Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə1/52
tarix31.12.2021
ölçüsü2,65 Mb.
#82321
  1   2   3   4   5   6   7   8   9   ...   52
eli-kerim-2



 

 

 

 

ƏLİ KƏRİM 

 

 

 

 

 

 

SEÇİLMİŞ  

ƏSƏRLƏRİ

 

 

 

II CİLD 

 

Nəsr əsərləri  

 

 

 

 

 

 

 

Bakı – 2012  

 

 

 

 



 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

2



 

 

 



    Тərtibçi və rеdаktoru:  

PАŞА ƏLİОĞLU

 

                   filоlоgiya еlmləri nаmizədi 



 

     


 

 

 

 

 

 

Əli Kərim. Sеçilmiş əsərləri. II cild. 



(Nəsr əsərləri).

 

                 Bakı, “Elm və təhsil”, 2012,  500 səh. 



 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

3



 

MƏQALƏLƏR



 

 

SEVİMLİ NƏĞMƏLƏR 

 

Üstü  yasəmən  şəkilli göy  cildli  kitab:  «Şeirlər».  Biz onu 



gözəl bir aləmin qapısı kimi açırıq. Bu kitab ağıllı məsləhətləri, 

gözəl  əsərləri  ilə  biz  gənc  yazıçılara  müəllimlik  edən  sevimli 

şairimiz  Əhməd Cəmilindir.  Kitabdakı əsərlərin çoxu  yeni  de-

yildir. Lakin biz onları oxuyanda qəlbimizdə təzə duyğular baş 

qaldırır. Əzbər bildiyimiz bu lirik nəğmələri nə üçünsə sevinclə 

bir oxuyanda, hər gün açılan səhərin, doğan günəşin ömrümüz 

boyu gözümüzü yormadığı yadımıza düşür. Bu şeirlərdə gurul-

tu yerinə insan səsi, parıltı yerinə ürəyi qızdıran bir hərarət var-

dır. Onlarda xılt, yerinə düşməmiş kəlmə tapmaq çətindir. 

Əhməd  Cəmil  bu  cəhətdən  bizim  ədəbiyyatımızda  nadir 

sənətkardır.  Yağışdan  sonrakı  bahar  havası  kimi  şəffaf,  ətirli 

şeirlər müəllifi olan şairin kəmiyyətcə az yazmasının səbəbi də 

budur. 

Gulür günəş, gülür çəmən, 

Açır bənövşə, yasəmən.  

Pıçıldayır axan sular:  

– Baharın özgə hüsnü var  

Vurulmuşam bahara mən...» 

Bir-birinin ötməyə tələsirmiş kimi axan bu şeirin düzülü-

şünə, axıcılığına heyran qalmamaq olarmı? «Kənddə bahar ax-

şamına»  yersiz gur  işıq  salınmadığı üçün  bütün rənglər öz  ye-

rində qalmışdır. Burada heç bir qeyri-təbii boya yoxdur. Təsvir 

olunan gözəllik də vəziyyətdən asılı olaraq bir qədər pərişan və 

dalğın verilmişdir. Burada «Sıra dağların fikrə cumması, ağac-

ların  duvaq  örtmüş  gəlin  kimi  durması,  uçan  durnanın,  sönən 

qürubun nağılları andırması»  xəyala qərq olmuş  bir şair qəlbi-

nin incə müşahidələridir. 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

4



Bu şeirlərdə hər şey birdən-birə açıq deyilmir. Şair götür-

düyü  mənzərəni,  insanı  pis  valideyn  övladını  tərifləyən  kimi 

tərifləmir, əksinə, doğma balasının hüsnünə, kamalına inandığı 

və onun səhv edəcəyindən qorxmadığı üçün övladını olduğu ki-

mi  bizə  təqdim  edir,  özü  çəkilib  kənarda  durur,  övlad  danışır, 

ona qiyməti biz veririk. 

Kitabda müxtəlif vaxtlarda (1931-1957), müxtəlif mövzu-

larda,  muxtəlif  formalarda  yazılmış  əsərlər  vardır.  Hamısının 

eyni səviyyədə olduğunu demək düz olmazdı. Lakin hamısı sə-

mimidir.  Onlarda  sakit-sakit,  lakin  daima  yanan  bir  alov,  ro-

mantik bir işıqda görünən mənzərə, utancaq bir gözəllik vardır. 

«...Bax könlüm bir sazdır 

                               istəyirsən al.  

Ya onu mehriban ruhunla dindir,  

Ya da istəyirsən 

                       Daşdan-daşa çal,  

Nə deyim? Özün bil! 

                       Könlüm sənindir!». 

Burda həm sevən, həm qayğı çəkən, həm məhəbbət üçün 

hər  çətinliyə  dözən,  həm  inanan,  bütün  telləri  səmimi  hisslər-

dən  ibarət  olan  bir  könül  sazının  bəmini  və  zilini  eşidirik.  Bu 

çoxtelli ürək sazı  illər keçdikcə daha ucadan, daha  inamla  heç 

bir xaric xal vurmadan səslənir. 

Əhməd Cəmilin «Can nənə, bir nağıl de», «Nişan üzüyü», 

«Qaçqınlar», «Məni yada salırmı?» və bir sıra gözəl əsərləri əs-

gərlərimizlə  Berlinədək  getmiş,  bəzən  təsəlli,  bəzən  güc  ver-

miş,  gah  güldürmüş,  gah  ağlatmışdır.  Müharibənin  dəhşətləri 

əleyhinə  yazılmış  bu  əsərlər adamı sözün  əsl  mənasında sarsı-

dır. Onların haqqında hələ çox yazılmalı, onların təsir qüvvəsi-

nin  sirri  daha  dərindən  açılmalıdır.  Bu  şeirlər  həcmcə  kiçik-

dirlər. Lakin onların  hər  biri əhatə dairəsi  və təsir qüvvəsi  eti-

barilə poemadır. Onları sürətlə oxuyub qurtarsan da hadisələrin 

ardı zehnində davam edir, sözaltı mənalar aydınlaşdıqca obraz-



                                                                                      

Seçilmiş əsərləri 

 

 

5



ların  yeni  cəhətləri  açılır,  şeir  uzanıb  poemaya  dönür.  Həmişə 

sənət  əsəri  belədir:  epiloq  ona  son  yox,  bəlkə  də  ikinci  bir 

başlanğıc olur. Müasir poeziyamızda süjetli və predmetli şeirin 

gözəl  nümunələrini  yaratmış  Əhməd  Cəmilin  «Nişan  üzüyü» 

əsərini diqqətlə nəzərdən keçirsək, onun həssas novator, zəngin 

dilimizin  xəzinədarı olduğunu görərik. Əsərdə  bütün sözlər öz 

yerində, öz vəzifəsindədir; onların işsizi yoxdur. 

«Susma, qatil, danış bir-bir  

                                həqiqəti gəl, indi, 

Söylə, hansı nişanlı qız, hansı  

                               bədbəxt gəlindi. 

Bir üzükçün qılıncınla barmağını  

                               üzdüyün? 

O ellərin nakam qızı yaşayırmı  

                                de bu gün? 

Yoxsa çoxdan qarlar onu ağ kəfənə  

                                bürümüş, 

Nəm torpaqda o gənc qızın tabutu  

                                 da çürümüş?». 

Bu  sətirlərdə  sözlər  gözə  görünməyən,  amma  möhkəm 

olan  sapa  düzülmüş  mərcan  kimidir;  onların  birini  qoparsan  o 

birilər  də  açılıb  töküləcəkdir.  Bu  əsərlərə  kompozisiya  cəhət-

dən  fikir  versək  onların  əsas  məsələdən  başlayıb  necə  gərgin 

etdiyini  görərik.  Odur  ki,  istər-istəməz  dramatik  əsərlər  yada 

düşür. 

«Nişan üzüyü»ndə bədbəxt olmuş nakam qızın taleyindən 

təsirlənmiş əsgərlərin ürək çırpıntısı, düşüncəsi görün neçə va-

sitə ilə açılmış, romantik bir yüksəkliyə qaldırılmışdır. 

«...Şam əriyir ocaq sönür, 

                              hamı dalğın, hamı lal... 

Buz bağlamış pəncərədən baxır  

                                solğun bir xəyal, 

O tanıcaq üzüyünü ala gözləri dolur, 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

6



Sonra yenə buz bağlamış pəncərədə  

                                 yox olur. 

Düşür qızın ürək dələn hıçqırığı 

                                   düzlərə 

Evdə isə kədər qonur alınlara,  

                                 üzlərə...» 

Əsgərlərin  biri  qanlı  üzüyü  «öz  bəxti»  kimi  ovcunda 

tutur: 


«Sonra köks ötürərək deyir ki,  

                               bir vaxt da mən, 

Nişanlımın barmağına taxmışdım  

                                bu üzükdən». 

Başqası olsaydı, çox güman ki, bundan sonra əsgərin fik-

rini  deyər,  nakam  qızın  intiqamını  alacağını  açıq-açığına  bil-

dirər  və  elə  burada  da  şeiriyyət  qurtarardı.  Əhməd  Cəmil  isə 

fikrindəki aydınlığa, oxucusunun ağlına, hissinə inanır, məsələ-

nin ardını onun öhdəsinə buraxır. Oxucu da hadisənin nə ilə bi-

təcəynni özü fikirləşib tapmaq istəyir və elə buna görə də kitabı 

qurtaran  kimi  kənara  tullamır.  «Can  nənə,  bir  nağıl  de»  kimi 

dildən-dilə düşmüş, haqqında çox  yazılmış  əsərdə də eyni  halı 

görürük.  Bu  şeiri  oxuyanda  kitabı  da,  müəllifi  də,  özünü  də 

unudursan. Təsvir olunan uşağı və nənəni bağrına basıb öpmək 

istəyirsən.  

«...Bəs ay nənə atam indi haradadır  

                                            görəsən 

– Bıy, başıma nələr, oğul, yatmayıbsan  

                                          hələ sən? 

– Axı, nənə, heç demirsən atam haçan  

                                         gələcək, 

İndi onu səngərdə bəs üşütmürmü  

                                         qar-külək? 

– Ömrüm-günüm, körpə quzum, qurban  

                                        olum adına, 

Niyə köks ötürürsən o düşəndə 




                                                                                      

Seçilmiş əsərləri 

 

 

7



                                              yadına?...» 

Dekorasiyasız, aktyorsuz gözümüzün qarşısında canlanan 

bu  gözəl  səhnə,  səmimi  dialoq  şairin  həm  yaşlı,  həm  də  uşaq 

ürəyinə sirdaş olduğunu sübut edir. 

Nəhayət: 

«...Körpə özü hiss etmədən onu yuxu  

                                             apardı 

Çöldə isə bütün gecə külək tufan  

                                             qopardı!» 

Burada sözlər öz ilk mənaları ilə məhdudlaşıb qalmır, ye-

ni məna da kəsb edir. «Küləyin bütün gecə tufan qoparmasını» 

biz eyni zamanda müharibənin dəhşəti kimi başa düşürük. Söz-

lərin bax, bu cür bir neçə bədii yükü olmasına biz başqa əsərlə-

rimizdə  az  rast  gəlirik.  Müharibənin  müsibətindən  danışan 

«Qaçqınlar»ın  süjeti  gərgin,  dialoqları  son  dərəcə  sərrastdır. 

Hiss  olunur  ki,  Əhməd  Cəmil  yenə  də  mövzunu  axtarmamış, 

mövzu onu arayıb tapmış, tanımış, onu xəyal kimi izləmiş, ba-

kirə qız kimi  şairinə vurulmuş, şair də onunla gecələr diz-dizə 

oturmuş,  könül  verib  könül  almış,  onun  nazı,  xahişi  və  təkidi 

ilə yazmağa başlamışdır. Burada da yenə həyatın ən gərgin ha-

disələrindən  biri  seçilmişdir.  Yurdundan-  yuvasından  olmuş 

ana və balanı bir yad daxmasında iki sərxoş kestapo nəfəri haq-

layır.  Başına  gələcək  müsibətləri  əvvəlcədən  bilən  ana  doğma 

balasını «özgələrin uşağıdır» deyə özündən uzaqlaşdıranda baş 

verən hadisə ən daş ürəkli adamı belə sarsıda bilər: 

«... – Ana məni qoyub getmə, ana, ana,  

                               yazığam, 

Axı, sənin qəşəng qızın, sözə baxan  

                          qızınam 

Ana, getmə, apar məni, 

                     Ana, getmə!!!»... 

Şeirdə hər söz, ifadə baş verən müsibəti göstərməyə xid-

mət  edir,  vəzn  də  yazıq  ananın  qəlbi  kimi  parçalanır.  Sonluq 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

8



daha təsirlidir. Bu sətirləri oxuyan mütəəssir olub ağlaya bilər, 

lakin göz yaşlarını bərk-bərk sıxılmış yumruğu ilə silir. Bu əsl 

sənət  əsərinnn  başlıca  xüsusiyyətidir.  Belə  əsərlərdə  bütün 

rənglərdən ayrı-ayrı,  həm  də onların qarışığından bacarıqla  is-

tifadə olunur. Bir vaxtda həm kədər, həm də intiqam hisslərini 

oyatmaq,  insan  ürəyinin  bir  yox,  bir  neçə  qütbünə  nüfuz  elə-

mək hər sənətkara qismət olan səadət deyil. Bu xoşbəxtiyə tam 

ürəklə yazan şair yetişə bilər. Bu kitabda sözlər şəffaf olduğun-

dan özləri görunmür, həyatı bizə göstərirlər. Bu cəhətdən kitab-

dakı şeirləri  sözsüz  mahnılar da adlandırmaq olar.  Əhməd Cə-

mil belə deyir: 

«Dəniz elə gözəldi, 

             Qələm, fırça yox,  

                          ancaq 

Nəğmə deyə bilərdi ondakı  

                            şeiriyyəti...» 

Əhməd  Cəmilin  şeirləri  də  nəğmədir.  Onlar  ruhla 

yazıldığından könlü  yerindən oynadır. «Gecə dənizə  baxdım». 

—Məgər  elə  bu  başlıqdan  şeiriyyət  duyulmurmu,  oxucunun 

qəlbinə duyğular, xatirələr axmırmı? 

«...Çox xəyala ketmişəm  

Dənizlə baş-başa mən...» 

Bu  misralardan  şairin  öz  təbiəti  görünür.  Onun  dənizi 

canlı  bir  xilqət kimi  sevməsinə ürəkdən  inanırsan. Kitabı oxu-

yarkən saf ürəkli,  şahin xəyallı, bütün varlığı ilə insanı, təbiəti 

sevən,  bizi  yüksəklərə  səsləyən  bir  şair  obrazını  görürük.  Bu 

obraz hərdən görünüb hadisəyə münasibətini bildirir, yenə yox 

olur. Bəzən isə («Gecə dənizə baxdım») öz nəğməsini axıra qə-

dər deyir. Bu şeirlərdə qar altından təzəcə baş qaldıran növruz-

gülü təravəti, cəbhələr yarmış əsgər əzəməti vardır. 

Onlar sözün əsl mənasında qoşmaçılığı alqışlayan oxucu-

lara,  epiqon  şairlərə  də  bir  örnək  olmalıdır.  Bu  kitabı  sevmək 

azdır. Biz gənc yazıçıların sevimli müəllimimizə təşəkkürümüz 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

9



–  onun  əsərlərini  dərindən  öyrənmək  ola  bilər.  Yazılmış  tari-

xindən asılı olmayaraq bütün bu yeni şerlər üçün sevimli şairə 

dönə-dönə  təşəkkür  etməliyik.  Əziz  müəllim,  yeni  əsərlərinizi 

gözləyirik, səbrsizliklə gözləyirik! 

 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə