bağlı idi. Azərbaycan
qadınları Azadlıq meydanındakı mitinqlərdə, mətbuatda, Azərbaycan dövlətçiliyi və
müstəqilliyi naminə təbliğat kampaniyasında fəal iştirak edirdi. Bir neçə qadın sovet
qoşunlarının 1990-cı ilin yanvarındakı təcavüzünün qurbanı oldu; hərbi əməliyyatların
başlanması ilə Azərbaycan qadınları da vətənin ərazi bütövlüyü uğrundakı mübarizədə
iştirak edirdi. Azərbaycan torpağlarının 20% ermənilər tərəfindən zəbt edilməsi, qaçqın
və məcburi köçkünlərin sayının artması istər kişi, istərsə də qadınların vəziyyətini
(işsizlik, xüsusən də çadır şəhərciyində yaşayan qaçqınların ağır həyat şəraiti,
infeksiyalı xəstəliklərin yayılması, ənənəvi ailə əlaqələrin pozulması və s. pisləşdirdi).
80-cı illərin sonunda müşahidə olunan kütləvi siyasi fəallıq 90-cı illərin əvvəlindən
zəiflədi, lakin bütövlükdə zəif olsa da tədricən qadınların müxtəlif siyasi fəallıq və
fəaliyyətə qoşulması prosesi mövcud idi. Onun səciyyəvi xüsusiyyətlərindən biri əsasən
Bakının və bəzi iri şəhərlərin qadın əhalisinin daha fəal olması idi. Azərbaycan qadını
ayrı-ayrı siyasi partiya (ən çox Yeni Azərbaycan partiyasında) üzvlərinin qırx faizini
təşkil edir, amma ikinci dərəcəli rol oynayır. Partiya çərçivəsində qadınlar «qadın
şöbəsi», «qadın şurası» yaradır ki, bu da sovet təcrübəsinin davamı olaraq adətən
formal xarakter daşıyır və onları professional səviyyədə siyasətə cəlb olunma, siyasi
qərarların qəbul olunması, dövlət hakimiyyəti orqanlarına buraxıla bilmək imkanını
məhdudlaşdırır. Bir çox digər ölkələrdən fərqli olaraq Azərbaycanda sırf qadın siyasi
partiyası (məsələn, «Rusiya qadınları» kimi) yoxdur.
Ölkəmizdə 40-a yaxın qadın təşkilatı fəaliyyət göstərir və onların əksəriyyəti
əsasən reproduktiv hüquqlar, ailənin planlaşması, ailədə zorakılığa qarşı mübarizə və s.
problemlərlə məşğul olur (məsələn, «Sevil» cəmiyyəti, «Qadın və inkişaf» Mərkəzi,
Azərbaycan qadın cəmiyyəti, Azərbaycanlı qadınların Bakı assosiasiyası); başqası
qadınları professional əlamətə görə (Neft sənayesində məşğul olan qadınların
cəmiyyəti, «İşgüzar qadın» assosiasiyası, Jurnalist qadınların assosiasiyası,
mədəniyyət və incəsənət xadimi olan qadınları birləşdirən «Dünya» qadın cəmiyyəti»);
digəri – milli xüsusiyyətə görə («Sona» axalsixi qadın təşkilatı, Yəhudi qadın təşkilatı)
birləşdirir. Fəaliyyətdə olan siyasi partiyaların yalnız ikisində – «Yeni Azərbaycan» və
«Azərbaycan Xalq Cəbhəsi» partiyalarının nəzdində ölkənin siyasi həyatında fəal iştirak
edən qadın təşkilatları mövcuddur.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
1. Bənanyarlı S. Azərbaycan qadınları və siyasi fəaliyyət // Qender: qadın probleminin
yeni mərhələsi. /Respublika elmi-prkatik Konfransının materialları. 12 fevral 1998. –
B., 1998
2. Абдела Л. Демократия паритета и Группа-300 // Права женщин в России.
Законодательство и практика. 2000, № 1
3. Материалы Первой Российской летней школы по женским и гендерным
исследованиям «Валдай-96». – М., 1997
4. Общая и прикладная политология /Под ред. В.И.Жукова и Б.И.Краснова. -
М.,1997
5. Хрестоматия по курсу “Основы гендерных исследований”. - М., 2000
6. Dr Vadhushree Public Space for Women in Governance: The Experience of India//
Newsletter of the Centre for research on Women & Politics. Vol. 1, No 2, 2001
7. Kandieti D. From Empire to National State: Transformation of the Woman Question
in Turkey //Retrieving Women History. Changing Perceptions of the Role of Women
in Politics and Society. Edited by Jay Kleinberg. UNESCO, 1988
8. K.Janda, J.Berry, J.Goldman The Challenge of Democracy. Government in America.
- Boston, 1992
9. Third World Women and the Politics of Feminism. Edited by C/Vonanty, A. Russo,
L.Torres. - Bloomington, 1991
10. Women in the Civil Rights Movement. Edited by Vicky Crawford. - Bloomington,
1993
11.
www.ipu.org
12.
www.idea.int/women/prl/ch2b.htm
13.
www.owl.ru/win/books/gender/index.htm
14.
www.library.cornell.edu/colldev/mideast/womtur
I1.htm
15. http://demo.interpro.ru/content/win/books/gender/11.htm
Document Outline - Movzu 4. SIYAS?TD? ISTIRAKIN QENDER PROBLEML?RI
-
-
- ISTIFAD? OLUNMUS ?D?BIYYAT SIYAHISI
Dostları ilə paylaş: |