Ceyran Mahmudova
Sənətşünaslıq üzrə elmlər doktoru, dosent
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru, Azərbaycan
e-mail: ceyran64@mail.ru
AZƏRBAYCANDA MÜASİR DÖVRDƏ MUĞAM
SƏNƏTİNİN İNKİŞAFINDA TELEVİZİYA
MUĞAM MÜSABİQƏLƏRİNİN ROLU
Açar sözlər: muğam, ənənə, televiziya, müsabiqə, xanəndə.
XX əsrdən başlayaraq, televiziya insan həyatında getdikcə daha
böyük rol oynayır. Televiziya məlumatlandırır, əyləndirir, maarif-
ləndirir. Məhz sonuncu funksiya müasir Azərbaycan cəmiyyəti üçün
ən aktual və vacib sahələrdən birini təşkil edir. Elmi konfrans və
toplantılarda mədəniyyət və incəsənətin rolu haqqında müxtəlif elmi
və publisist məruzələrin sayı çox olsa da, şifahi ənənəli musiqinin
əsrlər boyu məhz xalq tərəfindən yaşadılması sayəsində bugünədək
gəlib çıxması şübhəsizdir. Hal-hazırda isə geniş dinləyici kütlələri
ilə başlıca ünsiyyət vasitəsi kimi məhz televiziya çıxış edir.
Dünya miqyasında müxtəlif səpkili yarışmalar mövcuddur.
Klassik musiqi, pop,folk, caz musiqisi və s. tipli müsabiqələrin
əksəriyyəti televiziya vasitəsilə işıqlandırılır, böyük qismi isə
televiziya auditoriyasının birbaşa iştirakına hesablanmışdır. Çünki
miqyasına görə televiziya auditoriyası ilə heç bir başqa toplantı
rəqabət apara bilməz.
Təqdirəlayiq haldır ki, XXI əsrdə Azərbaycanda bu baxımdan
gözəl innovasiya tətbiq olunaraq, Televiziya Muğam müsabiqələri-
nin keçirilməsinə start verilmiş, illər ötdükcə, bu müsabiqə artıq mün-
təzəm keçirilən və gözlənilən hadisəyə çevrilmişdir. Heydər Əliyev
Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi
əsasında, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı və Azərbaycan
Dövlət Televiziyasının təşkilatçılığı ilə 2005-ci ildən başlayaraq
mütəmadi olaraq keçirilən televiziya muğam müsabiqələri Azərbay-
can muğamının təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox
uzaqlarda, bütün qitələrdə böyük maraq doğurmasına və təbliğinə
206
səbəb olmuşdur. Azərbaycan Televiziyasının elektron ünvanına xarici
ölkələrdən daxil olan məktublar, telefon əlaqələri bunu sübut edir.
Muğam yarışmalarının televiziya vasitəsilə nümayışı bu
qədim,əsrlər boyu yaşamış sənətin bugünün tələblərinə uyğun, daha
baxımlı və cəlbedici formada təbliğ edilməsinə səbəb olur. Sözsüz
ki, bu ənənənin qorunaraq, eyni zamanda, onu müasir formada
təqdim etmək zərurəti meydana çıxır. Sadəcə olaraq muğam kon-
sertlərinin keçirilməsi və nümayişi ilə bu cür effekt əldə etmək,
əlbəttə ki, mümkün olmazdı. Yarışma formatı hamıya yaxşı tanış və
doğma olan muğam janrının inkişafına yeni impuls, yeni nəfəs
gətirmək imkanı verir.
Televiziya muğam yarışmalarının başlıca müsbət cəhətlərindən
biri də odur ki, onların nümayişi canlı yayımda, peşəkar muğam
ustadları və alimlərinin münsif kimi iştirakı ilə, heç bir kənar müda-
xilə olmadan, sms səslər toplanılmadan baş verir. Bu da yarışmanın
obyektiv keçirilməsini şərtləndirən əsas amillərdəndir.
Müsabiqə iştirakçıları öz çıxışlarında ya sərbəst seçilmiş qəzəl-
lərdən, ya da, və bu əksər hallarda baş verir, təşkilat komitəsinin
seçdiyi şairin qəzəllərindən istifadə edir. Füzuli, Nəsimi, Nəbati,
Seyid Əzim Şirvani, Natəvan, Əliağa Vahid və bir çox digər ustad
qəzəlxan şairlərin poeziyasına müraciət olunur.
