Nərgiz Hacıyeva Atalar sözlərində pleonazm


Kontakt sinonim pleonazmlar



Yüklə 37,88 Kb.
səhifə2/3
tarix29.11.2023
ölçüsü37,88 Kb.
#140457
1   2   3
atalar sözlərində pleonzm

Kontakt sinonim pleonazmlar: Bacı bacı deyil, qız qardaşdır; Dayça at olunca yiyəsi mat olar; Çeşmə ümman yaradar; Dayça at olunca yiyəsi mat olar; Dumansız çən olmaz; Toy-bayram bizim küçədə də olar; Piyada züvvardır; O qədər xəzri-gilavar var ki!; Cöngə öküz olunca yiyəsi donuza dönər.
Adlıq halda olanlar: Şəhər bürclü-qalalı gərək;
Yiyəlik halda olanlar: Güvəclə qazanın nə aşnalığı?; İt ilxısı – köpək sürüsü; Kəpək altında unları var.
Yönlük halda olanlar: Xarallara sığmayan canım torba-dağarcığa sıxıldı; Eşşək eşşəyə uzunqulaq deyər; “Uzunqulaq” eşşəyə deyərlər; Daş qayaya rast gəlib; Qaya dağa arxalanar; Dovğa doqqazacan, qatıqlı aş darvazayacan;
Təsirlik halda olanlar: Çaş biri iki görər; Mıxı mismar edən var.
Yerlik halda olanlar: Od ocaqda yanar; Təkədə qoç hünəri olmaz.
Çıxışlıq halda olanlar: Ocaqdan kül əskik olmaz; Ağac körpə olanda qara yeldən qoruyarlar; Köynək dondan irəlidir; Əli qolundan uzundur; Tula itdən murdardır; Nəvə övladdan şirindir; Siçandan olan kəsəyən olar; İtdən küçük olar, qoyundan quzu; Sözün acısı zəhərdən də betərdir; Daz keçəldən xoşlanar; Uçuq ev xarabasından məlum olar.
Xiazm təşkil edən pleonastik ifadələr: Dəvə köşəyə uymasa, köşək dəvəyə uyar.
Sifətlə ifadə olunan kontakt sinonim pleonazm ifadələr: Lal-dinməz qovluq; Hər saqqallı baba olmaz; Dünyanınkı əvəz-bədəldir; Yava itin yava da küçüyü olur; Fəqirə axmaq deyirlər, kasıba gic; Sözün acısı zəhərdən də betərdir; Çaş biri iki görər; Hər ucaboylu ağac sərvi-xuraman olmaz; Piyada züvvardır; Köhnə pambıq bez olmaz, dul arvaddan qız olmaz.
Leksik pleonazmlar: Quru donla yaş balıq tutulmaz; Ağ göyərçin qara qarğaya qismət olub; Adın anılsın bir çürük qoz ilə; Al almaya daş atan çox olar; Acı dilin yarası qılınc yarasından pis olar.
Feillə ifadə olunan kontakt pleonazm: Axsayan büdrər; Şam yanar, şölə çəkər.
Distant pleonazmlar: İnək kimi süd verməyən, Öküz kimi kotan sürər;Qoca ayrı, qocaman ayrı; Sevərəm məni sevəni, keçəl ola, daz ola, sevmərəm məni sevməyəni, şah ola, şahbaz ola; Zəhər gələndə acı qaçar; İlan yeyib əjdaha olub; Naşı bilməz xara nədir, bez nədir?; Nə dil bilsin, nə dodaq; Məsəl güldür, söz çiçək; Kəsək oturub daş üçün ağlayır; Qora ikən mövüc oldum; Sıyıq ilə yıxılan ev. bişir, viran olsun; Tutdu qatıq, tutmadı ayran; Hərin də yandırdı məni, Bəlin də yandırdı məni, Susadım su istədim, Suyun da yandırdı məni; Arxlar axar, çay olar; Barıt ilə odun dostluğu olmaz; Alovdan çıxdıq, yalova düşdük; Ağaca çıxan keçinin dala baxan oğlağı olar; Qoduq böyüyər, eşşək olar; Qatır şıllaq atır, çünki atası eşşəkdir; İynə batırana çuvalduz batırarlar; Kəsək oturub daş üçün ağlayır; Köpəyin iyə düşəni tuladan bərk qaçar; Sözün yalanı olmaz, yanlışı olar; Turp əkdim, şəlğəm çıxdı; Öküz olacaq dana bu gündən bilinər; Od qalar, köz olar, qız qalar, söz olar; Küçük hürə-hürə köpək olar; Maya doğar, nər doğmaz;; Gördüyün güllü kömbədir, bazara çıxıb qoğal olub; Ac qudurğan olar, yalavac oynağan.
Sinonim distant pleonazmlar: Canı nədir, cəsədi nə olsun; Acın evində nə od olar, nə ocaq; Bir ağacdan bel də olur, kürək də; Bir evdə iki qız, biri biz, biri çuvalduz; Dəryaya ya bir daş at, ya bir qaya sal; Dili varsa, dilçəyi də var; Dini olmayanın imanı da olmaz; Ət gətirməyib, küftə istəyir; Ya torba yırtılar, ya dağarcıq; Yağışdan çıxdıq, yağmura düşdük; Gah qovut, ga qovurğa, keçirtdik ömrü belə; Nə şilləmsən, nə şapalağım; Canı nədir, cəsədi nə olsun? Nə səs var, nə səmir; Dəvəni itirib köşəyi axtarır; Eşşək aldım, qatır çıxdı; Dişi düşmüş böz öküz qoşulub cöngələrə; Sərçənin cib-cibindən toyuğun qaqqıltısı yaxşıdır; Özümə usta deyərlər, arvadıma ustazən; Novruzgülü ilə bənövşə bir-birini görməzlər.
Morfoloji pleonazm: Divarın dalısı da qürbətdir; Qonağı evə qoyan yoxdur, birisin də yanıynan gətirir; Gəldi-gəldisi şah gəldisinə dönüb; Qəzanın beş barmağı var, işini işlədəndə ikisini adamın gözlərinə soxar, ikisini qulaqların, birisini də ağzına, Adam nə görər, nə eşidər, nə də danışa bilər; Bağanı ya öldür, ya dalısı üstə qoy.
Sintaktik pleonazm: Gözü ilə görür, dili ilə istəyir; Gözü ilə görən tanrıdan yaxşı bilər; Göz görməz, üz utanmaz; Göz gördüyün danmaz; Göz görməsə, könül bulanmaz.
Tavtoloji birləşmələr: Cahil ilə bal yemə, aqil ilə daş daşı; Haram harama gedər; Heyvan elə heyvandır; Cins cinsə çəkər; Tikə tikəyə borcdur; Tək əl ilə düyün düyünlənməz; Sarı yağla yağlayır, sarımsaqla dağlayır; Sabahın da sabahı var; Ölən öldü, diriyə dirilik gərək;, bədnəfəsin adı bədnamdır; Nə dost kimi Oğul elə oğuldur; Nəfəs nəfəsdir dostdur, nə düşmən kimi düşmən; Gözəl gözəl deyil, könül sevən gözəldir; gedən gedər, oturan yol gözlər; Köpək elə köpəkdir, xaltası qızıldan da olsa; Yetənə yetir, yetməyənə daş atır; Yeyilənim yeyilir, qonağım küsülü gedir; Yaş yaşadıqca ağıl başa gələr; Yaxşı elə yaxşıdır; Ələyi ələnib, xəlbiri göydən asılıb; Əl-ələ, baş-başa; Dəm dəm gətirər, qəm qəm; Dediyin deyir, demədiyini gedər-gəlməz vaxta axlayır; Qışımız qış olsun, yazımız yaz; Qapılan qapnın, tapılan tapanındır; Böyüyə böyük deyiblər, kiçiyə kiçik; Atdığı atdıq, tutduğu tutduq; Alan alıb varlanıb, satan satıb aldanıb; Ölüsü ölən bir gün ağlar, dəlisi ölən hər gün;Toya toy deyiblər, yasa yas; Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?; Ölən öldü, vay qalanın halına; Nə ölən kimi ölür, nə qalan kimi qalır;Tapılan tapanınsa, qoyun çobanın olsun; Məni satan satıb, alan da alıb; malın mal olunca, bazarın bazar olsun; Nə dost kimi dostdur, nə düşmən kiimi düşmən; Sirri sirr açar, kiri kir; Haram harama gedər; Hacı hacını Məkkədə görər; Heyvan elə heyvandır; Heç nəyə heç nə ala bilməzsən; Cins cinsə çəkər; Xoruz elə xoruzdur, nə qocası, nə cavanı? Falın faldır, fərmanın Allah; Toya toy deyiblər, yasa yas; Tikə tikəyə borcdur; Tək əl ilə düyün düyünlənməz; Sarı yağla yağlayır, sarımsaqla dağlayır; Sabahın da sabahı var; Ölən öldü, diriyə dirilik gərək; Oğul elə oğuldur; Nəfəs nəfəsdir, bədnəfəsin adı bədnamdır; Nə dost kimi dostdur, nə düşmən kimi düşmən; Gözəl gözəl deyil, könül sevən gözəldir; Gəlin gəlin deyil, gəldiyi yer gəlindir; Gedən gedər, oturan yol gözlər; Köpək elə köpəkdir, xaltası qızıldan da olsa; Yetənə yetir, yetməyənə daş atır; Yeyilənim yeyilir, qonağım küsülü gedir; Yaş yaşadıqca ağıl başa gələr; Yaxşı elə yaxşıdır; Ələyi ələnib, xəlbiri göydən asılıb; Əl-ələ, baş-başa; Dəm dəm gətirər, qəm qəm; Dediyin deyir, demədiyini gedər-gəlməz vaxta saxlayır; Qışımız qış olsun, yazımız yaz; Qapılan qapanın, tapılan tapanındır; Böyüyə böyük deyiblər, kiçiyə kiçik; Atdığı atdıq, tutduğu tutduq; Alan alıb varlanıb, satan satıb aldanıb; Ağa ağ deyiblər, qaraya qara; Aza az deyiblər, çoxa çox; Başmağımı geyə bilərsən, yerişimi yeriyə bilməzsən; Keçən keçdi, vay gələcək dərdidir; Yaxşı elə yaxşıdır; Yanmayanda yanmaz, ha yellə, ha ətəklə; Kiçiyin kiçik yeri var, böyüyün böyük; Kor qurdun ruzisini yetirən özü yetirər; Gün o gün deyil, dünya o dünyadır;

Yüklə 37,88 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə