4
Mərasimə Ruhani Hədiyyələr təqdim olunur.
Evladlıq Nişanələri Ocaq Yükümlüsü
tərəfindən Yol sözü
ilə təqdim edilir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız var olsun!” səcdəsiylə mərasim başa çatır.
Carlar:
• Ata Yolu – İnsanın Mütləqləşmək imkanı!
• İnsana İnam – Sabahlı meyar!
• Yeni il – Yeni uğurlar yolçuluğumuz!
Gedişatı yazdı:
Nurtəkin Atalı.
24 Köçəri Ayı, 35-il. Atakənd.
Qəbul olunur.
Ocağın Yükümlüsü Soylu Atalı
24 Köçəri Ayı, 35-il. Atagün Eli.
5
Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal “Yeni İl” Mərasimində deyilmiş fikirlər
Ocaq Günsırası ilə 1 Günəş Ayı, 36-ildə (mart, 2014) Asif Atanın
Mütləqə İnam Ocağı Qutsal “Yeni İl” Mərasimini həyata keçirdi.
Mərasim quralları icra olunduqdan sonra
Ocaq Yükümlüsü Soylu
Atalı Ataya səcdə ilə sözünə başladı:
“Atanın mərasimlə bağlı
ruhani qaydaları var. Bu qaydalara görə Mərasimi Ocağa Evlad
qəbulu ilə başlayırıq”.
Ocağa Evlad qəbul edilən
Güntay Atalı “Rica”sını yazıdan oxu-
du. Ocaq Yükümlüsü isə onun adının mənasını ifadə eləyən Ruhani
Bəlgəni oxudu. Daha sonra Güntay Atalı “Bayraq Andı” içdi. Bu
mərasimin “Qəbul Törən”ində Ocaq Yükümlüsünün yeni qaydası
tətbiq edildi. Belə ki, bundan sonra qəbul olunacaq Evladlara Asif
Atanın Qutsal Bitiqləri hədiyyə ediləcək. Soylu Atalı bu qaydanı
təsdiq edən Ruhani Bəlgəni oxuduqdan sonra Güntaya Göylü Atalı
6
tərəfindən Qutsal Bitiqlər təqdim olundu. Axırda Güntay Ocaq
Yükümlüsündən “Evladlıq Nişanəsi”ni qəbul elədi.
Ocaq Yükümlüsü Ocaqçılardan Günev, Göylü, İnamlı və
Üstün Atalıların ruhani əməllərini təqdir edən Ruhani Bəlgələr
oxudu. Ocaq quruculuğu yönündə uğurlar vurğu edildi.
Sonra Soylu Atalı Mərasim sözünə başladı: “35-ci ilmizdə
Ocaqda və Ocaqdan qıraqda – dünyada nə baş verdi? Davamlı şəkil-
də dünyanı dağıdırlar, xalqları pərən-pərən salırlar. Heç kim bəşəri
dəyər, insani dəyər yaratmır. Hər kəs çığır-bağırda, hayda-həşirdədir.
Hər gün küçələrdə hay-həşirlər var. Hər gün qovğalar, hakimiyyət
dartışmaları var. Hər gün insan qətli var. İnsan ölür, öldürülür. Ac
qoyulur, susuz qoyulur. Vicdansızlıq, həqiqətsizlik, ədalətsizlik ge-
dişlərinə dözməyərək özünü öldürmələr baş verir. Çıxılmazlıqlar
yaranır. İnsan tamamilə başını itirib. Asif Atanın “Daxilində Mütləq
gəzdirir” dediyi insanın başına, dünya çapında, olmazın oyunlar
açılır. Ocaq isə 35-ci il ərzində fədakarlıq elədi, ləyaqət göstərdi,
ailəsinin boğazından kəsdi, səfərlər elədi, bölgələrə getdi, hər yerdə
Atanın ideyasından doğan ümid işığı yandırdı.
Hara getdisə gəncliyin
ağlında Azərbaycan yaratdı. Gəncliyin ağlında Asif Ata yaratdı.
Gəncliyin ağlına Azərbaycanın ruhani dəyərlərinin nə olduğunu
yazdı. Başını itirən ziyalısına söz dedi. Xalqı özünə göstərən çoxsaylı
ədəbiyyatlar hazırladı. Onu hər yerdə təmənnasız olaraq payladı.
Ocağın hər bir fərdinin əməli, ləyaqəti ifadə olundu burda. Nə qədər
işlər görüldü. Bu işlər boşuna əmələ gəlmir. Ürəkdə sevgi olmasa,
təpər olmasa, eşq olmasa, hərarət olmasa o işlərin heç biri əmələ
gəlmir, işıqlanmır. Bunu uydurmuruq – dünya nə deyir, Ocaq nə
deyir. Dünya nə haldadır, Ocaq nə haldadır. Nizam yaradırıq, hal
yaradırıq. Gələcək yaradırıq. Niyə zəhmət çəkirik? Çünki hal
var. Bizim çətinliklər deyilən maneələrimiz yoxdur. Niyə yoxdur,
çünki eşq var. Eşq qanad deməkdir. Biz ürəyimizlə gedirik. Ona görə
7
çətinliklər bizim yolumuzu kəsə bilmir. O vaxt ki, ürəklə yeriyərsən,
onda uğurların başlayar görünməyə. Ocaqla dünyanın çox böyük
fərqi var. Bütün dünyanın mənəviyyat döyüntüsü Atanın ünvanın-
dadır. Heç kimin gücü çatmaz bunu inkar eləsin. Azərbaycan ayrı
hava çalır, dünyanın ahəngsizliyinə uyğun. Ocaq buna uymadı. Heç
bir vaxt həşirə düşmədik. Qoruduq ləyaqətimizi və Ocağımızı.
Atanın adını və tələbini qoruduq. Qoruya bilirik, ona görə də varıq.
Ona görə də Asif Atanın vəfatından sonra 17 ildir Ocaqda yol gəlirik.
17 ildə nə qədər böyük sarsıntılar var, nə qədər böyük sevgilər var,
inadlar var, hünərlər var, təpərlər var, özündənkeçmələr var. Qurban-
lar var. Bunların hamısı 17 ilin özülü oldu. Yurdumuzda İnsanlaşma
harayı çəkdik, Millətləşmə harayı çəkdik. Sevgimizlə, yaradıcılı-
ğımızla, ağlımızın işığıyla. Doğrudur, Ata tələbi ilə, Ocaq tələbi ilə
hələ aşılası çox zirvələrimiz var. Çox işlər var qabaqda.
Bizim də ona
imkanımız var. Bununla belə, Ocaq mühiti kamil, qeyri-adi mühitdir.
Ayrı-ayrı qüsurlar olsa da, sağlam, doğma mühitdir. Heç kimə
üzümüzü tutmadıq, heç kimdən böyük quruculuq gözləmirik.
Ruhaniyyat xəttində nə ediriksə özümüz edirik. Heç kimin yaxşı
işinə qarşı söz deməmişik. Heç kimə də mənasız ümid bəsləməmişik.
Çünki ümid yeri böyük anlamda Ocaqdadır. Kimə ümid bəsləyəsən?!
Yurdumuzun gözü ayda-çayda qalıb. Türkiyəni özümüzə doğma
saydıq. Türkiyə bizə nə verdi – İslam. Din gətirdi. Avropanın aya-
ğının altına yıxılırlar. Nə verdi bizə Avropa – kapitalizm, pulçuluq.
O pulçuluğun nəticəsidir, insanlar o həddə gəlirlər ki, özlərini
yandırırlar. Gərək həyatda sənin üçün heç bir işıq qalmasın, ümid
qalmasın, heç bir dəyər qalmasın ki, sən özünə od vurasan. Bunu
Avropa pulçuluğu gətirdi. Pulçuluq olan yerdə talançılıq var. Sənə
elə
bir mühit,
hal verir ki, sən o mühitdə özünü asmalı olursan…
Məgər Ocaq böyük imkanlar üzərində oturub? Amma bunun
qabağında nə qədər milli-insani yöndə addımlar atırıq. Bu, sözə