İştirakçıların ifa etdiyi muğam parçalarının seçimi və hazır-
lanması haqda bir neçə söz demək istərdik. Hər turda fərqli muğam
və təsniflər ifa olunmalıdır ki, bu da yarışmada yeknəsəglikdən
uzaqlaşmağa imkan verir. Müsabiqə televiziya ilə bağlı olduğundan,
hər turda eyni muğamın bir neçə ifaçı tərəfindən təqdim edilməsinə
yol verilmir.
Müsabiqədə gənc ifaçılar yarışdıqlarından, onların çıxışlarına
muğam ustadları – müəllimləri tərəfindən nəzarət olunur. Ümu-
miyyətlə, Televiziya muğam müsabiqələrinə qeyri-peşəkarlar deyil,
artıq müəyyən səviyyədə – musiqi məktəblərində, musiqi kol-
lecində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universi-
tetində və ya Milli Konservatoriyada muğam ustadlarından dərs
almış gənc xanəndələr buraxılır. Muğam sənətinin əsrlər boyu məhz
ustad-şagird ünsiyyəti vasitəsilə, şifahi şəkildə ötürülməsini nəzərə
alaraq, yarışmaya bu mərhələyədək müəyyən xüsusi biliklərə
yiyələnmiş hazırlıqlı şəxslər buraxılır.
207
Digər tərəfdən, bu müsabiqədə iştirak onlar üçün sənətlərini
inkişaf etdirmək baxımından gözəl imkanlar açır. Artıq yuxarıda
göstərildiyi kimi, münsiflər heyətinə bugünki gün muğam sənəti
sahəsində ən çox biliyə, nüfuza malik sənətkarlar, sözün əsl
mənasında muğam biliciləri, uzun illər muğamın tədrisi və ifaçılığı
sahəsində əzmlə çalışan şəxslər cəlb edilir. Onların arasında Əlibaba
Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova,
Mənsum İbrahimov və başqa tanınmış muğam bilicilərini qeyd
etmək olar.
Bu səbəbdən, hər turda çıxış gənc xanəndələr üçün bir növ
imtahana çevrilir. Bununla yanaşı, ustad sənətkarların dəyərli məslə-
hətləri, iradları həm iştirakçılar, həm də tamaşaçılar üçün böyük
əhəmiyyət kəsb edir. Bəzən zalda əyləşən dinləyicilərin zövqü ilə
münsiflərin qərarı arasında fərq olsa da, əksər hallarda adi dinlə-
yicilərlə münsiflər yekdillik nümayiş etdirir və tamaşaçı alqışlarının
məntiqi nəticəsi kimi ustadlar tərəfindən müsbət rəylər və yüksək
qiymətlər verilir.
Məlum olduğu kimi, müğamda şifahi ənənə əsasında dildən-
dilə, müəllimin şagirdə şifahi tədrisi vacib amildir. Yarışmanın ilk
günü iştirakçılar müəllimlərinin adlarını bildirir, münsiflər heyəti də,
öz növbəsində, ən yaxşı çıxışlara qiymət verərkən, xanəndəni öyrə-
dən müəllimi alqışlayır. Bu da muğam ənənəsində mövcud olan
müəllim və sagird arasında sıx əlaqələrin müasir dövrdə də möv-
cudluğunu və davam etdiyini bir daha təsdiq edir.
Hər həftə yarışmanın bir turu baş tutur, iştirakçılar iki qrupa
bölünür, buna uyğun olaraq tur iki gün keçirilir. Bu da, yenə də,
televiziya yayımının xüsusiyyətlərindən irəli gəlir. Tədqiqat göstərir
ki, hər yarışma axşamında təxminən 2,5–3 saatlıq canlı yayım tama-
şaçılara təqdim edilir ki, bunun da təxmnən 2/3-ni bilavasitə muğam
ifası təşkil edir.
Televiziya muğam müsabiqələrinin artıq illər boyu formalaşmış
qaydaları mövcuddur. Bütün ölkə ərazisində keçirilən ilkin dinləmə-
lərdən seçilmiş iştirakçılar ilk yarışma turlarında ardıcıl olaraq xalq
mahnıları və təsniflər təqdim edir. Bu zaman onların tərkibində
muğam parçaları da oxunur. Bu, muğam ifaçılıq praktikasında for-
malaşmış və aprobasiyadan keçmiş formasıdır. Daha sonrakı mər-
hələdə ifaçılar müxtəlif zərbi-muğamlar ifa edir. Zərbi-muğamlar
208
tam şəkildə,ixtisarsız oxunur. Müsabiqənin bir turu məhz zərbi-
muğamların ifasına həsr olunur. Bu turda “Qarabağ şikəstəsi”,
“Mənsuriyyə”, “Kəsmə şikəstə”, “Heyratı”, “Ovşarı”, “Arazbarı” və
digər zərbi muğamlar səsləndirilir.
