Nəqliyyat axınının sürəti, in­ten­sivliyi və sıxlığı



Yüklə 20,44 Kb.
tarix18.05.2023
ölçüsü20,44 Kb.
#111176
Nəqliyyat axınının sürəti


  1. Nəqliyyat axınının sürəti, in­ten­sivliyi və sıxlığı.




  • Nəqliyyat axınları, avtomobil yollarında bir-biri ilə qarşılıqlı əlaqədə olan avtomobillərin hərəkətindən yaranır. Nəqliyyat axınlarının əsas parametrləri bunlardır:

1-ci axının surəti: Va.
2-ci axının intensivliyi –N.

  • 3-cü axının sıxlığı –q.

  • Nəqliyyat axınının sürəti yol hərəkətinin məqsəd funksiyası hesab olunur. Nəqliyyat axınlarının sürəti km/saat və ya m/san ilə ifadə olunur. Ən çox istifadə olunan ölçü vahidi km/saat-dır. Axının sürəti iki hərəkət istiqamətində ölçülür, çox zolaqlı yollarda isə sürət hər bir zolaq üzrə ayrıca ölçülür. Axının sürətini ölçmək üçün yolda hər hansı bir kəsik müəyyən edilir. Yol kəsiyi dedikdə yol oxuna perpendikulyar şəkildə onun bütün enindən keçən xətt başa düşülür. Yol hərəkətinin təşkili təcrübəsində hərəkət sürətini xarakterizə etmək üçün ani sürətin qiymətindən istifadə olunur. Yük və sərnişinlərin çatdırıl­ma­sı çatdırma sürətiilə xarakterizə olunur. Çatdırma sürəti çatdırma nöqtələri ara­sın­dakı məsafənin yolda olma vaxtına nisbəti ilə ölçülür. Çatdırma sü­rətinin tərs qiyməti hərəkət tempi adlanır (dəq/km).

Hərəkət sürətini müəyyən edən sürücüdür. Sürücü iki me­­yardan istifadə edərək əlverişli sürət rejimi seçir:
-minimum vaxt sərf etmək.
hərəkətin təhlükəsizliyini təmin etmək.
Hər iki halda qərarın qəbul edilməsi sürücünün xarakteristika­sından asılıdır.

əlverişli şəraitlərdə belə sürücü avtomobili uzun müddətli maksimum sürətlə və ya kreyser sürəti ilə idarə edir. Kreyser sürəti aşağıdakı kimi müəyyən edilir:


Ancaq real yol şəraitləri hərəkət sürətinin dəyişmə hədlərinə öz düzəliş­lə­rini verir. Buna görə də magistral küçə və yolların üfiqi hissələrində, sərbəst hə­rəkət zamanı ani sürətin dəyişmə həddi 50–120 km/saat olur. Bu rəqəmlər örtük­süz və örtüyü dağılmış yollarda 10–15 km/saat-a qədər azalır.
Hərəkət intensivliyi –N, avt/saat. Vahid zaman ərzində yolun müəyyən en kəsiyindən keçən nəqliyyat vasitələrinin sayıdır. Yüksək hərəkət intensivliklərində daha kiçik zaman intervalları götürmək olar. Hərəkət intensivliyi daha sadə üsulla aşağıdakı kimi ölçülür: yolun müəyyən en kəsiyindən verilmiş müəyyən zaman müdətində (T) keçən avtomobillərin sayı (n) müəyyən edilərək, hərəkət intensivliyi hesablanır:
N=n/T.
Nəqliyyat axının sıxlığı (q) vahid uzunluqlu yol zolağında yerləşən avtomobillərin sayı ilə ölçülür. Adətən 1 km yol uzunluğu götürülür, avt/km. Bəzi hallarda daha qısa məsafələr də götürlə bilər. Sıxlıq adətən, ölçülmür lakin, nəqliyyat axınlarının hərəkət sürəti və intensivliyinə görə hesablanır. Ancaq, sıxlığı ölçmək üçün aerofotoçəkilişlərdən,qüllələrdən və ya yüksək mərtəbəli binalrdan çəkilişlərdən istifadə etmək olar.
Nəqliyyat axınlarının sıxlığını səciyyələndirmək üçün əlavə parametrlərdən də istifadə olunur.
Hərəkət sürəti hərəkət intensivliyi və sıxlığı arasındakı əlaqəni ifadə edən tənlik nəqliyyat axınlarının əsas tənliyi adlanır:
N=V
Nəqliyyat axınlarının sıxlığı hərəkətin rahatlıq göstəricisidir. Sıxlıq dedikdə yol zolağının 1 km-nə düşən nəqliyyat vasitələrinin sayı başa düşülür. Əgər nəqliyyat axınının bircinsli, ancaq minik avtomobillərindən ibarət olduğunu və bir avtomobilin statiki uzunluğunu 5m. Qəbul etsək, onda maksimum sıxlıq 200avt/km olacaqdır. Belə sıxlıqda avtomobillərin bamperləri bir-birinə toxunduğundan adi üsullar ilə idarəetmədə hərəkət mümkün deyildir. Tədqiqatlar göstərmişdir ki, hərəkətin mümkün olduğu maksimum sıxlıq qmax=100avt/km –dir.

2. Nəqliyyat vasitələrinin ani sürətlərinin ölçülməsi


Nəqliyyat axınlarının sürətinin paylanma xarakterinin müəyyən edilməsi üçün hər hansı bir yol kəsiyində müəyyən edilmiş baza məsafəsində avtomobillərin ani sürətləri ölçülür. Ölçmələri radar qurğularının köməyi ilə də aparmaq olar. Alınmış nəticələrin lazımı etibarlığının təmin edilməsi üçün riyazi statistika üsullarından asılı ölçmələrin lazımi sayı hesablanır. Yol hərəkətinin təşkili təcrübəsində hərəkət sürətini xarakterizə etmək üçün ani sürətin qiymətindən istifadə olunur.
Yük və sərnişinlərin çatdırıl­ma­sı çatdırma sürətiilə xarakterizə olunur. Çatdırma sürəti çatdırma nöqtələri ara­sın­dakı məsafənin yolda olma vaxtına nisbəti ilə ölçülür. Çatdırma sü­rətinin tərs qiyməti hərəkət tempi adlanır (dəq/km). magistral küçə və yolların üfiqi hissələrində, sərbəst hə­rəkət zamanı ani sürətin dəyişmə həddi 50–120 km/saat olur. Bu rəqəmlər örtük­süz və örtüyü dağılmış yollarda 10–15 km/saat-a qədər azalır.
Yüklə 20,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə