3
Övladlarım – Şövqi, Ülvi və Zülfünün şərəfinə
Elmi redaktor:
Rüfət Lətif oğlu Hüseynzadə,
pedaqoji
elmlər doktoru, professor, əməkdar müəllim
Rəyçilər: Akif Nurağa oğlu Abasov, pedaqoji
elmlər doktoru,
professor
Ağahüseyn Məmmədhüseyn oğlu Həsənov,
pedaqoji elmlər doktoru, professor
Əsmər Sadıq qızı Bədəlova, pedaqoji
elmlər namizədi, dosent
Səidə Atəş qızı Abdullayeva, pedaqoji
elmlər namizədi, baş müəllim
Kitab hazırda ölkəmizdə həyata keçirilən Təhsil İslahatına dair direktiv
sənədlərin tələblərinə müvafiq olaraq məktəbəqədər və kiçik yaşlı uşaqların pedaqoji
fikir tarixində inkişafı, tərbiyəsi və təhsili probleminə həsr edilmişdir.
Burada məktəbəqədər və kiçik yaşlı uşaqların inkişafı, tərbiyəsi və təhsilinin
mahiyyəti, məqsədi, məzmunu, eyni zamanda uşaqların inkişafı, tərbiyəsi və təhsili
ilə bağlı dünya mütəfəkkirlərinin
nəzəriyyələri, müddəaları tarixi baxımdan sərf-
nəzər edilmişdir.
Vəsait əsasən ali pedaqoji məktəblərin magistr pilləsində təhsil alan tələbələr
üçün nəzərdə tutulmuşdur.
Həmin vəsaitdən tərbiyəçilər, valideynlər, müəllimlər, aspirantlar və hər bir kəs
faydalana bilər.
4
M Ü N D Ə R İ C A T
Səh.
Giriş………….………….…………………………………….......….....5-6
I fəsil. Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsi, təhsilinin
elmi-nəzəri və pedaqoji əsasları
1.1.
Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsi, təhsilinin
mahiyyəti, məqsədi və məzmunu....................................................7-13
1.2.
Məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsinə müsbət
müsbət əxlaqi keyfiyyətlərin təsiri...............................................13-18
II fəsil. Uşaqların inkişafı, tərbiyəsi və təhsili probleminə tarixi
bir nəzər
2.1. Tərbiyənin meydana gəlməsi, qədim
dövr Azərbaycan və Şərq
dastanlarında tərbiyə və təhsil problemləri....................................19-49
2.2. Klassik Şərq mütəfəkkirləri uşaqların inkişafı, tərbiyəsi və
təhsili haqqında..............................................................................49-95
2.3. Azərbaycanda məktəbəqədər tərbiyə, təhsil və müəssisələrin
inkişafı tarixindən........................................................................95-137
2.4. Avropa pedaqoji fikir tarixində uşaqların inkişafı, tərbiyəsi və
təhsili haqqında nəzəriyyələr.....................................................137-173
Nəticə........................................................................................................174
İstifadə olunmuş və tövsiyə edilən ədəbiyyat...................................175-178
5
G İ R İ Ş
ХХ əsrdə Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyi əldə etməsi, onun
qorunması və çiçəklənməsi, inkişaf etdirilməsi üçün bütün xalqın əzmlə mübarizə
aparmasını tələb edir. Müstəqil dövləti qurmaq, yaratmaq və inkişaf etdirmək üçün
yetişməkdə olan nəslin üzərinə mühüm vəzifələr düşür.
Müstəqil respublikamız çətinlikləri arxada qoyaraq addım-addım irəli gedir.
Hər işdə bir yenilik duyulur. Məktəbəqədər
təlim-tərbiyə işində, təhsilimizdə,
iqtisadiyyatımızda köklü dəyişikliklər var, müstəqil siyasət yürüdürük. Idarəçilik
metodları da dəyişilir.
Əldə etdiyimiz tarixi uğurlarımızı bir daha inkişaf etdirmək üçün bu gün
erməni cəlladları ilə üzbəüz mübarizə şəraitində olduğumuzu hər an unutmamalıyıq.
Belə ki, məktəbəqədər yaşlı uşaqların və bütün gəncliyin mənəvi-estetik, əmək,
vətənpərvərlik, əxlaq, fiziki, yoldaşlıq, dostluq, qayğıkeşlik, insanpərvərlik, ekoloji,
dünyagörüşü və s. tərbiyəsi işi gündəmdə mötəbər yer tutmalı və günbəgün
canlandırılmalıdır.
Bu gün tarixçilər, pedaqoqlar, bütövlükdə maarif işçiləri qarşısında mühüm
bir vəzifə qoyulmuşdur: Azərbaycanı sevərək,
onun keşiyində duraraq, ona xidmət
edərək, intellektual mənəviyyatlı vətəndaş tərbiyə etmək. Buna görə ilk növbədə uzun
illər səylə milli zəmindən uzaqlaşdırılmış, xalq pedaqogikasının məzmunundan ayrı
salınmış tərbiyə sistemimizi formalaşdırıb, meydana çıxarmaq lazımdır. Həm də bu
zaman tərbiyənin kökünü vahid Azərbaycan xalq tərbiyəsinin məzmununda, bu
günədək bizə məlum olan şifahi xalq ədəbiyyatı nümunələrində, Qurani-Kərimin
səhifələrində, zəngin və dünya şöhrətli klassik irsimizdə, Azərbaycan xalqı üçün
yaxın və məqsədyönlü olan Şərq ənənələrində və həm də ümumbəşəri dəyərlərdə
axtarmalıyıq.
Gənc nəslin, o cümlədən məktəbəqədər yaşlı uşaqların tərbiyəsinin qarşısında
duran başlıca məqsədlərə və hərtərəfli biliyə,
mütərəqqi dünyagörüşə, milli və
ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət
formaalaşdırmaq və cəmiyyətimiz üçün layiqli vətəndaşlar yetişdirmək olduğundan
hazırda məktəbəqədər müəssisələrdə uşaqların tərbiyəsini müasir tələblər səviyyəsinə
qaldırmaq vacibdir.