«QƏDİR-XUM» - DİNİMİZİN KAMİL
OLDUĞU GÜNDÜR
az.nakhchivan.icro.ir
[1]
az.nakhchivan.icro.ir
«QƏDİR-XUM» - DİNİMİZİN KAMİL OLDUĞU
GÜNDÜR
Mehriban və bağışlayan Allahın adı ilə.
Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc
ziyarətindən - «Həccül-vida»dan qayıdarkən, Zucan
adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil oldu.
Allah Təala Peyğəmbərə (s) buyururdu: «Ey Rəsul!
Sənə nazil olanları insanlara çatdır, əgər bu işi
görməsən, öz risalətini (peyğəmbərlik missiyasını)
tamamlamamış olursan…». («Maidə» surəsi, 67)
“Qədir Xum” hadisəsi və İslam Peyğəmbərinin (s) o
gün söylədiyi xütbə mütəvatir
rəvayətlərdəndir.“Qədir Xum” hadisəsi və İslam
Peyğəmbərinin (s) o gündə müsəlmanlara üçün irad
etdiyi xütbə mütəvatir (müxtəlif insanlar vasitəsilə
dəfələrlə eynilə nəql olunmuş xəbər, hədis yaxud
[2]
az.nakhchivan.icro.ir
rəvayətə mütəvatir deyilir) olaraq nəql olunmuşdur.
Tam əminliklə demək olar ki, bu xütbə etibarca
təvatür (təvatür: hədis və ya rəvayətin yetərincə,
inandırıcı dərəcədə müxtəlif vasitələrlə nəql edilməsi
deməkdir) həddindən artıqdır. Məlum olduğu kimi
"Qədir Xum" hadisəsindən bir neçə əsr keçməsinə
baxmayaraq, Peyğəmbərimiz Həzrət Mühəmmədin
(s) bu hadisə ilə bağlı xütbəsi haqda elm adamları
tərəfindən heç bir şübhə qeydə alınmamışdır. Bu da
öz növbəsində, xütbənin sənədinin mötəbər olmasının
təkrar sübutudur.
Müsəlman tarixşünasların kitablarında 100-dən artıq
[3]
az.nakhchivan.icro.ir
(125) vasitəylə nəql olunmuş “Qədir” hədisinin
rəvayətçilərindən bəziləri aşağıda adları çəkilən
şəxslərdir ki, çoxları Peyğəmbərin (s) yaxın adamları
və tanınmış səhabələridir.
1. Əbubəkr ibni əbi Quhafə (birinci xəlifə), 2. Ömər
ibni Xəttab (ikinci xəlifə), 3.Osman ibni Əffan
(üçüncü xəlifə), 4.Təlhə ibni Əbdullah Təmimi, 5.
Zubeyr ibni Əvam, 6. Əbbas ibni Əbdulmüttəlib
(Peyğəmbərin (s) əmisi oğlu), 7. Usamə ibni Zeyd ibn
Haris, 8. Ənəs ibni Malik, 9. Cabir ibni Əbdullah
Ənsari, 10. Səd ibni əbi Vəqqas, 11. Əbdurrəhman
ibni Ovf, 12. Həssan ibni Sabit, 13. Səd ibni Ubadə,
14. Əbu Əyyub Ənsari, 15. Əbdullah ibni Məsud, 16.
Salman Farsi, 17. Əbuzər Ğəffari, 18. Əmmar Yasir,
19. Miqdad ibni Əsvəd, 20. Səmərə ibni Cündəb, 21.
Səhl ibni Hənif, 22. Ubəyy ibni Kəəb, 23. Əli ibn Əbi
Talib, (Məzlum ağa).
Qadınlardan isə: 24. Əsma binti Umeys, 25. Ümmü
Sələmə (Peyğəmbərin (s) həyat yoldaşı), 26. Ayişə
binti Əbubəkr (Peyğəmbərin (s) həyat yoldaşı), 27.
Ümmi Hani binti Əbi Talib (Peyğəmbərin (s) əmisi
qızı), 28. Xanımlar xanımı həzrət Fatimə (ə)
(Peyğəmbərin (s) sevimli qızı).
[4]
az.nakhchivan.icro.ir
İslamın keçmişində dərin iz qoymuş və tarixində
özünə məxsus yer almış, Qədir Xum hadisəsindən
milyonlarla müsəlman təsirlənmiş və Peyğəmbərdən
(s) sonra Əli ibni Əbi Talibi (ə) özlərinə örnək, rəhbər
və imam seçmişlər.
Bundan sonra Peyğəmbər (s) Cuhfə adlı yerdə yol
ayrıcına çatanda, dayanmaq barədə göstəriş verdi.
[5]
az.nakhchivan.icro.ir
Sonra yüz mindən artıq zəvvarın qarşısında, dəvə
palanlarından düzəldilmiş minbərin üstünə çıxaraq,
müsəlmanlara dedi: «Ey insanlar! Mən tezliklə sizin
aranızdan gedəcəyəm, mənim öhdəmdə də məsuliyyət
var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət
verirsiniz?» Hamı uca səslə dedi: «Biz şəhadət
veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə
yetirmisən, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim
hidayət olmağımız üçün son dərəcə əzmlə çalışmısan,
Allah bunun əvəzində sənə savab mükafatı versin!».
Sonra Peyğəmbər (s) buyurdu: «Siz Allahın birliyinə,
mənim peyğəmbərliyimə, Qiyamət gününün haqq
olmasına və həmin gün ölənlərin imtahan vermək
üçün yenidən dirilməsinə inanırsınızmı?». Hamı
cavabında dedi: «Bəli, inanırıq!». Rəsuli-Əkrəm (s)
dedi: «İlahi, şahid ol!». Sonra o, Həzrət Əlinin (ə)
əlindən tutub qaldırdı ki, hamı onu görsün, orada
olanlar hamısı onu tanısın. Peyğəmbər (s) buyurdu:
«Möminlərin özlərinə nisbətdə ən üstün olan şəxs
kimdir?» - müsəlmanlar cavab verdi: «Allah və onun
peyğəmbəri daha yaxşı bilir!». Peyğəmbər (s)
buyurdu: «Allah Təbarəkə və Təala mənim mövlam
və rəhbərimdir, mən isə iman gətirənlərin rəhbəriyəm
və onların işlərində özlərindən daha
[6]
az.nakhchivan.icro.ir
məsuliyyətliyəm!». Sonra buyurdu: «Mən hər kimin
rəhbəriyəmsə, bu Əli (ə) onun rəhbəridir». Bu sözləri
dörd dəfə təkrar etdi və sonra dua etdi: «İlahi! Əli (ə)
ilə dostluq edənlərlə dostluq et, düşmənləri ilə
düşmən ol, onu sevənləri sev, ona qarşı qəzəbli
olanlara sən də qəzəbli ol, ona kömək edənlərə kömək
et, ona kömək etməkdən boyun qaçıranlara kömək
etmə, onu haqqdan ayırma və haqqı həmişə onunla
birlikdə et!». Sonra əlavə etdi: «Burada hazır
olanların vəzifəsi, bu xəbəri burada olmayanlara
çatdırmaqdır». Ey insanlar! Qurana diqqətlə fikir
verin və ayələrini düşünərək dərk etməyə çalışın.
Allaha and olsun, əlindən tutub sizə göstərdiyim bu
şəxsdən başqa elə bir şəxs yoxdur ki, Quranın
göstərişlərini sizə aydınlaşdıraraq, onun ayələrini
təfsir etsin.
Bu kişi mənim qardaşım Əli ibn Əbu Talibdir ki,
onunla dostluq Allah tərəfidən mənə əmr edilmişdir.
Ey insanlar! Əli və mənim pak övladlarım “Siql
əsğər”, Quran isə “Siql əkbər” dir, onlardan hər biri
digərindən xəbər verir və bir birlərini tamamlayaraq
təsdiqləyirlər. Bu iki dəyərli şey qiyamət günü
hövzün kənarında mənə yetişənədək heç bir zaman
[7]
az.nakhchivan.icro.ir
bir-birlərindən ayrılmayacaqlar. Onlar Allahın yer
üzərində əminləri və əmrlərini icra edənlərdirlər.
Ayıq olun ki, lazım olan sözləri dedim!
Ayıq olun ki, lazım olan mətləb və məqsədi elan edib,
sizlərə yetirdim!
Bu işin Allah əmrinə əsasən baş tutduğunu izah etdim
və Allah tərəfindən sizlərə yetirdim.
Ayıq olun ki, “Əmirəl möminin” ləqəbinə mənim
qardaşımdan başqa heç bir şəxs layiq deyildir,
məndən sonra müsəlmanlara rəhbərlik məqamı
(Əlidən qeyri) heç bir şəxsə halal deyildir.
Peyğəmbər (s) bu zaman həzrət Əli ibn Əbi Talibin
əlindən tutub, qaldırıb, camaata göstərərək, buyurdu:
ا ىف وه و هنم لبقي نلف انيد ملاسلاا ريغ غتبي نم و
نم ةرخلآ
نيرساخلا
[8]
az.nakhchivan.icro.ir
Kim islamdan başqa bir din ardınca gedərsə, (o din)
heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə
zərər çəkənlərdən olar! Surə 3, ayə 85.
Ey Rəbbim! Şahid ol ki, mən öz təbliğ vəzifəmi
(peyğəmbərlik borcumu) yerinə yetirdim və sən
şahidlərin ən yaxşısısan. Agah olun ki, bütün bunları
Cəbrail (ə) Allah tərəfindən mənə xəbər verərək
buyurmuşdur: “Hər kəs Əliylə müxalifət və
düşmənçilik edərsə, ürəyində onun vilayət və
məhəbbətinə yer verməzsə, Mənim qəzəbimi
qazanmışdır.”
Peyğəmbərin (s) xütbəsi sona çatandan sonra camaat
dağılmamış, Qurani-Kərimin ayəsi nazil oldu: «Bu
gün mən sizin üçün dinimi kamil, höccətimi isə
[9]
az.nakhchivan.icro.ir
tamam etdim. Sizin üçün din olaraq İslamı
bəyəndim…». («Maidə» surəsi, 3)
Bundan sonra Peyğəmbər (s) buyurdu: «Allah
böyükdür, Allah bizim üçün öz dinini təkmilləşdirdi
və nemətlərini bizim üçün tamam etdi. Mənim
peyğəmbərliyimi və Əlinin (ə) məndən sonra
canişinim olmasını bəyəndi». Daha sonra isə belə
buyurdu: «Əlinin mənə olan nisbəti Harunun Musaya
olan nisbətinə bərabərdir, bir fərqlə ki, mənimlə
peyğəmbərlik tamamlanır.»
Bu zaman sevinc səsləri ucaldı. Bütün səhabələr
Həzrət Əliyə (ə) yaxınlaşaraq, dedilər: «Ya Əli, sən
bizim və bütün iman gətirənlərin rəhbəri oldun! Səni
təbrik edirik!».
Nazil olunan ayədən görünür ki, Peyğəmbərin
ömrünün sonunda, mühüm bir məsələ qalmışdı ki, o
məsələ həll olunmasa idi, risalət tamamlanmayırdı.
Peyğəmbərin 23 illik zəhməti ilə bərabər olan və
müsəlmanların bilməsi zəruri olan bu məsələ, onların
bildikləri mətləbləri təkrarlamaq deyil, Peyğəmbərdən
(s) sonra öz müqəddaratlarının kimə tapşırılması
[10]
az.nakhchivan.icro.ir
məsələsi idi. Təbii ki, bu məsuliyyət də insanların ən
fəzilətlisinə və ən üstününə tapşırılmalı idi ki, bu
şərəfli işin öhdəsindən gələ bilsin.
Qədir-Xum – dinin kamilləşmə bayramı, mübarək
dinimizin Allah Təala tərəfindən bəyənildiyi bir
tarixdir. Bu böyük bayram münasibətilə bütün
azadxah və vicdanlı insanları təbrik edirik!
Allah bayramımızı mübarək etsin!
Dostları ilə paylaş: |