Nərgiz Hacıyeva Atalar sözlərində pleonazm



Yüklə 37,88 Kb.
səhifə1/3
tarix29.11.2023
ölçüsü37,88 Kb.
#140457
  1   2   3
atalar sözlərində pleonzm


Nərgiz Hacıyeva

Atalar sözlərində pleonazm
Pleonazm anlayışı antik ritorikadan gələn termindir. Əvvəllər bu poetik xalq üsulu olub, nitqin ahəngdarlığını arıtıran və eşidənə təsirini gücləndirən bir vasitə kimi işlənirdi. Antik natiqlər ona qiymət verməkdə müxtəlif fikirllər səsləndirirdilər: belə ki, M.f.Kvintilian hesab edirdi ki, pleonazm nitqə ağırlıq gətirən çatışmazlıqdır; Dionis Qalikarnaslı əksinə, pleonazma “ilk baxışda artıq görünən sözlərlə nitqi zənginləşdirən, həqiqətdə isə nitqə aydınlıq, güc, ritmiklik, qətiyyət, pafos verən, lakin nitqdə həyata keçməyən bir hal kimi baxırdı”.1Rus natiqliyində bu anlayış yalnız XVIII əsrdə meydana çıxdı, baxmayaraq ki, bu üsul geniş şəkildə xalq nağıllarında, mahnılarda, atalar sözlərində, habelə müqəddəs kitabda əks olunurdu. 2 Pleonazm ya təfəkkür fiquru kimi, ya da sözlərə əlavə olunan ”nitq fiquru” kimi izah olunurdu.
Hadisənin arxaikliyinə baxmayaraq, bu vaxta qədər pleonazmın eyni mənalı təfsiri yoxdur. Yaranan teriminoloji problem məsələsinin mürəkkəbliyi ondadır ki, pleonazmın məzmunlu və struktur xüsusiyyətləri arasında fərqləri və onlar arasında vacib və lazımi əlamətləri tapmaq lazımdır ki, pleonazmı ona bənzər hadisələrdən ayırsın. Hər şeydən əvvəl pleonazmla tavtologiya arasında fərqləri tapmaq və müəyyən etmək lazımdır ki, pleonazm yalnız eyniköklü leksemlərdən və ya hər hansı müxtəlif köklü sözlərdən yaranan birləşmələrdir. Er.İ.Xan-Pir lüğətlərdə bu anlayış barədə şərhləri tədqiq edərək pleonazmı “elə söz birləşməsi hesab edir ki, burda sözlər mənasına görə tam uyğun gələn sözlər olsun və ya bir sözün mənası digərinin məna tərkibinə daxil olsun”.3
Lakin T.A.Kovalyova haqlı olaraq onunla razılaşmır, o, pleonazmı həm sinonimlərin təkrarında, həm də yalnız söz birləşmələrində mənanın semantikasının təkrarında deyil, həm də predikativ nüvədə və ya predikativ vahidlə daxili əhatə olunan əlaqədə və “ifadənin komponentlərindən birində semantik və üslubi yükün olmamasında görür”.4P.Limin Kovalyova ilə orada razılaşır ki, mənanın təkrarı nəinki hissəli, həm də tam ola bilər və pleonazmın komponentləri yalnız sözlə deyil, cümlə ilə də ifadə olunur.5V.A.Vinoqradov qeyd etdiyi kimi, “pleonazm həm cümlədə, həm də daha geniş kontekstdə reallaşır; sonuncu halda pleonazm bütöv cümlələrin izosemiyasında (məna yaxınlığı) üzə çıxır ki, ümumi fikri təkrar edir.”6
Pleonazm bilməyərəkdən edilən və və bilərəkdən işlədilən növlərə ayrılır. Bilmərəkdən edilən pleonazm əsas etibarilə danışıq nitqində və daha az publisist nitqdə, biilərəkdən işlədilən pleonazm şifahi nitqə perlokutiv effekt və emosional çalar vermək üçün işlənir, bədii nitqdə müxtəlif semantik və mətn funksiyaları ilə çıxış edir.
Azərbaycan dilçiliyində məna təkrarının bir növü olan pleonazm barədə ilk dəfə məlumat verən M.Adilov yazır:”Digər məna təkrarları kimi, pleonazm da eyni anlayışın, məfhumun başqa-başqa dil vahidləri vasitəsi ilə təkrarıdır. Ümumiyyətlə, pleonazm xalq danışıq dilinə məxsus emosionallıq, mənanı qüvvətləndirmə meyli ilə əlaqədar meydana gəlir. Bunlar bəzən ümumiləşərək qrammatik və ya leksik keyfiyyət kəsb edir, dil faktına çevrilir, bəzən də ya ancaq ekspessivlik-emosionallıq məqsədi ilə, ya da sadəcə bir səhv olaraq, hər iki halda nitq aktı kimi diqqəti cəlb edir. Odur ki, pleonazmı aşağıdakı üç qrupa ayırmaq mümkündür:1)zəruri qrammatik pleonazm; 2) üslubi ekspressiv pleonazm; 3) səhv işlənən pleonazm....7
Daha sonra o yazır:”Əslində hər cür pleonazm dilin məntiqi cəhəti ilə də, subyektiv cəhətlərlə də bağlıdır. Odur ki, məntiqi-qrammatik pleonazm da, səhv pleonazm da əslində hissi-emosional pleonazmdan törəyir. Hissi pleonazm dil sisteminə daxil olduqda qrammatik pleonazma çevrilir. Bunların arasında bir sıra keçid səciyyəli hadisələrin olması da mümkündür”.8M.Adilov “Pleonazm” adlı məqaləsində daha çox qrammatik pleonazm dair nümunələr vermiş, pleonazmla işlənən cümlələrin intensivlik yaratmaq məqsədilə işləniyini, ədəbi dilin inkişafına qarşı çıxmadığını göstərmişdir.9 ”Calaq sözlər” adlı məqaləsində də M.Adilov Azərbaycan dilində hibrid sözlərlə yanaşı, hibrid söz birləşmələrinin də mövcud olduğunu qeyd edir. O yazır:”Məlum olur ki, qədimdən bəri müxtəlif dillərə və ya dialektlərə məxus eyni mənalı sözlərin bir vahiddə birləşməsi haisəsi geniş yayılmışdır....Ümumi dilçilikə belə ifadə üsulunu – eyni mənalı sözlərin bir vahiddə birləşməsini xalqın təfəkkür tərzi ilə əlaqələndirirlər. XIX əsrin alman tədqiqatçısı V.Vundta görə, belə sözişlətmə, əsasən, ibtidai xalqların dilinə xasdır. Mədəni xalqlardan isə daha çox qızğın temperamentli cənub xalqları belə ifadə tərzindən istifadə edirlər. Ona görədir ki, Avropa xalqları içərisində daha çox italyan dilində bu kimi vahidlər çoxdur. “Kitabi-Dədə Qorqud”dan başlamış bu günə qədər bütün folklor ədəbiyyatımızda, danışıq dilində belə hibrid vahidlər bol-bol işlədilməkdədir.10
Hibrid vahidlər bəzən söz oyunu kimi çıxış edir: İki cüt bir tək adam; Küləyi yel aparsın; Əvəzin Bədəl adlı oğlu sağ olsun və s. Bir sıra hallarda bu fakt canlı danışıq dlinə xas olan pleonastik ifadələrə meyl ilə bağlı olur: İl on iki ay işləmək. Onun ənkə böyüynə lənət (ənkə ərəbcə “böyük deməkdir).11
Плеоназм - оборот речи, основанный на употреблении в словосочетании или предложении семантически близких слов, выражающих коннотативное значение. Плеоназм, во-первых, толкуется как постоянное свойство языковой единицы, а, во-вторых, плеоназм - фигура речи, состоящая в накоплении синонимических выражений в стилистической избыточности. В некоторых научных работах излишество рассматривают как разновидность повтора, и слово избыточность толкуется как синоним этого явления.12
Kumık xalq nağıllarında dil sinonimlərindən istifadə edilərək ifadəli vasitə pleonazm yaradılır. Pleonnazm söz artıqlığı olub, burada sinonimlər ifadənin mənasını əvəz edir.13 Dil sinonimləri nağılda ifadəyə böyük ifadəlilik verir, dəqiqləşdirmə rolunu oynayır.Kumık nağıllarında komntekstual sinonimlərə də rast gəlinir.Kontekstual sinonimlər danışan və ya yazanlar tərəfindən sözün müxtəlif mənalarının semantik cəhətdən yaxınlaşmasıdır. Burada həmcins sözlərin bir məna yüklü söz ətrafında birləşməsi nəzərdə tutulur. U.B.Abdullabekova kumık nağıllarını təhlil edərək bu nəticəyə gəlir ki, kumık nağıllarında həm dil, həm də kontekstual sinonimlərə rast gəlinir, lakin nitq sinonimləri yoxdur.14Belə ki, nitq sinonimləri “yalnız müəyyən kontekstdə olaraq müəllif tərəfindən yaradılan və dildə onlara uyğun sözlərlə işlənən sözlərdir.”15Nağıl dili üçün paralel işlənən, eyni mənaya malik olan və defislə yazılan sinonimlər xarakterdir. Müəllif defislə yazılan dil və kontekstual sinonimlərə aid misallar göstərir. A.A.Potebnya yazır ki, belə ifadələr fikrin inkişafında vacibdir, belə ki, onlar obrazlı, poetik təfəkkürün nümunələridir.16Rus folklorunda “duz-çörək” tipli nümunələri göstətərək müəllif qeyd edir ki, “belə qoşa birəşmələrdə xüsusi məna ümumi mənaya aid olur, belə ki, bir xüsusi məna ümumilik qazanır”.17Nağıllarda da mətndən kənarda sinonim olmayan qoşa sözlər mətndə qoşa söz kimi çıxış edir. Ər-arvad və s. Bununla belə, onlar özlərinə daxil olan xüsusi mənaları ümumiləşdirir və bir vahid kimi ümumi xüsusiyyətlərə malik olur. Dil sinonimləri ilə yanaşı pleonazmdan da istifadə olunur.
Pleonazm – artıqlığın növü olub ifadənin qəsdən və ya bilməyərəkdən müxtəlif köklü leksemlərlə tam və ya hissəli sinonimliklə işlənməsidir.
Dilçilik ədəbiyyatında pleonazm barədə söylənilən fikirləri təhlil edərək V.Y.Svetliçnaya bu nəticəyə gəlir ki, təsnifatların əsasına dil sistemi, psixolinqvistik sahə, funksionallaşma sferası, pleonazmın semantik və morfoloji xüsusiyyətləri, praqmatik istiqamət, onun istifadəsinin normativliyi qoyularaq bu fenomenin çoxcəhətli tədqiqatı qeyd olunur. Qeyd olunur ki, pleonazm barədə qeyd olunan təsnifatların çoxu peonazmın üslubi nöqteyi-nəzərindən istifadəsinin düzgün və düzgün olmadığını qeyd edirlər.18
Müasir fransız dilində paronimləri tədqiq edərkən İ.N.Kuznesova sinonim, kontakt və distant paronimləri ayırır. O yazır:”Məlum olduğu kimi, dildə mütləq sinonimlər yoxdur: sinonimlər ya semantik cəhətdən (məna çalarlarına görə), ya üslubi cəhətdən (müxtəlif üslublara mənsubluğuna görə), ya da hər iki xüsusiyyətin birliyinə görə fərqlənirlər. Buna görə bütün sinonimlər yalnız hissəli şəkildə bir-birini əvəz edir: bəzi hallarda əvəzetmə normativ xarakter daşıyır, digərlərində semantik və ya üslubi normanın pozulması hesab olunur.19İ.N.Kuznesovanın təsnifatına uyğun olaraq atalar sözlərində işlənən sinonim pleonazmları da belə ayıra bilərik.

Yüklə 37,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə