OĞUZ YURDU
İCTİMAİ-SİYASİ QƏZET
• № 3-4 (4578) • 31 yanvar • 2018-ci il • Çərşənbə • Qəzet 1934-cü ildən çıxır • Qiyməti 40 qəpik
G
ənc nəslin düzgün yetişdirilməsi
ölkə siyasətində önəmli yer tutur.
Əsası ümummilli lider Heydər Əli-
yev tərəfindən qoyulmuş dövlət gənclər siya-
sətinin Prezident İlham Əliyev tərəfindən uğur-
la davam etdirilməsinin nəticəsidir ki, bu gün
Azərbaycan gəncləri bütün sahələrdə özlərini
doğruldurlar.
Heydər Əliyev 1995-ci ildə Azərbay-
can gənclərinin forumunun keçirilməsi təşəb-
büsünü irəli sürmüşdür. 2 fevral 1996-cı il ta-
rixdə müstəqil Azərbaycan gənclərinin ilk foru-
mu keçirilmişdir. Forumda Ulu öndər Heydər
Əliyev şəxsən iştirak etmişdir.
1 Fevral 1997-ci il tarixdə forumun ildönü-
mü münasibəti ilə gənclərin bir qrupunu qəbul
edən Heydər Əliyev "2 fevral-Azərbaycan
Gəncləri gününün elan edilməsi haqqında"
Sərəncam imzalamışdır. Həmin vaxtdan eti-
barən ənənəvi olaraq hər il 2 fevral günü Azər-
baycan gənclərinin bayramı kimi təntənəli
şəkildə qeyd olunur .
Gənclərlə bağlı ölkəmizdə aparılan siyasət
Azərbaycan dövlətinin fəaliyyətinin ən mü-
hüm istiqamətlərindən biridir. Gənclər və İd-
man Nazirliyinin yaradılması, müstəqil Azər-
baycan gənclərinin ümumrespublika forum-
larının keçirilməsi, 2 fevralın Azərbay-
can Gəncləri Günü elan edilməsi, çoxsaylı
dövlət proqramlarının qəbulu, "Dövlət gənclər
siyasəti haqqında" fərman ölkəmizdə gənc-
lərimizə verilən yüksək dəyər və qayğının
nəticəsidir. Prezident İlham Əliyevin Sərən-
camı ilə qəbul edilmiş “Azərbaycan Gəncliyi
2017-2021-ci illərdə” Dövlət Proqramı ölkə-
mizdə gənclərin fəaliyyətinin daha da geniş-
ləndirilməsi istiqamətində tədbirlər müəyyən-
ləşdirmişdir.
Ölkəmizin hər bir regionunda olduğu kimi,
Oğuz rayonunda da gənclərə xüsusi qayğı
göstərilir. Respublika gənclər i kimi Oğuz gəncləri
də ölkə rəhbərliyinin, eləcə də rayon rəhbərli-
yinin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Rayon gənclər və idman idarəsi ayrı-ayrı
sahələr üzrə konkret iş planları əsasında fəa-
liyyət göstərir. Fəaliyyət istiqamətinə uşaq, ye-
niyetmə və gənclərin ideya-siyasi, vətənpər-
vərlik, hüquqi, mənəvi, estetik tərbiyəsi və təh-
sili, sosial müdafiəsi, fiziki inkişafı məsələləri
daxildir.
2017-ci ildə gənclər siyasətinin həyata ke-
çirilməsi, idman sahəsində uğurlarımız çox
olmuşdur. “Şahin” və “Sərhədçi” hərbi və id-
man oyunları, “Vətənin Müdafiəsinə Hazıram”
poliatlon çoxnövçülüyü yarışlarının rayon mər-
hələsi hər il yüksək səviyyədə keçirilir. 2003-
2004-cü il təvəllüdlü qızlar və oğlanlardan iba-
rət atletika komandamız zona yarışında I ye-
rə, Xaçmaz şəhərində keçirilən respublika bi-
rinciliyində II yerə layiq görülmüşlər. Futbolun
inkişafı istiqamətində kompleks tədbirlər hə-
yata keçirilir. Qax rayonunda keçirilmiş 12-13
yaşlı futbolçular arasında “Sevinc” kuboku
uğrunda ölkə birinciliyinin final mərhəsində ko-
mandamız II yerə, Biləsuvar şəhərində keçi-
rilmiş 10-11 yaşlı futbolçular arasında “Sabahın
ulduzları” kubokunun final mərhələsində I yerə
layiq görülmüşlər. 28 may Respublika Günü
münasibətilə ənənəvi futbol üzrə rayon birin-
ciliyi, Açıq Əyləncəli Futbol Məktəbinin açılışı
yüksək səviyyədə keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən “Azərbaycan Gəncliyi
2017-2021-ci illərdə” Dövlət Proqramının təs-
diq edilməsi gənclərə ölkə başçısı tərəfindən
böyük önəm verilməsinin növbəti sübutudur.
Prezident İlham Əliyev gənclərə olan mü-
nasibətini belə ifadə etmişdir: “Mənim gənc-
lərə xüsusi münasibətim var, mənim ürəyim
sizinlədir. Siz bütün işlərdə mənə arxalana bi-
lərsiniz. Mən də sizə arxalanıram”.
Gənclərimizin qazandıqları bütün nailiy-
yətlərin arxasında məhz bu etimad və qayğı
dayanır.
R. Mahmudov,
Oğuz Rayon Gənclər və İdman
İdarəsinin rəisi
2 F e v r a l G ə n c l ə r G ü n ü d ü r
Göstərilən etimad və qayğı nailiyyətlərimizin təminatçısıdır
Baramaçılıq da sürətlə inkişaf edir. Burada da müqayisə-
lər aparmaq olar. 2015-ci ildə 236 kiloqram barama tədarük olun-
muşdusa, keçən il bu rəqəm 244 tona çatıb. Bu il təqribən 400 ton
barama tədarük edilməlidir. Beləliklə, Şəki ipək kombinatı daha böyük
güclə işləyəcək, daha çox insan cəlb ediləcək. Əminəm ki, 1-2 ilə Şəki
ipək kombinatı tam-sovet vaxtındakı gücü ilə işləyə bilər.
Tut tinglərinin əkilməsi prosesi uğurla gedir. Bizim mövcud ting-
lərimizin sayı 2 milyon 200 mindir. 2016-2017-ci illərdə 1milyon 800
min ting əkilmişdir. 2018-ci ildə isə 3 milyon tingin əkilməsi nəzərdə
tutulub. Bu da bizim kümçülərə olan dəstəyimizdir. Baramaçılıq indi
geniş vüsət alır. Ailələr qısa müddət ərzində yaxşı pul qazanırlar, əl-
bəttə ki, dövlətin dəstəyi ilə.
Fındıqçılıq sürətlə inkişaf edir. 2016-2017-ci illərdə 30 minə ya-
xın hektarda yeni fındıq bağları salınıb. Bizim ümumi fındıq bağları-
nın sahəsi 67 min hektardır. Yəni, biz iki il ərzində bağların sahəsini
təxminən iki dəfə artırmışıq və bu da son hədd deyil. Fındıq bağlarının
sahəsi 80 min hektara çatmalıdır. Təbii ki, biz indikindən iki, bəlkə üç
dəfə çox məhsul götürməliyik. Onu da qeyd etməliyəm ki, fındıq pöh-
rələrinin alınmasını dövlət öz üzərinə götürüb. Fındığın ixracı da artır.
Keçən il 114 milyon dollar həcmində fındıq ixrac etmişik.
Tütünçülük də sürətlə artır. 2016-cı ildə 3 min 500 ton, 2017-ci il-
də isə 5 min 200 ton quru tütün tədarük edilibdir. Bir il ərzində istehsal
1,5 dəfə artmışdır. İndi qurutma kameraları da alınacaq, bu məhsul öl-
kəmizdə də istehsal olunacaq. Dekabr ayında yeni siqaret fabrikinin
tikintisinə start verildi. Ümid edirəm ki, bu siqaret fabriki bu il işə dü-
şəcək və beləliklə, xaricdən asılılıq azalacaq, ixrac potensialı yara-
nacaq.
Yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilmiş “Azər-
baycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-
iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunan konfransda Azərbaycan Respubli-
kasının Prezidenti İlham Əliyevin yekun nitqindən
2018-ci il mayın 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi tamam olur. Azərbay-
can Respublikasının Prezidenti İlham Əliyev
2017-ci il 16 may tarixində “Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sə-
rəncam imzalamışdır. Sərəncamda deyilir: “Qə-
dim və zəngin dövlətçilik ənənələrinə malik
Azərbaycan xalqı keçmişinin müəyyən dövrlə-
rində tarixin hökmü ilə böyük imperiyalar tərki-
binə qatılmaq məcburiyyətində qalmışdır. Azər-
baycan Xalq Cümhuriyyəti məhz dünyanın si-
yasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX
əsrin axırları və XX əsrin əvvəllərində Azərbay-
canın yaşadığı parlaq mədəni yüksəliş mərhə-
ləsinin məntiqi yekunu kimi meydana çıxmış-
dır.”
Müasir və müstəqil Azərbaycan Azərbaycan
Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq
Cümhuriyyəti milli dövlətçiliyimizin ideya əsasıdır.
Sərəncamda qeyd olunur ki, 1991-ci ildə müstə-
qilliyinin bərpasına nail olarkən müasir Azərbay-
can Respublikası özünün qədim dövlətçilik ən-
ənələrinə sadiq qaldığını göstərdi, Xalq Cüm-
huriyyətinin siyasi və mənəvi varisi olmaqla onun
üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman
Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət
idi. 1918-ci il mayın 28-də elan olunan bu res-
publika cəmi 23 ay yaşaya bilsə də qısa bir dövr
ərzində köklü islahatlara imza atmış, sosial, iqti-
sadi, təhsil və digər sahələrdə çox mühüm na-
iliyyətlər əldə etmişdir. Milliyyətindən, siyasi və
dini mənsubiyyətindən, cinsindən asılı olmaya-
raq bütün vətəndaşlara bərabər hüquqlar veril-
məsi, dövlət sərhədlərinin müəyyən olunması,
Azərbaycan dövlətçiliyi atributlarının qəbul edil-
məsi, ana dilinin dövlət dili elan olunması Azər-
baycanın gələcək müstəqilliyi üçün möhkəm zə-
min yaratmışdır. 1918-ci il may ayının 28-də
Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal
bəyannaməsi qəbul edildi. Yeni qurulan Azər-
baycan Xalq Cümhuriyyəti öz üzərinə götürdü-
yü çətin tarixi vəzifəni imkanlarının ən son
həddində çalışaraq şərəflə yerinə yetirdi. Azər-
baycanın ilk Parlamenti və Hökuməti, dövlət
aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyən-
ləşdirildi. Ölkənin ərazi bütövlüyü və milli təh-
lükəsizliyi təmin edildi, qısa müddətdə yüksək
döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli
tələblərə və demokratik prinsiplərə uyğun dövlət
orqanları quruldu, maarifin və mədəniyyətin in-
kişafına xüsusi diqqət yetirildi. Ölkə Pezidentinin
imzaladığı Sərəncamda bütün bunlar geniş şərh
edilmişdir. Sərəncamda deyilir: “Azərbaycan Xalq
Cümhuriyyəti daim sülhsevər siyasət apararaq
bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri
yaratmağa və bir-birinin hüquqlarına hörmət prin-
sipləri əsasında münasibətlər qurmağa cəhd
göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq
Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbay-
canın beynəlxalq hüququn subyekti olması 1920-
ci ilin aprel ayındakı bolşevik işğalından sonra
Azərbaycanın bir dövlət kimi dünyanın siyasi
xəritəsindən silinməsinin qarşısını aldı.”
Müasir və müstəqil Azərbaycan Azərbaycan
Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini ya-
şadır. Hər il mayın 28-i Azərbaycanda Respub-
lika günü kimi geniş qeyd olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin Sə-
rəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinin qeyd olunması ölkəmizdə azərbay-
cançılıq təfəkkürünün möhkəmlənməsinə və
zənginləşdirilməsinə, həmçinin gələcək nəsillə-
rin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə
edilmələrinə xidmət göstərir.
Prezident İlham Əliyev 10 yanvar 2018-ci ildə
daha bir Sərəncam imzalamışdır. Bu, 2018-
ci ilin Azərbaycan Respublikasında “Azər-
baycan Xalq Cümhuriyyəti ili” elan edilməsi
haqqında sərəncamdır. Bu bir daha göstərir ki,
Azərbaycan özünün tarixinə, dövlətçilik ənənə-
lərinə sadiqdir. Hər iki Sərəncam Azərbaycan
Xalq Cümhuriyyəti tarixini bir daha vərəqləmə-
yə, ayrı-ayrı məqamlar üzərində daha geniş
dayanmağa imkan verəcəkdir.
Sərəncamlarla əlaqədar ölkəmizdə, eləcə də
rayonumuzda Xalq Cümhuriyyətinin 100 illiyi ilə
bağlı çoxsaylı tədbirlərin keçiriləcəyi nəzərdə tu-
tulmuşdur.
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ-100
Dövlətçilik tariximizin şanlı səhifəsi