Lakin müsabiqənin adından da bəlli olduğu kimi, burada əsas
meyar kimi məhz muğamın düzgün ifa olunması əsas götürülür. Bu
baxımdan hətta xalq mahnıları və ya təsniflə birgə oxunan zaman da
məhz muğam parçaları əsas müsabiqə predmeti kimi nəzərdən
keçirilir.
Yarışmada muğamın ifası bir sıra spesifik xüsusiyyətlərə malik-
dir. Belə ki, televiziya yayımının məhdud formatı, habelə iştirak-
çıların sayı (ilk mərhələdə 20 iştirakçı çıxış edir, hər seçim turunda
onların sayı azalır) muğamları dəstgah formasında bütöv şəkildə icra
etməyə imkan vermir. Bu səbəbdən turlarda muğam dəstgahının bir
neçə şöbəsi və təsnifin (təsniflərin) səslənməsi standart ifa norması
kimi qəbul olunur. O cümlədən müsabiqə turlarında kiçik həcmli
muğamların icrasına da rast gəlmək olar. Onların ifası ilə bağlı
detallar aşağıda nəzərdən keçiriləcək.
Tərəfimizdən müxtəlif illərdə keçirilmiş bir çox yarışma
günlərinin təhlili aparılmışdır. Araşdırma göstərir ki, adətən müsa-
biqə iştirakçılarının çıxışları 12–17 dəqiqə arasında olur. Belə çıxış
gənc iştirakçılara öz bacarıqlarını kifayət qədər nümayiş etdirmək
imkanı verir. İndi də müsabiqədə ifa olunan muğamlar üzərində daha
ətraflı dayanaq.
Muğam şöbələrinin səslənməsinin özündə də müsabiqə şərtləri
ilə bağlı bəzi nüanslar nəzərə çarpır. Məlumdur ki, muğam dəstgah-
ları dəraməd, bərdaşt, mayə, digər muğam şöbələrinin təsnif və
rənglərlə ardıcıllaşması nəticəsində yaranan kompozisiyalardır.
Televiziya muğam müsabiqəsində dəstgah yuxarıda göstərilən
səbəblər üzündən bütövlükdə səsləndirilmədiyinə görə, bir neçə
muğam şöbəsinin təsnif və rənglərlə birgə ifası praktikası tətbiq olu-
nur. Dinləyicilərdə yanlış təsəvvür yaratmamaq üçün, əksər hallarda
hər hansı müəyyən təsnif və şöbələrin ifası elan edilir, yəni, dəstgah
haqqında burada heç bir halda söz getmir.
Dəstgahların böyük həcmli şöbələri – məsələn “Mayə”, “Şur-
Şahnaz”, “Bayatı-İsfahan”, “Manəndi-Müxalif” kimi şöbələr tam,
dəstgahda olduğu həcmdə oxunarsa, onlardan sonra gələn şöbələrin
209
sayı az olmalıdır və ya bu mərkəzi şöbələr qısaldılmış formada ifa
olunmalıdır. Bəzi hallarda, şöbələr geniş şəkildə təqdim edildikdə,
onların sayı az da ola bilər – məsələn, təsnif – “Manəndi-Müxalif” –
“Segah”.
Qəbul olunmuş sistemə əsasən ifa, bir qayda olaraq, bəm – orta
– bəm və ya orta – zil – orta registrlərin əhatə olunması ilə qurul-
malıdır.
İfa olunan mugham şöbələri müxtəlif kombinasiyalarda təqdim
olunur – məsələn, “Mayə” və ondan sonra bir-iki şöbə icra olunur,
daha sonra mayəyə ayaq edilir və ifa tamamlanır. Şöbələr arasında
təsnif oxunur, diringi və ya rəng çalınır.
İstisna hal kimi yarışmada muğam dəstgahının, demək olar ki,
bütövlükdə səsləndirilməsinə rast gəlinir. Məsələn, 2011-ci ildə
keçirilən müsabiqədə, 01.03.2011-ci il tarixində baş tutmuş turda
iştirakçı Alış Həmzəyev tərəfindən “Humayun” aşağıdakı şəkildə
interpretasiya olunmuşdu:
“Mayəyi-Humayun” – təsnif – “Möləvi” – “Şüştər” – təsnif –
“Tərkib” – “Bidad” – “Kiçik məsnəvi”.
Professor R.Zöhrabovun “Azərbaycan muğamları” kitabında
göstərildiyinə istinadən demək olar ki, A.Həmzəyev tərəfindən,
demək olar ki, “Humayun”un bütün əsas şöbələri ifa olunmuşdur
[Zöhrabov: 232–234].Yeganə fərq “Feli” şöbəsi əvəzində “Möləvi”-
nin səsləndirilməsidir. “Humayun” muğam dəstgahında şöbələrin
sayı çox olmadığına görə,onun ifasını məhdud zaman çərçivəsində
həyata keçirmək mümkün olmuşdur (“Humayun” xanəndə tərəfin-
dən 17 dəqiqə ərzində oxunmuşdur).
Ümumiyyətlə, “Humayun” Azərbaycan muğam dəstgahları ara-
sında nisbətən daha qısa həcmə malik olduğundan, müsabiqədə ona
müraciət edən xanəndələrin sayı daha çox olur. Məsələn, həmin il
keçirilən müsabiqədə “Humayun” Səbinə Ərəbli, Zeynəb Quliyeva
tərəfindən də oxunmuşdur:
Səbinə Ərəbli: “Mayəyi-Humayun” – təsnif – “Tərkib” – “Bidad”
– təsnif – ayaq.
Zeynəb Quliyeva: “Mövləvi” – “Şüştər” – “Tərkib” – “Bidad”
– təsnif.
Lakin, göstərilmiş şöbələrə nəzər saldıqda, onların sayının daha
az olması, dəstgahın yalnız bir neçə şöbəsinin təqdim edildiyini
210
görmək olar. Eyni muğam dəstgahının yuxarıda göstərilmiş hissə-
lərinin ifası müxtəlif yarışma günlərinə təsadüf etmişdir.
Müsabiqədə muğamların digər ifa variantında çıxış “mayə”dən
başlamır, sıralanmaya əsasən ondan sonra səslənən şöbə oxunur.
Buna nümunə olaraq Məmməd Nəcəfovun oxuduğu “Bayatı-Şiraz”ı
göstərmək olar – əvvəl “Bayatı-Şiraz” muğamının “Nişibi-fəraz”
şöbəsi oxunur, sonra “Mayə”. Ardıcıllıq belə davam edir:
Təsnif, “Bayatı-isfahan”, rəng, “Zil-Bayatı-Şiraz”, rəng, “Xavə-
ran” və Bayatı-Şiraza ayaq.
Beləliklə görürük ki, “Bayatı-Şiraz” muğamının heç də bütün
şöbələri burada səslənmir, məsələn, “Üzzal”, “Dilrüba” kənarda
qalır. Onlar ifa olunmamasının səbəbləri, zənnimizcə, yuxarıda
göstərilən zaman məhdudiyyəti ilə bağlıdır.
Digər yarışma iştirakçısı – Səbinə Ərəbli “Mirzə-Hüseyn
Segahı”nı belə ifa etmişdir:
“Manəndi-Müxalif” – “Mayə” – təsnif – “Segah” – rəng –
“Segah” – “Mübərriqə” – ayaq.
Bu halda da görürük ki, dəstgahın ilk böyük şöbəsi olan “Mayə”
ənənəvi olaraq əvvəldə deyil, ikinci pozisiyada səsləndirilir. Bu cür
ifa, əsasən bəm – orta – bəm prinsipi ilə yanaşma üçün səciyyəvidir,
çünki, artıq qeyd olunduğu kimi, bu yarışma çərçivəsində bütün
şöbələrin əhatə olunması qeyri-mümkündür.
Məlumdur ki, dəstgahlarda “Bərdaşt” mühüm rol oynayır,
“Mayə”nin səsləndirilməsini bir növ hazırlayır. Lakin vaxt məh-
dudiyyəti və çıxış zamanı mümkün qədər çox muğam şöbəsini ifa
edərək səs imkanlarını nümayiş etdirmək arzusunu rəhbər tutaraq,
iştirakçılar, təəssüf ki, “Bərdaşt” bölmələrini nadir hallarda öz çıxış-
larına daxil edir. “Bərdaşt”ı öz ifasında səsləndirən xanəndələrdən
biri Elsevər Muradov olmuşdur ki, o “Zabul” muğamının ifasını
məhz “Bərdaşt”dan başlamışdır:
“Bərdaşt” – “Zabul-Segah” – “Mayə” – təsnif – “Manındi-
maxalif” – “Segah”.
Məmməd Nəcəfov da təqdim etdiyi “Rast” dəstgahının bir neçə
şöbəsinin ifasını “Bərdaşt”la başlayır:
“Bərdaşt” – “Mayə” – “Üşşaq” – “Hüseyni” – təsnif – “Şikəstei-
fars” – təsnif – “Əraq”.
Belə təqdimat, sözsüz ki, muğamın qavranılmasını daha dolğun
edir.
211
Digər ifa variantlarında “Mayə” şöbəsinin səsləndirilməsi, ümu-
miyyətlə nəzərdə tutulmur. Burada xanəndələr öz çıxışlarına dəst-
gahın digər vacib şöbələrindən başlayır. Bu halda səslənmədə orta –
zil – orta prinsipinə riayət olunur. Buna nümunə olaraq bir neçə
uğurlu çıxışı göstərmək olar:
Mirələm Mirələmov “Orta Mahur”: “Hüseyni” – “Mahur” –
rəng – “Üşşaq” – “Hüseyni” – rəng – “Vilayəti” – təsnif.
Məmməd Nəcəfov “Şur”: Təsnif – “Şur-Şahnaz” – “Bayatı-
türk” – rəng – “Bayatı-türk”(davamı) – “Şikəstei-fars” – rəng –
təsnif – “Şur”a ayaq.
Nigar Şabanova “BayatıŞiraz”: “Bayatı-İsfahan” – təsnif – “Zil-
Bayatı-Şiraz” – “Xavəran” – rəng – “Üzzal” – “Dilrüba” – ayaq.
Sonuncu ifa haqqında bir neçə söz demək istərdik. Burada
“Bayatı-Şiraz” dəstgahının orta və zil şöbələri ifa olunmuşdur. Belə
ardıcıllığın təqdim olunmasında məqsəd xanəndənin zil registrdə
səsinə hakim olmaq bacarığını nümayiş etdirməkdən ibarətdir.
Adətən, geniş səs diapazonuna malik xanəndələr belə çıxışlara
üstünlük verir. Zil registrdə mükəmməl ifa etmək münsiflər tərə-
findən yüksək qiymətləndirilir və xanəndənin peşəkarlığından xəbər
verir.
Kiçik həcmli muğamların interpretasiyası üzərində də dayan-
maq istərdik. Adətən özündə 3–5 şöbəni cəmləşdirən kiçik həcmli
muğamlar müsabiqədə ifaçılıq praktikasında olduğu şəkildə, və ya
kiçik ixtisarlarla səsləndirilir. Məsələn, “Qatar” muğamı iştirakçı
Nigar Rəhimova tərəfindən ixtisarlar olmadan, aşağıdakı şəkildə
oxunmuşdur:
“Qatar” – rəng – “Üşşaq” – təsnif – “Zil Qatar”.
“Şahnaz” muğamına müxtəlif illərdə keçirilmiş müsabiqələrdə
tez-tez müraciət olunub. İki gənc xanəndə – Kamilə Nəbiyeva və
Ariz Hüseynovun ifa etdiyi “Şahnaz” muğamlarını təqdim edirik.
Onlar eyni şöbələrdən ibarətdir :
“Şahnaz” – rəng – “Dilkəş” – “Kürdü” – təsnif – “Şəddi-Şahnaz”.
Yarışmada həmçinin “Rahab” və “Dəşti” kiçik həcmli muğam-
larının ifasına da tez-tez təsadüf olunur.
Yuxarıda göstərilən nümunələrdən aydın olur ki, müsabiqədəki
əksər çıxışlarda, orta hesabla təxminən 4–6 şöbə səsləndirilir ki,
onların arasında təsnif və rənglər çalınıb-oxunur. Qeyd etmək
212
lazımdır ki, ilk turlarda iştirakçıların sayı çox olduğuna görə, onların
çıxışı 10 dəqiqə ilə məhdudlaşdırılır. Buna uyğun olaraq, cəmi iki,
maksimum üç şöbə və təsnif oxumaq mümkün olur. Yuxarıda
göstərilən ifaların əksəriyyəti isə müsabiqənin sonrakı, daha çox
səkkizinci turdan başlayan çıxışlarına aiddir, çünki məhz o turlarda
xanəndələr vaxt baxımından daha geniş həcmli ifalar nümayiş
etdirmək şansı qazanır.
Müsabiqənin müsbət cəhətlərindən biri kimi, gec-gec ifa olunan
muğam nümunələrinin yenidən həyata qaytarılmasını göstərmək
olar. Belə ki, ikinci muğam müsabiqəsində televiziya yarışmalarında
ilk dəfə olaraq xanəndə Abgül Mirzəliyev tərəfindən “Şirvan
şikəstəsi” ifa olundu. Şikəstənin bu növü vaxtilə Aşıq Şakirin
repertuarına daxil olmuşdur, daha sonra onu məşhur xanəndə Alim
Qasımov ifa etmişdir. Muğam müsabiqəsində geniş dinləyici kütlə-
lərinə təqdim olunduqdan sonra “Şirvan şikəstəsi” yenidən ifaçıların
repertuarına daxil olundu və üçüncü müsabiqədə artıq xanəndə
Mirələm Mirələmovun ifasında uğurla səsləndi.
Müsabiqənin muğam ifaçılığı sahəsinə verdiyi töhvələr şüb-
həsizdir. Kiçik zaman kəsiyində gənc xanəndələr muğamla bağlı
biliklərini, səs imkanlarını, tələffüzü, səhnə davranışı kimi key-
fiyyətləri nümyiş etdirməlidir. Televiziya vasitəsilə müsabiqəni seyr
edən geniş tamaşaçı kütləsi qarşısında ilk dəfə layiqli çıxış etmək
iddiaçıdan böyük iradə və bacarıq tələb edir. Bununla bağlı olaraq
bir mühüm cəhəti də vurğulamaq istərdik. Müsabiqə iştirakçılarını
ənənəyə uyğun olaraq, milli musiqi alətlərindən ibarət ansambl
müşayiət edir. Son illərin müsabiqələrində bu şərəfli missiyanı tarda
Sahib Paşazadə və kamançada Toğrul Əsədullayev həyata keçirir.
Muğamın ifasında sazəndə dəstəsinin rolu böyük və danılmazdır.
Yuxarıda adları çəkilən musiqiçilər, habelə ansambla daxil olan
digər milli musiqi alətlərində – ud, balaban, qanun və nağarada ifa
edən musiqiçilər müsabiqə turlarına hazırlıq prosesində hər bir
iştirakçı ilə saatlarla məşq edir, istedad və bacarıqları sayəsində
onların yarışma günüdə səhnədə müvəffəq çıxışlarının uğurunu
təmin edir.
Təsadüfi deyil ki, münsiflər öz nitqlərində çox zaman ansamblın
üzvlərinə, xüsusilə onun rəhbəri, tarzən Sahib Paşazadəyə müraciət
edərək, ayrı-ayrı iştirakçıların ifası ilə bağlı öz fikirlərini bildirir. Bu
213
da muğam ənənəsində xanəndə ilə yanaşı, onu müşayiət edən
sazəndə qrupunun da böyük rolunun bir daha ön plana çəkilməsini
göstərir.
Əlbəttə, müsabiqədə iştirak edən gənclərin interpretasiyası artıq
püxtələşmiş xanəndələrdən fərqlənir. Bu ilk növbədə muğamın ifa
üsulları, şöbədən-şöbəyə keçid, zəngulələrin yerinə yetirilməsi, səsi
zil registrdə tənzimləmək bacarığı və s. kimi keyfiyyətlərlə bağlıdır.
Bunlar münsiflər heyəti tərəfindən hər çıxışdan sonra ən çox qeyd
olunan iradlardandır. Sözü gedən qüsurları öz ifalarında bir həftəyə
düzəldə bilən xanəndələr sonrakı turlarda iştirak etmək haqqı
qazanır və nəticə etibarilə qalib olur.
Münsiflər heyəti hər bir iştirakçının çıxışını diqqətlə izləyərək,
onlara sonda öz irad və təkliflərini bildirir. Bu fikirləri bir neçə əsas
istiqaməti əhatə edir. İlk növbədə burada repertuar seçimi önəmli
cəhət kimi qeyd edilir. Münsiflər dəfələrlə vurğulayır ki, hər bir
xanəndə öz səs imkanlarından çıxış edərək repertuar seçməlidir. Səsi
daha çox aşağı və orta registrlərdə yaxşı səslənən gənc xanəndələrin
zil oxuma tələb olunan dəstgahlara, zərbi-muğamlara müraciət etməsi
düzgün deyil, çünki bu oxuma əvəzinə daha çox qışqırma ilə nəticə-
lənə bilər.
Digər iradlar zəngulələrlə bağlı olur. Yarışmada elə iştirakçılar
olur ki, zəngülələrin ifasına çox aludə olur, onlardan yerli-yersiz
istifadə edir. Bu da, əlbəttə, münsiflər tərəfindən haqlı narazılıqlara
səbəb olur.
Göstərilən iradlar arasında xüsusilə muğam kadensiyaları –
“ayaqlar” haqqında bir neçə söz demək istərdik. Hər bir musiqi əsə-
rində onun sonluğu xüsusi əhəmiyyət kəsb edir. Muğam sənətində
də “ayaq” adlandırılan belə kadensiyaların rolu çox önəmlidir.
Çünki, muğama yekun vurmaqla yanaşı, ona necə yekun vurmaq
məsələsi ön plana keçir.
Muğam şifahi sənət olduğundan, onun öyrədilməsi prosesində
hər bir muğamın tamamlayıcı mərhələsi – ayaqların şagird tərə-
findən düzgün mənimsənilməsi vacibdir. Heç də təsadüfi deyil ki,
müsabiqə turlarında münsiflər heyətinin iştirakçılara tutduqları
iradlardan ən başlıcası məhz ayaq, yəni kadensiyalarla bağlı olur.
Çünki muğamı hətta ən yüksək səviyyədə icra edən xanəndə onu
layiqli şəkildə yekunlaşdırmasa, mayə – tonika pərdəsinin tam
214
bərqərar olmasını çatdıra bilməsə, onun ifası müsbət qarşılana
bilməz. Bu muğamın ifası ilə bağlı başlıca tələblərdən biridir.
Təbiidir ki, gənc xanəndələrdən heç də hamısı bu tələblərin
öhdəsindən kifayət qədər ustalıqla gələ bilmir. Bu baxımdan da
münsiflər heyətinin qeydləri, iradlarının ifadan sonra söylənilməsi,
milyonlarla tamaşaçının gözü önündə keçirilən ustad dərsləri kimi
dəyərləndirilir.
Digər tərəfdən, televiziyanın imkanları vasitəsilə müsabiqədə
uğurla çıxış etmiş gənclər bir anda tanınır, muğam bilicilərinin əsl
sevimlisinə çevrilir. Bir neçə il öncə bu müsabiqədə çıxış edən
10 yaşlı Elməddin İbrahimovu yada salmaq kifayətdir.
Müsabiqənin yetirmələri olan gənc xanəndələr – Güllü Mura-
dova, Ehtiram Hüseynov, Səbinə Ərəbli, Sərxan Bünyadzadə və
başqaları Azərbaycanda muğam sənətinin inkişafında mühüm rol
oynayır, ölkəmizi bir çox beynəlxalq müsabiqə, festival və tədbir-
lərdə ləyaqətlə təmsil edir. Müsabiqələrin televiziya vasitəsilə bütün
dünyaya yayımlanması Azərbaycanın milli-mənəvi dəyərlərini bu
gün də qoruyub saxlaması, qədim muğam sənətini yaşatdığını bir
daha sübut edir.
Televiziya muğam müsabiqələrinin nümayişi zamanı qədim
muğam ənənələrinin müsabiqə çərçivəsində nə dərəcədə qorunub-
saxlanılması ilə əlaqədar bəzi suallar yaranır. Çünki artıq yuxarıda
da qeyd olunduğu kimi, müsabiqədə muğam sənətinin zirvəsi olan
dəstgah tam çəkildə icra olunmur, onun ayrı-ayrı şöbələri təsnif və
rənglərlə birgə təqdim olunur. Bununla bağlı fikrimizi bildirmək
istərdik.
Zənnimizcə, muğam televiziya müsabiqələrinin keçirilməsi ilə
bağlı qarşıya qoyulan məqsəd ilk növbədə gənc ifaçıların üzə
çıxarılması və muğam sənətinin təbliği ilə bağlıdır. Hər iki məqsədə
tam şəkildə nail olunmuşdur. Ötən illər ərzində Heydər Əliyev
Fondunun ardıcıl və düşünülmüş şəkildə keçirilən layihələri sayə-
sində Azərbaycanda və onun hüdudlarından kənarda muğam sənə-
tinə olan maraq durmadan artır.
Televiziya muğam müsabiqələri də bu strategiyanın bir parçası
kimi öz missiyasını müvəffəqiyyətlə yerinə yetirir. Televiziya
ekranları qarşısında toplanaraq saatlarla muğam dinləyən çoxminlik
auditoriyanın mövcudluğu artıq heç kimdə şübhə doğurmur. Bu da
215
müxtəlif təbəqə və nəsillərin nümayəndələri arasında muğam sənə-
tinə olan sevgi və marağın daha da artmasına səbəb olur. Bu layihə
çərçivəsində ənənə və novatorluq birləşərək, Azərbaycanın milli
sərvəti olan muğamın müasir dövrün məhsulu olan müsabiqə çərçi-
vəsində, yenilənmiş şəkildə yaşatmağa imkan verir. Muğam sənətinə
marağın getdikcə artmasında televiziyanın imkanlarından istifadə
olunması, eyni zamanda, ənənənin bünövrəsini təşkil edən ustad-
şagird münasibətlərinin başqa prizmadan – münsif- iştirakçı
nöqteyi-nəzərindən yeni səviyyəyə çıxarılmasının özü novator ideya
kimi dəyərləndirilməlidir.
Deyilənlərə yekun olaraq göstərilən müsabiqələrin böyük əhə-
miyyəti və faydasını bir daha vurğulamaq istərdik. Əsasını maarif-
çilik ideyası təşkil edən bu uğurlu layihə, sözsüz ki, yüksək qiy-
mətləndirilməlidir. Müasir texnologiyalar, kompyuter aləminin
məişəti zəbt etdiyi bir dönəmdə insanların aylar ərzində mütəmadi
olaraq canlı müsabiqə turlarını maraqla izləməsi, geniş tamaşaçı
kütləsinin diqqətinin cəlb edilməsi artıq böyük uğurdan xəbər verir.
2015-ci ildə də növbəti VI Televiziya muğam müsabiqəsinin keçiril-
məsi bu sahədə aparılan işlərin davamlı və müvəffəq olduğunu bir
daha sübut edir.
Şübhə etmirik ki, istər muğamsevərlər, istərsə də peşəkar musi-
qiçilər tərəfindən böyük, sönməyən maraq doğuran bu müsabiqə
Heydər Əliyev fondu, Azərbaycan Mədəniyyəti Fondunun dəstəyi
ilə hələ neçə nəsil gənc xanəndələrin tanınmasında, muğamın təbliği
və yayılmasında öz xeyirxah missiyasını davam etdirəcək.
Bu da muğam sənətinin Azərbaycanda təkcə peşəkar musiqi-
çilər arasında deyil, geniş xalq kütlələri arasında da böyük sevgi ilə
yaşadılmasının daha bir sübutudur.
İstifadə edilən ədəbiyyat:
Zöhrabov R. Azərbaycan muğamları. 2013.
216
Jeyran Mahmudova
Prof., D.Sc., U.Hajibeyli Baku
Music Academy, Azerbaijan
e-mail: ceyran64@mail.ru
THE ROLE OF THE NATIONAL TV MUGAM
COMPETITIONS IN THE DEVELOPMENT
OF THE ART OF MUGAM
Abstract
Keywords: mugam, traditions, television,competition, khanende.
Mugam competitions held under auspices of Heydar Aliyev
Foundation starting from 2005 have played a great role in the deve-
lopment of mugam in Azerbaijan and in the raising of new gene-
ration of mugam singers. Shorter mugams, zerbi-mugams and tesnifs
in live presentation by the young performers are being evaluated by
the professional jury. The competitions is acting as some kind of
real-time mugam lessons and hence contributng to wider promotion
of the genre. Noteworthy to say, the mugam pieces are presented in
the accompaniment of the national musical instruments.
The recurrence of the competetition and its live broadcasting
gives opportunity to millions of viewers to get acquainted once again
with the world of ancient mugam, moreover that opens up oppor-
tunities to newcomer mugam singers. From this point of view TV
mugam competitions play significant promotional and educational
roles. Thanks to live broadcasting the ancient traditions are getting
widely distributed and thus are causing great interest in Azerbaijan
and abroad alike. Wide horizons in developing the artistic career are
opening for the competition winners. All of the above opens wide
perspectives for the future development of mugam.
217
Dostları ilə paylaş: |