Aytən Quliyeva
2
Kitab xalq yazıçısı Anarın
75 illik
yubileyinə ithaf olunur
Nəşrə hazırlayan
və
ön söz müəllifi:
SONA XƏYAL
RƏYÇİLƏR:
BABA BABAYEV
filologiya üzrə fəlsəfə doktoru
BİLAL HƏSƏNLİ
pedaqogika üzrə fəlsəfə doktoru
Aytən Əliəsgər qızı Quliyeva. Anar yaradıcılığında mənəvi-
əxlaqi problemlər. Bakı-“MBM”- 2013. 96 səh.
Kitabda xalq yazıçısı Anarın yaradıcılığına ümumi nəzər yeti-
ril
miş, yazıçının hekayələrində insanın mənəvi-əxlaqi problem-
ləri işıqlandırılmışdır. Bu, müəllifin oxucularla ilk görüşüdür.
©
Aytən
Quliyeva
“MBM” 2013
Anar – 75
3
ANAR YARADICILIĞINA BİR BAXIŞ
Allah-
təala hər yazıçıya vermədiyi bir sıra mənəvi nemətlər
ve
rib Anar müəllimə. İstər yazıçı kimi, istər publisist, tənqidçi
ki
mi, istər dramaturq, ssenarist kimi, istərsə də bir insan kimi
Al
lahın verdiyi bu nemətlərə şükranlıqla yanaşan Anar bu sahə-
lərdə özünü doğrultmağa çalışıb, çox sahədə uğur qazanıb. Am-
ma hər şeydən əvvəl Anar yazıçıdır. Anar yaradıcılığını tədqiq
edən hər bir tədqiqatçı birinci növbədə onun nəsrinə müraciət
edir.
Dünya şöhrətli yazıçımız Anar haqqında yüzlərlə məqalə nəşr
olun
muşdur ki, bu yazılarda onun nəsri, dramaturgiyası, kino ya-
ra
dıcılığı, elmi-tənqidi əsərləri, hətta şeirləri tədqiqat obyekti ki-
mi götürülmüş və geniş şəkildə oxuculara çatdırılmışdır. Son il-
lər yazıçının yaradıcılığını əhatə edən xeyli kitab yazılmışdır.
Sa
bir Bəşirovun “Anar”, Sərvaz Hüseynoğlunun “Pəncərədən
daş gəlir”, Nizami Cəfərovun “Anar”, Natavan Faiqin “Besedı s
pisatelem”,
Gülxani Pənahın “Anar və folklor”, Əsəd Cahan-
girin “Ağ saç, qara saç”, Bəsti Əlibəylinin “Onuncu portret”,
Rahid Uluselin “Qlobal dü
şüncə məkanında Azərbaycan ədəbiy-
ya
tı Anar yaradıcılığı ilə”, Nurlana Əliyevanın “Anar - şəxsiy-
yət və sənətkar”, Ayşe Atayın “Beşkatlı evin altıncı katındakı
adam” və s. əsərlərdə yazıçının demək olar ki, bütün yaradıcılığı
işıqlandırılmışdır.
B
ir sıra universitetlərin filoloji fakültələrində onlarla disserta-
siya,
diplom işi müdafiə edilmişdir ki, bunlar da görkəmli yazı-
çının yaradıcılığının araşdırılıb tədqiq edilməsinə, oxuculara
Aytən Quliyeva
4
təqdim olunmasına xidmət edir. Aytən Əliəsgər qızı Quliyeva-
nın magistr dissertasiyası əsasında çapa hazırladığımız bu mo-
noqrafiyada da Anar yara
dıcılığına ciddi bir baxış diqqəti cəlb
edir.
G
ənc tədqiqatçı Aytən Quliyeva xalq yazıçısı Anarın həyat
yo
luna kiçik bir ekskursiya edərək, onun ziyalı bir ailədə doğu-
lub boya-
başa çatdığını və iki böyük şairin övladı olduğunu xü-
su
si vurğulamış və onun ziyalı sənətkar kimi yetişdiyini, öz də-
yərli əsərlərilə xalqına böyük töhfələr verdiyini diqqətə çatdır-
mışdır. Anar yaradıcılığına ümumi nəzər salan tədqiqatçı onun
bir
çox əsərlərindən söz açmış, daha sonra tədqiqatın əsas istiqa-
məti olan hekayələrindən geniş bəhs etmişdir. Aytən Quliyeva-
nın magistr işinə rəy verən filologiya üzrə fəlsəfə doktoru Baba
Babayev
Aytənin tədqiqat işini bəyəndiyini qeyd edir və yazır:
“Ma
gistrlik dissertasiyasında görkəmli yazıçı, müasir Azərbay-
can
ədəbiyyatının önündə gedən Anarın hekayə yaradıcılığı təd-
qiqat obyektin
ə çevrilmişdir. Tədqiqatda sənətkarın hekayələri
mövzu, id
eya, bədii sənətkarlıq baxımından geniş araşdırılmış-
dır. A.Quliyevanın tədqiqat işi giriş, iki fəsil, nəticə və istifadə
olun
muş ədəbiyyat siyahısından ibarətdir. Girişdə problemin ak-
tu
allığı, tədqiqatın qarşısına qoyulan məqsəd və vəzifələr şərh
edil
miş, onun elmi yeniliyi müəyyənləşdirilmişdir. Birinci fəsil-
d
ə Anarın həyat və yaradıcılığı araşdırılmış, mənsub olduğu şeir,
s
ənət ocağı barədə məlumat verilmiş, ədibin ilk hekayələri təhlil
süzg
əcindən keçirilmişdir. Yazıçı üslubunun püxtələşməsində
mühüm yer tutan ilk
əsərlərinin ideya-bədii xüsusiyyətləri hərtə-
r
əfli tədqiq olunmuş, bu hekayələr barədə ədəbiyyatşünas və
t
ənqidçilərin fikirlərinə münasibət bildirilmişdir. İkinci fəsildə
Ana
rın yaradıcılığının kamil dövrlərində yazdığı hekayələrin
mövzu dai
rəsi, ideya istiqaməti, mənəvi-əxlaqi problematikası
bədii sənətkarlıq xüsusiyyətləri araşdırılmış, ədibin fərdi yaradı-